36
www.vivo-book.com
– Mister Qrey – Pol onun əlini sıxır. – Bir dəqiqə, siz həmin Kristian
Qreysiz? ―Qrey enterprayzes‖in baĢçısı? – Bir saniyədə Polun üzündəki
düĢmənçilik ehtiramlı həyəcanla əvəz olunur. Qrey nəzakətlə gülümsəyir,
lakin gözləri hələ də soyuqdur. – ĠĢə bir bax! Sizə nəyləsə kömək edə
bilərəmmi?
– AnasteyĢa artıq hər Ģeyin öhdəsindən gəlib. O, çox diqqətcil idi. –
Zahirən o, çox sakitdir, lakin sözləri … sanki o, nəsə baĢqa bir Ģeyi nəzərdə
tutur. Mən tam karıxmıĢam.
– Əla, – Pol dillənir. – GörüĢərik, Ana.
– Əlbəttə, Pol, – mən onun yardımçı anbarın qapısı arxasında necə
itdiyini izləyirəm. – Daha nəsə istərdinizmi, mister Qrey?
– Yox, bəsdir. – Kəsik-kəsik və soyuq danıĢır. Lənət Ģeytana!
Xətrinə dəymiĢəm? Dərindən ah çəkib çönür və kassaya tərəf gedirəm. Ona
nə olub?
Kəndir, kombinezonlar, izolent və kabel qarmaqlarının haqqını
kassaya vururam.
– Hamısı bir yerdə qırx üç dollar. – YaxĢı olardı ki, ona baxmayım.
O, diqqətlə məni süzür, boz gözlər diqqətcil və dumanlıdır. O dəqiqə özümü
pis hiss edirəm.
– Paket lazımdır? – deyə ondan kredit kartını alaraq soruĢuram.
– Hə, AnasteyĢa. – Onun dili adımı sığallayır və ürəyim yenidən
bərkdən döyünür. Bir qədər nəfəs alıb alınmıĢ malları plastik paketə
qoyuram.
– Sizə fotoĢəkillər lazım olarsa, mənə zəng edəcəksiniz? – O,
yenidən iĢgüzar tonda danıĢır.
Nitq qabiliyyətimi növbəti dəfə itirərək baĢımı yelləyirəm və kredit
kartını ona uzadıram.
– YaxĢı. Güman ki, sabaha qədər. – O çıxıb getmək üçün çönür,
sonrasa ayaq saxlayır. – Hə, bir də… bilirsinizmi, AnasteyĢa, mən Ģadam ki,
miss Kavana müsahibəyə gələ bilmədi.
37
www.vivo-book.com
O gülümsəyir və geniĢ qərarlı addımlarla çıxıĢa doğru gedir, içimdə
saysız-hesabsız dəlisov qadın hormonlarını cuĢa gətirərək. Mən bir neçə
dəqiqə bağlanmıĢ qapıya baxıram, onun indi çıxıb getdiyi planetinizə
yenidən qayıdıĢınadək.
YaxĢı, etiraf eləmək lazımdır, o xoĢuma gəlir. Bundan sonra
riyakarlıq eləmək mənasızdır. Mən əvvəllər heç vaxt belə hisslər
keçirməmiĢəm. O çox, çox yaraĢıqlıdır. Amma bu, ümidsiz iĢdir, bilirəm və
eyni zamanda acı və Ģirin təəssüflə ah çəkirəm. Onun bura gəliĢi, sadəcə,
təsadüfdür. Amma kimsə mənə ona uzaqdan məftun olmağı qadağan eləmir,
axı bu da doğrudur? Bu, mənimçün qorxulu deyil. Əgər fotoqraf tapsam,
onda sabah pərəstiĢ etdiyim adamı görə bilərəm. Xəyalın həzzindən
dodağımı diĢləyirəm və məktəbli qız kimi səfehcəsinə gülürəm. Keytə zəng
etmək və fotosessiya təĢkil eləmək lazımdır.
38
www.vivo-book.com
3-cü fəsil
Keyt ekstazdadır.
– ―Kleytons‖da ona nə lazım idi?
Onun marağı telefon dəstəyindən çölə sızır. Mən yardımçı anbarda
dayanıb sanki heç nə olmayıbmıĢ kimi danıĢıram.
– Təsadüfən mağazanın yanından keçirmiĢ.
39
www.vivo-book.com
– Təsadüflər nədənsə yaman çoxdur, Аna. Bəlkə səni axtarırmıĢ? –
deyir o, mənalı tərzdə.
Bu fikrin özündən qəlbim yerindən atılır, lakin sevincim uzun
çəkmir. Nə qədər kədərli olsa da, etiraf etmək lazımdır: Qrey iĢlə bağlı
gəlmiĢdi.
– O, VaĢinqton Universitetinin eksperimental fermasına baĢ çəkib.
Orada hansısa tədqiqatları maliyyələĢdirir, – deyə mızıldanıram.
– Hə, o, universitet üçün iki milyon dollarlıq qrant ayırıb.
Oho!
– Hardan bilirsən?
– Ana, mən jurnalistəm, onun haqqında məlumatlar toplamıĢam.
Belə Ģeyləri bilmək mənim iĢimdir.
– YaxĢı, Karl Bernstayn,
1
sakitləĢ. Sənə fotoĢəkillər lazımdır?
– Əlbəttə. Ġndi məsələ onları kimin və harada çəkməsidir?
– Biz bunu soruĢa bilərik. O indi burdadır.
– Onunla əlaqə yarada bilərsən?
– Məndə onun mobil telefonunun nömrəsi var.
Keyt dərindən ah çəkir.
–VaĢinqton Ģtatının ən zəngin, əlçatmaz, ən Ģən, ən sirli subayı elə-
belədən sənə öz mobil telefonunun nömrəsini verib?
– Hə.
– Ana! Sən onun xoĢuna gəlirsən. Bu yüzə-yüzdür, – o, əminliklə
deyir.
– Keyt, bu, sadəcə, lütfkarlıqdır.
Sözümü tamamlamamıĢ anlayıram ki, bu yalandır.
Lütfkarlıq Kristian Qreyin xarakterinə xas deyil. O, sadəcə
nəzakətlidir. Və kiçik, sakit səs pıçıldayır: ola bilsin ki, Keyt haqlıdır. Bu
1
Uoterqeyt qalmaqalı ilə bağlı yazıları ilə tanınan ünlü amerikalı jurnalist
(
tərc.
)