632
www.vivo-book.com
O, xalatın kənarını qaldırır. Sən demə, bu çox erotik görünüĢ imiĢ,
tam çıxarsaydı, heç belə olmazdı. Kristianın isti əli yanbızlarımı sığallayır.
– Qaçmaq fikrinə düĢməməyin üçün səni kötəkləyəcəyəm və bu
təcrübə çox ağır olsa da, məndən qaçmanı istəmirəm.
Kinayəyə bax bir... Cəzadan qaçmaq istəsəm ha!.. Kristian qollarını
açdıqda, qaçmaram. Onun ağuĢuna sığınacam.
– Və sən mənə göz süzdürdün. Bilirsən buna necə yanaĢıram.
Qəfildən onun səsi qüvvətlənir, qorxu və təlaĢ yox olur – əvvəlki
Kristian yerinə qayıdır. Bunu səsinin ahəngindən, əlini belimə necə
qoymasından duyuram və otaqdakı atmosfer o dəm dəyiĢir.
Gözlərimi qapadır, zərbəni qəbul etməyə hazırlaĢıram. Və Kristian
vurur. Zərbə ehtimallarımı doğruldur. QıĢqırır, ağrıdan boğuluram.
– Say, АnasteyĢa, – əmr edir.
– Bir! – söyüĢ kimi çığırıram.
О, yenidən məni vurur və yandırıcı ağrı kəmərin uzunluğu qədər
çəkir. Lənət, necə də ağrıdır!
– Ġki! – bağırıram. Çığırtı rahatlıq gətirir.
Xırıltılı, kəsik-kəsik tənəffüsü eĢidirəm. Özümsə güclə nəfəs alır,
ümidsizcəsinə ruhi qüvvə tapmağa çalıĢıram: iztiraba dözmək üçün. Kəmər
yenidən bədənimə hopur.
633
www.vivo-book.com
– Üç! – Göz yaĢlarım qəfildən yağır. Lənət, bu, düĢündüyümdən də,
Ģapalaqdan da ağrılıdır.
– Dörd! – zingildəyirəm. Göz yaĢlarım su yerinə axır. Ağlamaq
istəmirəm və özümü ələ ala bilməməyimə acıqlanıram.
Daha bir zərbə.
– BeĢ. – Boğuq hıçqırtı boğazımdan çıxır və bu an mən Kristiana
nifrət edirəm. Daha bir dəfə dözməliyəm... daha birinə. Arxam od tutub
yanır.
– Altı, – koredici ağrı arasından pıçıldayıram. Kristian kəməri kənara
atır və məni bağrına basır, boğularaq və mərhəmətlə dolu halda... amma onu
tanımaq belə istəmirəm.
– Burax məni... yox… – Onun qolları arasından çıxıram. – Mənə
toxunma! – fısıldayıram; qəddimi düzəldir, qəzəblə ona baxıram və onun
heyrətli nəzərləriylə üzləĢirəm.
– Ġstədiyin bu idi? Məni? Bu cür? – xalatın qollarıyla burnumu
silirəm.
Kristian həyəcanla mənə baxır.
– Lənətə gəlmiĢ köpək oğlu.
– Ana, – o, sarsılmıĢ halda mızıldanır.
634
www.vivo-book.com
– Adımı çəkmə... mənə ―Ana‖ demə! Əvvəlcə öz poxunu
aydınlaĢdır, Qrey! – Kəskin Ģəkildə çevrilir və otaqdan çıxıram; qapını
arxamca səliqəylə bağlayıram.
Artıq dəhlizdə qapının dəstəyindən yapıĢıb durur və bir anlığa
qapıya söykənirəm. Hara gedim? Nə edim? Qaçım? Qalım? Qəzəbdən
özümdə deyiləm, üzümdən yandırıcı göz yaĢları axır və mən acıqlı halda
ovucumla onları silirəm. Küncə sıxılmaq, yumaq kimi yığılmaq və
unudulmaq istəyirəm. Mən silkələnmiĢ inamımı müalicə etməliyəm. Niyə
bu qədər axmaq olmuĢam?
Ehtiyatla od tutub yanan yanbızlarımı ovmağa çalıĢıram. Elə ağrıdır
ki.. Hara gedim? Öz otağıma: mənim olacaq, yaxud nə vaxtsa mənim olmuĢ
otağa. Deməli, buna görə Kristian istəyirdi ki, evdə mənim də məkanım
olsun. Sanki bilirmiĢ ki, təkliyə ehtiyacım olacaq.
Qətiyyətlə ora yollanır, amma Kristianın ardımca gələ biləcəyini də
dərk edirəm. Otaq qaranlıqdır, Ģəfəq hələ indi-indi doğur. Naqolay halda
ağrılı yerlərə toxunmamağa çalıĢıram; çarpayıya çıxır, xalata bürünür,
yumaq kimi yığılıram və burda iradəsizlik edib üzü balıĢa tərəf hönkürüb
ağlayıram.
Bunu niyə ağlıma gətirməmiĢdim? Niyə özümlə bu cür
davranmasına imkan verdim? Onun ardınca zülmətə getməyə hazırlaĢırdım,
amma zülmət yetərindən artıq qaranlıq çıxdı. Bu həyat mənlik deyil.
635
www.vivo-book.com
GecikmiĢ anlama! Kristianda da günah yoxdur, məni xəbərdar
etmiĢdi və bir dəfə yox. Əgər o dəlidirsə, günahkar mənəm? Ona ehtiyacı
olanı verə bilmərəm. Ġndi baĢa düĢürəm. Və bir daha mənimlə bu cür
davranmasına imkan verməyəcəm. Əvvəllər məni vura bilərdi, amma belə
güclü deyil. Əminəm bu gün o razı qaldı. BalıĢa hönkürürəm. Getməli
olacağam. Ona istədiyini verməsəm, mənimlə qalmayacaq. Hansı ağılla Əlli
çalara aĢiq oldum?! Niyə Xoseyə, Pol Kleytona vurulmadım... kimə oldu,
özüm kimisinə?
О-oh, Kristuianın özünü itirdiyi andakı baxıĢı – mən otaqdan
çıxarkən! onunla sərt davrandım, amansızlığından elə sarsılmıĢam ki…
Məni bağıĢlaya bilərmi… mən onu bağıĢlaya bilərəmmi? Fikirlərim dolaĢır.
TəhtəlĢüurum kədərlə baĢını bulayır, daxili ilahəm gözə görünmür. Anamın
yanında olmaq istəyirəm. Hava limanındakı vida sözlərini xatırlayıram:
―Qəlbinin səsinə hay ver, əzizim, bəsdir içini yedin. Rahatlan və həzz al.
Hələ elə cavansan ki, günəĢim! QarĢıda o qədər görəcəklərin var ki! Olacağa
çarə yoxdur. Sən ən yaxĢısına layiqsən‖.
Qəlbimin səsinə hay verdim, nəticəsi nə oldu? Ağrıdan alıĢıb yanan
g..üm və ruh düĢkünlüyü. Getməliyəm, onu tərk etməliyəm. O mənə
yaraĢmır, mənsə ona. Bizdə heç nə alınmayacaq. Kristianı bir daha görə
bilməyəcəyim fikrindən boğuluram. Ah, Əlli Çalarım...
636
www.vivo-book.com
Qapı kilidi çıqqıldayır. Yox! Kristian nəyisə dolabçanın üstünə
qoyur, sonra çarpayı onun ağırlığından əyilir.
– ġ-Ģ-Ģ, – o pıçıldayır.
Ondan aralanmaq istəyirəm, amma ölü kimi uzanmıĢam,
qımıldanmaq gücündə deyiləm.
– Mənə hirslənmə, Аna, xahiĢ edirəm, – Kristian pıçıldayır, burnuyla
saçlarımın arasına dürtülür. – Məni qovma, – yumĢaq tərzdə nəfəsini
boynuma buraxır.Onun səsi hüznlə doludur.
Ürəyim sıxılır, sakitcə göz yaĢlarımı axıdıram. Kristian nəvaziĢlə
məni öpür, amma mən buz kimiyəm.
Bütöv bir əbədiyyət boyu beləcə qalırıq. Kristian sadəcə məni özünə
sıxır və tədricən göz yaĢlarım quruyur. ġəfəq gəlib-keçir, GünəĢ Ģüaları
pəncərələri dəlir, bizsə sakitcə çarpayıda uzanmıĢıq.
– Sənə ―advil‖ və öküzgözü
1
kremi gətirmiĢəm, – Kristian uzun
zamandan sonra deyir.
YavaĢ-yavaĢ çevrilirəm. Boz gözlərdə həyəcan donub-qalıb.
Gözəl sima... Kristian gözlərini məndən çəkmir... demək olar ki,
gözünü qırpmadan. Qısa müddətdə o, mənə heyrətamiz dərəcədə əziz olub.
1
Başqa bir adla, arnika (həmin bitkinin çiçəklərindən hazırlanan dərman
hazırlanır.)
637
www.vivo-book.com
Əlimi uzadır və barmaqlarımın ucuyla tüklənmiĢ üzünə toxunuram. O,
gözlərini qapadır və astaca ah çəkir.
– BağıĢla məni, – pıçıldayır.
О, gözlərini açır və təəccüblə mənə baxır.
– Niyə?
–
Sənə dediyim sözlərə görə.
– Səndən yeni heç nə eĢitmədim. Sən məni bağıĢla ki, bu qədər ağrı
verdim.
Çiyinlərimi çəkirəm.
– Özüm səndən xahiĢ etmiĢdim.
Ġndi bilirəm. Ürpəntiylə udqunuram. ―Cəsarətli ol, ona deməlisən‖.
– Deyəsən, mən sənə lazım olan qadın deyiləm.
Kristianın gözlərində yenə də qorxu oynaĢır.
– Sən mənə lazım olan hər Ģeysən.
O, nəyi nəzərdə tutur?
– Anlamıram. Ġtaət mənlik deyil və əgər bugünkü kimi mənimlə
davranmana icazə versəm, lənətə gəlim. Özünsə etiraf elədin ki bu, səninçün
zəruridir.
Kristian yenidən gözlərini qapadır, üzündə sayagəlməz hisslər
oynaĢır. Gözlərini açdıqda içində məyusluq və boĢluq görünür. Yo-ox!
– Sən haqlısan, səni buraxmalıyam. Sənə layiq deyiləm.
638
www.vivo-book.com
Bədənimin bütün tükləri biz-biz durur, yer ayaqlarım altından qaçır.
Yerində əsnəyən boĢluq qalır.
– Getmək istəmirəm, – pıçıldayıram. Lənət Ģeytana. Ödə, ya da oyna.
Gözlərim yenidən yaĢla dolur.
– Mən də getməyini istəmirəm, – xırıltıyla deyir Kristian, böyük
barmağıyla yanağımdakı damlanı silərək. – Səni gördüyüm gündən sanki
yenidən doğulmuĢam. – Barmağı alt dodağımda gəziĢir.
– Mən də... səni sevirəm, Kristian Qrey.
Onun gözləri yenidən geniĢlənir, amma indi onlarda dəhĢət donub-
qalıb.
– Yox, – nəfəsini buraxır, sanki öz etirafımla ruhunu çıxarmıĢam.
О-oh, bircə bu olmasın!
– Məni sevə bilməzsən, Аnа… Bu düzgün deyil.
– Düzgün deyil? Niyə?
– Bir özünə bax! Məgər səni xoĢbəxt edə biləcəyəmmi? – Kristian
qəzəbini söndürür.
– Artıq mənə xoĢbəxtliyi vermisən, – qaĢqabağımı tökürəm.
– Ġnd, elədiyimlə yox, eləmək istədiyimlə deyil.
Lənət Ģeytana. Deməli, həqiqət budur. Uyumsuzluq – fikir
ayrılığımızın səbəbi budur. Onun köləsi olmuĢ bütün bədbəxt qızları
xatırlayıram.
639
www.vivo-book.com
– Bunu heç zaman adlaya bilmərik? – qorxudan büzüĢərək
pıçıldayıram.
Kristian kədərlə baĢını yelləyir.
– Hə, onda getsəm yaxĢıdır. – Üzümü qırıĢdıraraq çarpayıda
otururam.
– Yox, getmə, – Kristian pəriĢanlıqla yalvarır.
– Qalmağın mənası yoxdur.
Qəfildən ölümcül yorğunluğa bələnir və yalnız bircə Ģey istəyirəm:
tez-tələsik getmək. Yataqdan qalxıram.
– Geyinməliyəm və tək qalmaq istəyirəm, – ifadəsiz tərzdə deyirəm
və çıxıram, Kristian tənhalıqda qalır.
AĢağı düĢürəm. Qonaq otağına göz gəzdirir, xatırlayıram ki, cəmi bir
neçə saat əvvəl Kristian royal çalırdı, baĢımsa onun çiyninə dayaqlanmıĢdı.
O vaxtdan nələr gəlib-keçdi!.. Gözüm açıldı, eyibləri gördüm, anladım ki, o,
sevməyə, sevgini qəbul etməyə və qarĢılığını verməyə qabil deyil. Ən pis
qorxularım doğruldu. Qəribə olsa da, azadlıq duyuram.
Ağrı elə güclüdür ki, onu etiraf eləməkdən imtina edirəm. Bütün
duyğularım keyləĢib. Sanki kənardan iĢtirak eləmədiyim dramı seyr edirəm.
DuĢun altında dayanır. yaxĢıca yuyunuram. Maye sabunu ovcuma sıxıram,
flakonu rəfə qoyur, süngərlə üzümü, çiyinlərimi ovuram... yenə və bir daha
və sadə. Mexaniki hərəkətlər sadə, mexaniki fikirlər doğurur.
640
www.vivo-book.com
DuĢdan çıxaraq tez qurulanıram; baĢımı yumamıĢam. Çantadan cins
Ģalvar və futbol köynəyini çıxarıram. ġalvarın altında dərim göynəyir, amma
Ģikayətçi deyiləm: fiziki ağrı param-parça olmuĢ qəlbimi mənə unutdurur.
Çantanı bağlamaqdan ötrü əyilir və Kristiana aldığım hədiyyəni
görürəm: ―Blanik L-23‖ planerinin modeli. Gözlərim yaĢla dolur. Yo-ox…
ah, o köhnə xoĢ günlər... o vaxt qəlbimdə hələ ümid vardı. Qutunu
çantamdan çıxarır, baĢa düĢürəm ki, hədiyyəni təqdim eləməliyəm. Qeyd
kitabçasından bir vərəq qopararaq tələsik yazıram:
―Bu, mənə xoĢbəxt zamanları xatırladırdı. Çox sağ ol. Ana‖.
BaxıĢlarımı qaldırıram. Aynadan mənə solğun kabus boylanır.
Saçlarımı ―quyruq‖da yığır, ağlamaqdan ĢiĢmiĢ yanaqlarıma fikir vermirəm.
TəhtəlĢüurum dəstəkləyici tərzdə baĢını tərpədir, o, minnət götürmür. Öz
dünyanın barverməz külə dönməsini, ümid və arzuların amansızcasına
tapdanmasını həzm etmək çətindir. Yox, indi bu barədə düĢünməyəcəyəm.
Dərindən köks ötürərək çantamı qaldırır, hədiyyə və qeydim yazılmıĢ vərəqi
Kristianın balıĢında saxlayıb böyük qonaq otağına gedirəm.
Kristian telefonla danıĢır. Əynində qara cins Ģalvar və futbol köynəyi
var, ayaqları yalındır.
– O nə dedi? – Kristian dəstəyə qıĢqırır. Məni diksintiylə atılmağa
məcbur edərək. – O, həqiqəti danıĢa bilər. Mənə onun nömrəsi lazımdır,
onunla danıĢmalıyam… Uelç, bu, tam iflasdır. – Kristian gözlərini qaldırır
641
www.vivo-book.com
və düĢüncəli, qaraqabaq nəzərlə mənə baxır. – O qadını tap, – dəstəyə qısaca
bunu deyib söhbəti bitirir.
Divana yaxınlaĢır, belə keçirilən çantanı götürməkdən ötrü cidd-
cəhdlə Kristianı görməməzliyə vururam. ―Mak‖ı çıxararaq onu mətbəxə
aparır və səliqəylə masaya qoyuram: ―bləkberri‖ və maĢının açarları ilə
yanaĢı. Geri çevrilərkən Kristianın gizlədilə bilinməz dəhĢətlə mənə
baxdığını aĢkarlayıram.
– Mənə Teylorun ―Böcəy‖in satıĢından əldə etdiyi pul lazımdır, –
sakit və təmkinli tərzdə deyirəm… Ġnanılmazdır, özüm özümü tanımıram.
– Ana, bəsdir. Bu əĢyalar sənə məxsusdur, – o, heyrətlə deyir. –
XahiĢ edirəm, onları götür.
– Yox, Kristian, onları müəyyən Ģərtlərlə götürmüĢdüm. Artıq onlara
ehtiyacım yoxdur.
– Ana, ağlını baĢına yığ. – O sərtdir, hətta indi də.
– Ġstəmirəm ki, onlar mənə səni xatırlatsın. Sadəcə, pulu ver:
Teylotun ―Böcəy‖in satıĢından əldə etdiyini, – deyirəm.
Kristian təlaĢla ah çəkir.
– Məni incitmək istəyirsən?
– Yox.
Üz-gözümü turĢudaraq ona baxıram. Əlbəttə, yox, axı mən onu
sevirəm.
642
www.vivo-book.com
– Yox, istəmirəm. Sadəcə öz rahatlığımı müdafiə edirəm, – güclə
eĢidiləcək tərzdə deyirəm. – Çünki sənə mənə ehtiyacın olduğu qədər
ehtiyaclıyam.
– XahiĢ edirəm, Ana, onları götür.
– Kristian, gəl dalaĢmayaq, sadəcə mənə pulu ver.
О, gözlərini qıyır, amma indi məni qorxuda bilməz. Bir azca,
vəssalam. Sakitcə ona baxıram, təslim olmaq fikrində deyiləm.
– Çeklə olar? – qıcıqla soruĢur?
– Hə, güman ki, sənə etibar edə bilərəm.
Gülümsəmədən çevrilir və kabinetinə doğru addımlayır. Sonuncu
dəfə rəsmlərə – abstrakt, sükunətli, soyuq... sadəcə soyuq, onun üçün lap
yerinə düĢən rəsmlərə – nəzər yetirirəm. BaxıĢlarım royala yönəlir. Ġlahi,
əgər onda sussaydım, düz royalın üstündə seviĢərdik, yox, s..iĢərdik, sadəcə
s..iĢərdik, mənsə seviĢmək istərdim. Kristian mənimlə heç vaxt seviĢməyib.
Yalnız seks.
О dönür və mənə zərf uzadır.
– Teylor ―Böçək‖dən yaxĢı pul əldə edib. Ġstədiyin nədir, əbədi
klassika. Özün ondan soruĢa bilərsən. Səni evə aparacaq.
Kristian baĢıyla qapını göstərir, mən çevrilir və Teyloru həmiĢəki
kimi Ģıq kostyumda görürəm.
– Çox sağ ol, özüm gedərəm.
643
www.vivo-book.com
Kristiana sarı çevrilir və onun gözlərində güclə sezilən qəzəb
görürəm.
– Hər Ģeydə mənimlə söz güləĢdirmək qərarına gəlmisən?
– Mən vərdiĢlərimi belə tez dəyiĢmirəm. – BarıĢdırıcı tərzdə
çiyinlərimi çəkirəm.
Kristian pəriĢan halda gözlərini qapadır və əlini saçlarında gəzdirir.
– XahiĢ edirəm, Ana, izn ver, Teylor səni evə aparsın.
– Mən maĢını qapı ağzına gətirirəm, miss Stil, – Teylor güclə deyir,
Kristian baĢıyla ona iĢarə edir və mən geri çevrildikdə Teylorun artıq izi-
tozu belə yoxdur.
Kristiana baxıram. Bizi bir-birimizdən dörd fut ayırır. O, mənə doğru
addımlayır, instinktiv olaraq geri çəkilirəm. Dayanır... boz gözlərindəki ağrı
seziləndir.
– Getməyini istəmirəm. – Sakit səs yalvarıĢla doludur.
– Qala bilmərəm. Nə istədiyimi bilirəm, amma sən onu mənə verə
bilməzsən, mənsə sənə lazım olanı verə bilmərəm.
Kristian yenidən mənə sarı addımlayır.
– Lazım deyil, xahiĢ edirəm. – Aralanıram.
Onun toxunuĢuna tab gətirə bilmərəm, mənə toxunarsa, sadəcə
ölərəm.
644
www.vivo-book.com
Hər iki çantanı götürərək vestibülə çıxıram. Kristian təhlükəsiz
məsafədə arxamca gəlir. O, liftin düyməsini basır, qapılar açılır. Ġçəri addım
atıram.
– Əlvida, Kristian.
– Аnа, hələlik, – incə tərzdə deyir. Kristian tamamilə öləri görünür,
əzablı ağrıya tab gətirmiĢ insan... Eyni hisslər elə mənim də içimi didir.
BaxıĢlarımı kənara çəkir, ona təskinlik vermək tutqusundan özümü
çəkindirirəm.
Liftin qapıları bağlanır, məni kürsü mərtəbəsindən Ģəxsi
cəhənnəmimə aparır.
Teylor qapını açır, arxa oturacaqda özümə yer edir və səylə
baxıĢlarımı gizlədirəm. Utanc hissi məni boğur. Tam fəlakətə uğramıĢam.
Əlli çalarımı iĢığa çıxarmaq istəyirdim, amma vəzifəmin öhdəsindən gələ
bilmədim.
Cidd-cəhdlə hönkürməməyə çalıĢıram. Qırxıncı avenyu ilə hərəkət
edirik, görməz gözlərimi pəncərəyə zilləmiĢəm və tədricən elədiyimin
mücərrədliyini dərk etməyə baĢlayıram. Lənət, onu tərk elədim... sevdiyim
yeganə kiĢini... aĢiqim olmuĢ yeganə kiĢini. Hönkürürəm və bənd dağılır.
Göz yaĢları yanaqlarımdan süzülür, çaĢqınlıqla onları əllərimlə silməyə
baĢlayıram. Çantamda gün eynəyini axtarmağa çalıĢıram. ĠĢıqforda Teylor
çevrilmədən mənə yaylıq uzadır. Təmkininə görə ona minnətdaram.
645
www.vivo-book.com
– Çox sağ ol, – donquldanıram.
Bu kiçik Ģəfqət dözümün son damlası olur. Füsunkar oturacağa
yayxanaraq özümü göz yaĢlarına təslim eləyirəm.
Mənzil yad və narahat görünür. Burda çox az yaĢamıĢam, odur ki,
hələ mənim deyil. BirbaĢ yataq otağına gedir və kədərlə üfürülmüĢ Ģar-
helikopteri görürəm. Çarli Tanqo məndən heç də yaxĢı görünmür. Onu
qəzəblə sürahidən qoparır və bağrıma basıram. Ġlahi, mən neylədim?
Çəkmələrimi çıxarmadan çarpayıya sərilir və ağrıdan ulayıram. Ağrı
dözülməzdir: fiziki, ruhi, metafizik... o, hər yerdədir, o, iliyimə iĢləyir. Bu,
həqiqi müsibətdir və mən onu özüm öz baĢıma gətirdim. Ġçimin dərinliyində
daxili ilahəmin murdar bir fikri baĢ qaldırır: qayıĢla zərbələr bu hüdudsuz
bədbəxtliklə müqayisədə heç nədir. Yumaq kimi yığılaraq Ģarı və Teylorun
yaylığını əllərim arasında sinəmə sıxaraq öz dərdimə sarılıram
Dostları ilə paylaş: |