Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə14/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   10   11   12   13   14   15   16   17   ...   160

 

 

 



46 

www.vivo-book.com 

 

– Müsahibənin dərcini gözləyəcəm, miss Kavana, – deyə Qrey artıq 



qapının  astanasında  mızıldanır,  sonra  mənə  sarı  çönərək  deyir:  –  Məni 

ötürməzsiniz, miss Stil? 

–  Əlbəttə,  –  deyirəm  tamamilə  karıxaraq.  Keytə  qayğılı  nəzər 

salıram, o çiyinlərini çəkir. Onun arxasındakı Xose qaĢqabağını tökür. 

– Sağ olun, – deyir Qrey qapını açaraq və məni irəli buraxaraq. 

ĠĢə  düĢdük  də!..  Görən  nə  iĢdir?  Məndən  nə  istəyir?  Bir  ayağımın 

yerini  o  biri  ilə  dəyiĢərək  astanada  donub-qalıram  və  Ģıq  geyimli  mister 

―Boks‖un müĢayiəti ilə otaqdan çıxıram. 

– Mən sənə zəng edərəm, Teylor, – deyir o. Teylor dəhlizlə gedir və 

Qrey özünün odsaçan baxıĢlarını mənə zilləyir. Aman Tanrım! Nəyisə səhv 

eləmiĢəm? – Mənimlə qəhvə içmək istərdiniz? 

Ürəyim  boğazımda  iliĢib  qalıb.  Bu  görüĢdür?  Kristian  Qrey  məni 

görüĢə dəvət edir? O soruĢdu, qəhvə istəyirsənmi? ―Yəqin, ona elə gəlir ki, 

sən hələ yuxudan durmamısan‖, – deyə təhtəlĢüurum mənə riĢxənd edir. 

– Mən hamını evinə aparmalıyam, – qollarımı bir-birinə dolaĢdıraraq 

üzrxahlıq tonu ilə donquldanıram. 

– Teylor, – deyə gözlənilməzlikdən yerindən atılaraq o qıĢqırır. Artıq 

uzaqlaĢmıĢ Teylor yenidən bizə yaxınlaĢır. 

– Onlar universitet Ģəhərciyində yaĢayır? – deyə Qrey astaca soruĢur. 

Ağzımı açmaq gücündə deyiləm. 

–  Onları  Teylor  aparar  –  sürücüm.  Bizim  böyük  yolsuzluq 

avtomobilimiz var, avadanlıq da ora yerləĢər. 

– Bəli, mister Qrey? – deyə Teylor heç nə olmayıbmıĢ kimi soruĢur. 

– Fotoqrafı, assistenti və miss Kavananı evinə apara bilərsiniz? 

– Əlbəttə, ser. 

–  Hə,  məsələ  həll  edildi.  Ġndi  mənimlə  qəhvə  içərsiniz?  –  Qrey 

gülümsəyir, sanki sövdələĢmə imzalayıb. 

Mən qaĢqabağımı tökürəm. 

– E-e… Mister Qrey, ümumiyyətlə … Qulaq asın,  onları  aparmağa 

Teylor borclu deyil. – Qreyə becid bir baxıĢ yönəldib deyirəm və o, hələ də 




 

 

 



47 

www.vivo-book.com 

 

simasının təmkinli görkəmini saxlayır.  – Əgər etiraz etməsəniz, biz Keytlə 



maĢınlarımızı dəyiĢərdik. 

Qreyin qayğısız təbəssümündən dodaqları aralanır. Aman Tanrım… 

və  o,  otel  otağının  qapılarını  açır.  Mən  içəri  atılıram  və  Keyti  Xose  ilə 

hansısa məsələni müzakirə edən vəziyyətdə görürəm. 

–  Ana,  sən  yüz  faiz  onun  xoĢuna  gəlirsən,  –  deyə  heç  bir  giriĢ 

vermədən  o  dillənir.  Xose  qınayıcı  tərzdə  mənə  baxır.  –  Amma  mən  ona 

etibar edirəm, – deyə Keyt əlavə edir. 

Məni dinləməsi ümidi ilə əlimi qaldırıram. 

– Keyt, biz maĢınlarımızı dəyiĢə bilərikmi, sən ―Böcəy‖i götürərdin? 

– Niyə? 


– Kristian Qrey məni qəhvə içməyə dəvət edib. 

Onun  ağzı  açıla  qalır.  Necə  də  füsunkar  andır:  Keyt  danıĢıq 

qabiliyyətini  itirib,  dili  tutulub!..  O,  dirsəyimdən  tutub  məni  qonaq 

otağından yataq otağına dartır. 

– Ana, ona nəsə olub. Qrey yaraĢıqlıdır, razıyam, amma o, təhlükəli 

tipdir. Xüsusilə sənin kimilər üçün. 

– ―Sənin kimilər‖ nə deməkdir? 

–  BaĢa  düĢürsən,  özünü  bilməməzliyə  vurma.  ―Sənin  kimi  bakirə 

qızlar üçün‖ demək istəyirəm, – Keyt bir az qıcıq halda dillənir. 

Mən qızarıram. 

–  Keyt,  biz,  sadəcə,  qəhvə  içəcəyik.  Gələn  həftə  imtahanlarım  var, 

hazırlaĢmalıyam, buna görə də onunla uzun-uzadı oturmayacam. 

Keyt  dodaqlarını  sıxır,  sanki  mənim  təklifimi  düĢünür.  Nəhayət,  o, 

cibindən açarları çıxarır və mənə verir. Mən də öz maĢınımın açarlarını ona.  

–  Gözləyəcəm.  Ləngimə,  yoxsa  xilasedici  komandanı  ardınca 

göndərəcəm. 

– Çox sağ ol. – Keyti qucaqlayıram. 

Kristian  Qrey  divara  söykənərək  gözləyir,  parlaq  üzlü  kiĢi 

jurnallarının üz qabığındakı manekenlər kimi. 



 

 

 



48 

www.vivo-book.com 

 

–  Vəssalam,  mən  qəhvə  içməyə  hazıram,  –  deyə  donquldanıram; 



həmiĢəki kimi qızararaq. 

Qreyin dodağı qaçır. 

– Buyurun, miss Stil. 

O, iĢarə ilə qabağa keçməyimi istəyir. Titrəyən ayaqlarımla dəhlizlə 

addımlayıram,  baĢım  fırlanır,  qəlbim  həyəcanlı  əsəb  ritmindədir.  Mən 

Kristian Qreylə qəhvə içməyə gedirəm... və qəhvəyə nifrət edirəm. 

GeniĢ  dəhlizdə  birlikdə  liftə  doğru  addımlayırıq.  Ona  nə  deyəcəm? 

Beynimdə  ürpəntili  öncəgörmə  var.  Nə  haqda  danıĢacağıq?  Söhbət  üçün 

hansı ümumi mövzularımız ola bilər ki? 

Ġncə, hərarətli səs məni düĢüncələrdən ayırır: 

– Ketrin Kavananı çoxdan tanıyırsınız? 

Aha, baĢlanğıc üçün asan sual. 

– Birinci kursdan. O, yaxın rəfiqəmdir. 

– Hm, – deyə qeyri-müəyyən tərzdə dillənir Qrey. Görən, ağlındakı 

nədir? 

O,  liftin  çağırıĢ  düyməsini  basır  və  zəng  demək  olar  ki,  ani  olaraq 



səslənir. Qapılar açılır və biz ehtiraslı Ģəkildə qucaqlaĢaraq yerində donub-

qalmıĢ  cütlüklə  qarĢılaĢırıq.  Gözlənilməzlikdən  onlar  bir-birini  özündən 

itələyir  və  günahkarcasına  baxıĢlarını  aĢağı  endirirlər.  Qreylə  içəri  daxil 

oluruq. 


Mən  sifətimin  təmkinli  ifadəsini  qorumağa  çalıĢır,  buna  görə  də 

döĢəməyə  baxıram  və  yanaqlarımın  necə  rəng  alıb-verdiyini  hiss  edirəm. 

Altdan-altdan  Qreyə  baxıram;  deyəsən,  o,  dodaqaltı  gülür,  lakin  bunu 

yüzəyüz  demək  çətindir.  Oğlan  və  qız  da  kəlmə  kəsmir  və  naqolay  sükut 

içində birlikdə birinci mərtəbəyədək enirik. Liftdə heç musiqi də yoxdur ki, 

bu durumdan çıxa bilək. 

Qapılar açılır və təəccüblü olsa da, Qrey əlimdən tutur və uzun, sərin 

barmaqları  arasında  sıxır.  Mən  bədənimdən  elektrik  cərəyanının  keçdiyini 

hiss edirəm və onsuz də bərkdən döyünən ürəyimin ritmi daha da sürətlənir. 



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə