Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə16/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   12   13   14   15   16   17   18   19   ...   160

 

 

 



52 

www.vivo-book.com 

 

– Məncə, nə haqda düĢündüyünüzü bilirəm. Siz baĢdan-ayağa sirsiz, 



miss Stil. 

Kim, mən? Təpədən-dırnağa sirr? 

– Sirli heç nəyim yoxdu. 

– Məncə, özünüzü yaxĢı ələ ala bilirsiniz. 

Doğrudanmı?  Əla...  doğrudanmı  məndə  bu  alınıb?  Təəccüblüdür. 

Mən özümə hakim ola bilirəm? Heç vaxt!.. 

–  Hə,  əgər  sizin  tez-tez  qızarmağınızı  nəzərə  almasaq.  Bilmək 

istərdim  niyə?  –  Qrey  ―maffin‖in  kiçik  tikəsini  ağzına  qoyur  və  məndən 

gözünü  çəkmədən  yavaĢ-yavaĢ  çeynəyir  və  mən  sanki  siqnal  alaraq 

qızarıram. Lənət Ģeytana! 

– Siz həmiĢə belə üzlüsünüz? 

–  Ġnanmıram  ki,  bu  belə  adlanır.  Xətrinizə  dəydim?  –  o,  deyəsən 

heyrətlənib. 

– Yox, – deyə doğru cavab verirəm. 

– YaxĢı. 

– Siz çox hökmlü Ģəxssiz, – cavab zərbəsi endirirəm. 

Qrey qaĢlarını qaldırır və sanki bir az qızarır. 

– Mən alıĢmıĢam ki, baĢqaları mənə tabe olsunlar, AnasteyĢa, – deyir 

o. – Hər Ģeydə. 

–  ġübhə  etmirəm.  Niyə  mənə  adınızla  müraciət  etməyi  təklif 

etmədiniz?  –  Özüm  öz həyasızlığıma  heyrətlənirəm.  Niyə  söhbət  bu  qədər 

ciddiləĢdi?  Bunu  heç  gözləmirdim.  Niyə  birdən  onun  üstünə  atılmıĢam? 

Deyəsən, o, məni məsafədə saxlamağa çalıĢır. 

–  Məni  adımla  yalnız  ailə  üzvləri  və  yaxın  dostlar  çağırır.  Belə 

xoĢuma gəlir. 

Aha. Bununla belə o dedi: ―Mənə Kristian deyə müraciət edin‖. O, 

həqiqətən  diktatordur,  hər  Ģey  də  bununla  izah  olunur.  Qəlbimin 

dərinliklərində  düĢünməyə  baĢlayıram  ki,  Keyt  özü  ondan  müsahibə 

götürsəydi,  yaxĢı  olardı.  Ġki  diktator  üz-üzə  gələrdi.  Həm  də  hər  ikisi 

sarıĢındır  –  hə,  qızılı-kürən,  –  onun  ofisindəki  qadınlar  kimi.  Kristian  və 




 

 

 



53 

www.vivo-book.com 

 

Keyt  haqda  fikirlər  xoĢuma  gəlmir.  Mən  bir  qurtum  çay  içirəm  və  Qrey 



―maffin‖in daha bir tikəsini ağzına qoyur. 

– Siz yeganə uĢaqsınız? 

Hə, budur, yenidən mövzunu dəyiĢir. 

– Hə. 


– Valideynləriniz haqda danıĢın. 

SoruĢmağa Ģey tapdı da. Bu, dəhĢətli dərəcədə darıxdırıcıdır. 

– Anam Corciya Ģtatında  yeni əri Bobla birgə  yaĢayır. Atalığım isə 

Montesanoda. 

– Bəs atanız? 

– O, mən hələ kiçik olarkən ölüb. 

– BağıĢlayın. 

– Mən onu heç xatırlamıram. 

– Bundan sonra ananız ikinci dəfə ərə gedib? 

Fınxırıram. 

– Demək olar ki, hə. 

Qrey qaĢqabağını tökür. 

–  Özünüz  haqda  danıĢmağı  xoĢlamırsınız?  –  Quru  tərzdə  deyir, 

çənəsini sanki dərin düĢüncədə ovuĢduraraq. 

– Elə siz də. 

–  Siz  artıq  məndən  müsahibə  götürmüsünüz  və  xatırladığım  qədər, 

çox intim suallar verirdiniz. – Onun dodağı qaçır. 

Hə,  əlbəttə.  Geylik  haqda  sual.  Mən  yerin  dibinə  girməyə  hazıram. 

Gələcəkdə ümid edirəm, bu anı xatırlayarkən əzablı xəcalət çəkməmək üçün 

intensiv psixoterapiya kursu keçməli olacam. Yalnız xoĢagəlməz fikirlərdən 

qurtulmaq üçün anam haqqında nəsə donquldayıram. 

– Anam  əla qadındır. O, sağalmaz romantikdir. Bu, onun dördüncü 

nikahıdır. 

Kristian heyrətlə qaĢlarını çatır. 

– Onunçün darıxıram, – deyə davam edirəm. – Ġndi Bob yanındadır. 

Ümid edirəm ki, o, anamın qayğısına qalar və iflasa uğradıqdan sonra onun 




 

 

 



54 

www.vivo-book.com 

 

yüngül  ideyalarının  nəticələrini  ütüləyər.  –  Anam  haqda  düĢünərkən 



gülümsəyirəm.  Onunla  çoxdan  görüĢmürük.  Kristian  diqqətlə  mənə  baxır, 

və hərdən qəhvədən bir qurtum alır. YaxĢı olar ki, onun ağzına baxmayım. 

Dodaqları məni həyəcanlandırır. 

– Atalığınızla münasibətiniz yaxĢıdır? 

– Əlbəttə, mən onunla böyümüĢəm. O, yeganə atamdır. 

– Nə cür adamdır? 

– Rey... qaraqabaqdır. 

– Vəssalam? – deyə həmsöhbətim təəccüblə soruĢur. 

Çiyinlərimi  çəkirəm.  Bəs  o,  nə  eĢitmək  istəyirdi  ki?  Mənim  həyat 

hekayəmi? 

– Qaraqabaqdır, qızlığı kimi, – deyə Qrey təkrarlayır. 

–  O,  futbol  vurğunudur,  xüsusilə  Avropa  futbolunun,  üstəgəl, 

boulinq və balıq ovunu xoĢlayır. Həm də mebel ustasıdır. KeçmiĢ hərbiçi. – 

Ah çəkirəm. 

– Onunla yaĢayırsınız? 

–  Hə.  Anam  üç  saylı  ərinə  mənim  on  beĢ  yaĢım  olarkən  rast  gəldi. 

Mən də Reylə qaldım. 

Qrey qaĢqabağını sallayır, sanki məni anlamağa çalıĢır. 

–  Üç  saylı  ər  Texasda  yaĢayırdı.  Mənim  evimsə  Montesanodadır. 

Bundan əlavə… anam yenicə ərə gedib. – Susuram. Anam heç vaxt üç saylı 

əri haqda danıĢmır. Qrey bu söhbəti niyə saldı? Axı bunun ona dəxli yoxdur. 

Mən də özümü sonadək belə apara bilərəm. 

– Valideynləriniz haqda danıĢın, – deyə xahiĢ edirəm. 

O, çiyinlərini çəkir. 

– Atam – vəkil, anam – uĢaq həkimidir. Onlar Sietldə yaĢayırlar. 

A-a… onun zəngin valideynləri var. Bəxtiyar cütlükdür, üç uĢağı 

övladlığa götürüblər və onlardan biri yaraĢıqlı oğlana çevrilir və dünya 

biznesinin zirvələrini fəth edir. Buna necə nail olub? Valideynlər onunla, 

yəqin ki, fəxr edirlər. 

– Bəs bacı və qardaĢınız nə edir? 




 

 

 



55 

www.vivo-book.com 

 

–  Eliot  inĢaatla  məĢğuldur,  kiçik  bacımız  isə  indi  Parisdə  hansısa 



məĢhur  fransız  aĢpazın  rəhbərliyi  ilə  kulinariyanı  öyrənir.  –  Onun  gözləri 

qıcıqdan dumanlanır. O, açıq Ģəkildə özü və ailəsi haqda danıĢmaq istəmir. 

–  EĢitmiĢəm  ki,  Paris  füsunkar  Ģəhərdir,  –  deyə  mızıldanıram. 

Maraqlıdır, niyə o, ailəsi haqda söhbətdən yayınır? Övladlığa götürüldüyünə 

görəmi? 

– Hə, çox gözəldir. Parisdə olmusunuz? – deyə soruĢur və dərhal da 

sakitləĢdirir. 

– Xaricdə heç vaxt olmamıĢam. – Yenidən bayağı mövzuya qayıtdıq. 

O, nəyi gizlədir? 

– Getmək istərdinizmi? 

– Parisə? – Təəccüblənirəm. Niyə də  yox! Bundan kim imtina edər 

ki!  –  Əlbəttə,  istərdim,  –  deyə  səmimi  etiraf  edirəm.  –  Amma  daha  çox 

Ġngiltərəyə. 

Qrey  baĢını  yana  əyir  və  Ģəhadət  barmağını  üst  dodağına  qoyur. 

Aman Tanrım. 

– Niyə? 


Mən gözlərimi döyə-döyə qalmıĢam. Özünü topla, Stil. 

–  Bu,  ġekspirin,  Ostenin,  Bronte  bacılarının,  Tomas  Hardinin 

vətənidir. Onların kitablarının yazıldığı yerləri görmək istərdim. 

Ədəbiyyat haqda söhbət mənə imtahanları xatırladır. Saata baxıram. 

– Getməliyəm. Ġmtahana hazırlaĢmalıyam. 

– Ġmtahanlara? 

– Hə, tezliklə – çərĢənbə axĢamı. 

– Miss Kavananın maĢını hardadır? 

– Otelin yanındakı park yerində. 

– Sizi ötürərəm. 

– Çay üçün sağ olun, mister Qrey. 

O, özünün qəribə, sirli təbəssümünü sərgiləyir. 

– Dəyməz, AnasteyĢa. Mənə çox xoĢ idi. Gedək, – əmr edir və mənə 

əlini uzadır. Əlindən tuturam, karıxaraq və onun ardınca küçəyə çıxıram. 




Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə