123
www.vivo-book.com
– Bilmirəm.
– ―Bilmirəm‖ nə deməkdir?
Mən diĢlərimi qıcırdıram və dodağımı diĢləyirəm.
– Heç vaxt belə bir Ģey görməmiĢəm.
– Hə, sekslə məĢğul olanda, elə bir Ģey vardırmı ki, xoĢuna
gəlməsin?
Uzun müddətdən sonra ilk dəfə qızarıram.
– Düzünü de, AnasteyĢa. Biz bir-birimizlə açıq olmalıyıq, yoxsa heç
nə alınmayacaq.
Mən onun bir-birinin arasına keçirilmiĢ barmaqlarına baxıram.
– De görək! – deyə əmr edir.
– Bilirsən… mən heç vaxt sekslə məĢğul olmamıĢam, buna görə də
bilmirəm, – səsim çox asta gəlir.
Kristian ağzını açaraq dəhĢətlə mənə baxır.
– Heç vaxt? – pıçıldayır.
BaĢımı yelləyirəm.
– Sən… bakirəsən? – deyə o, güclə tələffüz edir.
BaĢımla təsdiqləyirəm və yenidən qızarıram. Kristian gözlərini
yumur və mənə elə gəlir ki, ona qədər sayır. O, gözlərini yenidən açdıqda,
baxıĢlarından ĢimĢək çaxır.
– Niyə bunu əvvəlcədən mənə demədin?!
125
www.vivo-book.com
8-ci fəsil
Kristian hər iki əlini baĢına dayayaraq addımları ilə kabineti ölçür –
sadəcə hirslənməyib, o, dəli olub. Onun həmiĢəki polad soyuqqanlılığı,
deyəsən, çat verib.
– BaĢa düĢmürəm, niyə bunu mənə əvvəlcədən demədin, – deyir
mənə.
– Bu haqda heç söhbətimiz olmayıb. Mənimsə hər kəsə və hamıya
Ģəxsi həyatımı təfsilatı ilə danıĢmaq vərdiĢim yoxdur. Axı biz heç düz-
əməlli tanıĢ da deyilik. – Gözlərimi əllərimə zilləmiĢəm. Niyə özümü
günahkar hiss edirəm? Niyə o dəliyə dönüb? Kristiana sarı ehtiyatlı nəzər
yetirirəm.
– Hə, belə olan halda sən haqqımda daha çox Ģey bilirsən, – deyə o,
diĢlərini qıcırdır və onun dodaqları nazik bir xətdə yığılır. – Təcrübəsiz
olduğunu bilirdim, amma bakirəliyini deyil!.. – o, bu sözü söyüĢ kimi
tələffüz edir. – Lənət Ģeytana, Ana, mən sənə hər Ģeyi göstərdim … – o ah
çəkir. – Ġlahi, məni əfv et. Sən heç öpüĢmüsən, mənimlə olanı hesaba
almasaq?
– Əlbəttə, öpüĢmüĢəm, – özümü təhqir olunmuĢ kimi göstərməyə
çalıĢıram. – Hə… iki dəfə.
126
www.vivo-book.com
– Və o əziz adam səni tovlayarkən ağlını baĢından almayıb?
Anlamıram! Sənin iyirmi bir yaĢın var. Demək olar ki, iyirmi iki. Sən gözəl-
göyçəksən, – o, yenidən saçlarını didiĢdirir.
―Gözəl-göyçək‖. Mən həzzdən alıĢıb-yanıram. Kristian Qrey məni
gözəl hesab edir. Yenidən baxıĢlarım pərçimlənmiĢ barmaqlarıma zillənir,
səfeh gülüĢümü gizlətmək üçün. ―Yəqin ki, o, uzağı pis görür‖, deyə
təhtəlĢüurum baĢını qaldırır. Ona ehtiyacım olduqda görən harada idi?
– Və sən tam ciddiliklə nə edəcəyimi müzakirə edirsən mənimlə,
halbuki heç bir təcrübən yoxdur? – o, üzünü turĢudur. – Sən seks
istəmirdin? XahiĢ edirəm, izah elə.
Çiyinlərimi çəkirəm.
– Hə, bilmirəm, nəsə heç kimlə buna gəlib çıxmamıĢıq. – Yalnız
səninlə. Sən də bədheybət çıxdın. – Niyə mənə hirslənirsən? – az qala,
pıçıltı ilə soruĢuram.
– Mən sənə deyil, özümə hirslənirəm, elə bilirdim… – Kristian ah
çəkir. O, dərinliyinə qədər gözlərimin içinə baxır, sonra baĢını yelləyir. –
Sən getmək istəyirsən?
– Yox, əgər sən getməyimi istəmirsənsə, – deyə cavab verirəm.
Yooox… Mən getmək istəmirəm…
– Əlbəttə, yox. Yanımda olmağın mənə xoĢdur, – deyə o,
qaĢqabağını tökür və saata baxır. – Artıq gecdir… yenə də dodağını
diĢləyirsən, – deyir Kristian xırıltı ilə və mənə müĢtəri gözü ilə baxır.
– BağıĢla.
– Üzr istəmə. Sadəcə mən də onu diĢləmək istəyirəm. Möhkəm.
Mən ağzımla havanı tuturam… niyə o, bunu deyir, bir halda ki
istəmir mən iĢə düĢüm?
– Yanıma gəl, – deyir.
– Nə?
– Biz vəziyyəti elə bu an düzəldərik.
– Hansı mənada? Hansı vəziyyəti?
– Sənin vəziyyətini. Ana, mən səninlə seviĢmək istəyirəm.
127
www.vivo-book.com
– О!
DöĢəmə ayağımın altından qaçır. Yerimdə donub-qalıram.
– Əgər etiraz etmirsənsə, əlbəttə. Ġmkanı qaçırmayaq.
– Axı sən seviĢmirsən? Sən ancaq s...iĢirsən. Sərt.
Qəfildən boğazım qurudu. Mən təlaĢ içində udqunmaq istəyirəm.
O, bic-bic gülümsəyir və içimdə hər Ģey ĢipĢirin durumda donub-
qalır.
– Mən istisna halı da edə bilərəm, ya da birini o biri ilə uyğunlaĢdıra,
baxarıq. Mən həqiqətən səninlə seviĢmək istəyirəm. Burda, yataqda. XahiĢ
edirəm. Ümid edirəm ki, sonra biz müqavilə imzalayarıq, amma sənə, heç
olmasa, baĢa düĢmək gərəkdir ki, nəyə razılaĢırsan. Biz sənin tədrisini bu
gün baĢlayarıq, təməl biliklərdən. Bu o demək deyil ki, biz həqiqətən aĢiq-
məĢuq olacağıq, seks yalnız məqsədə çatma vasitəsidir, lakin mən bunu
istəyirəm və sənə də ümid edirəm. – Onun boz gözləri dübbədüz gözlərimə
zillənib.
Mən qızarıram… ilahi… arzularım çin olur.
– Amma mən heç nə etməmiĢəm, qaydaların tələb etdiklərindən, –
səsim asta və inamsız səslənir.
– Qaydaları unut. Bütün detalları unut. Səni istəyirəm. Mən səni
istəyirəm, ofisimə büdrəyə-büdrəyə gəldiyin andan və mən hiss eləyirəm ki,
sən də məni istəyirsən. Əks halda sən burda oturmazdın, cəzalar və
yolverilməz hərəkətləri müzakirə etməzdin. XahiĢ edirəm, Аna, bu gecə
mənimlə ol.
Kristian əlini mənə uzadır, boz gözlər od saçır və mən ovcumu onun
ovcuna qoyuram. O, məni özünə yaxınlaĢdırır və bütün bədənimlə onun
təmasını hiss edirəm: hər Ģey çox tez baĢ verir. Barmaqlarını mənim
boynumun ardında gəzdirərək at quyruğumu biləyinə dolayır və incə tərzdə
aĢağı əyir: mən üzümü ona doğru qaldırıram və o, yuxarıdan-aĢağıya məni
süzür.
– Sən cəsarətli qızsan, – deyə o pıçıldayır. – Səninlə fəxr edirəm.
Dostları ilə paylaş: |