Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə49/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   45   46   47   48   49   50   51   52   ...   74

161 
 
Böylə  anlaşılır  ki,  özümüzü,  yalnızca  maddi 
varlıqdan ibarət olaraq anladığımızda silaha ehtiyac 
duyuruq. 
Hindistanın  özündə  ölməz  bir  ruh 
barındırdığını  bilməsini  istəyirəm.  Hindistan bu 
böyük ruhi gücünə dayanaraq hər tür gücsüzlükdən 
və  zəiflikdən  arınaraq,  dünyanın  bütün  maddı 
gücləri ilə qarşı—qarşıya gəlib uğur qazana bilər.  
Hindistan  qılıc  nəzəriyəsinə  güvənərsə,  keçici 
olaraq  uğur  qazana  bilər.  Bu  uğur  mənim  qəlbimə 
özgüvən  gətirə  bilməz.  Mən  Hindistanı  sevirəm, 
çünkü  bütün  varlığımı  ona  borcluyam.  Mən 
kəsinliklə  hindistanın  dünya  qarşısında  bir  görəv 
daşıdığına 
inanıram. 
Hindistan kor-koruna 
Avropanı  yamsılamamalıdır.  Hindistan  qılıc 
nəzəriyəsini qəbul edərsə, mənim üçün üstün tarixi 
görəv  daşıyan  ölkə  kimi  olmayacaqdır.  Mənim 
qeyri—
aqressivlik  məzhəbimin  coğrafi  sınırları 
yoxdur. 
Mən  bu  məzhəbi  sonsuz  bir  sevgi  ilə 
sevirəm  və  bu  sevgim  Hindistanı  da  içinə 
almaqdadır.  Hindistana  xidmət  etməm  qeyri—
aqressivlik  yöntəmi  ilə  olmuşdur.  Qeyri—
aqressivliyin 
Hind 
törələrinin 
təməlini 
oluşdurduğuna inanıram.  

 
öz  dartışmalarımı  və  məntiqimi  o  qədər 
sürdürməliyəm  ki,  ya  özüm  yenilməliyəm,  ya  da 
mənə  qarşı  gələnləri  yenməliyəm.  Çünkü  mənim 
görəvim  hər  bir  hindistanlını,  hətta  hər  bir  ingilisi 
bilə, dünyanın siyasi, məzhəbi, toplumsal və iqtisadi 
sorunlarının  çözümündə  qeyri—aqressivliyə  sövq 
etməkdir.  Məni  iddialı  və  ehtiraslı  olmaqla 
suçlayanlar  haqlıdırlar.  Mənim  xəyallarımın 
gerçəkləşməyəcəyini  sorqulayanlara  cavab olaraq 
deyir
əm  ki,  “öylə  ola  bilər”,  ancaq  mən  tutduğum 


162 
 
yoldan  vaz  keçməyəcəyəm.  Mən  qeyri—
aqressivliyə  iman  gətirən  bir  əsgərəm  və  inancımı 
qorumaq üçün də bolca dəlillərim var. Bu üzdən bu 
yolçuluqda  istər  bir  yoldaşım  olsun  istər  olmasın, 
mən yolçuluğuma davam edəcəyəm.  

 
Ame
rikalı  dostlarım  mənə  deyirlər  ki,  atom 
bombasının kəşfi ahimsanın yayqınlaşmasına daha 
da  yardımçı  ola  bilər.  Onların  amacları  bu  sözdən 
atom  bombasının  qorxunc  yox  edicilik  qarşısında 
dünyanın ona nifrət etməsi isə, bu iddialarında haqlı 
ola bilərlər. Ancaq bu durum ona bənzəyir ki, kimsə 
dadlıca yeməklərdən qarnını o qədər doldurmuş ki, 
başı  dönməyə  başlamış.  Keçici  olaraq  yeməkdən 
vaz  keçmək  zorunda  qalmış.  Başdönməsinin 
keçməsindən  sonra  daha  artıq  bir  tamahla  yeməyi 
bəkləyir.  Eyni  şəkildə  atom  bombasına  olan  nifrət 
unudulduqdan  sonra  dünya  daha  ac  bir  şəkildə 
aqressivliyə yuvarlanacaqdır.  
Bəzən  kötülüklərin  içindən  yaxşılıqların  ortaya 
çıxmasına tanıq oluruq. Ancaq bu, insan istəyindən 
daha  çox  Tanrı  təqdirinə  bağlı  bir  olaydır. 
Təcrübələr  kötülüklərdən,  ancaq  kötülüyün 
törədiyini göstərmişdir. Yaxşılıqlardan yaxşılıqların 
törədiyi  kimi.  Atom  bombasının  Japoniyanı 
dağıtmasından  alınan  əxlaqi  sonuc  budur  ki,  bu 
fəlakəti qarşılıqlı biçimdə atom bombası qullanaraq 
çözmək  olmaz.  Aqressivliyi  də  qarşşılıqlı 
aqressivliklə  ortadan  qaldırmaq  mümkün  deyildir. 
Yalnız  məhəbbət  yoluyla  nifrət  və  kinə  qalib 
gəlmək olar. Nifrətə qarşı nifrət qullanmaq nifrətin 
yayqınlaşmasına,  dərinləşməsinə  səbəb  olacaqdır. 
Daha  öncə  söylədiklərimi  təkrar  etdiyimin 
bilincindəyəm. Əslində anlatmağa başlarkən də yeni 


163 
 
bir  şey  söyləmirdim.  Qeyri—aqressivlik  dağlar 
qədər  əskidirlər.  Fərq  onda  idi  ki,  mən  Tuti  quşu 
kimi,  kitablarda  olanları  əzbərləyib  anlatmırdım. 
Bütün  zərrələrimlə  inanıb  və  ona  görə 
davrandıqlarımı  anlatmışam.  Həyatımın  60 illik 
sürəsini  içərən  axtarış  və  davranış  təcrübələrimi 
artırmışdır,  inancımı  sarsılmaz  etmişdir.  Özəlliklə 
dostlarımın  da  bu  yoldakı  sağlıqlı  təcrübələri məni 
daha  da  həvəsləndirmişdir.  Yalnız  doğruluğa 
(həqiqətə)  arxalanaraq,  insan  təkbaşına  bütün 
çətinliklərin  qarşısında  sarsılmadan  dirənə  bilər. 
Hindistanın fəlsəfi və məzhəbi əsərlərini Avropaya 
tanıdan  araşdırmacı  alman  bilim  adamı  Maks 
Muler 
çox  doğru  bir  təsbitdə  bulunmuşdur.  Maks 
Muler illər öncə demişdir ki, doğruluğa inanmayan 
insanlar varsa, d
oğruluğu  və  onun  ilkələrini 
təkrar—təkrar söyləmək gərəkir.  

 
Hindistan  aqressiv  yöntəm  tərcih  edər  və  mən  də 
həyatda  olursam,  əsla  Hindistanda  yaşamaq 
istəməzəm.  O  zaman  artıq  mən  sevimli  vətənim 
Hindistanla əsla qürur duymaram.  
Mənim 
vətən 
sevərliyim 
inancımdan 
qaynaqlanmaqdadır.  Bir  yavru  çocuq  anasının 
məmələrinə  yapışdığı  kimi,  mən  də  Hindistana 
yapışmışam.  Çünkü  ruhumun  ehtiyacı  olan  qidanı 
Hindistan  mənə  verə  bilir.  Hindistanın  mənəvi 
mühiti  ruhi  təmayüllərimə  cavab  verməkdədir. 
Vətənimə  olan  bu  inancımı  itirsəm,  bir  yardımçı 
tapa bilməyəcəyinə inanan yetimə bənzəyəcəyəm.  
 
 
 
 


164 
 
 
 
 
 
 
 
 
 
 
Şəxsi ilkələr 
 

 
Sözün  gerçək  anlamında  uyqarlıq,  ehtiyacların 
artımında  deyildir.  Uyqarlıq  ehtiyacları  bilincli 
biçimdə  sınırlamaqdır.  Yalnız  bu  yolla  mutluluq 
icad 
və başqalarına xidmət etmək mümkündür.  

 
Yaşamaq  üçün  bəlli  ölçüdə  maddi  güvəncə 
qaçınılmazdır.  Ancaq  bu  ölçü  öz  sınırını  aşdığında 
mutluluq  aracı  olmaq  yerinə  mutsuzluq  aracına 
dönüşər.  Bu  üzdən  sınırsız  ehtiyaclar  oluşdurub 
onları  təmin  etməyə  çabalamaq  insanın  özünü 
aldatmasıdır. Maddi və hətta mənəvi ehtiyaclar aşırı 
istək  türünə  dönüşmədən  bəlli  bir  nöqtədə 
durmalıdır.  İnsan  öz  maddi  və  mənəvi  mühitini 
bəşəriyətə  xidmət  edəcək  biçimdə  oluşdurmalıdır. 
Çünkü  hər  kəsin  gerçək  görəvi  bütün  gücünü  bu 
yolda odaql
amaqdır (mərkəzləşdirməkdir).  

 
Bədən və düşüncə arasındakı ilişki o qədər incə və 
yaxındır  ki,  onlardan  hər  hansının  öz  düzənini 
itirdiyində bundan bütün həyat düzəni zərər görmüş 
olar. 
Bundan böylə bir sonuç çıxarmaq mümkündür 
ki,  sözün  gerçək  anlamında  sağlıq,  doğru  bir 
şəxsiyətə  və  arınmış  (təmiz)  bir  əxlaqa  sahib 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə