Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə57/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   53   54   55   56   57   58   59   60   ...   74

191 
 
Qadın-kişi  olaraq  ailə  tərkibində  edə  biləcəkləri 
işdir.  Toxuma  makinaları  mənə  görə  bu  sorunu 
kökündən  çözüb  və  çalışqan  bir  toplum  oluşdura 
bilər.  Bu  insanların  işsizlik  sorunu  çözüldüyündə 
onlarla azadlıq və konqrə
*
 
haqqında danışmaq olar. 
On  milyonlarca  bu  işsiz  insanlara  iş  verəcək  olan 
insan 
gerçək  anlamda  onların  azadlığını  təmin 
edəcəkdir.  Ancaq  bu  yolla  bu  işsiz  qalmış 
insanlarda  azadlıq  duyqusunu  oluşdurmaq  olar.  Bu 
yolla onları azadlıq vurqunu etmək olar.  

 
Hind  şəhərlərinin  kiçik  malikləri  Hind  əhalisinin 
necə  tədricən  can  çəkişdiklərini  çox  yaxşı  bilirlər. 
Bu kiçik işçilər çox yaxşı bilirlər ki, onların bütün 
həyatları  yabancı  sömürücülərə  yaramaqdan  başqa 
bir  şey  deyildir.  Çox  az  para  qarşısında  ruhlarının 
və bədənlərinin yabancıların kontrolunda olduğunu 
bilirlər.  Hind  xalqı  qanının  sömürücülər  tərəfindən 
necə sömürüldüyünü onlar çox yaxşı bilirlər. Bunlar 
bilirlər ki, ingilis yasaları əsasında hindistanda təsis 
edilən  hökümət  bir  sömürü  aracıdır.  Sömürünün 
ruhsuzlaşdırıb  skletə  dönüşdürdüyü  insanların 
sayını  Hindistanda  saymaqla  bitməz.  Tanrı  varsa, 
ingilislər  və  Hind  şəhrnişinləri  bu  cinayətlərindən 
dolayı  ona  cavab  vermək  zorunda  qalacaqlar. 
Hindistanda  cərəyan  edən  bu  cinayət,  bəlkə  bəşər 
tarixində bənzərsizdir.  

 
İşsizliyə,  tənbəlliyə,  sömürüyə  arac  olmaması  şərti 
ilə  mən  ən  gəlişmiş  makinaların  qullanımından  da 
tərəfdarlıq edəcəyəm. Yoxsulluğu, işsizliyi, ehtiyacı 
ortadan qaldırmanın ən kəsə yolu olduğundan mən 
toxuma  cəhrələrini  təklif  etdim.  İpəyirmə 
                                                 
*
 Hin
d istiqlal savaşına öndərlik edən böyük siyasi örgüt idi. Bu gün də 
Hindistanın ən böyük siyasi partiyasıdır.  


192 
 
makinaları  (Cəhrələr)  öz  türündə  yaxşı  makinadır. 
Mən  bu  cəhrələrdə  bəzi  dəyişikliklər  edib,  onu 
Hindistanın durumuna uyqunlaşdırmışam.  

 
Hind  kəndləri  məhv  olursa,  Hindistanın  da  məhv 
olaca
qdır.  O  zaman  artıq  Hindistan  dünya 
qarşısında heç bir görəvlilik öz üzərinə ala bilməz. 
Hind  kəndləri  o  zaman  azad  olacaq  ki,  kəndlər 
sömü
rülərdən  qurtulmuş  olsun.  Sənayeləşmə  geniş 
ölçüdə yayqınlaşarsa, birbaşa və ya dolaysız olaraq 
Hind kəndlərinin sömürüsü ilə sonuclanacaq. Çünkü 
bu, rəqabət və bazartapma işlərini də özüylə bərabər 
gətirəcək.  Bu  üzdən  də  diqqətlərimizi  Hind 
kəndlərinə yönəltməliyik. Hind kəndləri öz iqtisadi 
gücünə  dayanaraq  ehtiyaclarını  özləri  bərtərəf 
etməlidir. Bu özəlliklər qorunarsa, kəndlərin ən yeni 
makinalarla  donatılmasının  da  heç  bir  saqıncası 
olmaz. 
Yalnız  bu  makinaların  başqalarının 
sömürüsü
nə yönəlməməsinə diqqət etmək gərəkir.  
 
 
 
 
 
Bolluq içində yoxsulluq 
 

 
Əxlaqi  dəyərləri  gözardı  edən  iqtisadi  fəaliyətlərin 
önəmi yoxdur. İqtisadi sahələrdə qeyri—aqressivlik 
uluslar  arası  ticarətdə  əxlaqi  ölçüləri  göz  önündə 
bulundurmaqdır.  

 
Hindistanın  və  bütün  dünyanın  iqtisadi  yapısı  öylə 
olmalıdır ki, kimsənin yemək və geyəcəyə ehtiyacı 
olmasın. Gündəlik ehtiyaclarını bərtərəf etmək üçün 
h
ər  kəsin  özünəuyqun  iş  tapmasında  çətinlıik 


193 
 
olmamalıdır.  İlkin  ehtiyacları  ürətən  araclar  xalq 
kütləsinin  əlində  bulunduğu  zaman  bütün dünyada 
bu ideal 
gerçəkləşə  bilər.  Bunlar  başqalarını 

mürmə  araclarına  dönüşməməlidir.  Bu  ürətim 
araclarının  bir  ölkə,  bir  millət  və  ya  bir  fərd 
tərəfindən sahiblənməsi ədalətsiz tablov ortaya qoya 
bilər.  Bu  gerçəyə  diqqət  edilməməsi  sadəcə 
müsibətzədə  Hindistanda  deyil,  bütün  dünyada 
yoxsulluğu, fəlakətli həyatı ortaya qoymuşdur.  

 
Mənim  amacım  eşit  bir  biçimdə  gəlir  dağılımı 
sağlamaqdır. Ancaq görüdüyüm qədəriylə bu amacı 
gerçəkləşdirmək 
mümkün 
deyildir. 
Bunu 
gerçəkləşdirmək  mümkün  olmadığından  mən  daha 
uyqun olanı seçməyə çalışmışam.  

 
Məhəbbət,  sahiblənmə  ilə  uyum  içində  olmaz. 
Nəzəri  açıdan  məhəbbət  öz  ərmişliyinin  zirvəsinə 
çatdığında  sahiblənməmə  də  öz  zirvəsinə  çatmalı. 
Bədənimiz  sahib  olduğumuz  ən  son  mülkdür.  Bu 
nədənlə  də  insan  ölümü  qarşılamağa  hazır 
olduğunda  məhəbbətin  və  sahiblənməmənin 
zirvəsinə  çatır  və  öz  bədənindən  də  bəşəriyətə 
xidmət etmək üçün yararlanır. 

 
Ancaq  bu,  yalnız  teorik  baxımdan  doğru  ola  bilər. 
Gündəlik  həyat  ortamında  məhəbbətin  zirvəsinə 
çatmaq mümkün deyildir. 
Çünkü  bədənimiz  bir 
mülk  kimi  hər  zaman  öz  ixtiyarımızda  olacaqdır. 
İnsan  hər  zaman  əksik  yönlü  qalacaqdır.  İnsanın 
yazqısı  sürəkli  olaraq  öz  ərmişliyi  və  bütünlüyü 
yolunda  çabalamaqdır.  Böyləcə  məhəbbətin 
zirvəsinə  çatmaq  və  mütləq  mülksüzlüyə  varmaq 
yaşadığımız  müddətcə,  qeyri-mümkündür.  Ancaq 
bu  hədəf  yolunda  sürəkli  olaraq  durmadan  çalışıb 
ona yaxınlaşmalıyıq.  


194 
 

 
Düşünürəm ki, bir baxımdan biz hamımız oğruyuq. 
Ehtiyacım olmayan bir şeyi götürüb sonra ehtiyacım 
olar  deyə  saxlayıramsa,  o  şeyi  bir  başqasından 
oğurlamışam deməkdir. Təbiətin yazılmamış, ancaq 
anlaşılması  gərəkən  bir  yasası  var.  Təbiət  bizim 
gündəlik  istəklərimizi  təmin  etmək  üçün  yetəri 
düzeydə  ana  ehtiyacların  nəsnəsini  ürətməkdədir. 
Hər  kəs  daha  artıq  deyil,  yalnız  ehtiyacı  olduğu 
ölçüdə götürərsə, bu dünyada yoxsulluq və ehtiyac 
olmaz
, kimsə də acından ölməz. Ancaq bu eşitsizlik 
sürdükcə,  biz  başqasının  haqlarını  oğurlamaqla 
məşğul olacağıq.  
Mən  sosialist  deyiləm.  Maliklərin  mülklərini  zorla 
əllərindən almaq kimi, fikrim yoxdur. Çünkü böylə 
davranarsam, “ahimsa”nın ilkələrinə qarşı çıxaram. 
Kiminsə məndən daha artıq var-dövləti varsa, olsun, 
nə  önəmi  var?  Ancaq  öz  həyatımı  düzənləmə  ilə 
ilgili  olduğu  ölçüdə  söyləyə  bilərəm  ki,  ehtiyacım 
olmayan  bir  şeyə  sahib  olma  cürətim  yoxdur. 
Hindistanda 300 milyon nüfus var. Bu 300 milyon 
əhali  gündə,  yalnız  bir  kərə  yemək  yeyir.  Bu  da 
tərkibində  yağ  olmayan  Hindistana  özgü  “çapati” 
adlı  yeməkdir.  300  milyon  insanın  yeməyi  və 
geyəcəyi olmadığı sürəcə, bizim yaxşı yeyib geymə 
haqqımız olmamalıdır. Hətta daha bilgili və bilincli 
olan bizlər könüllü olaraq ac qalmağı başarmalıyıq 
ki, onlar ac qalmasınlar.  
Bir  şeyə  sahib  olmamaqla  oğurluq  etməmənin 
arasında ilişki var. Kimsə ehtiyacı olmayan bir şeyə 
sahib isə, o şeyi oğurluq yolu ilə əldə edilməsə də, 
oğurluq malı kimi sayılmalıdır. Bir şeyə sahib olma, 
gələcəklə  ilgili  bir  plan  yapmaqdır.  Həqiqət  və 
məhəbbət arayan adam sabahı üçün bir şey saxlaya 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə