Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə53/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   49   50   51   52   53   54   55   56   ...   74

176 
 
yayqın  duruma  gətirə  bilər.  Gizlin  amacların 
məktəblərdə  oğlanlar  və  qızlar  üzərindəki 
təxribatlarından  xəbərdaram.  Elm  adına  gəbəliyi 
önləyən aracların gənclər arasında yayqınlaşması və 
toplumun ünlü öndərlərinin onu məqbul saymaları, 
durumu  çox  gərginləşdirmişdir.  Bu  da  həyatın 
sağlıqlılığı  yolunda  çabalayan  islahatçıların  işlərini 
çətinləşdirməkdədir.  Məktəblərdə  çox  gənc  qızlar 
gəbəliyi  önləmə  haqqında  bilgi  verən  kitab  və 
dərgiləri  geniş  miqyasda  oxumaqdadırlar.  Bu  iş 
üçün  gərəkən  aracları  rahatca  əldə  edə  bilirlər.  Bu 
aracları,  yalnızca  ərli  qadınlarla  sınırlı  saxlamaq 
mümkün olmayacaq. 
Evliliyin  amacı,  yalnızca 
heyvani 
şəhvətlərin 
təmin 
edilməsi 
ilə 
özətləndiyində,  ailə  qutsal tarixi bir qurum kimi 
təxrib edilməyə başlayacaq.  

 
Məni  tərki-dünya  biri  olaraq  tanımaq  doğru 
deyildir. 
Özəl həyatımı biçimləndirən ideallar bütün 
bəşər  toplumu  üçün  qəbul  edilə  bilər.  Onları  çox 
tədrici  evrimlə  əldə  etmişəm.  Hər  addımımı 
atmadan ön
cə  bir  neçə  kərə  ölçmüşəm.  Seçmiş 
olduğum dözüm və qeyri—aqressiv davranış türüm 
mənim  özəl  sınaqlarımdan  qaynaqlanmışdır. 
Topluma  xidmət  görəvimdə  bunlar  mənim  yolumu 
açmışlar. Güney Afrikada olduğumda təkbaşıma bir 
həyatım var idi. Ancaq ailə işlərimlə, vəkillik işimlə 
və sosial görəvliliklərimlə bağlı durumlar qarşısında 
çox  disiplinli  bir  həyat  sürürdüm,  özəlliklə  cinsi 
həyatımı  azaltmağa  çalışırdım.  Öz  yurddaşlarımla 
və  avropalılarla  da  olan  ilişkilərimdə  qeyri—
aqressiv  davranışımı  ən  yüksək  düzeydə 
uy
qulayırdım.  Adi bir insandan daha üstün 
olduğumu  iddia  etmirəm.  Hətta  orta  bir  adamla 


177 
 
müqayisədə  ləyaqətimin  daha  aşağı  olduğunu 
düşünürəm. Şəxsi təcrübələrimə dayanaraq qeyri—
aqressivlik  yolundakı  qazanımlarımdan  dolayı 
özümdə böyük bir istedad da görmürəm.  

 
Mənim zehnim və düşüncəm öz biçimini və yolunu 
bulmuşdur.  Tanrı  yolundakı  irəliləyişimdə  heç  bir 
yoldaşa  ehtiyacım  yoxdur.  Məni  fırıldaqcı 
adlandıranlara  deyəcək  bir  sözüm  yoxdur.  Mənə 
“mahatma”  ləqəbi  verilmişdir.  Məni  fırıldaqcı 
adlandıranlar bu ləqəbin təxrib edilməsinə yardımçı 
ola bilərlər. Etiraf etməliyəm ki, haqqımda söylənən 
kötü  sözlər  məni  xalqın  təsəvvüründən  endirərsə, 
buna  çox  sevinərəm.  Çünkü  mən  fövqəladə  bir 
insan  deyiləm,  adi bir insanam  və  “mahatma” 
ləqəbinin  mənim  üçün  heç  bir  önəmi  yoxdur. Onu 
bir yük olaraq görürəm.  
 
 
 
 
 
Dünya barışı 
 

 
Bir  fərd  ruhi  açıdan  uğur  qazandığında 
ətrafındakılarının  zərərə  uğrayıb  acı  çəkəcəklərinə 
inanmıram.  Mən  mütləq  ruh  olan  “advaita”ya 
inanıram.  İnsan  və  yaşayan  bütün  canlıların 
vəhdətinə (birliyinə) inanıram. Bu üzdən ruhi uğur 
qazanımına  bütün  dünya  bəlli  ölçüdə  qatılırkən, 
b
irinin  uğursuzluğunda  da  bütün  dünya  zərər 
görmüş olur.  

 
Heç  bir  saqınım  (imtina),  yalnızca  tək  bir  adamın 
mutluluğu ilə sınırlı qalmadığı kimi, əxlaqi çöküş də 


178 
 
sadəcə bir fərdə ziyan verməklə sınırlı qalmaz. Bu 
üzdən  birinin  yaxşı,  ya  da  kötü  olması,  yalnızca 
özünü ilgiləndirən qonu deyildir. Həm öz toplumu, 
həm də bütün dünya ilə ilişkilidir.  

 
Doğada  bolca  qırılmalar  olsa  da,  yaşam  cazibə  və 
bağlanmalar  üzərində  qurulur.  Qarşılıqlı  məhəbbət 
doğanın  varlığına  səbəb  olmaqdadır.  Insan  məhv 
etməklə  yaşamaz.  Özümüzə  olan  sayqımız 
başqalarına  da  sayqı  gərəkdirər.  Uluslar onu 
oluşduran  bireylərin  arasındakı  qarşılıqlı  sayqı 
ilə oluşar. Uluslar içindəki uyumluluq və sayqı bir 
gün bütün d
ünyada yayqınlaşmalıdır. Oğuş (ailə) içi 
yasalar genişləyib ulus adında daha böyük bir oğuş 
uluşdurar.  

 
Bəşəriyət  vahid  bir  toplumdur.  Çünkü  hamısı 
bənzər  əxlaqi  yasalara  tabedirlər.  Tanrı  yanında 
bütün  insanlar  eşitdir.  İnsanlığın  müxtəlif  uluslara 
bölünd
üyü  doğrudur.  Ancaq  şəxsin  pozisionu 
yüksəldikcə sorumluluğu da artar.  

 
Mənim  görəvliliyim,  yalnızca  Hind  toplumunun 
qardaşlığını, 
Hindistanın 
qurtuluşunu 
və 
özgürlüyünü  içərməz.  Hindistanın  qurtuluşu  və 
özgürlüyü  bütün  zamanımı  alsa  da,  düşünürəm  ki, 
Hind
istanı  azad  etməklə  bütün  dünyaya  xidmət 
etmiş olacağam. Yurdsevərliyim özəl bir şey deyil, 
bütün  insanları  içinə  almaqdadır.  Başqa  millətləri 
sevməzlikdən  gələn,  başqa  uluslara  zərər  vermək 
istəyən  yurdsevərlik  mənim  ülkülərimə  ayqırıdır 
(tərsdir).  Yurdsevərliyim  bütün  insanlığı  içinə 
almazsa,  heç  bir  önəmi  yoxdur.  Yurdsevərliyim, 
yalnızca  bütün  insanları  deyil,  həyatın  bütün 
görünümlərini  içərməkdədir.  Qardaşlıq  və  birlik 
duyqularını, yalnızca insanlar arasında deyil, bütün 


179 
 
canlılar,  sürüngənlər  arasında  bilə,  oluşdurmaq 
istəyirəm.  Əvət,  bəlkə  çox  şaşırdıcı  görünə  bilər, 
ancaq  sürüngən  canlıların  da  haqlarını  qorumaq 
istərdim.  Bütün  canlıların  yaradıcısının  Tanrı 
olduğuna  inanırıqsa,  hansı  biçimdə  olursa  olsun, 
yaradılış qaynağımız birdir.  

 
Ulusçu olmayan 
kimsə, internasionalist ola bilməz. 
Nasionalismin  üzərində  internasionalism  qurular. 
Hər ölkənin insanları öz ulusunu təşkil edər və hər 
açıdan 
güvənlik 
oluşdura 
bilirlərsə, 
bu, 
kəndiliyindən  dünya  barışına  xidmətdən  başqa  bir 
şey deyildir. Ulusçuluq kötü bir şey deyil. Kötü olan 
ulusların  düşüncələrinin  genişləməsini  önləyən 
dargörüşlülükdür.  Dargörüşlülük  üzündən  bir  ulus 
başqa  bir  ulusun  yenilgəsi  üzərinə  öz  mutluluğunu 
qurmağı  düşlər.  Bir  ulus  başqa  ulusun  bədbəxtliyi 
hesabına uzun sürəli mutlu ola bilməz.  

 
Mən  Hindistanın  kiçik  bir  xidmətçisiyəm. 
Hindistana  dayanaraq  bütün  bəşəriyətə  xidmət 
edirəm.  Əlli  illik  siyasi-toplumsal  həyatıma  və 
təcrübələrimə  dayanaraq,  anladım  ki,  dünyaya 
yararlı  olmanın  tək  yolu  öz  ulusuna  yararlı 
olmaqdan  keçər.  Bu, çox yüksək  əxlaqa  dayanan 
işdir. Bu düşüncəni qəbul etmək öz-özünə dünyada 
duru
mun  yaxşılaşmasına  xidmət  edər  və  uluslar 
arasında yayqın olan qarşılıqlı qısqanclıq və həsədi 
ortadan qaldırar.  

 
Başqaları  ilə  yardımlaşma  və  başqalarına  bağlılıq 
duyqusu istiqlal duyq
usu  qədər  dəyərli  olmalıdır. 
Insan  toplumsal  bir  varlıqdır.  Toplumla  qarşılıqlı 
bağlar  qurmadan  vücud  aləmi  ilə  birliyi 
gerçəkləşdirmək  olmaz.  Qarşılıqlı  toplumsal 
ilişkilər  insana  öz  inancını  denəmə  olanaqları 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə