Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə61/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   57   58   59   60   61   62   63   64   ...   74

206 
 

 
Özərk  hökümət  birbaşa  bizim  iç  gücümüzdən  və 
yabancı 
güclərin 
basqısı 
qarşısındakı 
ləyaqətimizdən 
asılıdır. 
Özərk 
hökümətin 
qorunması  üçün  sürəkli  çabalama  olmazsa,  onun 
varlığına  olan  ehtiyac  da  zamanla  ortadan  qalxar. 
Bu üzdən də demək istəyirəm ki, siyasi özərklik heç 
də fərdlərin öz ruhi özərkliklərindən üstün deyildir. 
Böylə  isə,  siyasi  özərkliyi  də  fərdin  öz  ruhi 
özərkliyini qazandığı yollarla əldə etmək gərəkir.  

 
Hüququn  gerçək  qaynağı  görəvlilikdir,  görəvin 
bilincində  olmaqdır.  Görəvlərimizi  dürüstcə 
yaparsaq,  haqqımızı  almaqdan  yoxsun  qalmarıq. 
Görəvimizi  yapmadan  haq  arxasınca  olsaq,  sürəkli 
bizdən qaçacaqlar.  

 
Mənə  görə  siyasi  gücə  ulaşmaq  amac  deyildir. 
Siyasi güc, öz durumunu dəyişik sahələrdə onarmaq 
üçün  topluma  verilən  fürsətdir.  Siyasi güc, milli 
ya
şamı  milli  təmsilçilər  aracılığı  ilə  düzənləmə 
olanağıdır.  Milli  həyat  öz-özünü  düzənləyəcək 
düzeydə  gəlişmiş  olursa,  artıq  təmsilçilərə  gərək 
qalmaz. 
Bu  durumda  anarşizm  ən  yüksək  səviyəsi 
ilə  ortaya  çıxar  və  hökümət  də  olmaz.  Hər  kəs 
özünə hakim olar. Qonşularına sorun çıxarmayacaq 
düzeydə  kəndi  iqtidarını  qurar.  Bu  üzdən  də  ideal 
bir  dövlətdə  siyasi  güc  deyə  bir  şey  olmur.  Çünkü 
bu 
durumda  dövlət  deyə  bir  quruluş  olmur.  Ancaq 
bu  ideal  heç  bir  zaman  gerçəkləşməyəcək. 
Amerikalı yazar və filosof Toro “ən yaxşı hökümət 
iqtidarını ən çox sınırlamış olandır” demiş.  

 
Məncə,  gerçək  demokratiya  yalnız  qeyri—
aqressivliyin ürünüdür. 
Kürəsəl  birlik,  yalnız 
qeyri—
aqressivlik  əsasında  qurula  bilər.  O zaman 
kürəsəl boyutda da aqressivliyə yol verilməməlidir.  


207 
 

 
Mənim inancım budur ki, mövcud olanaqlardan hər 
kəs  eşitcə  yararlanmalıdır.  Ancaq  hər  kəsin  eyni 
düzyedə  yetənəyi  olmadığı  üçün  bu,  mümkün 
deyildir. 
Örnəyin  hər  kəsin  boyu  bir  uzunluqda, 
sifətləri,  burunları  tam  bir-birinə  bənzərcə  ola 
bilməz. Bu üzdən kimilərinin daha az və kimilərinin 
də artıq para qazanma istedadları vardır. Istedadlılar 
daha  çox  qazanacaqlar  və  bu  doğrultuda 
istedad
larını 
gerçəkləşdirəcəklər. 
Onlar 
yetənəklərini  doğruca  qullanır  olsalar,  bir  dövlətin 
işini görə bilərlər. Başqa bir deyişlə böylə bir sinif 
toplumun sərmayəsinin əmanətdarlıları kimi ortaya 
çıxarlar.  Kim  daha  çox  yetənəklidirsə,  daha  çox 
qazanmalıdır  görüşü  ilə  mən  tamamən  razıyam. 
Mən bir başqasının istedadını yox etmək istəmirəm. 
Ancaq istedadlı adamın gəlirinin böyük bir bölümü 
ortaq toplumsal yararlı işlərə adanmalıdır. Necə ki, 
birlik  olan  ailədə  bir  atanın  evladlarının  bütün 
qazancı  ortaq  ailə  xəzinəsinə  gedər.
*
 
Onlar  özəl 
gəlirlərini  toplumun  əmanəti  kimi  anlayacaqlar. 
Bəlkə  mən  öz  nəzəriyəmdə  yanılmış  ola  bilərəm, 
ancaq bu, mənim izlədiyim hədəfdir.  

 
Ümidvram azadlıq və istiqlalın bir neçə kişi ilə əldə 
edilə  bilməyəcəyini  göstərə  bilərəm.  Azadlıq  və 
istiq
lal toplumu eyitərək, toplumu öz olanaqları ilə 
ilgili bilincləndirərək əldə edilə bilər.  

 
Bizim  istiqlalımız,  yalnızca  İngilətərəni  dışlamaq 
deyildir. 
Hindistanlı  bir  kəndli  ölkəsinin 
yönətimində qatqıda bulunmanın bilincində olduğu 
zaman  gerçək  istiqlala  varmış  olacağıq.  Hind 
köylüsü  seçdiyi  öz  təmsilçisi  aracılığı  ilə  öz 
                                                 
*
 
Ortaq gəlirli böyük ailələr Hindistana xas olan ailə biçimidir.  


208 
 
yazqısının  bəlirləyicisi  olduğunda  biz  gerçək 
anlamda bağımsız ölkə olacağıq.  

 
Uzun  zamandır  gücün  qanun  qoyan  mərkəzlərdən 
qaynaqlandığını  sanmağa  alışmışıq.  Bu  inanışın 
tənbəllik  və  ya  riya  üzündən  yayqınlaşdığını 
düşünürəm.  İngiltərənin  tarixini  üzeysəl  oxuma 
bütün  gücün  parlemandan  topluma  doğru  yayıldığı 
təsəvvürünü oluşdurur. Ancaq doğru olan budur ki, 
gerçək  güc  toplumun  əlindədir.  Toplum  qısa 
sürəliyinə  bu  gücü  seçdiyi  adamlara  həvalə  edir. 
Toplumdan  ayrı  olan  parlemanın  heç  bir  anlamı 
yoxdur. 
Keçən  21  il  içində  Hind  toplumunu  bu 
gerçəyə inandırmağa çalışmışam.  
Barışcıl ümumi itaətsizlik gücün gerçək qaynağıdır. 
Tutalım ki, qanun yazan qurumun çıxardığı yasaları 
toplumun  tamamı  qəbul  etmir  və  bu  qəbul 
etməmənin  əziyətlərinə  də  qatlaşmaq  istəyir.  Bu 
durumda  qanun  yazan  və  qanunu  icrayə  qoyan 
qurumların işləvsəlliyi ortadan qaldırılacaqdır. Polis 
və  savaş  gücləri  toplumu  qısa  sürəliyinə  zorla 
kontrol altında tuta bilər. Ancaq hər tür əziyətə və 
bədələ  qatlaşmağı  göz  önündə  bulunduran  iradəli 
bir topluma po
lis və digər hərbi güclər təsir göstərə 
bilməz.  Bəlli  haq  anlayışını  toplumsal  inanca 
dönüşdürmüş  bir  toplumun  iradəsini  qırmaq  qeyri-
mümkündür. 
Parleman yöntəmi, yalnız çoğunluğun 
i
radəsinə  dayandığı  müddətcə,  yaxşıdır.  Başqa 
deyişlə,  toplumun  çoğunluğunu  savunduğu  sürəcə, 
parlemantarizm  çox  yaxşı  və  etkili  bir  yönətim 
örnəyidir.  
Ümid edirəm ki, qurmaq istədiyimiz hökümət basqı 
və  zor  qullanmaz.  Biz,  sadəcə  ağdərili  ingilis 
hərbçilərini ölkədən çıxarıb yerinə dəyişik rənglərdə 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə