196
durduqca, qeyri—
aqressivliyə dayanan bir hökümət
qurmaq mümkün olmayacaq.
Yeni Dehlidə təsis
edilən saraylarla daxmasız və ya qaranlıq
daxmalarda yaşayan hindlilər azad bir Hindistanda
bir gün də davam etməməlidir. Çünkü zənginlər və
yoxsullar torpaq
qonusunda eyni hüquqa sahib
olduqlarında Hindistan gerçək anlamda azad olacaq.
Zənginlikdən və zənginliyin yaratdığı qüdrətdən
ölkənin ümumi rifahi və məsləhəti üçün könüllü
olaraq
yararlanılmazsa, sonunda qanlı devrim ortaya
çıxa bilər. Mənim böylə bir nəzəriyəm var:
“
zənginlər özlərini toplumun ümumi əmanətini
qoruyan
əmanətçisi kimi bilməlidirlər. Toplumun
əmanəti onlara tapşırılmış.” Bir çox şəxslər mənim
ortaya atdığım nəzəriyəni gülünc görüb gülürlər. Nə
q
ədər gülsələr də mən bu nəzəriyəyə bağlıyam,
bütün varlığımla ona inanıram. Bu nəzəriyənin
həyatı keçməsi çox çətindir. Ancaq qeyri—
aqressivliyə çatmaq
da asan deyil, çox çətindir.
•
Gerçək eşit dağıtım nə deməkdir? Eşit dağıtım, yəni
hər kəsin doğal ehtiyaclarını gedərmək üçün
gərəkən aracları əldə edib qullana bilməsi. Örnəyin,
birinin mədəsində həzmetmə sorunu var və yalnız
gündə 200 qram un istifadə edir və bir başqası isə,
gündə yarım kilo un istifadə edirsə, hər iki adama
öz ehtiyaclarını bərtərəf etmələri üçün olanaq
sağlanmalıdır. Bu idealın həyata keçməsi üçün
toplumsal düzən kökündən dəyişməli və yeni düzən
qurulmalıdır. Qeyri—aqressivlik üzərində gəlişməni
özünə hədəf olaraq seçən toplumun bundan başqa
bir yolu
ola bilməz. Bəlkə biz bu hədəfə çata
bilmərik, ancaq zehnimizdə bu planı qəbul edib
sürəkli ona yaxınlaşmağa çalışmalıyıq. Bu amaca