187
üçün
böyük bazarlara ehtiyac
olmayacaq. Bu üzdən
bol ürətim bir yerdə durmalıdır.
•
Sənayeləşmənin hər ölkə üçün lazım olduğunu
düşünmürəm. Başqa ölkələrlə qiyasda Hindistan
üçün sənayeləşmə daha az lazımdır. Bağımsız
Hindistan sadə və şərəfli yaşam biçimini seçərək,
kiçik əl sənayesi və tarım işləri aracıyla dünya
barışına qatqıda buluna bilər. Hər gün bizə qəbul
etdirilən qarmaşıq maddi həyat biçimi ilə böyük
düşüncələr uyumlu ola bilməzlər. Nəcib yaşamaq
s
ənətini öyrəndiyimizdə həyatın bütün gözəl
incəliklərini görmək mümkün olur. Təhlükəli yaşam
biçimində həyəcanlar ola bilər. Ancaq təhlükə və
təhlükəli yaşam arasındakı fərqi anlamalıyıq. Yırtıcı
heyvanlarla və vəhşi adamlarla dolu olan bir
ormanda üzərində heç bir silah olmadan, sadəcə
Tanrıya güvənərək yaşamağa cürət edən bir adam
təhlükə ilə qarşı—qarşıyadır. Ancaq yüksəklikdə
yaşayan bir adam insanların heyrətli alqışını
qazanmaq üçün özünü aşağı atırsa, təhlükəli həyat
şəklini seçmişdir. Birinci adamın həyatında böyük
bir amac var, ikinci adamın həyatında heç bir amac
yoxdur.
•
İndiki krizlərin və qarmaşıq durumun səbəbi nədir?
G
üclü millətlərin zəif millətləri sömürməsinin krizə
səbəb olduğunu söyləmək istəmirəm. Gerçək səbəb
qardaş millətlərin qardaş millətlər tərəfindən
sömürülməsidir.
Makina
laşma
sənayesi
ilə
müxalifətim də bu üzdəndir. Makina bu millətlərə
başqa millətləri sömürmələri üçün imkan yaradır.
•
Gücüm yetsə idi, bu an bu sistemi məhv edərdim.
Ölümcül silahların bu sistemi çökərdəcəyinə
inan
saydım, heç şübhəyə qatılmadan ən ölümcül