Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə56/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   52   53   54   55   56   57   58   59   ...   74

188 
 
silahları qullanaraq bu sistemi ortadan qaldırardım. 
Böylə iş görmürəmsə, səbəbi budur ki, bu silahları 
qullanmaqla  bu  sistemin  müdirləri  və  indiki 
rəhbərlər  ölsələr  də,  indiki sistem ortadan 
qalxmayacaq,  öz  həyatına  davam  edəcək. 
Yöntəmləri  ortadan  qaldırmaq  yerinə  adamları 
məhv 
etmək 
istəyənlər 
yanlış 
yöntəm 
qullanmaqdadırlar.  Bunlar,  əslində  kötülüyün 
gerçək qaynağını görmürlər.  

 
Makinalaşma  özünə  yer  etmişdir  və  davam 
edəcəkdir.  Ancaq  makinanın  insan  işlərini 
me
ydandan  çıxarmasına  izn  verilməməlidir.  Əkin 
yerini 
yeni  və  gəlişmiş  makinalarla  şumlamaq  çox 
yaxşıdır.  Ancaq  bir  adam  bir  makina  düzəldərək 
Hindistanın  bütün  tarlalarını  əkib  tarım  ürünlərini 
öz kontroluna keçirərsə, o zaman milyonlarca adam 
işsiz  və  ac  qalacaq.  Daha  sonra  da  işsizlik  onları 
axmaqlaşdıracaq.  Necə  ki,  bir  çox  insanlar  indiki 
durumda  axmaqlaşdırılmışlar.  Gün  keçdikcə  də 
axmaqların sayı artmaqdadır. Mən makinanın kənd 
və 
tarım 
iqtisadiyatını 
canlandırmasını 
dəstəkləyirəm.  Ancaq  makina  aracılığı  ilə  əl 
sənayesini ortadan qaldırmağı cinayət hesab edirəm. 
M
akinalaşma sonucunda işsiz buraxılan milyonlarca 
kənd əhalisinə evlərində başqa işlər verməklə, bəlkə 
bu sorunlar çözülə bilər.  

 
Mənim  qarşı  çıxdığım  makinalaşma  “dəliliyi”dir, 
makina deyil. Ma
kinalaşma  dəliliyi  daha  az  işçi 
qullanaraq, 
daha 
çox 
para 
qazanmağı 
amaclamaqdadır.  Milyonlarca  işsiz  qalmalar 
hesabına  zəniginləşmə.  Mən  də  zaman  və  əmək 
qonusunda 
qənaətin  tərəfdarıyam.  Ancaq bu, 
toplumun çox az bir qis
minə  aid  olmamalıdır,  hər 


189 
 
kəs üçün olmalıdır. Zənginliyin, yalnız azınlıq üçün 
deyil,  hər  kəs  üçün  olması  şərti  ilə  artıb 
mərkəzləşməsinin  tərəfdarıyam.  İndiki  durumda 
makina  və  makina  sənayesi  çox  az  bir  qismi  işlə 
təmin  edərək  milyonlarca  insanı  işsiz  buraxmışdır. 
Makinalar 
işçilərin  çətinliklərini  azaltmaq  üçün 
qullanılmadığından  bəşərsevərlik  duyqularından 
məhrumdur.  Asan  yolla  daha  çox  zənginlik  əldə 
etmə  şəhvətini  artırmaqdadır.  Bütün  gücümlə  bu 
duruma  qarşı  savaşmaqdayam.  Ən  son  amac  insan 
olmalıdır.  Makina  insan  bədəninin  üzvlərini 
z
əiflətmək 
üçün 
qullanılmamalıdır. 
Hind 
makinalarını bu arada mən istisna edirəm. Örnəyin 
singer 
dərzi  makinasını  təsəvvür  edin.  Bu makina 
ən verimli kəşflərdən biri sayıla bilər. Hətta bunun 
kəşfinin  ötəsində  bir  də  bir  dastan  var.  Singer
xanımının  paltar  dikməkdə  nə  qədər  əziyət 
çəkdiyini  görürdü.  Qadınına  olan  dərin  sevgisi 
üzü
ndən dikiş makinasını düzəltdi. Bununla da çox 
sevdiyi  qadınının  zəhmətlərini  azaltmış  oldu. 
Singer,  yalnızca  öz  xanımının  zəhmətlərini 
azaltmadı,  həm  də  bütün  qadınların  ağır  işlərinin 
yüngülləşməsinə  yardımçı  oldu.  Mənim  istəyim, 
durumun  və  iş  şərtlərinin  dəyişməsidir.  Dəlicəsinə 
zənginləşmə  çabaları  ortadan  qalxmalıdır.  İşçiyə 
dəyər  verilməlidir  və  işçi  makinalara  və 
zənginləşmələrə  fəda  edilməməlidir.  Böylə 
olduğunda makina həm onun sahibinə, həm dövlətə, 
həm də işçilərə yararlı ola bilər. Makina qullanımı 
işçilərin  zəhmətlərini  və  ağır  işlərini  azaltma  kimi, 
insani 
amaclara  xidmət  etməlidir.  Ehtiras  yerinə 
məhəbbət yerləşərsə, hər şey düzələr.  


190 
 

 
Ipəyirmə  makinaları
*
 
sənayeləşmə  ilə  yarışmaq  və 
onu  məhv  etmək  üçün  deyildir.  Amac  Hindistanda 
bu  vəsilə  ilə  işsizliyi  ortadan  qaldırmaqdır. 
Hindistan  əhalisinin  çoxu  tarım  işləri  ilə 
uğraşmaqdadır.  İl  içində  altı  aydan  artıq  işsiz 
qalırlar.  Bunun  səbəbi  uyqun  bir  işin  olmamasıdır. 
Bu üzd
ən də əhalinin çoxu uzun sürəli aclıqla qarşı-
qarşıya olurlar. Əllə ipəyirmə makinaları bu işsizlik 
sorununa bir çözgə (çarə) ola bilər.  

 
Əllə  ipəyirmə  sənəti  adına  digər  sahələrin 
dışlanmasından  yana  deyiləm.  Əllə  ipəyirmə 
sənətini  yayqınlaşdırmamın  böyük  səbəbi  var. 
Hindistanda 
on  milyonlarca  adam  vaxtlarının 
çoxunu  heç  bir  iş  görmədən  keçirirlər.  Toxumu 
payızda  əkib  yazın  sonlarında  biçirlər.  Əkim  və 
biçim arasındakı zaman dilimi içində işsiz qalırlar. 
İşsiz qaldıqları bu sürə içində toxumacılıqla məşğul 
olmalarını  istədim.  Əlbəttə  ki,  bu  işsizlik  durumu 
olmasaydı,  toxuma  makinalarına  da  ehtiyac 
qalmazdı.  

 
Ac  bir  adam  hər  şeydən  öncə  öz  qarnını  doyurma 
fikrindədir.  Böylə  bir  adam  bir  tikə  çörək  üçün, 
hətta  öz  azadlığını  da  satar.  On milyonlarca Hind 
əhalisi  tam  bu  durumdadır.  Onlar  üçün  azadlıq  və 
Tanrı  kimi  sözlərin  heç  bir  anlamı  yoxdur.  Bu 
insanlarda  azadlıq  duyqusunu  oluşdura  bilməmiz 
üçün  onların  işsizlik  sorunlarına  çarə  bulmalıyıq. 
Ən aşağı məbləğdə də olsa, onları öz daxmalarında 
görə  bilmələri  üçün  bir  iş  bulmalıyıq.  Mənim 
önərdiyim  toxuma  makinaları  bunun  üçün  çox 
uyqundur. 
Yoxsulluq,  dərd  və  qəm  yatağı  olan  ən 
kiçik  evlərində  də  kəndlilər  bu  işi  edə  bilərlər. 
                                                 
*
 
Əllə ipəyirmə makinalarını Qandi Hind kəndlilərinə önərmişdi.  


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə