204
Demokratiya və xalq
•
Mənim demokratiyadan olan təsəvvürüm budur ki,
demokratik bir ortamda ən yoxsul siniflə ən zəngin
sinif bərabər imkanlara sahib olsunlar. Bu da, ancaq
qeyri—aqressiv
yolla ola bil
ər.
•
Mənim inancıma görə ən aşağı xalq kütləsini də
içinə alacaq olan toplumsal eşitlik kəsinliklə zorla
bərqərar ola bilməz. Bu iş aşağı sinifi eyitim və
öyrətim yoluyla gerçəkləşə bilər. Aşağı sinif
çəkdikləri bütün acılara baxmayaraq, qeyri—
aqressiv yol
la toplumun səviyəsini yüksəldə bilər.
Qeyri—
aqrsssiv savaşın yolu qeyri—əməkdaşlıqdır.
Bir zaman gəlir ki, qeyri—əməkdaşlıq hər kəsin
uyması gərəkən sosial pozisiona dönüşür. Kimsə öz
zərəri hesabına əsarət və köləliklə əməkdaşlıq
etmək zorunda deyil. Başqalarının hesabına əldə
edilən azadlığın ömrü uzun sürəli ola bilməz.
Məhrum siniflər, yalnız qeyri—əməkdaşlıq yoluyla
azadlığı qazanma sənətini əldə etdikdən sonra
azadlığın nə oldğunu anlayacaqlar.
•
Dinc yolla itaətsizlik hər kəsin doğal haqqıdır. Bu
haq
qından vaz keçən adam, insan sayılmaz. Dinc
yolla itaətsizlik heç bir şəkildə xaosla sonuclanmaz.
Ancaq aqressiv itaətsizlik xaosa və hətta cinayətlərə
səbəb ola bilər. Hər dövlət cinayətkar asiləri zorla
yenmək istər. Öylə etməzsə, dövlətin özü devrilər.
Qeyri—
aqressiv və dinc itaətsizliyi boğmaq vicdan
və inancı həbs etməkdən başqa bir işə yaramaz.