231
(təkamülünün) ən sürətli yolu, əl işlərini elmi
biçimdə öyrənməkdir. Öyrəncilər özlərini işçilər
yerinə qoyub çalışmağı başarsalar, işsizlik sorunu
öz-
özünə çözüləcəkdir.
•
Məncə, çocuğa öyrədilən bir çox bilgilərin şifahi
olaraq gerçəkləşməsi daha verimli ola bilər. Ümumi
bilgiləri öyrənmədən öncə, çocuğu əlifba
öyrənməyə zorlasaq, onları həyatlarının ən mutlu
çağında bilgiləri şifahi yolla öyrənmə sevincindən
yoxsun buraxacağıq.
•
Ədəbiyat öyrənmək şəxsi əxlaq dəyərlərini bir
santım da artıra bilməz. Şəxsiyət yetişdirmə,
şəxsiyətin olqunlaşması ədəbi eyitimlə ilgili
deyildir, başqaca bir qonudur.
•
İlk oxulun Hindistanda parasız olması gərəkdiyinə
inanıram. Ayrıca, bu dönəmdə çocuğa bir peşə də
öyrədilməlidir. Bu tür eyitim çocuğun ruhi və
bədəni istedadlarının parlamasına yardımçı ola
bilər. Eyitim olayında iqtisadi amilə diqqət etmək
lazımdır. İlk gündən çocuğu iqtisadi zehniyətə sahib
olan insan kimi eyitmək lazımdır. Gerçək
iqtisadiyatın yüksək əxlaq ölçüləri ilə heç bir
ziddiyəti yoxdur. Gerçək əxlaqi düzənin də doğru
olan iqtisadiyata ehtiyacı vardır.
•
Hər çocuqda əl, beyin və ruhun eyni səviyədə
gəlişməsindən yanayam. Ancaq indi əllər iflic
durumda və ruhlar baxımsızca, buraxılmışlar.
•
Çocuqlar həyat gerçəkləri haqda maraqlandıqlarında
bildiyimiz nə varsa, hamısını söyləməliyik.
Bilmədiyimiz bir şey varsa, öz bilməzliyimizi
açıqca etiraf etməliyik. Söylənilməməsi gərəkən bir
şey varsa və çocuq o haqda soru sorursa, çocuq
üzərində o qədər kontrolumuz olmalıdır ki, o sualı
232
bir başqasından sormaması yolunda onu razı
salmalıyıq. Çocuqları həyatın gerçəklərindən uzaq
tutmamaq gərəkir. Çocuqlar bizim təsəvvür
etdiyimizdən də daha çox bilirlər. Çocuq bir şeyi
anlamazsa, o qədər sual soruşar ki, onu tam olaraq
anlamış olsun. Çocuqdan gizlin saxlamamız
gərəkən bir mövzu varsa, bu qonuda diqqətli
olmalıyıq. Öz yanlış işlərimizə çocuq tanıq
olmamalıdır. Çocuq bizim yanlış işlərimizə tanıq
olsa, onu bizdən deyil, başqa qaynaqlardan
öyrənməyə çalışacaq. Bu da çocuğun güvənini
pozan olaydır. Bu üzdən də çocuqdan gizlin
saxlayacağımız özəl işlərimizin çocuq tərəfindən
bilinməməsinə, görülməməsinə çalışmalıyıq.
•
Ağıllı ata-ana çocuqlarının yanlış yapmalarına izn
verər, bunu faciə kimi görməzlər. Çocuq üçün ən
azından bir dəfə barmağını yandırması yararlıdır.
•
Cinsi şəhvətimizi gözümüzü qapamaqla kontrol
altına ala bilmərik. Mən gənc oğlanların və qızların
cinsi
orqanların
qullanımı
qonusunda
eyitilmələrindən yanayam. Mən özüməməxsus
yöntəmlə eyitimləri mənə tapşırılmış olan çocuqları
bu qonuda bilgiləndirməyə çalışmışam. Həm
qızları, həm də oğlanları. Mənim tərəfdarı olduğum
cinsi eyitim, cinsi şəhvətə qalib gələrək ona əxlaqi
özəlliklər qazandırmaqdır. Bu eyitim öz-özünə
heyvan və insan arasındakı müqayisədə insanın
üstün olduğunu çocuğa anlatmalıdır. Çocuğa
anlatmaq gərəkir ki, heyvanla insan arasındakı cinsi
bənzərlik insanın heyvan olduğu anlamına gəlməz.
İnsanda ruh və ürək də var. İnsanın qürur duyacağı
sahə heyvanlarla olan ortaq nöqtələr deyil,
heyvandan ayrılan nöqtələrdir. Kor içgüdülərimiz
233
(instinktlərimiz) üzərinə ağlın və məntiqin
hakimiyəti olmazsa, insani özəlliklərimizi inkar
edib heyvan səviyəsinə enərik. Insanda duyqu və
sevgini hərəkətləndirib rəhbərlik edən ağıldır.
Ancaq heyvanda ruh hər zaman yatmış durumdadır.
İnsan qəlbini oyatmaq, əslində insan ruhunu
oyatmaq və insan ağlını oyatmaq da yaxşı-pisi ayırd
etmək üçün sezgi gücünü oyatmaqdır. Bu gün bütün
mühitimiz,
kitablarımız,
fikirlərimiz,
davranışlarımız bütünüylə sanki hesablanmış bir
biçimdə cinsi fəaliyətləri təhrik etməyə yönəlmişdir.
Bu qorxunc bataqlıqdan uzaqlaşmaq asan iş
deyildir.
Ancaq həm özümüzü, həm də gənclərimizi
bataqlıqdan qorumağı başarsaq da, başarmasaq da
bu, bizim missionumuzdur.
Qadınlar
•
Mən kəsinliklə inanıram ki, Hindistanın özgürlüyü
və qurtuluşu qadınlarının fədakarlığından asılıdır.
234
•
“Ahimsa” sonsuz məhəbbət deməkdir. Bu da
əzablara qatlaşmaq üçün sonsuz güc və dözüm
deməkdir. Ancaq kişinin də anası olan qadının
dışında kim bu qədər əzablara dözə bilər? Qadın öz
balasını qarnında doqquz ay daşıyıb onu öz
vücudundan bəsinləməsindən (qidalandırmasından)
dolayı mutludur. Doğum ağrıları ilə hansı ağrıları
qiyaslamaq olar?
Ancaq qadın yaradıclıqdan aldığı
ləzzətdən dolayı bütün bu ağrıları unudur. Evladının
böyüməsi üçün bütün ağrılara köksünü açan, ancaq
anadır. Qadın bütün bu məhəbbətini bəşər
toplumuna keçirməyi başararsa, qadın, kişi üçün,
yalnızca şəhvət qaynağı olduğunu unudarsa, bu
durumda qadın kişinin anası və yaradıcı səssiz
öndər kimi toplumsal yaşamda da ləyaqətli məqama
sahib olacaqdır. Barış ilahəsinə möhtac olan, savaşa
bələşmiş bu dünyaya barış sənətini dərs vermək
qadının görəvidir.
•
Mənim inancıma görə qadın-kişi eşit olduqlarından
dolayı, onların sorunları da eşitlik anlayışı içində bir
yerdə ələ alınmalıdır. Qadin və kişidə eyni ruh var.
Hər ikisi də eyni tür yaşamaq, eyni tür hiss
etməkdədir. Biri digərinin tamamlayıcısıdır. Heç
biri digərinin yardımı olmadan yaşayamaz. Ancaq
nə olmuşsa, çox əski zamanlardan kişinin qadına
üstünlüyü düşüncəsi ortaya çıxmış. Bu da zamanla
qadında aşağılıq kompleksinin ortaya çıxmasına
nədən olmuş. Kişi öz yararına qadına anlatmış ki,
qadın daha aşağı yaradılışdır. Qadın da bunu qəbul
etmiş. Ancaq aydın dünyagörüşünə sahib olan
kişilər hər zaman qadınlara eşit haq tanımışlar.
Qadınla kişi arasında bəzi fərqlərin olduğunu kimsə
dana
bilməz. Qadın-kişi eşit olsalar da, biçim olaraq
Dostları ilə paylaş: |