165
olmaqdır. Bütün çirkin düşüncələr və pis şəhvətlər
xəstəliyin dəyişik görüntüləridir.
•
Tam sağlıq, yalnız Tanrı yasalarına uymaq və iblis
gücünə qarşı çıxmaqla mümkündür. Gerçək sağlıq
olmadan
gerçək mutluluq da olmayacaqdır. Zövq
hissi və yemək meylləri kontrol altına alınarsa,
digər hisslər kəndiliyindən kontrol altına
alınacaqdır. Öz hisslərinə hakim olan insan
gerçəkdən də dünyanı fəth etmiş biridir və o, Tanrı
varlığının bir parçasıdır.
•
Qəzetçilik çalışmalarım ona dərindən istəkli
olduğumdan dolayı deyildi. Yaşamımda kəşf
etdiyim görəvimi anlatmaq və açıqlamaq üçün
qəzetçilik bir arac idi. Görəvim bütün çtinliklərə
baxmayaraq,
satyaqraha
nı topluma öyrətmək idi.
Satyaqraha qeyri—
aqressivliyə və doğruluğa
birbaşa inanışın ürünüdür. Yaşamın sonsuz
çətinlikləri qarşısında tək çözgənin (çarənin)
qeyri—
aqressivlik olduğunu göstərmək istəyirəm.
Qeyri—
aqressivlik daş kimi ürəkləri də
yumşaldacaq düzeydə etkilidir. Bu üzdən inancıma
içdən bağlı qala bilməm üçün yazılarımda aqressiv
yöntəm qullanmamalıyam. Yazılarım anlamsız və
içəriksiz
olmamalıdır.
Yalnızca
insanları
maraqlandırmaq üçün yazmamalıyam. Yazılarımı
sınırlı və öz kontrolumda tuta bilmək üçün
başlıqların, sözlərin və anlayışların seçimində
özümü
nə qədər basqı altında saxladığımı
oxucularım əsla bilməyəcəklər. Bu
da özümü
eyitməyimə və gücsüz yanlarımı görməyimə olanaq
(imkan)
sağlayır. Kimi kəz (bəzən) təkəbbürüm ağır
və ürkütücü cümlələr yazmağa zorlayır. Ya da
aqressiv duyqularım kobud yöntəmlər biçimində
167
kəsin özündə var etməsi gərəkən bir alışqanlıqdır.
Bu da sürəkli uyqulamalarla gerçəkləşər.
•
İnsanın öz davranışlarının sonucundan qaçması
əxlaqi deyildir. Gərəyindən daha artıq yemək
yeyənin qarınağrısına yaxalanacağı daha sonra da
məcburən bir sürə yeməməsi qaçınılmazdır.
Gərəyindən artıq yeyib və qarınağrılarını gedərmək
üçün dava-
dərman qullanması doğru deyildir. Ən
kötüsü insanın heyvani şəhvətlərini sərbəst buraxıb
və daha sonra onun sonuclarına qatlaşa bilməməsi,
qaçınmasıdır. Doğa çox ciddi və amansızdır. Onun
yasaları gözardı edildiyində çox sərt bir biçimdə öc
alır. Əxlaqi sonuclar, yalnız dözümlə əldə edilir.
Əxlaqi özəlliklərə uymamaq ülküləri də gözdən
salar.
•
Başqalarının yanlışlıqlarını arayıb yarqılamaq bizim
görəvimiz deyildir. Biz bütün gücümüzü öz
davranışlarımızı
yarqılamağa
yönəltməklə
sorumluyuq.
Yapdığımız kiçik yanlışlıqlardan
dolayı olsa da, yaxınlarımızın ələşdirilərinə dözə
bilmiriksə, başqalarını yarqılama haqqına sahib
deyilik.
Başqalarının yanlışlıqlarını görürüksə,
ələşdirmək üçün öncə izn almalıyıq. Ancaq onun
yanlışlığını başqalarına söyləməyə haqqımız
yoxdur.
Başqalarından onun yanlışlıqlarının
düzəldilməsi üçün yardımçı olmasını istəməməliyik.
•
Şəhvət qonusunda çox düşünməyin. Bir qərara
gəldiyinizdə, sürəkli qərarınızı yarqılamayın. Bir
yanlış işi yenidən etməmək üçün and içib
vicdanımızda bir sorumluluq üstləniriksə, ən doğru
yol budur ki, ağlımız haqqında and
içdiyimiz sorunu
unutsun və xatırlamasın. Bir satıcı satdığı malını bir