250
yürüyüşümüzdə dürüst olmaz, kinli olursaq, yenə də
zərər görərik.
•
Bütün sahələrdə bəşər toplumunun ən şərif və ən
nəcib duyqularına xitab etmək istəyirəm. Bu üzdən
Tanrıya və insan doğasına olan inancımı qoruya
bilirəm.
•
Mən istədiyim kimi olsaydım, kimsə ilə ilətişimə,
dialoqa ehtiyacım qalmazdı. Bu durumda mənim
söylədiklərim birbaşa qəbul edilərdi. Qonuşma və
dialoqa da ehtiyacım qalmazdı. İradəm bəklənilən
sonucu doğura bilərdi. Ancaq mən böyük təəssüf və
kədərlə əksik yönlərimin olduğunu etiraf
etməliyəm.
•
Ağıl və məntiq yanlıları təqdirə layiqdirlər. Ancaq
ağıl yanlısı olan məktəb mütləq qüdrət sahibi
olduğunu iddia edərsə, o
zaman qorxunc bir kabusa
dönüşər. Ağıla mütləq güc imkanları tanımaq da bir
tür bütpərəstlikdir. Bu, bir parça daşı Tanrı sayıb
sitayiş etməyə bənzər. Mən ağlı yox etmək fikrində
deyiləm. Ağlı qutsalca və təmizcə yönləndirən
vücudumuzdakı
olağanüstü
gücü
tanıtmaq
istəyirəm.
•
Bütün sahələrdəki reformlarda şəxs geniş
araşdırmalarla çalışmalıdır. Bu yolla öz işində
uzmanlığa vara bilər. Doğruluğu qəbul edilmiş olan
bütün islahatçı hərəkətlərdə aymazlıq (cəhalət) ya
nisbi yenilgiyə, ya da tam uğura səbəb olmuşdur.
Çünkü pərdələr arxasında gizlənən yalançı və adını
isl
ahatçı qoyan hər hansı plan bu ada layiq ola
bilməz.
•
İnsan varlıqları ilə bir işlər yapmaq istədiyimizdə
quru müqayisəli yöntəmlər bizi yanlış məntiqlərə
sürükləməklə yetinməz, bəzən də çox ağır nəticələr