251
verə bilər. Çünkü insan varlıqları qonusunda
müdax
ilə edən bütün amilləri doğruca və tam olaraq
kontrol etmək mümkün deyildir. Bütün amillər
içində bir tək amil əksik və ya yanlış olursa, yanlış
sonuclar ortaya çıxa bilər. Bu üzdən də tam və nəhai
həqiqətə varmaq olmaz. Yalnız davranışlarımızda
yüksək düzeydə dəqiq olursaq, təxmini olaraq ona
yaxınlaşmaq olur.
•
Başqalarının düşüncələrini kötü özümüzünkünü
yaxşıgörmə çox çirkin alışqanlıqdır. Bizim
düşüncəmizi qəbul etməyəni ölkə düşməni
adlandırmaq xəstəlikdən başqa bir şey deyildir.
Müxaliflərimizin də öz görüşlərində bizim qədər
şərafətli olduqlarını qəbul etməliyik. İddiasında
bulunduğumuz vətənsevərlik duyqusunun onlarda
da olduğunu qəbul etməliyik.
•
Bir çox adamların məni ümidsiz etdikləri doğrudur.
Bir çoxları məni aldatmış və çoxlarının da yetərincə
ləyaqətləri olmamış. Ancaq onlarla tanışlığımdan
və ilişkilərimdən dolayı peşman deyiləm. Çünkü
qeyri—
əməkdaşlıq
yolunu
bildiyim
kimi,
əməkdaşlıq yolunu da yaxşı bilirəm. İnsanların
sözlərinə inanmamaq üçün bir səbəb olmadıqca,
onlara inanmaq bu dünyada
ən uyqun yaşam
yoludur.
•
Gəlişmək
istəyirsək,
tarixi
təkrarlamağa
çalışmamalıyıq,
yeni
tarix
yaratmalıyıq.
Əcdadımızdan bizə miras qalanlara yeni şeylər
artırmalıyıq. Maddi dünyadakı gəlişmələr və kəşflər
ruhi dünyada yenilgə anlamına gəlməməlidir.
Təkrarların və istisnaların artımı ilə yeni qanunlar
oluşdura bilməzmiyik? İnsanın öncə yırtıcı heyvan
olub, daha sonra insanlaşmasımı gərəkir?
252
•
Böyük hədəflər yolunda mücadilə aparanların
sayılarının bir o qədər də önəmi yoxdur. Önəmli
olan onların qətiyətli və təyinedici xasiyətləridir.
Dünyanın ən böyük insanları yalnız olmuşlar.
Budda, İsa, Mohəmməd kimi böyük peyqəmbərləri
düşünün! Onlar təkbaşına hərəkətə başlamışlar.
Onlar, yalnız kəndilərinə və Tanrılarına inanmışlar.
Tanrının sürəkli onlarla olduğunu düşündükləri
üçün yalnızlıq hiss etməmişlər.
•
Mitinqlər və kollektiv örgütlər düzənləmək çox
yararlı işlərdi. Hədəfə çatmaq üçün yararlı ola
bilərlər. Ancaq çox qısıtlıca. Bunların hamısı keçici
işlərdi. Gerçəkliyi oluşduran yenilməz inancdır.
İnancın qığılcımları heç bir zaman sönməz.
•
Hər hansı bir işi dəyərsiz sansanız da, onu ən yaxşı
biçimdə etməlisiniz. ən dəyərli işləri yapdığınız
kimi,
dəyərsiz sandığınız işləri də yapmalısınız.
Çünkü kiçik işlərə görə insanlar sizə dəyər verərlər.
•
Bütün həyatım mənə aydınlıq gətirməmişsə, Batıya
baxışım da mənə aydınlıq gətirməyəcək. Genəldə
aydınlıq Doğudan parlamışdır. Doğunun aydınlıq
birikimi tükənmiş, sönmüşsə, Batıdan aydınlıq ala
bilər. Ancaq aydınlıq çürüklüyün buxarları deyil,
gerçək aydınlığın sönüb tükənəcəyini sanmıram
sanmıram. Çocuq olduğumda aydınlığın aydınlıq
bağışlamaqla artdığını öyrəndim. Hər halda mən bu
inanca görə davranmış dədələrimin mənəvi
sərmayələri ilə işə başlamışam. Batıda da aydınlıq
var isə, onu almama heç bir şey əngəl olmamalıdır.
Yaln
ız Batının yalançı parlaqlığının etkisinə
qapılmamalıyam. Parlaqlıqla aydınlığı bir-birinə
qarışdırmamalıyam.
253
•
Hər şey əski isə, daha yaxşıdır kimi xürafi bir
inancın tərəfdarı deyiləm. Öyləcə də hindəməxsus
olan hər şeyin yaxşı olduğuna inanmıram.
•
Doğruluğunu sezmədən hər əski olanın pərəstişkarı
deyiləm. Ən əski olsa bilə, əxlaqa qarşı olan hər
şeyi kökündən uçarmağa qərarlıyam. Yalnız bu işi
çox ehtiyatla edərəm. Əski yaxşı təsisləri və
yadigarları sevdiyimi etiraf etməliyəm. İnsanların
m
odern həyata tələsərək əski olan hər şeyi
aşağılamaları məni rahatsız edir.
•
Gerçək əxlaq başqalarının açdığı yolla getmək
deyildir. Gerçək əxlaq öz yolumuzu taparaq
qorxmadan irəliləməkdir.
•
Könüllü anlaşılmayan heç bir əməl əxlaqi ola
bilməz. Davranışlarımız makina sayağı və anlamsız
olduqca, əxlaqlılıq söz qonusu ola bilməz. Bilincli
olaraq yapılan və bir görəvin ürünü olan əməl əxlaqi
sayıla bilər. Qorxu və ya basqı dolayısıyla edilən
əməl əxlaq özəlliklərindən yoxsun olur.
•
Tənqid ediləcək şəxsi və ya şəxsləri içdən sevə
bilmək şərti ilə insan tənqidetmə haqqını və
yetkisini əldə etmiş olur. Ayrıca, tənqidin qəbul
edilməyəcəyi təqdirdə tənqidçi əsla üzülməyəcəyinə
əmin olmalıdır. Hər mövzunun idrak edilməsi və
aydınlanması
üçün
məhəbbətin
gücündən
yararlanmaq lazım. Böyük dözüm və məhəbbət
olmazkən, başqasını tənqidetmə yetkisi əldə edilə
bilməz.
•
Ya “cinayət” sözü sözlüklərdən silinməlidir, ya da
hamımımız cinayətkar tanınmalıyıq. Fahişə bir
qadının daş-qalaq edilməsi üçün “ilk daşı günahı
olmayan adam atsın” söylənildiyində kimsə, fahişə
qadına cürət edib daş ata bilmədi. Bir gün bir
254
məhbus “bütün insanlar gizlincə günahkar və
cinayətkardırlar” demişdi. Bu söz yarı zarafata
deyilsə də, öz içində dərin bir həqiqət daşımaqdadır.
O zaman “cinayətkar” olaraq tanımlananların yaxşı
insan kimi görülmələrinə imkan sağlamaq lazımdır.
B
u sözü söyləmənin çox asan və ona əməl etmənin
çox çətin olduğunu bilirəm. Ancaq “ Qita”da
söylənilən əmrdir. Əslində bütün dinlər də bunu
tövsiyə etmişlər.
•
İnsan azad olduğu və azadlıqdan istifadəetmə
yolunu bildiyi üçün öz yazqısını yaratmaqda
azaddır. Ancaq işlərinin nəticəsini heç bir zaman
kontrol altına ala bilməz.
•
Yaxşılıq bilinc və bilgi ilə bir yerdə olmalıdır.
Bilincsiz və bilgisiz yaxşılığın heç bir anlamı
yoxdur.
İnsan sezgi özəlliyini ruhi cəsarətlə bir
yerdə özündə qorumalıdır. Həssas qonularda insan
harda susub
harda danışacağını, harda əməl edib
etməyəcəyini bilməlidir. Böylə durumlarda əməl
etmək və ya etməmək bir-birinə zidd olmaq yerinə
bir-birini tamamlarlar.
•
Tanrının yaratdığı canlı və cansız nə varsa,
hamısının yaxşı və kötü olan yönləri var. Əfsanəvi
bir quş süt qabına düşər. Boğulmamaq üçün sürəkli
çabalayıb durar. Onun bu çabalamaları hesabına süt
kərə yağına dönüşər və quş boğulmaqdan qurtular.
Ağıllı bir insan da hər sahədə yaxşılıqları öyrənib,
kötülükləri buraxacaqdır.
•
Qırx il öncə idi. Çox ağır ruhi gərginlik içində idim.
Şübhələr canımı yandırıb-yaxmaqda idi. O zaman
Tolstoyun “
Tanrının sənin içindəki səltənət
bölgəsi” adlı kitabını oxudum. Bu kitab ruhumu
sakitləşdirirdi. O zamana qədər mən də
Dostları ilə paylaş: |