Tədqiqat işlərinin fəlsəfəsi
43
ə
saslanır və hər bir ölkədən olan iddiaçıya eyni hüquqların verilməsini
nəzərdə tutur. Onu da qeyd etmək lazımdır ki, ölkə daxilində olanların
xaricilər qarşısında üstünlüyə malik olmasına da nəzər yetirilir. „Birlik
prioriteti“ prinsipi eyni iddia ilə çıxış edən şəxslər mövcud olduqda
konfliktlərin həllini asanlaşdırır. Konvensiyada qərara alınmışdır ki, hər bir
üzv ölkədən olan şəxsin patent iddiasına 12 aylıq prioritet müddəti qoyulur.
Bu müddətdə digər üzv ölkələrdən heç kim bu yeniliyə oxşar olan iddiaya
patent ərizəsi verə bilməz. Müxtəlif üzv ölkələrindən eyni prioritetə aid
olan ərizələrə prioritet ailəsi deyilir. Hal–hazırda bu konvensiyaya 170-dən
çox ölkə daxildir.
Şəkil 1.2. Milli və beynəlxalq patent ərizələrinin verilmə imkanları.
Patent Kooperasiyası haqqında Müqavilə (ingl. Patent Cooperation
Treaty, PCT) 1978-ci ildə qəbul edilib. O, Azərbaycan Respublikasında
25.12.1995-ci ildə qüvvəyə minib. 1978-ci ildə Vaşinqtonda patent
mühafizəsi üzrə ölkələrarası kooperasiyanı yaxşılaşdırmaq məqsədilə
imzalanan bu müqavilə əqli yaradıcılığın genişlənməsində coğrafi sədləri
aşmağa xidmət edirdi. PCT patent ərizəsinin üstünlüyü ondan ibarətdir ki,
bu sistem daxilində alınan patent PCT-yə daxil olan bir çox ölkələrdə
qüvvədə olur. Patentin hansı ölkələrdə eyni zamanda qeydiyyatdan
keçirilməsinə iddiaçı özü qərar verir. Yəni burada avtomatik olaraq patentin
bütün 140 üzv ölkədə qeydiyyatdan keçməsi baş vermir. Ölkələrin sayı
patent xərcini artırır, çünki hər ölkənin öz daxili qiymət strukturu
Tədqiqat işlərinin fəlsəfəsi
44
mövcuddur. PCT proseduru milli və beynəlxalq olaraq iki mərhələyə bölü-
nür. Milli mərhələdə ixtiraya iddia ərizəsi ölkədaxili qaydalara əsasən icra
edilir. Bu təşkilat daxilində beynəlxalq patentə ərizə verildikdən sonra ilkin
beynəlxalq ekspertiza aparılır və beynəlxalq patent ərizəsi çap edilir.
Beynəlxalq patentin çap olunması 18 ay çəkir. Bundan sonra verilən ərizə
hər bir ölkə daxilində mövcud qaydada yoxlanılır və uyğun qərar qəbul
edilir. PCT üsulunun iki böyük üstünlüyü vardır. Birincisi odur ki, hər bir
iddiaçı patent ərizəsini öz ana dilində verə bilər. İkinci üstünlük milli patent
mərhələsindən sonra gələn beynəlxaq ekspertiza prosedurudur. Yəni, patent
xərci 12 ay sürüşmüş şəkildə yaranır. Bu isə milli patent mərhələsində uğur
vəd etməyən patent üçün xərclərin azaldılmasına yol açır. Çatışmayan
cəhəti odur ki, bir çox ölkələr beynəlxalq ekspertizanın nəticələrini tanımır
və öz ölkələri daxilində yenidən yoxlama aparırlar. Nəticədə əlavə xərc
yaranır. Hal-hazırda PCT üzvlərinin sayı 140-dan çoxdur. Şəkil 1.2 patent
ə
rizələrinin verilmə prioritetlərini əyani təsvir edir.
1.10. Tamamlanmış elmi–tədqiqat işlərin nəticələrinin tətbiqi və
səmərəliyi
Tətbiq prosesi
Elmi–tədqiqat işlərinin praktikaya tətbiqi aparılan araşdırma prosesinin
son mərhələsi hesab olunur. Tətbiq prosesi mütərəqqi ideyalar, ixtiralar və
innovasiyaların praktiki istifadəsi zamanı əldə olunan uğurla ölçülür.
İ
nnovativ ideyaların tətbiqi mövcud istehsalın yenidən qurulması, işçilərin
ixtisaslaşma dərəcəsinin artırılması, həmçinin yeni kapitalın ayrılmasını
tələb edir. Digər tərəfdən aparılacaq eyniliklərin gözlənilən nəticəni
verməsi, istehsalın effektivliyinin artırılması müəyyən risklərlə bağlıdır [3,
22, 23].
Azad bazar şəraitində elmi–tədqiqat işlərinin tətbiqi müəyyən
dərəcədə bazarda hökm sürən rəqabətlə tənzimlənir. Mütərəqqi texnolo-
giyaların tətbiqi və məhsulların istehsalı ilə məşğul olan müəssisələr daimi
öz imkanlarını elmin aktual səviyyəsinə uyğun gələn texnologiyalar ilə
müqaysə edir və bunun sayəsində innovasiyaya olan tələbatını qiymət-
ləndirir. Nisbətən kiçik, böyük tədqiqatçı kollektivə malik olmayan
müəssisələr elmi–tədqiqat mərkəzləri (ali məktəblər, xüsusi tədqiqat
Tədqiqat işlərinin fəlsəfəsi
45
institutları, laboratoriyalar) ilə birgə işləməyə üstünlük verir. Bu onlara qısa
zamanda arzulanan həllərin əldə olunmasına geniş imkanlar açır. Birgə
qazanılmış tədqiqat nəticələrinin praktiki tətbiqi müəssisədə baş versə də,
onun elmi özəyi elm mərkəzlərində cəmlənmiş qalır və növbəti tədqi-
qatçilar üçün baza rolunu oynayır.
Elmi–tədqiqat prosesində araşdırmalar nə qədər dəqiq aparılsa da,
burada işin gedişatına təsir edən bütün amillər nəzərə alına bilinmir. Çünki,
prosesə onun dayanıqlığından asılı olaraq müəyyən sayda təsadüfi amillər
təsir edir. Ona görə də, ilkin tətbiq çox zaman sınaq xarakteri daşıyır.
Burada elmi–tədqiqatlar nəticəsində əldə olunmuş biliklər praktiki şəraitdə
ilkin olaraq yoxlanılır, tamamlanır və bundan sonra geniş tətbiqə, istifadayə
yol açılır. İstehsal sınağı başa çatdıqdan sonra yeni materialların,
konstruksiyaların, təkliflərin və metodikaların tətbiqini artıq istehsalçı öz
üzərinə götürür və bu işi sərbəst şəkildə həyata keçirir. İkinci mərhələdə
elmi–tədqiqat mərkəzləri yalnız məsləhətçi rolunda iştirak edir.
Tədqiqat işlərin nəticələrinin istehsala tətbiqindən sonra sənədləşdirmə
aparılır. Sənədlərə izahatnamə, tətbiq aktı, istismar sınağının nəticələri,
iqtisadi səmərəliyin hesabatı, yenilik sayəsində maya dəyərinin aşağı
düşməsi haqqında hesabat, digər təşkilatların yeniliyin işlənməsində və
tətbiqindəki payı və s. daxildirlər.
Elmi nəticələrin istehsalata tətbiqi üçün əlavə xərclər nəzərdə tutulur və
çox zaman bunu müəssisələr maraqlı tərəf kimi öz üzərinə götürürlər.
Səmərəliyin dəyərləndirilməsi
Elmi–tədqiqat işlərinin səmərəliyi iş zamanın azaldılması, maşın və
avtomatik qurğuların sürətlərinin artırılması, buraxılan məhsulun maya
dəyərinin aşağı salınması, məmulun keyfiyyətinin artırılması, iş şəraitinin
və ətraf mühitin yaxşılaşdırılması kimi göstəricilərlə şərtlənən, məh-
suldarlığın artmasında özünü əks etdirir [3, 24, 25].
Qeyd olunan parametr heç də həmişə kəmiyyətlə ölçülə bilmir. Məsələn,
ə
mək şəraitinin yaxşılaşdırılması və ya yeni inkişaf etdirilmiş tədris
metodikasının məktəblərdə tətbiqinin səmərəliyini yalnız keyfiyyət göstəri-
ciləri ilə qiymətləndirmək olar.
Tədqiqatların səmərəliyini qiymətləndirmək üçün müxtəlif meyarlardan
Dostları ilə paylaş: |