MergedFile



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə20/45
tarix11.04.2018
ölçüsü2,89 Kb.
#37030
1   ...   16   17   18   19   20   21   22   23   ...   45

Elmi işlərin tərtibi  
 
 
 
62 
verirlər.  Digərləri  evdə  oturub  məşğul  olurlar.  Evdə  işləmək  üçün  ən 
azından  böyük  yazı  masasına  ehtiyac  vardır.  Masanın  ölçüləri  imkan 
daxilində  60x100  sm-dən  kiçik  olmamalıdır.  Bu  baza  şərti  ilə  bərabər 
öyrənmək  üçün  ümumi  atmosferin  təsiri  böyükdür.  Tələbə  evdə  özünü 
rahat  hiss  etməli  və  fikrini  tam  mövzuya  cəmləmək  imkanına  malik 
olmalıdır. 
  Öyrənməyə  başlamaq  üçün  müxtəlif  psixoloji  şərtlər  mövcuddur. 
Bunlardan  birincisi  öyrənməyə  həvəsli  olmaqdır.  Öyrənmək  motivasiyası 
uğurlu  təhsil  üçün  həlledici  bünövrə  sayılır.  Digər  amil  isə  öyrənməyə 
məcburiyyətdir.  Məcburiyətdən  yaranan  təzyiq  bəzi  insanlar  üçün 
istiqamətverici  rolunu  oynayır  və  tələbəni  öyrənməyə  aktivləşdirir. 
Öyrənmə  prosesinin  praktiki  fəaliyyətlərlə  müşaiyət  olunması  tələbələrdə 
görülən işə, alınan biliyə qarşı marağı artırır və biliyin mənasını anlamağa 
kömək edir. 
  Öyrənmə vərdişləri tələbələrin sərbəst işləmək təcrübəsindən də asılıdır. 
Sərbəst  iş  dedikdə  tələbələrin,  müəllimlərin  tapşırıqlarını  metodiki  göstə-
rişlər  əsasında,  ancaq  onların  iştirakı  olmadan  yerinə  yetirdikləri    sərbəst 
işin təşkili başa düşülür. Müəllimlər yalnız tələbələrin idrak prosesini təşkil 
edirlər, idrakı isə onlar özləri həyata keçirir. Sərbəst iş tələbələrə vərdişlər 
və təcrübələrə yiyələnməyə şərait yaratmaqla bərabər, onların xarakterində 
yüksək ixtisaslı mütəxəssis kimi yeni cizgilərin formlaşmasına kömək edir. 
Dünya üzrə tələbələrin auditoriya və sərbəst işlərə sərf etdikləri vaxt 1:35 
nisbətindədir.  Belə  nisbət  hər  şeydən  əvvəl  bu  təhsil  növünün  yüksək 
didaktik  potensialını  göstərir.  Ona  görə  də,  o  mütəxəssislərin 
hazırlanmasında tədrisin səmərəliyinin artırılması üçün geniş ehtiyat rolunu 
oynayır.    
  Ali məktəbdə təhsil prosesi, tələbənin mövqeyini öyrənmə obyektindən 
özüidarəolunan    tədris-professional  fəaliyyətlə  məşğul  olan  subyektə 
keçməyə  yönəldir.  İnteraktiv  və  aktiv  öyrənmə  metodlarına  tələbat  artır. 
Bunların  yerinə  yetirilməsi  üçün  tələbədən  özünü  yüksək  təşkiletmə 
keyfiyyətləri  tələb  olunur.  Tələbə  sərbəst  iş  zamanı  öz  genetik  iş  tempinə 
uyğun  olaraq  materialları  sərbəst  öyrənir,  nəticələr  çıxarır  və  ümumi-
ləşdirmələr  aparır  [32,  33].  Bu  müddətdə  onun  işin  çətin  başa  düşülən 
bölmələrinə təkrarən qayıtmaq imkanı vardır. Əsasən də sərbəst yaradıcılıq 


Elmi işlərin tərtibi 
 
 
  63 
fəaliyyəti  tələbələrə  öz  imkanlarına  söykənərək  özüöyrənmə  mexa-
nizmlərini  inkişaf  etdirməyə  imkan  verir.  Bu  keyfiyyətlərə  malik  olan 
şə
xsin praktiki fəaliyyəti zamanı qarşıda duran məsələlərin həllinə yanaşma 
istiqaməti də fərlqi olur.  
Adətən orta məktəbdən gələn şagirdlərin sərbəst işləmək vərdişləri zəif 
olur.  Buna  görə  də,  onlar  çox  şeyi  ali  məktəbə  qədəm  qoyduqdan  sonra 
öyrənməyə  başlayırlar.  Əsasən  də  I  kurs  tələbələrinə  dərs  deyən  müəllim-
lərin  üzərinə  böyük  yük  düşür.  Onlar  təhsilə  yenicə  başlamış  gənclərə 
xüsusi  ədəbiyyatlarla işləməyi,  effektiv  oxumağı,  oxunulan  materiala fikir 
yürütməyi və.s. kimi keyfiyyətləri aşılamağa çalışırlar. 
Tələbələrin  sərbəst  işlərinin  təşkili  iki  mərhələdə  aparılır.  Birinci 
mərhələdə  müəllimin  iştirakı  ilə  ilkin  təşkilatı  işlər  icra  olunur.  Bu 
mərhələdə  müəllim  tələbələrə  səhvlərin  üzə  çıxarılmasında  və  onların 
səbəblərinin  öyrənilməsində  yardımçı  olur.  Özünütəşkilin  ikinci  mərhə-
ləsində  müəllimin  iştirakı  olmadan  tələbə  sərbəst  işləyir.  Sərbəst  işlərin 
təşkilində öyrənilən materialın həcminin və strukturunun düzgün seçilməsi 
çox  vacibdir.  Plansız  şəkildə  elmi  materialla  məşğul  olmaq  tələbələrin 
sağlamlığında  ciddi  mənfi  izlər  buraxa  bilər.  Yüksək  dərəcədə  əqli  gər-
ginlik  stresslə  başa  çata  bilər.  Əqli  yük  sərbəst  məşğuliyyət  zamanı  əsəb 
sistemlərinin  gərilməsi,  yaddaşın  pozulması  və  nəticədə  tədris  prosesinə 
marağın itməsi ilə nəticələnə bilər. Ona görə də, tələbə sərbəst iş dövründə 
asudə  vaxtı  da  nəzər  alan  ümumi  vaxtın  düzgün  bölünməsinə  diqqət 
etməlidir.       
       
 2.4.3. Vaxtın düzgün seçilməsi 
Məhdud  vaxtdan  istifadə  emək  imkanlarını  analiz  etdikdə  elmi  işin 
icrasının iki fərqli aspekti özünü biruzə verir. Birinci yerdə effektivlik, yəni 
“zamandan  səmərəli  istifadə”  və  “zamanın  idarəsi”  kimi  anlayışlar  öndə 
durur. Digər tərəfdən “ölçü” və “zaman rifahı”, yəni iş vaxtı ilə asudə vaxt 
arasında  balansın  olması  maraqlıdır.  Araşdırmalar  göstərir  ki,  tələbələr 
zamanın  düzgün  bölünməsinə  elə  ilk  anlardan  alışmalıdırlar.  Əsasən  də 
həm  təhsil  alıb,  həm  də  işləyənlər  üçün  bu  çox  vacib  bir  amildir  [28,  32, 
34]. 
 


Elmi işlərin tərtibi  
 
 
 
64 
 
 
Təhsildə vaxt menecmenti: 

  Prioritetlərin işlənməsi (təhsil və şəxsi məqsədlər üçün); 

  Qarşıya qoyulmuş məqsəd üçün kritik uğur meyarlarının təyini; 

  Prioritetlərin ardıcıl düzülməsi. 
Addım-addm irəliləməklə vaxtın planlanması: 

  Böyük tapşırığı kiçik iş paketlərinə böl! 

  Yüksək prioritetli işləri öncə həll et! 

  Əsas iş vaxtını vacib məsələnin həllinə ayır! 

  Tapşırıqları optimal kombinə etməklə yüksək səmərəliyə çalış! 

  Məsələləri sadələşdir və onların üzərində düşün! 

  Mütəxəssislərdən kömək xahiş et! 

  İşlər haqqında blok şəklində düşün (təxminən 90 dəq. boyunca)! 

  Fasilə etməyi və istirahəti unutma! 
 
Şəkil 2.3. Vaxtın səmərəli menecmenti üçün təkliflər

Vaxtın  necə  bölünməsi,  hansı  fəaliyyətə  nə  qədər  vaxt  ayrılmasını 
professional  idarə  edən  “vaxt  menecmenti”dir  (şəkil  2.3).  Vaxt  menec-
mentini düzgün mənimsədikdə təhsillə bağlı vacib işlərin vaxtında icrasına 
nail  olmaq  mümkündür  [35,  36]

Burada  istifadə  olunan  strategiya  ondan 
ibarətdir  ki,  tapşırıqlar  prioritetinə  uyğun  planlanır.  Ən  əlverişli  variant 
görüləcək vacib və spontan yarana biləcək işlər üçün gündəlik vaxt planın 
tutulmasını  şərtləndirir.  Görülən  işlərin  bu  plandan  silinməsi,  nəticəyə 
nəzarət və vaxt menecmentində motivasiya üçün bir vasitə rolunu oynayır. 
Vaxt  menecmentinin  tərkib  hissəsi  kimi  tapşırıqların    və  özünü  təşkil-
etmənin menecmenti də yer alır.    
Tapşırıq  menecmenti  tələbə  qarşısında  duran  elmi  tapşırıqların  plan-
lanması,  idarəsi,  nəzarəti  və  icrasını  əhatə  edir.  Hər  bir  pillənin  düzgün 
yerinə yetirilməsi ümumi işin uğurla başa vurulmasında önəmli rol oynayır. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  tapşırıqların  planlanmasında  tələbə 
özünəməxsus öyrənmə metodunu və yeni informasiyaların mənimsəmə qa-
biliyyətini də nəzərə almalıdır. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə