MergedFile



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə21/45
tarix11.04.2018
ölçüsü2,89 Kb.
#37030
1   ...   17   18   19   20   21   22   23   24   ...   45

Elmi işlərin tərtibi 
 
 
  65 
Vaxtın  düzgün  bölünməsi  tələbələrdə  “özünütəşkiletmə”  qabiliyətinin 
səviyyəsindən asılıdır. Müəllimlər tərəfindən birbaşa idarəetmə olmadıqda, 
tədrisdə  özünütəşkil  bir  çox  mənbələrdə  tələbələrin təhsil fəaliyyətinin  bir 
növü kimi təsvir edilir. Sərbəst işin düzgün və adekvat təşkili qarşıda duran 
böyük spektrdə problemləri həll etməyə şərait yaradır və təhsilin, eləcə də 
tədqiqatın  effektivliyini  artırmaq  üçün  böyük  ehtiyat  rolunu  oynayır  [32]. 
Bu baxımdan hər bir tədqiqat işinin uğurlu yerinə yetirilməsi tədqiqatçının 
özünütəşkiletmə  qabiliyətindən  birbaşa  asılıdır.  Tədqiqatçı  öz  intellektual 
və emosinal – iradə keyfiyyətləri ilə cizgilənən şəxsi qabiliyyəti əsasında öz 
işini səmərəli təşkil edir. Özünü təşkiletmənin əsas məqsədi [33]: 
  Öz şəxsi imkanlarından maksimal istifadə etmək, 
  İşin axınını  şüurlu idarə etmək və 
  Kənar halları üstələməkdən ibarətdir.  
Özünütəşkilin  yüksək  səviyyədə  olması  insanın  öz  həyatının  təşkilində 
avtonomluğunu, onun sərbəst və şüurlu şəkildə məqsədi müəyyənlşdirmək,  
situasiyanı  analiz  etmək,  qoyulmuş  məqsədə  çatmaq  üçün  işi  model-
ləşdirmək,  onun  qiymətləndirilməsi  üçün  meyarların  təyini,  eləcə  də  həm 
aralıq, həm də son nəticələrə nəzarət etmək və hər bir dəyişikliyə adekvat 
reaksiya  vermək  kimi  keyfiyyət  göstəricilərini  səciyyələndirir.  Özünü-
təşkiletmə nə qədər yüksək səviyyədə olarsa, tələbə bir o qədər ona məlum 
olmayan,  yeni  situasiyalarda  özünə  inamlı,  onun  uğurları  isə  stabil  və 
davamlı  olur.  Bu  göstəricilər  tələbəyə  vaxtın  yaxın  və  uzaq  gələcək  üçün 
düzgün planlanmasına, onun rasional təşkilinə imkan yaradır.     
 
2.4.4. Qorxunun üstələnməsi 
Tələbələrin elmi işə maraqlarının analizində digər amillərlə bərabər qorxu 
və  həyacan  hissləri  də  nəzərə  çarpacaq  dərəcədədir  [28].  Qorxu  deyəndə 
burada  təhsilin  maliyyələşdirilməsi,  təklik  qorxusu,  işin  öhdəsindən  gələ 
bilməmək  qorxusu  başa  düşülür.  Bu  qorxuların  çoxu  tələbənin  ilk  dəfə 
olaraq  ali  məktəbə  qədəm  qoyması  ilə  başlayır  və  pis  halda  uzun  müddət 
onu müşaiyət edir. 
  Bu problemlərlə məşğul olan bir çox alimlərin gəldiyi qənaət budur ki, 
ali  məktəbə  qədəm  qoyan  tələbə  ilk  anlarda  özünü  yad  hiss  edir  [37].  Bu 
yad  mühitdə  digərləri  ilə  eyni  səviyyədə  qəbul  olunmaq  istəyini  digərləri 


Elmi işlərin tərtibi  
 
 
 
66 
yanında özünü biabır etmək qorxusu üstələyir.  Onlar digərləri kimi normal 
davranmağa  can  atırlar.  Qorxunu  üstələmək  üçün  onlar  özünümüdafiə 
xassələrini  inkişaf  etdirməlidirlər.  Bu  xassə  alt  şüurda  aktiv  olaraq,  qorxu 
yarada  biləcək  situasiyaların  elə  başlanğıcda  onu  dəf  etməyə  xidmət 
etməlidirlər. Aşağı kurs tələbələri çox vaxt ətrafa suveren bir hiss saçsalar 
da,  onlar  daxillərində  çox  qeyri-stabil  olurlar.  Ümumilikdə,  sosial  qorxu 
sosial müdaxilə ilə müalicə olunur. Ali məktb daxilində bunun həll yolları 
digər  tələbələrlə  yaxın  təmasın  qurulması,  həmçinin  “etibar  ediləbiləcək 
müəllimin“ tapılmasından ibarətdir. 
  Qeyd  olunanlarla  bərabər  ən  geniş  yayılmış,  elmə  qarşı  olan  yüksək 
ehtiramdan  irəli  gələn  qorxunu  vurğulamaq  yerinə  düşərdi.  Əgər  ali 
məktəbdə  elm  bir  sərt  ideologiya  kimi  təbliğ  olunursa  və  “Elmi 
araşdırmalar  sayəsində  bu  nəticəyə  gəlinmişdir  ki,...”  kimi  ritorikadan 
istifadə  edilirsə,  onda  yada  salmaq  lazımdır  ki,  çoxlu  sayda  elm  sahələri 
olduğu kimi, çoxlu sayda da alimlər mövcuddur və belə subyektv ifadələr 
gərək  tələbələri  çaşdırmasın.  Digər  tərəfdən  qeyd  emək  lazımdır  ki,  elm 
cəmiyyətə  xidmət  edir.  Bu,  bütün  elmi  aktyorlardan etik  baxımdan  həssas 
olmalarını tələb edir.  
  Elmi  reprezentasiya  edən  şəxslərlə  münasibətdə  olmaq  da  qorxu  ilə 
rəftara  aiddir.  Tələbə  ilə  professor  arasındakı  söhbət  bir  növ  “mədə-
niyyətlərarası“ qarşılaşmadır. Tələbələr praktikaya və normal həyat tərzinə 
daha  yaxındırlar.  Professorlar  isə  xüsusi  elmlə  əlaqəsi  olan  adamlardır. 
Onlar bu elm aləmində bəlkə də artıq 30 ildir ki, ömür sürürlər. Kitablardan 
oxuduğu  və  uzaqdan  gördüyü  insanla  görüşmək  ilk  anlarda  tələbədə 
həyacan  yarada  bilər  [34, 38,  39].  Çox  hallarda  professorlar  elmi-tədqiqat 
işlərinə  daha  çox  üstünlük  verdiklərindən,  tələbələrə  az  vaxt  ayrır  və 
işlərinin  müəyyən  hissəsini  assistentləri  tərəfindən  icra  etdirirlər.  Belə 
mühitdə  müəllimlərin  və  dosentlərin  fəaliyyəti  müəyyən  qədər  fərqlənir. 
Onlarla  tələbələr  arasında  intensiv  görüş  əsasında  yaranan  sıx  münasibət, 
tələbələrin  təhsil  müddətində  qarşılaşdıqları  problemlərin  həlli  üçün 
müraciət edə biləcək etibarlı şəxsi tapmağa şərait yaradır. Bu da tələbələrlə 
müəllimlər  arasında  olan  gərginliyin,  eyni  zamanda  tələbələrdə  bununla 
bağlı qorxunun aradan qaldırılmasına müsbət təsir göstərir.  
 
 


Ə
dəbiyyatların axtarılması 
 
 
  67 
3. ƏDƏBİYYATLARIN AXTARILMASI 
Tədqiqat  işlərinin  yazılı  şəkildə  təsvirindən  öncə  elmi  ədəbiyyatların 
axtarışı  və  əldə  olunmuş  məlumatların  analizi  və  yazılması  vacibdir. 
Ə
dəbiyytaların  axtrarışı  müasir  EHM  texnikasının  tətbiqi  ilə  daha  geniş 
sahələri əhatə etməyə imkan versə də, digər tərəfdən axtarış prosedurasının 
özü  mürəkkəb  bir  prosesi əhatə  edərək  özlüyündə  elmin  yeni  bir  sahəsinə 
çevrilməkdədir.  Bu  sahənin  vərdişləri  elmi-tədqiqat  işləri  ilə  məşğul  olan 
hər  bir  mütəxəssisin  yaradıcılıq  fəaliyyətinin  tərkib  hissəsini  təşkil  edir 
[40]. 
Məlumatların toplanmasında üç əsas aspekti nəzərdən keçirmək gərəkdir: 
 Axtarış yerləri, 
 Elmi ədəbiyyatların növləri, 
 Vacib məlumatların seçilməsi və təsviri. 
  
3.1. Axtarış yerləri 
Kitabxana 
Lazım olan məlumatların axtarışına başlamazdan öncə tələbə və ya elmi 
işçi onların harada axtarılması haqqında ilkin təsəvvürə malik olmalıdırlar. 
Burada  kitabxana  və  digər  elmi  təşkilatların  rolunu  öyrənmək  yerinə 
düşərdi. 
Kitabxana  −  ədəbiyyatların  axtarıldığı  ənənəvi  yerdir.  Funksiyası  və 
işləmə  prinsipinə  görə  kitabxanalar  elmi  və  xüsusi  olaraq  bir-birilərindən 
fərqlənirlər.  Onlar  ilk  növbədə  tələbələr,  müəllimlər,  elmi  işçi  və  mütə-
xəssislərə  xidmət  göstərirlər.  Kitabxanalar  texniki  təchizatına  və  məlumat 
daşıyıcıları  bazalarına  görə  müxtəlif  imkanlara  malikdirlər.  Onlar 
oxuculara:  sorğu-biblioqrafik,  oxu  zalı,  abonoment,  kitabxanalararası 
mübadilə,  qiyabi  abonoment,  şəkil  və  sürətlərin  çıxardılması
mikrofilmlərin hazırlanması xidmətləri göstərirlər [40, 41, 42]. 
Sorğu  biblioqrafik  xidmətlər  üçün  kitabxanalarda  xüsusi  şöbə  nəzərdə 
tutulur. Bu şöbədə məqsədyönlü mövzular ətrafında kitabların axtarışı üçün 
lazım  olan  bütün  sorğu  materialları  oxucuların  xidmətində  durur. 
Biblioqrafik  şöbədə  həmçinin  oxuculara  ədəbiyyatlarla  işləmək  qaydaları 
öyrədilir.  Xüsusi  ədəbiyyatların  sayı  məhdud  olduğundan  onların  yalnız 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə