Mətanət yaqubqizi azərbaycan folklorunda tolerantliq və multikulturaliZM



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə10/54
tarix04.11.2017
ölçüsü0,54 Mb.
#8263
1   ...   6   7   8   9   10   11   12   13   ...   54

 
30 
 
                                          
Bizim  də  tərəfdarı  olduğumuz  belə  bir  nəzəri  mülahizəni 
mütləq  şəkildə  qeyd  etmək  istəyirik  ki,  dilindən,  dinindən  və  ir-
qindən  asılı  olmayaraq  bütün  insanlar  tərəfindən  eyni  “gerçəklik 
vahidləri eyni dərketmə üsulu, aktları və fazaları ilə mənimsənilir, 
onlara uyğun birinci  sıra gerçəklik elementi və intellekt obrazla-
rından  ibarət  natamam  kodlar  yaranır  və  əsas  yaddaşa  qeyd  olu-
nur” (71, s.103). Nəticə etibarilə bu kimi faktlar müxtəlif toplum-
larda  bənzər  dünyagörüşlərinin,  bənzər  təsəvvürlərin,  inancların 
və  simvolların  yaranmasına  səbəb  olur.  Müqayisə  üçün  azərbay-
canlılarla  dünya  xalqlarının  Günəşlə  –  Günəş  Tanrısı  ilə  bağlı 
inanclarına nəzər yetirək.  
“Əski  hind  mifologiyasında  dünyanın  yaradılışını  Günəşlə 
əlaqələndirirdilər... Amerika Qızıldərililəri günəşlə bağlı inanclara 
sahibdirlər...  Başlarına  günəşi  təmsil  edən  tac  taxan  Roma  impe-
ratorları  Günəş  Tanrısının  yer  üzərindəki  təmsilçisi  olaraq  qəbul 
edilirdi... Bu inanc o qədər güclü olmuşdur ki, hətta romalılar həf-
tənin bir gününü Mitranın şərəfinə “Sunday” (Sun – günəş, day – 
gün) adlandırdılar. Mitraçılar Günəş Tanrısının yüksəlişini anmaq 
üçün “Mizd” adı verilən üzərində “Mitra Xaçı” qabartmalı günəş 
şəklində çörək yeyərlərdi” (bax: 253). 
Göründüyü kimi, Günəşin bir Tanrı kimi qəbul olunması və 
Günəş  Tanrısına  sitayiş,  demək  olar  ki,  bütün  qədim  xalqlarda 
müşahidə  olunur,  başqa  sözlə  desək,  Günəş  simvolu  bütün  sivi-
lizasiyalarda başlıca yer tutan inanclardan biri olmuşdur.  
Bu tədqiqat çərçivəsində araşdırmaya cəlb olunan Zaqatala, 
Qax və Balakən, eləcə də Şəki, Oğuz, Qəbələ rayonları və həmin 
rayonların,  bir  qayda  olaraq  ucqar  dağ  kəndlərində  bu  günlərdə 
belə  süddən,  undan  və  şəkər  tozundan  bişirilən  maxara  adlı  şir-
niyyat növü məhz günəşi simvolizə edir. 
Biz bu fikridəyik ki, müxtəlif xalqların və millətlərin dilində 
nostratik  köklər,  yəni  forma  və  mənaca  eyni  və  ya  bənzər  söz 
kökləri olduğu kimi, istər yanaşı  yaşayan qonşu  xalqların, istərsə 
də heç bir fiziki təması olmadığı düşünülən fərqli sivilizasiyaların 
düşüncə və təfəkkür modellərində də bənzər simvollar və bu sim-
vollarla bağlı bənzər anlayış, kateqoriya və təsəvvürlər vardır. Biz 


 
31 
 
                                          
bu  fikirdəyik  ki,  dünyanın  müxtəlif  yerlərində  Günəş  və  onun 
simvolları  ilə  bağlı özünü göstərən bu modellər  bütün  bəşəriyyət 
üçün  eyni  kökdən  gəldiyini  düşündüyümüz  ortaq  inanclara  söy-
kənir. 
Günəşin  və  Ayın  Azərbaycanın  müxtəlif  regionlarında, 
xüsusilə  də  Şəki-Zaqatala  bölgəsində  sitayiş  obyekti  olmasını 
göstərən bir sıra tarixi faktları nəzərdən keçirmək yerinə düşər: 
“Zaqatala rayonunda Mamrux kəndi yaxınlığında Günəş və 
Ay  Allahları  şərəfinə  tikilmiş  2-ci  dairəvi  məbəd  “Zaqatala 
rayonunun  Güllük  kəndindən  5-6  km  aralı  Armaiti  dağında  Pəri 
qala  V-VI  əsrlərə  aid  məbədin,  o  cümlədən  Əliabad  qəsəbəsində 
Pəri  qala  adlanan  digər  məbədin  mövcudluğu  gellər  arasında  da 
Ay-Selenaya sitayiş olunduğunu sübut edir. “Pəri qala” adlanan 
bu məbədlərin ilk öncə Ay-Selenaya sitayişlə əlaqədar yaran-
dığını ehtimal etmək olar. Sonralar atəşpərəstliyin hakim olması 
ilə  əlaqədar  olaraq  bu  məbədlər  od  məbədlərinə  çevrilmişdir. 
Müasir  dövrdə  ingiloylarda  Günəşə,  Aya,  Göyə  inamlar  qalmaq-
dadır (əslində bu, bütün bölgə əhalisi üçün xarakterikdir – kursiv 
bizimdir)” (bax: 85).  
“Balakən-Zaqatala  bölgəsindəki  tarixi  abidələrin  -  xüsusilə 
qismən  salamat  qalmış  “Cicixana  məbədi”  ilə  “Nur  kilsəsi
1
”nin 
müqayisəli təhlili göstərir ki, “Cicixana məbədi” əvvəllər atəşpə-
rəst məbədi olub, sonra isə kilsəyə çevrilib. Bu məbəd xristian-
lığın ilk dövrünə aiddir” (131, s.103).  
“Qax  rayonunun  Ləkit  kəndi  yaxınlığında  inşaat  texnikası 
üsullarına görə VI əsrə aid edilən alban məbədi, təxminən V – VI 
yüzilliyə  aid  edilən  Ləkit  dairəvi  xristian  məbədi,  Ləkitdən  bir 
neçə kilometr aralıda Qoduqlu
2
 kəndində Yeddi kilsə
1
 sitayiş yeri 
tikilisi qalmışdır” (38, s.139-140).  
                                                           
1
 “Balakən  rayonunun  Talalar  kəndində  yerləşən  bu  məbəd  xristianlıqdan 
əvvəlki  dövrə  təsadüf  edir.  Antik  yunan  coğrafiyaşünası  Strabon  yazır  ki,  bu 
ərazidə  daha  çox  Ay  ilahəsi  Selenaya  sitayiş  olunur.  Məbədin  ətrafında 
tapılmış saxsı nümunələri üzərində Ay və Günəş təsvirləri vardır. Bu məbədin 
əvvəllər göy cisimlərinə tapınanların məbədi olduğunu sübut edir” (bax: 250).  
2
 Qax rayonunun Ləkit Kötüklü kəndi nəzərdə tutulur 


 
32 
 
                                          
Ay  ilahəsi  Selenaya  sitayişin  simvolu  olan  “I-V  əsrlərə  aid 
Şəki  Kiş  məbədi  nəinki  Qafqaz  Albaniyasında  (Azərbaycanda), 
eləcə  də  bütün  Qafqazda  təxminən  iki  min  il  bundan  əvvəl  xris-
tianlığın başlandığını simvollaşdıran tarixi abidədir. 
Rəvayətə  görə,  İsa  Məsih  dostu  Yakov  Yeliseyi  buraya  – 
Uti  vilayətinin  Kiş  kəndinə  göndərir  və  o,  burada  kilsə  inşa  et-
dirir. Bu kilsə Qafqazda və bütün Şərqdə ilk kilsə olur. Buna görə 
də  Kiş  kilsəsi  “Şərq  Kilsələrinin  Anası”  adını  alır.  Kilsənin  xris-
tianlıqdan daha  əvvəlki dövrə  aid  olmasını məbəddəki  keçi
2
 mə-
zarı  və  xristianlıq  üçün  səciyyəvi  olmayan  dəfn  üslubu  sübut 
edir. 
Yerli  əhali  İslamı  qəbul  etdikdən  sonra  da  məbəd  öz  mü-
qəddəsliyini  itirməmişdir.  Bu  günün  özündə  belə  yerli  əhali 
məbədi müqəddəs pir kimi ziyarət edir” (bax: 250). 
Bütün  bu  faktlar  bir  daha  sübut  edir  ki,  Azərbaycanın 
müxtəlif regionlarında, xüsusilə də tədqiqata cəlb olunan bölgədə 
Xristian  və  İslam  dinlərinin  populyarlıq  qazanmasından  çox-çox 
əvvəl çoxsaylı Günəş məbədləri və Atəşpərəstlik dininin müxtəlif 
                                                                                                                                
1
 “Əhali arasında Yeddi kilsə monastr kompleksi ilə bağlı bir sıra əfsanələr do-
laşmaqdadır. Bu əfsanələrdən birinə görə bu məbəddə vaxtilə Atillanın dörd nə-
vəsi  Romalılardan  gizlənmişdir  ki,  məbədin  ətrafındakı  qala  divarları  da  məhz 
onları qorumaq üçün inşa olunmuşdur. Əfsanənin digər versiyasında isə məbəd 
ərazisində Atillanın nəvələrinin dəfn olunduğu və monastrın onların xatirələrini 
əbədiləşdirmək  məqsədilə  inşa  olunduğu  qeyd  olunur.  Lakin  bu  əfsanələrin 
həqiqət olduğunu təsdiqləyən heç bir yazılı mənbə yoxdur” (bax: 250). 
2
 Şəkidə başqa bir abidə yerində - Fazıl nekropolunda “4 cür dəfn üsulu özünü 
göstərir. Balaca qəbirdəki öküz, at,  keçi, qoyun, it, pişik və  s. qalıqları mifoloji 
təsəvvürləri əks etdirir. Qədim Misirdə pişik günəşin rəmzi sayılırdı. Bu labirint-
də dünyada analoqu olmayan iki büt – ata-ana tapıntısı vardır. (Arxeoloq Saleh 
Qazıyevin  Qəbələdə  apardığı  arxeoloji  qazıntı  zamanı  bir  qəbirdən  də  daşdan 
qayrılmış insan füquru tapılmışdır (114; s.86) - kursiv bizimdir) Kişi bütünün si-
nəsində it füquru vardır ki, bu it də qədim ilahlardan sayılır. Bu e.ə. II minilliyin 
ortalarına  aid  edilir.  Başqa  abidədən  daha  sonra  faşistlərin  də  simvolu  kimi 
qəbul  edilən  svastikalı  (svastika  dünya  modeli  olub,  günəşi  və  taleyi  simvolizə 
edir) qab tapılmışdır” (bax: 250). “Svastikanın kökü Arilərə gedib çıxır. Yalnız 
hind  sivilizasiyasında  deyil,  Misir,  Çin,  Yunanıstan  və  başqa  fərqli  ərazilərdə 
aparılan arxeoloji qazıntı zamanı da bu simvola rast gəlinmişdir” (bax: 240). 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə