18
rinin təşəbbüsü və dəstəyi ilə bölgənin folklor kollektivləri bu
festivala hər il böyük həvəslə qatılır.
İstər bölgə daxilində, istərsə də bölgədən kənarda müxtəlif
xalqların və etnik qrupların müxtəlif səpkili kitablarının nəşr
olunması işi davam etdirilir.
Şəki-Zaqatala bölgəsində yaşayan xalqların və etnik qrupla-
rın fоlklоr nümunələri hələ XIX əsrin sonlarından başlayaraq
toplanılmış, QƏXTMT (CMOMПК) məcmuələrində (Oğuz rayo-
nunda yaşayan udilərdən toplanmış nağıl nümunəsi (“Rüstəm”),
atalar sözləri, mərasim və bayramlar; Zaqatala, Qax rayonlarından
toplanmış bir saxur nağılı (adı göstərilməmişdir), bir layla nümu-
nəsi, atalar sözləri, tapmacalar, lətifələr; Qax rayonundan toplan-
mış ingiloy nağılları (“Ağacdələn, tülkü və qarğa”, “Qoca cana-
var”, “Qəddar ögey ana və qızı” və s.) nəşr olunmuşdur (bax:
217).
1990-1991-ci illərdə geologiya-minerologiya elmləri dokto-
ru Zəkəriyyə Əlizadənin rəhbərliyi altında
Şəki Zona Elmi
Mərkəzi nəzdində başda fəlsəfə doktoru, əməkdar memar Nərgiz
Əsgərzadə olmaqla, “Folklor laboratoriyası”nın bütün əmək-
daşları tərəfindən bu iş geniş şəkildə davam etdirildi. Bu zəhmətin
nəticəsidir ki, laboratoriyanın aparıcı elmi işçisi fəlsəfə doktoru
Əli Süleymanov tərəfindən iki kitab –
Babaların hikmət
xəzinəsi: Milli azlıqların folkloru (Şəki-Balakən bölgəsi üzrə),
Bakı, “Apostroff” MMC, 2011;
Zaqatala çələngi. Bakı, “Elm və
təhsil”, 2014 ortaya qoyuldu. Bölgənin tarixi-etnoqrafik baxımdan
öyrənilməsi tarix elmləri doktorları Qəmərşah Cavadov və Rauf
Hüseynova aiddir. (Qəmərşah Cavadov, Rauf Hüsеynov. Udilər
(tarixi-еtnoqrafik tədqiqat). Bakı, “Elm”, 1999); Qəmərşah Ca-
vadov. Azərbaycanın azsaylı xalqları və milli azlıqları (tarix və
müasirlik). Bakı, “Elm”, 2000; Еlxan Nuriyеv, Azərbaycan SSR
Şəki-Zaqatala zonasının toponimiyası, Bakı, «Еlm», 1989, Akif
Məmmədli. Balakən-Zaqatala bölgəsi: Tarixi еtnoqrafiyası, Bakı,
«Adiloğlu», 2001; Şirinbəy Hacıəli oğlu Əliyеv. İngiloylar (tari-
xi-еtnoqrafik tədqiqat), Bakı, 2001, namizədlik dissеrtasiyası; Şi-