Mətanət yaqubqizi azərbaycan folklorunda tolerantliq və multikulturaliZM



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə3/54
tarix04.11.2017
ölçüsü0,54 Mb.
#8263
1   2   3   4   5   6   7   8   9   ...   54

 

 
                                          
bilər.  Bu  mülahizədə  irəli  sürülən  əsas  ideyanı  bir  qədər  bayağı-
laşdırmış  olsaq  belə,  bunu  qeyd  edə  bilərik  ki,  qlobal  dil  və  ya 
din, əslində, “metis” yaxud da “mulat” dil və ya din deməkdir.  
Son  illərdə  dünya  gözəllik  yarışmalarında  birinci  yer  əksər 
halda məhz “metislərə”, “mulatlara” verilir
1
. Bundan əlavə, əksər 
psixoloqlar  tərəfindən  məhz  “metis”  və  “mulat”ların  daha  üstün 
zəkaya  və  anatomik-fizioloji  kamilliyə  malik  olduğu  ən  yüksək 
tribunalardan  elan  edilir.  Bu  kimi  faktlar  bu  nəzəri  mülahizənin 
təbliğinə  xidmət  edir  və  dünya  birliyini  məhz  bu  mülahizə  ətra-
fında  birləşdirməyə  yönəlir.  Təqdim  edilən  monoqrafiya  da  təx-
minən  eyni  düşüncə  tərzinin,  yəni  Azərbaycan  Multikulturalizmi 
fonunda formalaşan vahid Azərbaycan xalqı ideyasının aşılanma-
sına və təbliğinə yönəlmişdir.  
Mətanət Yaqubqızı tarixi faktlardan bəhs edərkən, Şəki-Za-
qatala  regionunun  tarixini  araşdırmış  olan  ən  tanınmış,  ən  öndə 
gedən tarixçilərin, arxeoloqların, sosioloqların, etnoqrafların əsər-
lərinə istinad edir. Dil məsələlərindən bəhs edəndə isə, bu region-
dakı dillərin ən böyük tədqiqatçılarının fikir və mülahizələrindən 
bəhrələnir.  Əsərdə  nəzərdən  keçirilən  istənilən  məsələnin  araş-
dırılması  prosesində  müəllifin  bir  tədqiqatçı  kimi  özünün  də  to-
lerantlığının  şahidi  oluruq.  Belə  ki,  bu  tədqiqat  əsərində  istinad 
edilən  fikirlər,  əksər  halda  müəllifin  qənaətlərini  dəstəkləməyə 
                                                           
1
 Bunun  səbəbini  “Linqvo-psixoloji  vəhdət  nəzəriyyəsi”  əsasında  izah  etmək 
mümkündür.  Belə  ki,  dilin  dominant  vahidləri  ən  ilkin  və  ən  çox  təmasda 
olduğumuz  vahidlərdir  və  onlar  yaddaşımızda  daha  dərin  iz  qoyan  “parlaq 
element”  mahiyyəti  daşıyır.  Ən  çox  təmasda  olunan  gerçəklik  vahidləri 
şüuraltı  səviyyədə  bütün  davranışlarımıza  təsir  edir,  onları  istiqamətləndirir, 
bu  və  ya  digər  məcraya  yönəldir.  Gözəllik  axtarışında  olan  insan,  Mətanət 
Yaqubqızının da qeyd etdiyi kimi,  “gözünün önündə  və  ya əlinin altında olan 
şeyləri”, yəni daima təmasda olduğu gerçəklik vahidlərini ən gözəl şeylər kimi 
qəbul  edir.  “Metis”  və  “mulat”lar  müxtəlif  xalqlara  və  irqlərə  məxsus  zahiri 
elementlərə  malik  olduğuna  görə  əksər  xalq  və  irqlərin  nümayəndələri  öz 
şüurundakı “parlaq elementləri” məhz onlarda görür. Elə bu səbəbdən dünya 
gözəllik  yarışmalarında  böyük  əksəriyyətin  müsbət  rəyini  məhz  “metis”  və 
“mulat”lar  qazanır  (Daha  ətraflı  bax:  Mayıl  B.Əsgərov.  Linqvo-psixoloji 
vəhdət nəzəriyyəsi. Bakı, “Elm və təhsil”, 2015, 192 s.).  


 

 
                                          
yönələn mülahizələrdir. Müəllif razılaşmadığı, qəbul  etmədiyi  fi-
kirləri  ya  ümumiyyətlə  nəzərdən  keçirmir,  ya  da  onların  yanlış 
olduğunu qeyd etməyə ehtiyac belə duymadan, birbaşa doğru he-
sab etdiyi şəxsi fikir və mülahizələrini irəli sürür. Bizcə, Azərbay-
can elmindəki tolerantlığın və multikulturalizmin ən bariz nümu-
nələrindən biri də elə məhz budur.  
 
Mayıl B.Əsgərov,  
Filologiya üzrə elmlər doktoru, 
AMEA Nəsimi adına Dilçilik İnstitutunun  
Sosiolinqvistika və dil siyasəti şöbəsinin müdiri 
 
Məsud Mahmudov 
AMEA Dilçilik İnstitutunun  
Kompüter dilçiliyi şöbəsinin baş elmi işçisi,  
filologiya üzrə elmlər doktoru, professor 
 
 


 
10 
 
                                          
GİRİŞ 
 
Azərbaycan  müxtəlif  dinlərin,  dillərin  və  mədəniyyətlərin 
birgə yaşadığı tolerant bir ölkədir. Fərqli dinlərə, dillərə və mədə-
niyyətə mənsub olan bu xalqlar və etnik qruplar daima dostluq və 
əmin-amanlıq  şəraitində  yaşamışlar.  Birgə  yaşam  tərzi  həmin 
xalqlarda ortaq inancların və mədəniyyətin əmələ gəlməsinə şərait 
yaratmışdır. Bu birgə və ortaq dəyərlərdən rişələnən vahid Azər-
baycan xalqı hər zaman və hər yerdə seçilmiş, hətta örnək olmaq 
səviyyəsinə yüksəlmişdir. Azərbaycanın etnik, dini tolerantlığının 
köklərini  bu  ortaq  mədəniyyəti  yaşadan  insanların  əski  inancla-
rında  axtarmaq  lazımdır.  Günü  bu  gün  də  inanc  yerlərini,  pirləri 
Azərbaycanda  yaşayan  bütün  xalqların  və  etnik  qrupların  paralel 
şəkildə ziyarət etməsi, eyni yerləri müqəddəs sayması həmişə ha-
mı tərəfindən təqdir olunur. Eyni müqəddəs yerlərin ziyarət edil-
məsi, hətta oxşar ayinlərin birgə icra olunması müasir Azərbaycan 
reallığıdır. Azərbaycan dövləti dilindən, dinindən və irqindən asılı 
olmayaraq hər zaman bütün ölkə vətəndaşlarına, onların inancları-
na sayğı ilə yanaşmış, dəstək olmuşdur. Məhz buna görə də iki il 
öncə  –  15  may  2014-cü  ildə  “Multikulturalizmin  həyat  tərzinə 
çevrildiyi, Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq da-
ha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki 
müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər 
aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyə-
tini  nəzərə  alan  prezidentimiz  Bakı  Beynəlxalq  Multikulturalizm 
Mərkəzinin  yaradılması  ilə  bağlı  fərman  imzalamışdır”  (bax: 
249).  
Bu  fərman  imzalandıqdan  sonra  istər  respublika  daxilində, 
istərsə  də  respublikadan  kənarda  multikulturalizmlə  bağlı  geniş 
tədbirlər  planı  işlənib  hazırlanmış  və  həyata  keçirilmişdir.  Bütün 
bu tədbirlər Azərbaycan  Respublikasının millətlərarası,  multikul-
turalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq 
Multikulturalizm  Mərkəzinin  (BBMM)  Himayəçilər  Şurasının 
sədri, Azərbaycan Yaradıcılıq Fondunun  sədri,  akademik  Kamal  
 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə