12
rantlıq mühitinin bariz nümunələridir... Azərbaycandakı dini icma
rəhbərləri ABŞ konqresinə müraciət ünvanlamışdırlar. Müraciətdə
qeyd edilir ki, Azərbaycanda mövcud olan tolerantlıq mühiti
sözdə deyil, əməldədir. Canlı nümunə bu müraciətin altındakı
imzalardır: QMİ-nin sədri Allahşükür Paşazadə, Bakı və Azər-
baycan arxiyepiskopu Aleksandr İşeyin, Roma Katolik kilsəsinin
Azərbaycandakı Apostol Prefekturasının ordinarisi Vladimir
Feket, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix
Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri
Gennadi Zelmanoviç, Alban-Udi Xristian Dini İcmasının sədri
Robert Mobili imzalayıblar” (128, s.7-9).
Bu müraciət, qeyd edildiyi kimi, müxtəlif dinlərə mənsub
şəxslərin bir-biri ilə qarşılıqlı hörmət və ehtiramının
göstəricisidir,
desək, yəqin ki, yanılmarıq.
Nəhayət, “Tarixi İpək yolunda yerləşən Azərbaycan müx-
təlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-
mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin
və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq şərai-
tində yaşadığı bir diyar kimi, Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin yaradılması ilə respublikamızda gerçəkləşdirilən
siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalan bir ölkə
kimi özünü tanıtdığı üçün 11 yanvar 2016-cı ildə dövlət başçımız
tərəfindən 2016-cı ilin multikulturalizm ili elan olunması ilə bağlı
sərəncam imzalanmışdır (bax: 249). Sərəncamın imzalanmasın-
dan sonra çoxlu tədbirlər həyata keçirilmişdir.
4 mart 2016-cı ildə Braziliya Federativ Respublikası Milli
Konqresinin Federal Senatının Elm, texnologiya, kommunikasiya
və informatika komitəsinin sədri Braziliya-Azərbaycan parla-
mentlərarası dostluq qrupunun rəhbəri Kristovam Buarke ilə
gö-
rüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM)
icraçı direktoru professor Azad Məmmədov yeni layihələrdən
danışaraq bildirib ki, Portuqaliyadan İndoneziyaya kimi 13
məşhur Universitetdə “Azərbaycan multikulturalizmi” fənni tədris
olunur (bax: 227).
13
Bu fikrə istinadən onu demək mümkündür ki, Azərbaycan
multikulturalizmi bütün dünya üçün bir örnəkdir.
Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası-
nın arxiyepiskopu Aleksandr İşeyin qeyd edir ki, Azərbaycanın
əsas özəlliyi milli məhəllələrin və qəsəbələrin olmamasıdır. Eyni
küçədə müxtəlif dini icmaların nümayəndələri yaşayır və birlikdə
müxtəlif dini bayramları və mərasimləri qeyd edirlər (bax: 234).
Azərbaycanın görkəmli yazıçısı Y.V.Çəmənzəminli “Həya-
tımızın iyirmi ili” məqaləsində müsəlmanlarla xristianların tarixən
münasibətlərindən bəhs edərək yazırdı: “Geniş kütlə qardaşcasına
yaşayır, orada bir münaqişəli məsələ yox idi... Xalq məscid və
kilsə ayrılığı ilə belə hesablaşmaq istəmirdi.
Türklərin nəzir eləyib
kilsə həyətində qurban kəsdiyi və xristianların türk pirinə şam
gətirdiklərini çox görmüşəm” (bax: 248).
Yazıçı – jurnalist milliyyətcə
saxur olan Əhməd İsayev “Bu
dağlar, ulu dağlar” kitabında müxtəlif millətlərin nümayəndələri-
nin dostluğu haqqında belə yazır: “Azərbaycan bəlkə də yeganə
ölkədir ki, burada yüzdən çox etnosun nümayəndəsi bir süfrə ba-
şına yığışır, 20-dən artıq azsaylı xalqın, milli azlıq və etnik qru-
pun övladları müxtəlif guşələrdə kompakt halda yaşayırlar: heç
nəyə fərq qoymadan, ... dost-doğma ailə kimi. Hamısının da dili-
nin, dininin, etnik psixologiyasının, maddi və mənəvi mədəniyyə-
tinin, məişətinin, adət-ənənəsinin qorunub saxlanması üçün hər
cür şərait yaradılır. Bu, dövlətimizin humanist siyasətinin
əsasıdır” (98, s.116).
Şəki Zona Elmi Mərkəzi nəzdindəki “Folklor laboratoriya-
sı”nın aparıcı elmi işçisi milliyyətcə
avar olan Əli Süleymanov
bu bölgəyə qonaq qismində gələn insanların regionda yaşayan
xalqlar və etnik qruplarla bağlı fikirlərini özünün “Zaqatala çə-
ləngi” kitabında xoş xatirələrlə yad edir: “Bir dəfə Dağıstan Döv-
lət Filarmoniyasının kollektivi rayonumuzda qastrol səfərində ol-
muşdur. Kollektivin rəhbəri N.Pavlovdan soruşanda ki, “Zaqata-
lada ən çox nə xoşunuza gəldi?” O cavab verdi: - Ən çox zaqa-
talalıların qonaqsevərliyi, insanpərvərliyi, xüsusilə də buradakı