150
“...faktlar bir daha sübut edir ki, İlisu sultanlığının əhali-
sinin əsasını təşkil etmiş üç etnos – saxurlar, türklər (muğallar) və
ingiloylar tarixən bu ərazidə dostluq və mehribançılıq şəraitində
yaşamış və birlikdə şanlı tariximizi yaratmışlar (126, s.99).
Tarixçi
etnoqraf Q.Cavadovun fikrincə:
“Qafqaz dil ailəsinə daxil olan, sayı bir neçə mindən artıq
olmayan buduqlar, qrızlar, xınalıqlılar, udilər, saxurlar və b. əslin-
də Azərbaycanın “qırmızı kitabı”na düşən, qorunub-saxlanması
böyük dövlət işi sayılan bir məsələdir. Əgər biz min illər boyu
doğma Azərbaycan torpağında bu azsaylı etnosların əriməsinə, as-
similyasiyaya uğramasına yol verməyib, bu günümüzədək yaşat-
mışıqsa, şübhəsiz, bu, Azərbaycan xalqının humanistliyini, bö-
yüklüyünü təsdiq edən danılmaz faktdır. Azərbaycan təkcə özünü
azərbaycanlı sayanların deyil, eləcə də özünü bu torpağın övladı
hesab edənlərin Vətənidir. Qafqaz dilli azərbaycanlılar bunu öz
amalları, qeyrətləri, torpaqlarımız uğrunda verdikləri şəhid oğlan-
larımızın qanı ilə son illərdə tam sübuta yetirmişlər... Bu gün
Azərbaycan dünya təcrübəsi və sivilizasiyası prinsipləri əsasında
inkişaf edən demokratik respublikadırsa, bura təkcə çoxsaylı və
türkdilli azərbaycanlıların deyil, eləcə də müxtəlif dil ailələrinə
mənsub olan azsaylı udi və xınalıqlıların, avar və ləzgilərin, talış
və kürdlərin, tat və dağ yəhudilərinin, saxur və ingiloyların, hapıt
və buduqluların da eyni dərəcədə Vətənidir.
Belə bir əsərin yazılması istər respublikanın ictimaiyyətinə,
başlıcası isə milli münasibətlərimizin ümumi axarını fitnəkar
cızmaqaraları ilə təhrif edənlərə əyani surətdə sübut etmiş olur ki,
Azərbaycanda heç bir milli azlığın, etnik qrupun nümayən-
dələri aradan çıxarılmamış, onlar bu gün də mövcuddurlar,
həmişəki kimi bu ərazinin, Azərbaycan adlı məmləkətin
bərabərhüquqlu vətəndaşlarıdır” (52, s.18, 19, 303).