Mətanət yaqubqizi azərbaycan folklorunda tolerantliq və multikulturaliZM



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə49/54
tarix04.11.2017
ölçüsü0,54 Mb.
#8263
1   ...   46   47   48   49   50   51   52   53   54

 
149 
 
                                          
nuna  həkim  resepti  kimi  yanaşmaq,  hər  zaman  müsbət  nəticə 
verməyə bilər və hətta bəzi məqamlarda zərərli də ola bilər.  
Şəki-Zaqatala  regionundan  toplanmış  örnəklərin  elmi  və 
bədii cəhətdən araşdırılması, bu zəngin və orijinal sərvətlərin elmi 
və  bədii  baxımdan  tədqiq  olunması  Azərbaycan  xalqının  mədəni 
irsinin  dirçəlişində,  mənəvi  sahənin  yeniləşdirilməsində  böyük 
əhəmiyyət kəsb edir. 
Şəki-Zaqatala  bölgəsində  yaşayan  xalqların  və  etnik  qrup-
ların folklor örnəklərini tədqiq etməklə, Azərbaycan dili ilə qarşı-
lıqlı  müqayisə  fonunda  bu  xalqların  dil  xüsusiyyətlərini,  dini 
inanclarını,  adət-ənənələrini  aşkara  çıxarmış  oluruq.  Tədqiqatdan 
da aydın olur ki, Şəki-Zaqatala bölgəsi Azərbaycan Respublikası-
nın  həm  rəngarəng  etnik  tərkibə,  həm  də  zəngin  adət-ənənələrə 
malik olan bir ərazisidir. 
Nəticə  olaraq  belə  demək  mümkündür  ki,  Şəki-Zaqatala 
bölgəsində  yaşayan  xalqların  və  etnik  qrupların  nümayəndələrin-
dən toplanmış zəngin örnəklər vahid Azərbaycan folklorunun tər-
kib hissəsidir və onun regional atlasında özünə xüsusi yer qazan-
mışdır.  
Fikrimizi Azərbaycanda yaşayan müxtəlif xalqların və etnik 
qrupların  nümayəndəsi  olan  tədqiqatçı  alimlərin  fikirləri  ilə  ye-
kunlaşdırmaq istəyirik.  
Saxur  xalqının  nümayəndəsi,  əməkdar  jurnalist  Əhməd 
İsayev yazır:  
“Burada  Azərbaycan  türkləri  ilə  yanaşı,  27  etnik  qrupun 
təmsilçiləri  və  digər  xalqların  nümayəndələri  vahid  ailə  kimi  bir 
yerdə  yaşayırlar.  Heç  yerdə  heç  vaxt  ayrı-seçkilik  söhbəti  ola 
bilməz. Hər kəs gözəl bilir ki, hamının bir vətəni var. O da doğma 
Azərbaycandır” (98, s.112).  
1970-ci  illərdə  təkcə  Oğuz
1
 rayonunda  18  millətin  nüma-
yəndəsi yaşayırdı.  
Milliyyətcə  saxur  olan  tədqiqatçı  alim  E.M.  Lətifova  bu 
fikirdədir ki,: 
                                                           
1
 Şəki-Zaqatala bölgəsində ərazicə ən kiçik rayondur . 


 
150 
 
                                          
“...faktlar  bir  daha  sübut  edir  ki,  İlisu  sultanlığının  əhali-
sinin əsasını təşkil etmiş üç etnos – saxurlar, türklər (muğallar) və 
ingiloylar  tarixən  bu  ərazidə  dostluq  və  mehribançılıq  şəraitində 
yaşamış və birlikdə şanlı tariximizi yaratmışlar (126, s.99). 
Tarixçi etnoqraf Q.Cavadovun fikrincə: 
“Qafqaz  dil  ailəsinə  daxil  olan,  sayı  bir  neçə  mindən  artıq 
olmayan buduqlar, qrızlar, xınalıqlılar, udilər, saxurlar və b. əslin-
də  Azərbaycanın  “qırmızı  kitabı”na  düşən,  qorunub-saxlanması 
böyük  dövlət  işi  sayılan  bir  məsələdir.  Əgər  biz  min  illər  boyu 
doğma Azərbaycan torpağında bu azsaylı etnosların əriməsinə, as-
similyasiyaya uğramasına  yol  verməyib,  bu günümüzədək  yaşat-
mışıqsa,  şübhəsiz,  bu,  Azərbaycan  xalqının  humanistliyini,  bö-
yüklüyünü təsdiq edən danılmaz faktdır. Azərbaycan təkcə özünü 
azərbaycanlı  sayanların  deyil,  eləcə  də  özünü  bu  torpağın  övladı 
hesab  edənlərin  Vətənidir.  Qafqaz  dilli  azərbaycanlılar  bunu  öz 
amalları, qeyrətləri, torpaqlarımız uğrunda verdikləri şəhid oğlan-
larımızın  qanı  ilə  son  illərdə  tam  sübuta  yetirmişlər...  Bu  gün 
Azərbaycan  dünya  təcrübəsi  və  sivilizasiyası  prinsipləri  əsasında 
inkişaf  edən  demokratik  respublikadırsa,  bura  təkcə  çoxsaylı  və 
türkdilli  azərbaycanlıların  deyil,  eləcə  də  müxtəlif  dil  ailələrinə 
mənsub olan azsaylı udi  və xınalıqlıların, avar və ləzgilərin, talış 
və kürdlərin, tat və dağ yəhudilərinin, saxur və ingiloyların, hapıt 
və buduqluların da eyni dərəcədə Vətənidir. 
 Belə bir əsərin yazılması istər respublikanın ictimaiyyətinə, 
başlıcası  isə  milli  münasibətlərimizin  ümumi  axarını  fitnəkar 
cızmaqaraları ilə təhrif edənlərə əyani surətdə sübut etmiş olur ki, 
Azərbaycanda  heç  bir  milli  azlığın,  etnik  qrupun  nümayən-
dələri  aradan  çıxarılmamış,  onlar  bu  gün  də  mövcuddurlar, 
həmişəki  kimi  bu  ərazinin,  Azərbaycan  adlı  məmləkətin 
bərabərhüquqlu vətəndaşlarıdır” (52, s.18, 19, 303). 


 
151 
 
                                          
ƏDƏBİYYAT 
 
1.
 
Abbasоv İ. Azərbaycan dastanlarının erməni dilində tər-
cümə,  təbdil  və  nəşri  məsələlərinə  dair.  səh.  54-137.  “Azərbay-
can  şifahi  xalq  ədəbiyyatına  dair  tədqiqlər.  V  cild.  Bakı- 
“Elm”- 1977, 196 səh. 
2.
 
Abbasоv  İ.  Azərbaycan  fоlklоru  XIX  əsr  erməni  mən-
bələrində. Bakı- “ Elm”- 1977, 156 səh. 
3.
 
Abbasоv İ. Azərbaycan qəhrəmanlıq dastanlarının ermə-
ni  dilinə  tərcümə,  təbdil,  nəşri  tarixi  və  tədqiqi  məsələləri,  səh. 
50-89. Azərbaycan şifahi  xalq  ədəbiyyatına dair tədqiqlər. VI 
cild. Bakı - “Elm”-1981,181səh. 
4.
 
Abbasov İ. Folklorşünaslıq axtarışları (iki cilddə). I cild. 
Bakı-“Nurlan”-2009, 511 səh. 
5.
 
Abbasov S. Rzayev Y. Oğuz rayonu: dünən, bu gün, sa-
bah. Mingəçevir-“Mingəçevir işıqları” redaksiyası-2010, 100 səh. 
6.
 
Abduləliyev  A.  Xalq  musiqisində  Toğay  Məlik  və 
Tonqay Məlik obrazları. səh:3-7. “Qobustan”, N1, 1991. 
7.
 
Abdullayev  B.  Azərbaycan  fоlklоrunun  qədim  janrların-
dan.  səh.  90-135.  Azərbaycan  şifahi  xalq  ədəbiyyatına  dair 
tədqiqlər. VI cild. Bakı-“Elm”-1981, 181səh. 
8.
 
Abdullayev B. Haqqın səsi. Bakı-“Azərnəşr”-1989, 144 səh. 
9.
 
Abdullayev  B.  Qədim  Azərbaycan  tоyunun  bəzi  xüsu-
siyyətləri. “Qоbustan” jurnalı. №3. Bakı-1979, səh. 39-44.  
10.
 
Abdullayev  B.  “Kitabi-Dədə  Qоrqud”  bоylarında  alqış 
və qarğış. Azərbaycan SSR EA-nın Xəbərləri; Ədəbiyyat, dil və 
incəsənət seriyası. №1. Bakı-“ Elm”-1979, səh 57-60. 
11.
 
Abdullayev  B.  “Kitabi-Dədə  Qоrqud”  və  islam  dini. 
Bakı-“ Оzan”-1997, 40 səh. 
12.
 
Abdullayev  B.,  Məmmədоv  E.,  Babazadə  Q.  Azərbay-
can bayatıları. Bakı-“Elm”-1984, 260 səh. 
13.
 
Abdullayev B., Оrucоv Ə.Ə., Şirvani Y.Z., Ərəb və fars 
sözləri lüğəti. Bakı-“Yazıçı”- 1985, 1038 səh.  
14.
 
Abdullayev  H.  İslam  dini  haqqında.  Bakı-“Azərnəşr”-
1958, 119 səh. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə