Mətanət yaqubqizi azərbaycan folklorunda tolerantliq və multikulturaliZM



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə48/54
tarix04.11.2017
ölçüsü0,54 Mb.
#8263
1   ...   44   45   46   47   48   49   50   51   ...   54

 
146 
 
                                          
SON SÖZ ƏVƏZİ 
 
Xalqımızın poetik düşüncəsini təmsil edən və bu günümüzə 
qədər  gəlib  çatan  folklor  örnəkləri  mənəvi  irsimizin  zənginliyini 
nümayiş etdirir. Azərbaycan folkloru sisteminə daxil olan və onun 
tərkib  hissəsinə  çevrilən  Şəki-Zaqatala  folkloru  həmin  regionun, 
bu  ərazidə  yaşayan  xalqların  və  etnik  qrupların  spesifik  ənənələ-
rini üzə çıxarır.  
Bölgədən  toplanmış  folklor  örnəklərini  tarixi  prosesin  özü 
yaratmışdır. İstər ilkin, istərsə də ənənəvi janr nümunələri tarixin 
izlərini özündə yaşadan dolğun söz örnəkləridir. Belə ki, regionda 
baş vermiş  az və  ya çox dərəcədə əhəmiyyət daşıyan  tarixi, icti-
mai-siyasi  proses  və  hadisələr  folklor  nümunələrində  öz  əksini 
tapmışdır. 
Etnik amil  və  ondan doğan variativlik  Şəki-Zaqatala  regio-
nuna  aid  folklor  örnəklərinin  mütləq  atributlarından  biridir.  Belə 
ki,  bölgədə  bir  çox  xalqların  və  etnik  qrupların  iç-içə  yaşaması 
folklor  nümunələrinə  öz  möhürünü  vurur  və  həmin  nümunələrdə 
region  əhalisinin  dünyabaxışının,  təfəkkür  tərzinin  və  adət-ənə-
nələrinin izləri aydın şəkildə görünür. 
Şəki-Zaqatala  regionundan  toplanmış  folklor  nümunələri 
elmi-nəzəri baxımdan araşdırılmış və belə bir qənaətə gəlinmişdir 
ki, həmin nümunələrin məhz bu regiona məxsus olması bəzən dil 
və dialekt fərqləri əsasında, bəzən də həmin nümunələrin məzmu-
nu əsasında müəyyən edilə bilər. 
Bölgə  örnəklərinin  spesifik  cəhətlərindən  birinin  məhz  dil 
elementləri olduğunu deyə bilərik: 
a) kalоritli dil faktоrları; 
b) sözlərin intоnasiyası; 
c) spesifik lüğət vahidləri. 
Şəki-Zaqatala regionuna aid olan örnəklərdə yerli toponim-
lərin, regional həyat və məişət tərzinin, müxtəlif dini-əxlaqi baxış-
ların  izləri  güclü  şəkildə  hiss  olunur.  Tədqiqat  nəticəsində  məhz 
bu regiona məxsus spesifik elementlərin üzə çıxarılması ilə yana-
şı, bütün variantlarda izlənən ortaq cəhətlər də müəyyən edilmiş-


 
147 
 
                                          
dir. Bu cəhət bir daha sübut edir ki, bütün rəngarəngliyinə və ko-
lorit  fərqlərinə  baxmayaraq,  region  əhalisinə  aid  olan  bütün  nü-
munələr vahid Azərbaycan folklorunun ayrılmaz tərkib hissəsidir. 
Qeyd  edilən  fikri,  yəni  regiona  məxsus  olan  folklor  örnəklərinin 
həm spesifik, həm də ümumi cəhətlərə malik olması fikrini müx-
təlif  janrlara  aid  olan  nümunələr  bazasında  aşağıdakı  kimi  əsas-
landıra bilərik: 
1.  İlkin  janr  nümunələri  olan  inancların  və  yuxu  yozum-
larının, andların, alqış və qarğışların, mərasim nəğmələrinin həm 
ideya  və  məzmun  xüsusiyyətləri  təhlil  edilmiş,  həm  də  onlar 
arxeoloji, tarixi, mifoloji baxımdan araşdırılmışdır. Bu janr nümu-
nələrinin təhlili istər region əhalisinin inamı, dini təsəvvürləri, eti-
qadları, adət-ənənələri haqqında, istərsə də onların bədii təfəkkür 
potensialı haqqında inandırıcı faktlar təqdim etməklə belə bir nəti-
cəyə gəlməyə əsas verir ki, bu nümunələr istər bədii-estetik, istər 
ideya-məzmun, istərsə də dini-əxlaqi baxımdan regionda yaşayan 
xalqların və etnik qrupların ortaq yaradıcılığının məhsuludur.  
Ən qədim dövrlərdən başlayaraq  eyni bütlərə, tanrılara, pir-
lərə inanan region əhalisi qismən yaxın dövrlərdə müxtəlif səmavi 
dinlərə  iman  gətirmişdir.  Bununla  belə,  regionda  yaşayan  bütün 
xalqlar və etnik qruplar onlar üçün ortaq olan qədim pirlərini, ziya-
rət  yerlərini  unutmamışlar.  Region  ərazisindəki  “dilək  piri”,  “göz 
piri”, “yel piri”, “uşaq piri” və bunun kimi yüzlərə müqəddəs yer, 
bu  gün  belə  dilindən  və  dinindən  asılı  olmayaraq  bütün  region 
əhalisinin ortaq dəyərləri mahiyyətini daşımaqda davam edir.  
2.  Ənənəvi  janr  nümunələri  olan  bayatıların,  laylaların, 
nazlamaların,  uşaq  folkloru  nümunələrinin,  yəni  düzgülərin  və 
sanamaların  mövzu,  məzmun  və  bədii  baxımından  təsnifatı,  re-
giona məxsus orijinal və bədii məziyyətlərinin təhlili, fərdi, bədii 
xüsusiyyətlərinin öyrənilməsi region əhalisinin fəlsəfi-tarixi, mən-
tiqi-psixoloji, bədii-estetik dünyasını aşkar etməyə imkan verir və 
belə  bir  qənaət  üçün  əsas  yaradır  ki,  eyni  məkan  daxilində  eyni 
tarixi  mərhələlərdən  keçən  region  əhalisi  eyni  həyat  faktları  ilə 
bağlı  eyni  məntiqi  və  psixoloji  düşüncə  tərzinə  malik  olmuşdur. 
Bu səbəbdən də onların  yaratdığı  folklor örnəklərində  eyni  həyat 


 
148 
 
                                          
faktları ilə bağlı eyni rəmzlərə və eyni obrazlara tez-tez rast gəli-
nir. Folklor nümunələrinin fərqli dillərdə yarandığını nəzərə alma-
saq, hətta belə də demək mümkündür ki, bu folklor nümunələrin-
də rast gəlinən bədii vasitələr də qarşılıqlı faydalanma nəticəsində 
ortaq dəyərlər qazanmışdır.  
3. Əfsanələrin, nağılların, rəvayətlərin eyni süjet, eyni tarixi 
hadisə, eyni şəxsiyyətlərlə bağlılığı, konkret tоpоnоmik – cоğrafi 
məkanla  əlaqəsi  bu  fikrimizi  bir  daha  təsdiq  edir  ki,  bu  fоlklоr 
örnəkləri  vahid  Azərbaycan  xalqının  ortaq  dəyərləridir.  Eyni 
zamanda  həm  ayrıca  götürülmüş  bir  xalqın  və  ya  etnik  qrupun, 
həm  də  bütün  xalqları  və  etnik  qrupları  ilə  birlikdə  vahid  Azər-
baycanımızın tarixi-etnоqrafik, cоğrafi inkişafının öyrənilməsi ba-
xımından  qiymətli  mənbədir,  region  insanlarının  mifik  dünya-
görüşü, təfəkkürü, ilkin, əski görüşləri, həyat və məişəti haqqında 
tam təsəvvür əldə etmək üçün elmi-nəzəri bazadır.  
4.  Atalar  sözləri,  məsəl  və  deyimlərin,  tapmacaların,  lətifə 
və  gimgə  əhvalatlarının  təhlili  Şəki-Zaqatala  regionu  əhalisinin 
real həyatı, məişəti haqqında tam təsəvvür yaradır və eyni zaman-
da belə bir nəticəyə gəlməyə əsas verir ki, həm sadəcə bu regiona 
məxsus  spesifik  janrlarda  (məsələn,  gimgə  söhbətləri),  həm  də 
bütün  xalqın  folklorunda  geniş  yayılan  janr  nümunələrdə,  bir  tə-
rəfdən  sırf  regiona  və  ya  sadəcə  Azərbaycana,  digər  tərəfdən  isə 
bəşəri məsələlərə geniş yer verilir. 
5.  Türkəçarələrin  fоlklоrla  əlaqəsinin  araşdırılması  yolu  ilə 
müəyyən  оlunmuşdur  ki,  оnların  tibblə  çox  ciddi  əlaqəsi  vardır. 
Buna  baxmayaraq,  bu  nümunələr  hər  şeydən  əvvəl  sırf  fоlklоr 
nümunələridir. Tibb elmi başlanğıcını məhz türkəçarələrdən aldığı 
iddia  olunsa  da,  hal-hazırda  hazırlanan  dərman  preparatlarında 
türkəçarə  üsulu  ilə  məsləhət  görülən  bitkilərə,  heyvanlara,  digər 
canlılara  aid  inqrediyentlərdən  istifadə  edilsə  də  türkəçarələr  ilk 
növbədə tətbiqi elm sahəsinə deyil, humanitar yaradıcılıq sferası-
na  aid  edilməlidir.  Xalq  müdrikliyi,  min  illərdən  gələn  təcrübə 
türkəçarələrin tətbiqi dəyərini nə qədər artırsa belə, bu janr nümu-
nələri hər şeydən əvvəl rəmzlər, obrazlar və mübaliğələrdən azad, 
xali  olmayan  folklor  materialı  mahiyyəti  daşıyır.  Onun  məzmu-


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə