Mətanət yaqubqizi azərbaycan folklorunda tolerantliq və multikulturaliZM



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə47/54
tarix04.11.2017
ölçüsü0,54 Mb.
#8263
1   ...   43   44   45   46   47   48   49   50   ...   54

 
143 
 
                                          
“Əliabad  aşıqlarının  içərisində  Aşıq  Hüseyn  digər  aşıqlar-
dan həm ingiloy, həm də Azərbaycan dilində yazması ilə fərqlə-
nirdi. Onun iki dildə yazdığı “Bozi” şeiri bu cəhətdən maraqlıdır. 
Bozi
1
 
(ixtisarla) 
Dudriyan dərdebşivar djer, 
Böyük dərdlərdəyəm hələ. 
Aşıq adamam, tanı, gör, 
Tsodvavar nu damiçer me, 
Yazığam tutma məni
Kim bağlar yaramı Bozi? 
 
Dar günündə qalana var, 
Əliabadel Huseynavar. 
Əliabadlı Hüseynəm necə, 
Er qaribsan satsqal Qaitsivar,  
Bir qərib fağır kişiyəm, 
Taloni-zevrani, Bozi. 
Aşığın “Bir gün” rədifli gəraylısı da diqqəti cəlb edir (bax: 
84, s.286-287).  
Aşıq  Hüseynin  sonuncu  şagirdi  olmuş  Aşıq  Herov  Aşıq 
Camalın ustadı olmuşdur.  
Aşıq Camal da iki dildə oxuyan aşıqlardandır. 
Zaqatala  rayonunun  Suvagil  kəndində  öz  dəsti-xətti  ilə  se-
çilən bir aşıq vardı. Bu aşıq Nəzir idi. “Nəzir Məhəmməd Əminov 
1912-ci  ildə  Suvagil  kəndində  anadan  olmuşdur.  Aşıq  idi.  Bir 
neçə  dili  mükəmməl  bilirdi.  Əsasən  saxur  və  Azərbaycan  dillə-
rində  söz  qoşardı.  Rəvayətə  görə,  Aşıq  Nəzir  cavan  vaxtlarında 
dərbəndli Aşıq Banu ilə rastlaşır. Onlar deyişirlər. Aşıq Nəzir gö-
rür  ki,  Banu  üstün  gələcək,  onda  yeddi  dildən  istifadə  edərək 
“Deşınbı (saxur dilindən tərcüməsi – “Yoxdur”)” rədifli qoş-
masını  söyləyir.  Banu  həmin  dilləri  bilmədiyindən  təslim  olur. 
Azərbaycan, rus və saxur dillərinin qarışığı ilə deyilmiş bir bəndi 
nümunə kimi göstərmək olar: 
                                                           
1
 İt adıdır. 


 
144 
 
                                          
Dərdini mən alım, yar idi suda
Naş saray poyedim, kef çəkək orda. 
Səni mənə qismət eyləsin xuda 
Ğunaxinen gul-çiçakar deşınbı. 
Saxur dilində olan sonuncu misranın mənası belədir: “Sənin 
kimi güllər-çiçəklər yoxdu.”  
Aşıq Nəzirin gözü görmürdü. Buna baxmayaraq, həm aşıq-
lıqla, həm də boyaqçılıqla məşğul idi (98, s.137-138).  
“Yerli  aşıqlar  arasında  qarışıq  dilli  qoşma  və  bayatılar  da 
geniş yayılmışdı:  
Ba`arab kuntasıl
1
 
Ba`arab kuntasıl can alan maral
Gəl səni alım, sən alma can, maral. 
Salma sən tsetay ber
2
, məni raxhada
3
 
Raxhada düşdüm mən, yoxsa ki, oda? 
Al donda gümüşlər alışıb yanır
4

Yanaqda yanan mən, su ver bir damla. 
Albuta şal
5
 sənə, yo
6
, çox yaraşır, 
Al şalın üstündən tac qoyum sana
7
” (186, s.64). 
Bölgə aşıqları öz dillərində mahnı-dastanlar da yaratmışdırlar 
ki,  buradan  görünür  ki,  tarixin  amansız  zərbələri  onlardan  yan 
keçməmişdir. Car və Tala əhalisinin igidliyi və mərdliyi haqqında o 
zaman qoşma və dastanlar yaranıb. Bu dastanların birində deyilir:  
Carlıyla talalı hamıdan uca, 
Düşməni hər yerdə tutdu qılınca. 
Top neynəsin, qala neynəsin gücə
Yeriyir dəstə boyları ləzginin... (188, s.373).  
                                                           
1
 Qırmızı donlu 
2
 Göygözlüm 
3
 Dəniz, dərya 
4
 Sinəbənd, kəmər və s. bəzəklər nəzərdə tutulur. 
5
 Qırmızı butalı şal 
6
 Ay qız 
7
 Toyda oğlan evi gəlinə qızıl  suyuna çəkilmiş gümüş tac aparar, qırmızı  ipək 
şalın üstündən gəlinin başına qoyardılar.  


 
145 
 
                                          
Avar  mahnı  -  dastanları  “Çar  vuruşu  haqqında  dastan”, 
“İgidlərin hekayəti”, “Hacı Muradın kəsik başı”, “Qerqinin mah-
nısı”, “Qolodalı qızın hekayəti”, “Çoban qızı Mesedu”, “Baxtika-
nın  mahnısı”,  Dostun  Tsora  (Car)  səfəri  və  s.  qəhrəmanlıq  məz-
munu daşıyır (bax: 186, s. 25-43).  
Bu  mahnı-dastanlarda  xalqın  tarixi,  məişəti,  sənəti  və  məş-
ğuliyyəti, adət-ənənələri öz əksini tapmışdır. Ədalətsizliyə, yadelli 
işğallara qarşı mübarizə, qazilik bayrağı altında, din uğrunda yü-
rüşlər təsvir olunur
1
.  
Zaqatala-Balakən ərazisində baş verən hadisələr şairlərimizin 
yaradıcılığında  da  öz  əksini  tapmışdır.  Çar  hökumətinin  artırdığı 
vergilərdən  təngə  gələn  carlılar  (milliyyətindən  asılı  olmayaraq 
bütün bölgə əhalisi – kursiv bizimdir) üsyan eləmişdilər. Bu üsyanı 
yatırtmaq üçün göndərilən əlavə qoşunun tərkibində çar ordusunda 
xidmət  edən  Azərbaycan  şairi  Qasım  bəy  Zakir  də  vardı.  Dostu 
Baba  bəy  Şakirə  yazdığı  “Car  müqəddiməsi”  şeirində  yeni  tikilən 
Zaqatala qalası və üsyanın yatırılması haqqında məlumat vardır: 
Ey Baba bəy, hümayun əsgərin, 
Seşəmbədə sərmənzili Car oldu. 
Məşriq tərəfindən taza qələnin 
Qurulub xeymələr bərqərar oldu. 
Söz müxtəsər, gələn günün fərdası, 
Qoyuldu sübhdən cəngin binası. 
Çulğadı aləmi Şuru qovğası, 
Sonacan qiyamət aşikar oldu. 
Bu şərhdən aydın olur ki, rus ordusu qalanın şərqində indiki 
meydanda  düşərgə  salıbmış.  Çar  hökuməti  qaladan  1863-cü  ildə 
baş  verən  Zaqatala  üsyanını  yatırmaq  üçün  də  istifadə  etmişdir” 
(188, s.397). 
                                                           
1
 Bax: Ə.Süleymanov. Babaların hikmət xəzinəsi. Mahnı-dastanların mətnləri adı 
göstərilən kitabda həm avar dilində, həm də Azərbaycan dilində yer almışdır. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə