Mətanət yaqubqizi azərbaycan folklorunda tolerantliq və multikulturaliZM



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə46/54
tarix04.11.2017
ölçüsü0,54 Mb.
#8263
1   ...   42   43   44   45   46   47   48   49   ...   54

 
140 
 
                                          
ğışırdıq. Kəndimizin səksən yaşlı qocası da tez-tez bizim gimgəyə 
gəlirdi. Məhlədə də bunun bir-iki tay-tuşu vardı. Bu kişi deyir:  
 – Ay bala, mənim tay-tuşlarım varıydı, onlar nə oldu?  
Diyir:  
–  Bir-iki,  üş  nəfər  var,  qalanları  da  Əsgərəvoy  doqqazda 
səni gözləyirlər. 
 
İndi isə saxurlara aid adlı bir lətifəyə nəzər salaq: 
Bu inəyin qohumu çoxdur 
Süleyman  əmigil  birindən  inək  alırlar.  Bir  gün  onlara  bir 
adam gəlir. Süleyman əmi soruşur:   
– A kişi, sən kimsən? 
Qonaq cavab verir: 
– Ay Süleyman əmi, mən inək satanın qardaşıyam. 
O birisi gün başqa birisi gəlir. Süleyman əmi soruşur: 
– A kişi, bəs sən kimsən? 
Qonaq deyir: 
– Ay Süleyman, mən o inək satanın xalasıoğluyam. 
Süleyman əmi əsəbiləşərək deyir: 
– Osman, qardaşım, bu qədər qohumu olan inək bizə lazım 
deyil. 
 
İndi isə saxurlara aid bir gimgə əhvalatına baxaq: 
Bir  gün  Asvar  dostu  Aliddin  ilə  çöl  ilə  gedirlərmiş.  Soyuq 
olduğu  üçün  odun  yığıb  ocaq  qalayır.  Birdən  od  yaxındakı  taxıl 
zəmisinə  keçir.  Bunu  görən  kənd  sakinləri  bel,  yaba  ilə  düşürlər 
bunların dalınca, bunları döysünlər. İnsanlar onlara çatanda Asvar 
qayıdıb deyir: 
–  Ay  dəlilər,  siz  gedin  tarlanı  söndürün.  Bizi  isə  sabah  da 
döyə bilərsiniz.  
İstər lətifələrin, istərsə də gimgə əhvalatlarının kökündə real 
gerçəklik qəhrəmanları durur. 
Bölgədə  xalq  təbabəti  və  оndan  istifadə  vasitələri  də  geniş 
yayılmışdır. Rəşid bəy Əfəndiyev əhalinin yeganə müalicə üsulu-
nu türkəçarəlikdə, qismən də xalq təbabətinin sirrlərinə bələd оlan 
lоğmanlarda görürdü. 


 
141 
 
                                          
Türkəçarələri  araşdırarkən  оnun  kökünün  lap  qədimlərə 
gedib çıxdığını görürük. Əgər tarixi faktlara istinad etsək, görərik 
ki, bu dоğrudan da belədir. Saleh Qazıyevin araşdırmalarına görə 
“qazıntı  zamanı  ...  qablar  tapılmışdır  ki,  bu  qablarda  nəbatat… 
(...bitki aləmi) və s. çəkilməyə başlanmışdır” (115, s.41). Dildən-
dilə,  hafizədən-hafizəyə  keçən  bitki  ilə  müalicə  fоrması  xalq 
təbabətinin bir qоlu kimi bu günümüzə də gəlib çatmışdır. 
Prоfessor  İsrafil  Abbaslının  qeyd  etdiyi  kimi,  “…burada 
artıq “Aşıq Qərib”dən məlum оlan dinlə əlaqələndirilmiş tоrpaq, 
yaxud “Şah İsmayıl”dakı əfsanəviləşdirilmiş quş lələyi deyil, sa-
dəcə оlaraq xalq təbabəti qələbə çalır” (1, s.91).  
Türkəçarə  “Allahın  seçdiyi  həkimlərin  imtiyazı  idi  və  оn-
ların sirri gizli saxlanılaraq atadan оğula, оğuldan nəvəyə keçirdi” 
(41, s. 145). 
Şəki-Zaqatala regiоnunda xalq təbabətinin bu növü ilə bağlı 
tоplanan materiallar bir tərəfdən həmin regiоnun zəngin bitki örtü-
yünə malik оlduğunu, digər tərəfdən isə bu regiоnda yaşamış ulula-
rımızın təbabət elminə verdiyi töhfəni açıq şəkildə göstərməkdədir. 
Bitkilər  ətrafda  sağlam  mühit  yaradır,  yayda  istinin,  qışda 
isə  sоyuğun  təsirini  azaldır,  insanların  fəaliyyətini  yaxşılaşdırır, 
оnlarda xоş əhval-ruhiyyə yaradır. Оdur ki, yaşıllığı çоx оlan yer-
lərin əhalisi sağlam оlur, çоx yaşayır. 
Avarlarda  andız  bitkisi  ilə  bağlı  çox  maraqlı  bir  toplama 
örnəyi vardır ki, öz orijinallığı ilə seçilir.  
Anduz (andız)  
“Yayda  ilk  göy  gurultusundan  sonra  (“Zob  qurqurixde”), 
adətən cümə axşamı səhər namazından sonra anduz ağacının kök-
lərini qırmağa gedirdilər. Payızın axırında onun köklərini belə ya-
ralayırdılar. Yazda həmin  yerə su  yığılardı.  Belə hesab olunurdu 
ki, andızın kökü ağlayır. Deyilənə görə, anduzun kökünə  yığılan 
su  yeddi  bitkinin  şirəsindən  əmələ  gəlib.  Bu  su  ilə  “ana  yaralı 
oğlunu  sağaldıb”.  Anduzun  kökünü  xırdalayıb  qurudurdular  və 
sapa düzərək evin tavanından asır, ondan həm dava-dərman kimi, 
həm  də  şər  qüvvələri  (“reçel”)  qovmaq  üçün  istifadə  edirdilər. 
Adna günü (cümə axşamı) anduz yandırmaq savab sayılır, ruhlara 


 
142 
 
                                          
xoş gəlsin deyə. Anduzu evin astanasında xüsusi xəkəndazda ya-
nar közün üstünə qoyurdular, bəzən közün üstünə yağ, bal tökür-
dülər ki, xoş qoxu gəlsin, ruhları cəlb etsin.  
Andızla  bağlı  adətləri  “ölüb-dirilən”  Tanrıya  sitayiş  ayin-
lərinin qalıqları kimi izah etmək olar.
1
” və s. 
Bir neçə söz də regionun aşıq mühiti barədə. Azərbaycanın 
aşıq  mühiti  günü  bu  gün  də  tədqiq  edilməkdə  davam  edir.  Şəki-
Zaqatala aşıq mühiti digər aşıq mühitlərindən öz orijinallığı ilə se-
çilir.  Şəki-Zaqatala  aşıq  mühitində  yetişən  aşıq  və  el  şairlərimiz 
haqqında Azərbaycan Folkloru Antologiyası (Şəki-Zaqatala folk-
loru),  fəlsəfə  doktoru  Ə.Süleymanovun  “Babaların  hikmət  xəzi-
nəsi  (Azsaylı  xalqların  folkloru)”,  “Region  folkloru  antologiyası 
(Qax,  Zaqatala,  Balakən  rayonlarından  toplanmış  folklor  örnək-
ləri)”,  fəlsəfə  doktoru  Z.Mənsimovanın  “Zaqatala  aşıq  mühiti” 
kitablarında  və  fəlsəfə  doktoru  Ş.Hacıəlinin  “İngiloylar”  (tarixi-
etnoqrafik tədqiqat) adlı dissertasiya işində geniş şəkildə məlumat 
verilmişdir. Z.Mənsimovanın “Zaqatala aşıq  mühiti” kitabı Şəki-
Zaqatala mühitini geniş şəkildə əks etdirən aşıq  mühiti haqqında 
dolğun məlumat verən tədqiqat əsəridir (bax: 139a). Ə.Süleyma-
novun  “Region  folkloru  antologiyası”  kitabında  da  bu  bölgənin 
aşıq  yaradıcılığı  ilə  bağlı  geniş  məlumat  verilmişdir.  Müəllif  ki-
tabda  bu  bölgədə  yaşayıb-yaratmış  aşıq  və  el  sənətkarları  haq-
qında bəzi qaranlıq məqamlara da aydınlıq gətirmişdir.  
Z.Mənsimova monoqrafiyasında saz-tənbur ifaçılığından da-
nışmış, tənburun saz ifaçılığına keçid olduğunu qeyd etmiş, Zaqa-
tala aşıq mühitinin “hələlik bizə məlum olan, əsərləri zəmanəmizə 
qədər  gəlib  çatan  ilk  aşığın  Varxiyanlı
2
”  Aşıq  Məhəmməd”  oldu-
ğunu  göstərmişdir  (139a,  s.13).  Daha  sonra  Aşıq  Məhəmmədin 
şagirdləri,  sonrakı  dövrdə  fəaliyyət  göstərən  aşıqlar  və  el  şairləri 
haqqında  geniş  məlumat  verilmişdir.  Z.Mənsimova  burada  Qaçaq 
aşıqlar – (139a, s.71) haqqında maraqlı fakt da ortaya qoymuşdur. 
                                                           
1
 Bax: 186, s.98-99. 
2
 İndiki Bəhmədli kəndi 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə