Metodologiya4


İSLAM METODOLOGİYASI VƏ METODOLOJİ TƏFƏKKÜRƏ



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə13/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   9   10   11   12   13   14   15   16   ...   38

 

35

İSLAM METODOLOGİYASI VƏ METODOLOJİ TƏFƏKKÜRƏ 



DAİR TƏDQİQATLARIN ƏHƏMİYYƏTİ 

 

 

Metodologiya  islam  təfəkkürü  və  ondan  törəyən  ideyalarla 

əlaqəli məsələdir. Həminin, islamın ümumi məqsədləri ilə metodologiya 

arasında  sıx  əlaqə  mövcuddur.  Düşüncədəki  metodologiya  problemini 

müsəlman cəmiy‐yətində islamın bərqərar etmək istədiyi reallıq və həyat 

formasından  ayrı  təsəvvür  etmək  olduqca  çətindir.  Müsəlman 

düşüncəsinin  qayəsi  axirətlə  əlaqəli  islami  həyat  tərzi  forma‐

laşdırmaqdır.  Əgər  müsəlman  düşüncəsi  islami  həyat  tərzindən 

fərqlənərsə  və  ya  ondan  təcrid  olunarsa,  təsir  gücündən  və 

həyatiliyindən  məhrum  olar.  Eləcə  də  islami  həyat  tərzi  müsəlman 

düşüncəsinə  zidd  olarsa,  onun  islamlaşdırılmasına  aparan  yol  digər 

dəyər və təsəvvürlər labirintində it‐bat olar. Ziddiyyətin rəddi fərqlənmə 

və ixtisaslaşmanı inkar etmir. Ümumi islam metodologiyası elm və bilik 

sahələrinin fərqlənməsi nəticəsində müxtəlif növ ixtisas metodları ortaya 

qoyur.  

Heç  bir  şübhə  yoxdur  ki,  metodologiya  problemi  elmi  bilik 

sahələri 

və 


ixtisaslarının 

müasir 


təsnifinin 

əsas 


epistemoloji 

problemlərindən  biri  hesab  olunur.  Epistemologiya  sahələrinə  dair 

islami  baxışla  maraqlanan  müasir  ədəbiyyatlara  nəzər  salsaq,  orada 

çoxlu qüsurların şahidi olarıq. Ancaq burada müsəlmanların elmi irsinin 

tarixi  ilə  bağlı  dağınıq  fərdi  cəhdlər  istisna  təşkil  edir.  “Elmin  dilini, 

tarixini,  nəzəriyyəsini  və  onun  taleyi  ilə  bağlı  hər  şeyi  təhlil  edən  digər 

epistemoloji  mövzulara  gəlincə,  belə  demək  mümkündür  ki,  onlar  hələ 

də islami baxışdan uzaq akademik tədqiqatların obyektinə çevrilmələrini 

gözləyirlər”

1



İslam  metodologiyasının  öyrənilməsinə  bir  sıra  səbəblərdən 

dolayı  ehtiyac  vardır;  günümüzdə  Qərb  tərəfindən  islam  dünyasının 

mədəni  istismarı  özünəməxsus  bir  metodologiya  əsasında  öz  nöqteyi‐

nəzərini  formalaşdırır.  Bu  metodologiyanın  mahiyyətini  açmaq,  islam 

metodologiyası  baxımdan  onu  başa  düşmək  olduqca  zəruridir.  Bu  iki 

metodologiyanın  müqayisəsi  və  ya  müzakirəsi  onların  hər  birinin 

                                                 

1

 Əhməd Fuad Paşa. Dirasat islamiyyə fil-fikir əl-elmi (Elmi düşüncədə islam tədqiqatları). Qahirə, “Dar 



əl-Hidayə” nəşriyyatı, 1997, səh. 12. 


 

36

prinsip  və  nəzəri  əsaslarının  müqayisəsi  və  ya  müzakirəsi  əsasında 



aparılmalıdır

1



Məfkurənin  islamlaşdırılması  layihəsi  islam  metodologiyası 

probleminə ümmətin əziyyət çəkdiyi düşüncə böhranı nəzəri ilə baxdığı 

və  onun  təsis  edilməsini  islam  mədəni  layihəsinin  əsası  hesab  edib 

bunun üçün cəhdlərin birləşdirilməsini zəruri hesab etdiyi zaman bütün 

diqqət  metodoloji  ədəbiyyatın,  tədqiqatların  əldə  edilməsinə  və  ya  bu 

ədəbiyyatların  tapılması  ehtimalı  olan  mənbələrə  yönəlir.  Araşdırma 

zamanı  isə  metodologiya  sahəsi  üzrə  yazıb‐yaratma  işində  böyük 

nöqsanların şahidi oluruq. Görürük ki, metodoloji təsis və metoda nəzəri 

baxış  kifayət  dərəcədə  islam  nöqteyi‐nəzərini  əks  etdirmir.  Həmçinin, 

görürük  ki,  mövzu  ilə  bağlı  adda‐budda  ədəbiyyat  yalnız  metod 

problemi  haqqında  xəbərdarlıq  etməklə,  metodoloji  baxışın,  tədqiqatın 

əhəmiyyətindən  danışmaqla...  kifayətlənir.  Müxtəlif  bilik  sahələri  üzrə 

metodoloji cəhdlərə isə bu sahələrin mütəxəssisləri baş vururlar. 

İsmayıl  əl‐Faruqiyə  görə,  metodologiya  problemi  məfkurənin 

islamlaşdırılması layihəsinin mərkəzi problemidir. Faruqi metodologiya 

məsələsini  izah  edərkən  islam  ümmətinin  yenidən  formalaşdırılıb 

əmanətə  yenidən  sahib  olması  üçün  zəruri  olan  cəhdlərin  mahiyyətinin 

müəyyənləşdirilməsini  əsas  götürür

2

.  Mütəfəkkir  hesab  edir  ki,  ümmət 



ciddi  şəkildə  təhdidedici  və  ciddi  sapmadan  əziyyət  çəkir  və  onun 

müalicə üsullarını təkmilləşdirmək lazımdır ki, o, dünyaya rəhbərlik edə 

bilsin.  Faruqi  qəti  şəkildə  bildirir  ki,  ümmətin  xəstəliyi  müstəqillik 

illərindən  sonra  müstəmləkəçilərin  və  milli  hökumətlərin  hərisliklə 

tətbiq  etdikləri  hakim  təhsil  sistemidir;  bu  sistem  ikili  təhsil  formasına 

əsaslanır:  birincisi  Qərblilərin  dünyəvi  təhsilinin  anormal  forması  olan 

dünyəvi  təhsil  formasıdır.  Bu  təhsil  forması  islam  təfəkkürü 

metodologiyasını tədris edən şəxslər və islam nöqteyi‐nəzəri baxımından 

yoxsuldur.  O,  əslində  cəmiyyətə  rəhbərliklərin  hazırlanması  üzrə 

cavabdeh təhsil formasıdır.  

                                                 

1

 Fuad  Kazım Miqdadi. Məqulat fi fəhm  əl-xitab  əs-səqafi  ət-təğribi (Qərbliləşdirmənin mədəni 



müraciətinin dərkinə dair mülahizələr). “Risalə əs-səqəleyn” jurnalı, № 41, 2002, səh. 4-14. 

2

 Bu problem 1982-ci ildə Pakistanda keçirilən Məfkurənin İslamlaşdırılması II Beynəlxalq Konfransına 



mərhum Faruqinin təqdim etdiyi xartiyanın əsas mövzusunu təşkil edirdi. Bu həmin xartiyadır ki, sonralar 

Beynəlxalq  İslam Düşüncəsi  İnstitutunun  əsas fəaliyyətinin ana sənədinə çevriləcək və “Məfkurənin 

islamlaşdırılması: ümumi prinsiplər və fəaliyyət planı” adı altında nəşr olunacaqdı.  



 

37

İkincisi  isə  reallığa  bağlılıqdan  uzaq  ənənəvi  islam  təhsili 



formasıdır. 

Onun 


məzunlarının 

oynadığı 

rol 

dünyəvi 


təhsil 

məzunlarının oynadığı rolla rəqabət aparmağa qadir deyildir

1

.  


 

Faruqiyə  görə,  ümmətin  probleminin  həllinə  təhsil  sistemini 

birləşdirməklə  başlamaq  lazımdır.  Vahid  təhsil  sistemi  islam  nöqteyi‐

nəzərini  formalaşdıra,  islam  mədəniyyətinin  mahiyyətini  və  xüsusiy‐

yətlərini  ortaya  qoya  bilər.  Eləcə  də  islami  tədris  metodlarına  dair  yeni 

biliklərin  qazanılması  mümkün  hala  gələr.  Belə  təhsil  sistemi  müasir 

islam  düşüncəsini  quracaq,  ağılla  vəhyi  uyğunlaşdıracaq,  sözlə  işi 

birləşdirəcək,  dünya  və  axirət  xoşbəxtliyini  qazandıracaqdır.  Bir  sözlə, 

bu, birləşdirici təhsil formasıdır.  

 

Müzakirə.  Ənənəvi  islam  təhsil  sistemi  ilə  dünyəvi  təhsil  formasının 

birləşdirilməsi haqda çox danışırlar. Sizcə, bunu necə etmək olar? 

 

Elə  isə  bu  məqsədlə  tələb  olunan  metodologiya  hakim  Qərb 



metodologiyası əsasında qurulmamalıdır. Eyni zamanda ənənəvi təqlidi 

islam  metodologiyası  da  bu  işdə  acizdir.  Ənənəvi  islam  metodo‐

logiyasının  acizliyi  haqda  ətraflı  söhbət  açan  Faruqi  bildirir  ki, 

müsəlmanlar, əsasında islam cəmiyyəti və mədəniyyətinin bina edildiyi 

birləşdirici  metodologiyadan  məhrum  olublar.  İslam  ümməti  fəlakət  və 

dağıdıcı bəlalara tuş gəldikdən sonra bu metodologiyanı əlindən çıxarıb. 

Fəlakət  və  dağıdıcı  bəlalara  tuş  gəlmədə  iş  o  həddə  çatıb  ki,  elmi 

rəhbərliklər  müsəlman  şəxsiyyətini  formalaşdırmaq  gücünə  olan 

inamlarını  itiriblər  və  məqsədləri  anlamadan  dini  mətnlərin  zahiri  ilə 

kifayətləniblər.  Onlar  ictihadın  qapısını  bağlamış,  sələflərin  irsindən 

kənara çıxma hallarını bidət hesab etmişlər. 

Müsəlmanların  bu  bəlalara  düçar  olmaları  qərblilərin  yüksəlişi 

dövrünə  təsadüf  etmişdir.  Belə  ki,  sonuncular  sənayeləşmədə,  kəşf  və 

müstəmləkəçilikdə  xeyli  qabağa  getmiş,  müsəlman  ölkələrinin  böyük 

hissəsinə  hakim  olmuşdular.  Nəhayət  onlar  xilafəti  də  yıxaraq,  islam 

ölkələrini bir‐birindən ayırdılar. Cəhalət və geriliyin, imperialist güclərin 

təzyiqi  altında  o  vaxtlar  Türkiyənin,  Misir  və  Hindistanın  ali  məqam 

sahibləri  Qərbin  dəyərləri  əsasında  tərəqqiyə  əl  atdılar.  Onlar  ümid 

                                                 

1

 Al-Faruqi, Ismail. Islamization of Knowledge: Problems and Prospectives. In: Islam: Source and 



Purpose of Knowledge. (Proceedings of Selected Papers of the Second Conference on Islamization of 

Knowledge, Pakistan, 1982.) Herndon, VA: IIIT, 1988, p. 15-63.     




Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə