16
həmin mövzunun elementlərinə hərtərəfli baxışı birləşdirir. Həmçinin,
deduktiv metod, mövzu ilə əlaqəli məqsədlərə çatma yolunun praktiki
əməliyyat və icraedici üsullarla müəyyənləşdirilməsi kimi məsələlər
metodologiyanın elementlərindən sayılır. İlkin təsəvvür və düşünmə
olmadan hər hansı bir icraedici əməliyyatın mövcudluğuna inanmaq
çətindir.
17
METODOLOJİ ŞÜUR
Əgər müsəlmanlar əvvəlki qüdrətlərini geri qaytarmaq, boyun‐
larındakı əmanəti sonrakı nəsillərə ötürməklə mədəniyyət karvanının
sarbanına çevrilmək istəyirlərsə, metodoloji şüura sahib olmalı və onu
inkişaf etdirməlidirlər. Metodologiya üsullar haqqında elmdirsə, onda
metodoloji şüur olduqca zəruridir. Çünki bəzən yol uzanır, maneələr
onu “çılpaqlaşdırır”, mənzilbaşılarının sayı artır, yolçunu yoldan çıxara
biləcək döngələr və az qala üfüqə çatacaq yoxuşlarla dolu olur.
Addımların
büdrədiyi
enişlər,
təhlükələr
çoxalır.
Bu
zaman
metodologiya köməyə gələrək, yolun sonuna çatmaq üçün bələdçi
rolunu oynayır
1
.
Metodoloji şüur metodoloji fəaliyyətdə, məfkurənin islam‐
laşdırılması işindən proqramların reallaşdırılması işinə keçmədə zəruri
olaraq aydınlıq, konkretlik tələb edir. Tələb olunan bu aydınlıq isə
məfhumların yaradılması, onların yararlığından əmin olma və
metodologiya arzusunu reallaşdırmaq üçün mənbələrin təsis edilməsi
arasında fərq qoymağı zəruri edir. Tədqiqatçı Məna Əbülfəzl bu cür
fərqləndirməni “metodoloji düyüm” adlandırır
2
və bildirir ki, islam
nəzəriyyəçiliyi elminin mənbələrinə münasibətdə lazımi metodoloji
şüura sahib olmadıqca biz bu “düyüm”ü aça və mütərəqqi mədəni
sıçrayışın pionerlərinə çevrilə bilməyəcəyik.
Qeyd olunmalıdır ki, məlum metodologiyanın təmininin birinci
şərti Qurani‐Kərimə metodoloji münasibət bəsləməkdir. Məna Əbülfəzl
göstərir ki, Quranın çağırışına münasibətdə mövcud olan kompleks
modellər, ümumiyyətlə, ictimai reallığa, xüsusən də bu reallığın
qanunauyğunluqları və istiqamətləri üzrə ixtisaslaşan bilik sahəsinə
tətbiq edilməlidir. Ancaq ənənəvi bilik atmosferində növ dəyişikliyinə
yol açacaq tərəqqi sıçraması üçün bu cür modellər azlıq təşkil edir və
fərdi cəhdlər hələ də dağınıq haldadır. Mövcud bilik abı‐havası üçün isə
bir tərəfdən, xaos, səthilik və kor‐koranəlik, digər tərəfdən isə ideoloji
qıcıqların və təsirlərin davamlı vüsəti xarakterikdir
3
.
1
Məna Əbdülmün`im Əbülfəzl. Nəhvə minhaciyyə lit-təamül mə`ə məsadir ət-tənzir-əl-islami: beynə əl-
müqəddimat vəl-müqəvvəmat (Verilənlər və struktur hissələr prizmasında
islam nəzəriyyəçiliyi elminə
münasibətin metodologiyasına doğru). Qahirə, “Beynəlxalq İslam Düşüncəsi İnstitutu”nun nəşrləri, 1996,
səh. 8.
2
Yenə orada, səh. 11.
3
Yenə orada, səh. 29.
18
Çox güman ki, bu məqamda qısa şəkildə metodoloji şüurun
bəşəri idrak mexanizmi, formaları və səviyyələri ilə əlaqəsi məsələsinə
toxunmağımız faydalı olardı. Bildirilir ki, elm obyekti ilə deyil,
metodoloji funksiyası sayəsində və ya hər ikisinin müştərəkliyi ilə kəsb
ediləndir; elmin qazanılması, biliyin kəsbi və idrak kimi məsələlər aktiv
və passiv əməliyyatlarla tənzimlənir. Belə ki, tədqiqatçının metodo‐
logiyası rasional düşüncəsi və psixikasından, eləcə də onun şəxsiyyətini
formalaşdıran digər amillərdən təsirlənir. Belə metodologiya isə öz
növbəsində cəmiyyətdə, elmi tədqiqatın problemlərini, prioritet və
meyarlarını müəyyənləşdirən sosial‐mədəni standartlarda ümumi
şüurun formalaşmasında iştirak edir.
İdrak metodologiyası insanın reallığı dərketmə şüuruna təsir
edir; insan düşündüyü və reallığı dərk etdiyi kimi çatdırmağa cəhd
etdiyi zaman, əslində reallığın özünü çatdırmır. O, sadəcə olaraq istifadə
etdiyi münasib metodologiya çərçivəsində ona yaxınlaşır
1
. Belə cəhd
aşağıdakı üç element arasındakı qarşılıqlı təsirlə əlaqədardır:
a. Zehində həkk olunan biliklər: buraya fitrətlə bağlı, ya da sosial
nizam və şəraitin doğurduğu prinsip və dəyərlər daxildir;
b. İstifadə olunan vasitələr, təfəkkür və şüur prosesləri, intuisiya,
təxəyyül və iradə kimi qabiliyyətlər;
v. Reallıqla əlaqədar obyektiv həqiqətlər: reallığın kəmiyyət və
keyfiyyət məziyyətləri, ətraf aləmlə münasibətləri bu qəbildəndir.
Bütün bu elementlər insan təfəkküründə qarşılıqlı təsir içərisində
olur. Təfəkkür isə bu elementləri “bəşəri təcrübə” adlandırılanın
daxilində tənzimləyir. İnsan şüuruna gəlincə, o, bu təcrübədən ona görə
istifadə edir ki, təbii və sosial reallığı dərk etsin, onun obyekt və
təzahürlərini başa düşüb izah etməklə fəhm və davranış çərçivəsində
onların sistemləşdirilməsi imkanlarını açıqlasın. Ancaq bəzən insanın
şüuru “saxtakarlıq” edə bilir. Çünki ictimai reallıq, onun şərait və
icbariliyi fərdlərə elə qayda və şərtlər diktə edir ki, onlar da öz
növbəsində hakim mədəniyyət və toplu şüur forması ilə sərt davranmağı
tələb edirlər. Məhz belə bir təzahür cəmiyyətlərin mədəni‐ideoloji
məhsuldarsızlığının, ətalətliliyinin səbəblərindən biri hesab edilir.
1
Nəsr Məhəmməd Arif. Qəzaya əl-mənhəciyyə fil-ülum əl-islamiyyə vəl-ictimaiyyə (İslami və sosial
elmlərdə metodologiya problemləri). 1989-cu il Əlcəzair Metodologiya Konfransının materialları. Qahirə,
“Beynəlxalq İslam Düşüncəsi İnstitutu”nun nəşrləri, 1996, səh. 10.