Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,5 Mb.
səhifə12/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   8   9   10   11   12   13   14   15   ...   91
Mead

ÖLÜMDƏN SONRAKI XƏBƏRLƏR


Can alındıqdan sonra ruh bədənin üzərində (üstündə) dayanır. Mö᾽minin ruhu asimanlara, kafirin ruhu isə aşağıya aparılır. Cənazə götürüləndə mö᾽minin “məni tez öz mənzilimə çatdırın!”, kafirin isə “məni qəbrə aparmağa tələsməyin”! sədası gəlir. Mö᾽minə qüsl veriləndə mələk soruşur: “Dünyaya qayıtmaq istəyirsənmi”? Cavab verir: “Yox, bir daha dünyanın çətinliklərinə qayıtmaq istəmirəm.”
Qüsl zamanı və dəfndə meyyitin ruhu iştirak edir: qüsl verən şəxsi görür, dəfn edənləri müşahidə edir, onların söhbətlərini eşidir. Bu səbəbdən də əmr olunmuşdur ki, meyyitin ətrafında qalmaqal salınmasın, müxtəlif söhbətlər edilməsin, çox get-gəl olunmasın, əksinə, zikr və Qur᾽an tilavətinə yer verilsin.
Bə᾽zi mühəddislərin rəvayət etdiklərinə görə, elə ki, onu dəfn etdilər, ruh bədənlə başqa bir əlaqə və məhəbbət tapır. Dəfn edənlər getdikdə o, tək qaldığını anlayır və narahat olur.
Qəbirdə mö᾽minə verilən ilk müjdə odur ki, “Allah səni və dəfndə iştirak edənlərin hamısını bağışladı.” Mö᾽minlər diqqətli olsunlar ki, canvermə, qüsl, kəfən və dəfn vaxtı məzhəbi mərasimə, müstəhəb hökmlərə riayət edilsin. Xüsusilə, müstəhəbdir ki, dəfn edənlər getdikdən sonra, meyyitin vəlisi geri qayıdıb, təlqin desin. Bu, sonuncu təlqindir. Bundan əvvəl iki təlqin vardır: biri canvermə halında, digəri isə dəfn zamanı.

QƏBİR SUAL-CAVABI


Şiə məzhəbinin zəruriyyətlərindən və həmçinin, inanmalı olduğumuz bir şey də qəbirdə Münkər və Nəkrin sualıdır. Ümumiyyətlə, qəbir sorğusuna e”tiqadımız olmalıdır. Amma görək bu sorğu necədir? Görəsən həmin maddi bədənlərdir, yoxsa misali bədən ilə? Həmin torpaq qəbirdədir, yoxsa ruhdan sual olunur? Və ruh da bədənlə əlaqəli olduğuna görə, görəsən bu əlaqədən də tə”sirlənirmi? Bütün bunları bilmək üçün yenə də hədislərə müraciət etməkdən başqa bir yol yoxdur.
Əllamə Məclisi “Biharul-ənvar” kitabının 3-cü cildində və “Həqqül-yəqin”də buyurmuşdur: “Mö᾿təbər hədislərdən aydın olur ki, qəbir sorğusu və qəbir sıxıntısı əsl bədənlədir. Ruh ya bütün bədən, ya da bədənin bir hissəsinə qayıdır ki, (sinə və ya qurşağadək) sualı dərk edib, cavab verməyə qüdrəti olsun.”

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə