Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


BƏRZƏX ALOVU QƏBİRDƏN ŞÖ”LƏ SAÇIR



Yüklə 1,5 Mb.
səhifə24/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   20   21   22   23   24   25   26   27   ...   91
Mead

BƏRZƏX ALOVU QƏBİRDƏN ŞÖ”LƏ SAÇIR


Mərhum Şeyx Məhmud Əraqi “Darüs-səlam”da mö”təbər şəxslərdən nəql edir ki, buyurublar: Tehrandakı İmamzadə Həsən qəbirstanlığına getdik. Hələ gün batmamışdı. Dostlardan biri bir qəbrin daşı üstə oturdu və elə o an da fəryad çəkdi ki, məni qaldırın. Məzarın daşı eynən alov kimi idi. Ruhun əzabının şiddətindən hətta qəbir daşı da qızmışdı. Mən qəbir sahibini tanıyıram. Rüsvay olmasın deyə, adını çəkmirəm.
Qumda dəfn edilmiş daha bir nəfərdən danışılır ki, qəbrindən od şö”ləsi qalxıb, məqbərənin xalçalarını yandırmışdı.
Şeyx Şüştəri öz moizələrində buyurub: Qur᾽anda buyurulur “narun hamiyə”, yə”ni “isti alov.” Görəsən soyuq alov da varmı? Bəli. Əgər müqayisə olunsa, dünya alovu bərzəx və Qiyamət alovuna nisbətən çox soyuqdur.

DÜNYADA ƏN BÖYÜK ALOV ŞİMŞƏKDİR


Buyurur, ağac alovunu şimşək alovu ilə müqayisə edin. Şimşək buludların toqquşmasından yaranan lətif alovdur. Toxunduğu cismi yandırıb uzaqlaşır. Yandırdığını heç bir şey söndürə bilmir. Ağacı vurduqda tamamilə külə döndərir. Dənizə düşdükdə, hətta suyun altındakı balıqları da yandırır. Bəli, ağacdan da alğv yaranır. Amma bu alovu bir ovuc torpaq və ya su sndürür. yandırıcılığı da məhduddur.
Aydın olur ki, digər bir aləmin alovu bu dünyanın heç bir alovu, hətta şimşək alovu ilə də müqayisə edilə bilməz. Bərzəxdə ruhi əzabda olan insanın qəbirdəki cəsədinin də tə”sirlənməsi mümkündür. Əlbəttə ki, həmişə yox. Əksinə, bə᾽zi Allah dostlarının məzarında heç bir ətir səpələnmədiyi halda xoş qoxular, müşk, ətir qoxusu duyulmaqdadır.

KİMLƏR ÜÇÜN QORXULU DEYİL?


Əhli-beyt (əleyhissalam)-dan xoş bir müjdə yetişib ki, bir dəstəni Allah-Taala qəbir qorxusu qəbir sıxıntısı rvə bərzəx əzablarından amanda saxlayır. Əvvəl o adamları ki, təlqin olunmuş olsunlar. Zahirən dəfndən sonrakı üçüncü təlqin nəzərdə tutulur. Yəhya ibni Əbdüllah deyir ki, İmam Sadiq (əleyhissalam) buyurdu: “Nə edə bilrəsiniz ki, sizin meyyitləriniz Nəkir və Münkərdən amanda qalsınlar?” Soruşdum ki, nə edək, buyurdu: “Meyyit dəfn olunduqdan sonra onun vəlisi qəbrin yanında durub ağzını qəbrin baş tərəfinə yaxınlaşdırsın, sonra uca səslə təlqin desin. Təlqindən sonra Münkir Nəkirə deyər: “Gedək, höccəti, cavabı ona təlqin etdilər.” Təlqin 3-dür: Öləndə, dəfn zamanı qəbirdə və dəfndən sonra. Kimsə deməsin ki, ölü nə eşidir deyilənləri! Əvvəldə qeyd olunmuşdu ki, ruh oradadır və bizdən daha yaxşı eşidir. Deməyin ki, ölü ərəb dilini bilmir. Bu dünyadan köçən adam üçün bütün dillər eynidir. Məhdudluq bu dünyanın xüsusiyyətidir.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə