Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə15/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   11   12   13   14   15   16   17   18   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

37



•   Üçüncü eşitmə artıq sosial səviyyədə qəbul edilir və tərif verilir. Bu 

eşitmə  kateqoriyasında  artıq  söhbət  dinləmədən  deyil,  ümumi  vəziyyəti 

qavramaqdan  gedir:  kim  necə  danışır,  danışan  zaman  şəxsin  üz  ifadəsi, 

mimikası,  jestləri  və  duruşu  necədir,  danışan  zaman  hisslər  necə  cərəyan 

edir, və eşidilən məlumata hansı formada reaksiya verilir. Eşitmənin bu növü 

xüsusi  xarakter  daşıyır  və  ələxsus  cəmiyyətdə  öz  yerini  əldə  etmək  üçün 

şagirdlər  tərəfindən  yaxşı  öyrənilməlidir.  Eşidib  dinləməni  bacarmayan 

insanlar  sosial  çevrənin  təsirində  qalır,  şəxslərarası  münasibətlərdə  hər 

zaman  əskikliklər  üzə  çıxır  və  onlar  məlumat  axınından  təcrid 

olunurlar(Günther, 2008, S. 66, Leubolt, 2008, S.12). 

Bu səbəbdən də aşağıdakı müqayisə aparılır: 

•   Eşitmə fazası auditiv dərketmə(akustik dərketmə, deşifrə), akustik 

qıcıqlanma vasitəsilə çıxan səs qulaqdan daxil olur, qəbul edilir, kodlaşdırılır 

və işlənilir(Günther, 2008, S.68) 

•   Dinləmə fazası aktiv, istiqamətləndirilmiş, seçilmiş bir proses kimi. 

Bu zaman eşitmə artıq dərketmə formasında qəbul edilir və koqnitiv işlənmə 

olaraq dinləmədən ayrılır. Bu o səbəbdən irəli gəlir ki, eşitmə sırf psixoloji 

fenomen, dinləmə isə psixoloji aktdır.  

Eşitmənin  gizlin  qulaq  asma  forması  dinləmə  ilə  oxşarlıq  təşkil  edir, 

çünki  gizlin  qulaq  asan  zaman  “qısamüddətli  aktuallaşdırılmiş,  diqqətin 

cəmlənmiş  formasının  tətbiq  olunduğu  dəqiq  eşitmə”  forması  tətbiq 

edilir(Vermke, 1998, S.7).  

Dinləmə 

Dinləmə  bununla  xarakterizə  olunur  ki,  o  eşitmə  ilə  əlaqələnərək 

neyron  impulslarının  dil  nişanları  kimi(sözlər  və  cümlələr)  ötürülməsi 

vasitəsilə  məlumatların  koqnitiv  və  psixi  cəhətdən  işlənməsini  təmin  edir. 

İmhof  burada  “seçmə,  təşkil  etmə,  çevirmə  və  inteqrasiya”  etməyi  xüsusi 

vurğulayır.  

Eşitmə və dinləmə anlayışları müxtəlif dillərdə fərqli tərcümə olunur. 

Məsələn, azərbaycan dilində bu sözlər iki fərqli formaya malikdir, və onların 

arasında hər hansı oxşarlıq yoxdur. İngilis dilində to hear-eşitmək, to listen-

dinləmək,  almanca  hören-eşitmək,  zuhören-dinləmək.  Alman  dilində 

dinləmək  sözünün  eşitmək  sözündən  düzəldiyi  diqqəti  cəlb  edir.  Məhz  bu 

səbəbdən  güman  edilir  ki,  dinləmə  sadəcə  daha  uzunmüddətli  və  diqqətli 

eşitmədir(Volker Bernius, 2007, S. 191). 

Cədvəl: Dinləmə fazalarında müstəqil tənzimlənmələr 

 



Filologiya məsələləri, №4, 2017 

 

38



 

 

 



 

Meyl 


Seçim  

Təşkilatçılıq 

Interqrasiya 

 

Koqnitiv 



bacarıq 

 

Məqsədləri 



formalaşdırmaq 

Diqqət 


cəmləmə 

Fon 


biliklərini 

aktivləşdirmə 

Dili  tanıma 

və bilmə 

Strukturlaşdırma 

Kateqoriyalaşdırma 

Ümumiləşdirmə 

Tək-tək  sözləri  və 

mənanı anlama 

Fon bilikləri ilə 

əlaqələndirmə 

Vizuallaşdırma 

Təkrarlama 

 

 



 

 

Məna vermə 



 

Metakoqnitiv 

bacarıq 

 

Çətinlikləri 



öncədən görmə 

Maneələri 

nəzarətdə 

saxlama 


Nəticəni 

yoxlama  və 

nəzarət etmə 

Digər 


yan 

faktorları  da 

nəzarətdə 

saxlama 


Perspektivlərə 

nəzər salma 

Boşluqları 

müəyyən etmə 

Tamlığı və 

davamlılığı 

yoxlama 

Dəyərləndirmə 

və 

qiymətləndirmə 



Emosiyalara 

fikir vermə 

Mövqe 

və 


informasiyaları 

ayırma 


Müstəqil 

nizamlama: 

Resursların 

sərbəst 


seçimi 

 

Kimə, nəyə? 



Nə zaman? 

Nə qədər? 

Cəhdlər etmə 

Qeydlər 


götürmə 

Qeydlərin 

formasını 

öncədən 


müəyyən 

etmə 


Qeydlərin 

həcmini 


müəyyən 

etmə 


Prosesə nəzarət et-

mə 


Interaksiya və 

feedback idarə 

etmə 

Mənbələri 



dəyişmə 

Situasiya 

modellərini 

yoxlama, 

tamamlama  və 

anlama 


Nəticələr: 

Nə edilməlidir? 

 

Dinləmənin  uğurlu  alınması  üçün  dinləyici  Nə  məqsədlə  sualını  özü 



üçün aydınlaşdırmalıdır. Bu zaman müstəqil müəyyənləşdirici şəxs dinləmə 

prosesini  şəxsən  təşkil  edir  və  diqqətini  məhz  ona  maraqlı  olan  mövzuya 

yönəldir, bununla da maneələrdən yayınmağı bacarır. Bizim beynimiz eyni 

zamanda müxtəlif fərqli səsləri “qaçıra” bilər. Beynimiz yalnız səsləri tanıyır 

və dərk edir. Monika Leubolta(2008, S.15) görə şəxs ətrafında eşitdiyi bütün 

səsləri  qəbul  edə  bilməz.  Eşitmə  prosesi  selektiv  prosesdir,  əks  halda 

davamlı  olaraq  dalğa  qəbulu  orqanizmdə  problemlər  yarada  bilər.  Bundan 

əlavə  bu  cür  davamlı  eşitmə  prosesi  yaddaşın  gücünü  azaldır  və  reaksiya 

göstərmə  qabiliyyətini  zəiflədir.  Çünki  bu  proses  zamanı  “koqnitiv  enerji” 

(Chibici, 2008, S. 23) və diqqət cəmləmə tələb olunur ki, bu da qısa müddət 

sonra dinləyəni yorur.  



Filologiya məsələləri, №4, 2017 

 

39



Dinləmə  prosesində  diqqət  cəmləmə  həcm  və  davamlılığa  görə 

müəyyən olunur. Buna müvafiq olaraq diqqət cəmləmə dar və ya geniş, qısa 

və  ya  uzun  davam  edən,  yayınan  və  ya  davamlı  olaraq  fərqləndirilir. 

Dinləyici diqqətini uzunmüddətli formada danışanın təqdim etdiyi müəyyən 

məzmuna  yönəldirsə  bu  dinləmə  diqqət  cəmlənməsi  ilə  baş  tutan  dinləmə 

adlanır. Diqqət cəmləmə davamlı prosesdir, ancaq biz unutmamalıyıq ki bu 

prosesin özü də məhduddur və insan fasiləsiz diqqətli ola bilməz. Bu prosesi 

fasilələrlə gerçəkləşdirmək lazımdır.  

 

Ədəbiyyat: 



 

1.  Bernius,  V.,  Kemper,  P.,  Oehler,  R.,  Wellmann,  K.-H.  (Hrsg.)  (2007). 

Erlebnis  Zuhören:  Eine  Schlüsselkompetenz  wiederentdecken.  Göttingen: 

Vandenhoeck & Ruprecht 

2.  Imhof,  M.  (2003a).  The  social  construction  of  the  listener:  Listening 

behavior  across  situations,  perceived  listener  status,  and  cultures. 

Communication Research Reports, 20, 369–378 

3.  Das katholische İnformationsportal, kath-info.de 

http://www.kath-info.de/hoererleben.html 

4.  Eckhard  Klieme,  (2006).  Unterricht  und  Kompetenzerwerb  in  Deutsch 

und  Englisch.  Frankfurt  a.  M.:  Deutsches  Institut  für  Internationale 

Pädagogische Forschung. 

5.  Sergei Leonidovich Rubinstein , “The principles of general psychology” 

6.  Inhalts-  und  Formfokussierung  beim  fremdsprachlichen  Hörverstehen 

Gunther Dietz, Augsburg, 

  

Zumrud Guliyeva 



Various opinions on the importance of the development of 

comprehension skills 

 

Summary 


 

As  a  result,  by  knowing  the  function  of  listening  and  using  best 

methods makes the classes more productive, interesting and memorable. The 

concept  “Listening  as  competence”  is  very  good  defined  and  explained  in 

this  material.  By  using  lots  of  literatures  from  different  linguistics  and 

philologists  the  article  includes  very  interesting  and  useful  factors 

influencing  listening  comprehension.  Characters  of  effective  listening  are 

verified. Also the way how to improve listening skills are mentioned in the 

article.  Depending  on  level  of  language  people  shall  start  it  with  easy 

materials. Identifying strategies for improving listening competence at each 




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə