Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə2/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   2   3   4   5   6   7   8   9   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

5



Adil Babayev danışıq səslərinin xüsusiyyətlərini: ədəbi dilin normasın-

da görür. Amma elə dillər var ki,ədəbi dili yoxdur və belə dillərdə bilinmə-

yən ədəbi dil qanunları hardan ola bilər? 

Axı biz ümumi diçilikdən söhbət açırıq. Burada məhdudiyyət olmama-

lıdır. Məsələn, Türk dil ailəsinin Qıpçak yarımqrupuna daxil olan Kazak dili. 

Bu  dilin  nə  dialekti  və  nə  də  şivəsi  var.  Görəsən,  ədəbi  dilin  hansı  dəqiq 

qanunları  var  ki,  Adil  Babayev  yazır:  “Bəzi  fonetik  hadisələr  də  vardır 

ki,tarixən sabitləşərək qanuna  keçir:  ahəng qanunu,  cingiltiləşmə,  karlaşma 

və s.” Deməliyəm ki, birinci “ahəng qanunu”- ifadəsini işlədən Adil müəllim 

bilməlidir ki, bu qanun deyil və fonetik hadisəyə dəxli yoxdur. əslində, səs 

birləşmələrində  rəvanlıq  və  rəvan  hava  axarlığı,  həm  fizioloji  və  həm  də 

akustik cəhətdən dilin incəliyindən, nəfəsin rəvan axınına dəlalət edir. Belə 

ki, qalın saitlər və ya incə saitlər söz sırasında bir qaydada düzülüb insanı tə-

biətindən, onun bioloji strukturundan, doğulan və yaranan səs qaydalarıdır. 

Bu proses tədricən yaranır və insan yaşadıqca tələffüz telləri də inkiaf edib 

formalaşır. Insan sərbəst nəfəs alır və asan danışır. Bu prosesin bütün dillərə 

aidiyyəti yoxdur.  

Adil  Babayev  yazır  ki,  “kombinator  hadisələrin  çox  vaxt  ədəbi  dil 

normasına  çevrilə  bilmədiyi  üçün  onları  orfoqrafiyada  məqbul  saymaq 

olmaz. Belə ki, gəlillər, irbahim, istəkan və s. şəkildə yazmaq olmaz (2.227). 

Əlbəttə,  bu  sözlər  danışıq  dilində  tez-tez  eşidilir  və  bu  tipli  sözlər  bu 

formada  dilin  orfoqrafiyasına  girməz  və  salınmaz.  Niyə?  Çünki  dillərdə 

alınma  sözlər  mövcuddur  və  bu  alınmalar  da  əşyalar  vasitəsilə  bir  dildən 

başqa dilə keçir-yurdlaşır. Sözlər də alan dilin qanunlarına tədricən tabe olur

vətəndaşlıq hüququ qazanır və tam uyuşmasa da, natamam uyuşma yaradır. 

Bu cür gediş dillərdə “fonetik hadisə” yox, “fonetik proses” yaradır. Alimlər 

belə  gedişə  Kombinator  hadisələr  adlandırılır  və  buraya  da  hadisələrin 

(əslində proseslərin) aşağıda adları çəkilən növləri daxil edilir: Assimilyasiya 

(lat.-assimilatio-uyuşma),  dissimilyasiya  (lat.-fərqləşmə),  səs  düşümü,  səs 

artımı,  səslərin  yerdəyişməsi  və  sairlər  tələffüz  prosesində  gedən  fonetik 

xüsusiyyətlərdir  ki,  bunlar  da  müxtəlif  dillərdə  müxtəlif  formalarda  olur. 

Görkəmli  alim  A.Axundov  doğru  olaraq,  yazıb  ki,  “nitq  zamanı  səslərin 

işlənmə  yeri  və  bir-birilə  qovşuluğu  onların  bəzi  dəyişiliklərə  uğramasına 

səbəb  olur.  Bu  və  ya  digər  səsin  tutduğu  mövqedən  asılı  olaraq  və  başqa 

səslərin təsiri ilə digər səslərlə əvəzlənmələri fonetik dəyişmə hesab olunur. 

Başqa sözlə, danışıq səslərinin keyfiyyətində əmələ gələn dəyişiliklər, daha 

doğrusu,  başqa  səslərlə  əvəzlənmələri  onların  linqvistik  vəzifəsinə,  yəni 

morfemləri fərqləndirmək və tanıtmaq vəzifəsinə mane ola bilmir”(A.73-74).  

Xatırlatmalıyam  ki,  “dilçiliyə  giriş”,  birinci,  “ümumi  diçiliyin” 

başlanğıc  hissəsidir  və  bu  fənni  yazarkən  müxtəlif  sistemli  dillərin 

materiallarından  istifadə  edirlər  və  konkret  nəticəyə  gəlirlər.  Məsələn, 



Filologiya məsələləri, №4, 2017 

 

6



Azərbaycanın  Muğan  ərazilərində  yaşayan  insanların  dilində  “stəkan”  yox, 

“istəkan”,  “Ramazan”  əvəzinə  “İramazan”  formalarını  eşidəcəyik.  Niyə? 

Çünki  burada  yaşayan  xalqın  daxilində  yaşayan  dil  qanunudur.  Bu 

şəxslərdən asılı olmayaraq, “i” səsini irəlidə (öndə) tələffüz edər. Məgər bu 

ədəbi  dilin  qanunudur?!  Əlbəttə,  yox,  Azərbaycan  ədəbi  dili  Bakı,  Şamaxı 

dialekti bazasında yaranandan əvvəl Azərbaycan xalqı r,z,s və başqa səslərlə 

başlanan alınma sözlərə “i” səsini artırılır. Bunu Ə.Sabirin ilkin şeirində də 

görürük: 

Orucu tutdum iramazanda 

Molla da döyür yazı yazanda 

 

Burada, Ramim-İramim, Ramazan-İramazan formasında deyilməsi səs 



artımı ilə başa gəlir. Səs artımına proteza deyilir. Proteza hadisəsi müxtəlif 

dillərdə  müxtəlif  formalarda  özünü  göstərir,  məsələn,  rus  dilində  восемь 

(səkkiz)- осеть, fransız dilində esprit ∠latınca spiritum və s.. Deməliyəm ki, 

səs artımı 4 cür olur: proteza, epenteza, epiteza, lyezon. Bunlar da öz növ-

bəsində  dilin  fonetik  proseslərində  zərrə  qədər  də  olsa  rolları  vardır. 

Məsələn, yuxarıda qeyd etdiyim kimi, sözün əvvəlinə səs artırılmasına pro-

teza; sözün daxilində səslərin artırılmasına epenteza deyilir. Bunu A.Axun-

dov dürüst izah edir: Azərbaycan dilində ərəb və ya fars dillərindən keçmiş 

bir çox sözlərdə yanaşı gələn iki sait arasına tələffüzdə artırılan samitlər bu 

prosesə  misal  ola  bilər:  ailə ayilə,  aid ayid,  nail nayil,  qail qayil  və  s. 

(2.səh.80) 

Qaldı ki, epiteza prosesi fonetik və morfoloji xüsusiyyətlərlə əlaqədar 

olaraq,  söz  sonuna  səs  artırmaqla  yaranır.  Məsələn,  məlum  olduğu  üzrə, 

Azərbaycan dilində iki sait yanaşı gələ bilmədiyindən saitlə bitən ismə saitlə 

başlayan şəkilçi artırıldıqda, sözün sonunda y, n, s samitlərindən biri əlavə 

edilir:  alma-alma+y+a  (müqayisə  et:  kitab+a),  alma+n+ı(müqayisə  et: 

kitab+ı), alma+s+ı(müqayisə et: kitab+ı). Bu proses epentezadır (2.80).  

A.Axundov  saitlə  qurtaran  sözlə  saitlə  başlayan  sözün  arasına  səs 

artırılmasına  lyezon  deyilir.  Bu  hadisə  iki  dilli  şəraitdə  yaşayan  fərdlərin 

dilində daha çox rast gəlinir.  

Fonetik  proseslərdən  danışarkən  morfoloji  xüsusiyyətlərinə  görə 

qaplologiya  daha  çox  seçilir.  Burada  tələffüz  zamanı  sözdə  bütöv  hecanın 

düşməsinə  səbəb  olur:  mineralologiya-  mineralogiya,  yemirəm-  yemiyəm, 

içmirəm-içmiyəm,  gətirdi-gətdi  və  s.  Bundan  başqa,  fonetik  hadisələri  me-

tateza prosesini də göstərmək olar, belə ki, sözlərdə yan-yana gələn səslərin 

yerdəyişimini  nəzərdə  tutulan  misallarla  daha  aydın  sezilir:  yarpaq-yapraq, 

kirpik-kiprik, çılpaq-çıplaq və s.bu proses dilçilikdə müxtəlif terminlərlə də 

adlandırılır: permutasiya, transpozisiya (sadə metateza), və məsafəli (kiper-

teza) metateza olaraq, iki yerə ayrılır. Səs düşümünə qəbul edilmiş terminlər 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə