Filologiya
məsələləri, №4, 2017
18
sisteminin fəaliyyətini də qiymətləndirmək mümkündür.Təlim prosesində
qiymətin rolu o dərəcədə böyükdür ki, o yeganə təlim motivinə çevrilir.
Halbuki qiymət ilk növbədə şağird üçün özünü qiymətləndirmə və özünə-
nəzarət vasitəsi kimi çıxış etməlidir. Özünüqiymətləndirmə vərdişlərini
yaratmaq üçün bütün sinif və müəllimin iştirakı ilə qiymətin şagirdin özü
tərəfindən qoyulması, eləcə də şagirdlərin bir-birinin işinə qiymət verilməsi
üsulunu tətbiq etmək üçün faydalı olar.Qeyd edilməlidir ki, interaktivliyə
əsaslanan təlim prosesində şagirdlərin özünü və sinfi, hətta bütövlükdə
dərsin özünü qiymətləndirməsi imkanları çox genişdir. Yeni təlim metodları
ilə işləyən müəllimlər bu qiymətləndirmə üsulundan müntəzəm istifadə edir
və çox yaxşı nəticələr əldə edirlər. Qiymətləndirmənin əsas problemlərindən
biri obyektiv qiymətin təmin edilə bilməsinin çətinliyidir: şagird qiymətin
obyektivliyinə əmin olmalıdır və qiymətin tədris prosesinin real tənzim-
ləyicisi ola bilməsi üçün onun nəyə görə verildiyini dəqiq təsəvvür etmə-
lidir.Qiymətləndirmə sistemindəki islahatlar təhsildə müsbət dəyişikliklərin
aparılması üçün mühüm vasitə olduğundan, yəni qiymətləndirmə sisteminin
yaradılması prosesinin kurrikulum və müəllim hazırlığı sahəsində aparılan
islahartlarla sıx əlaqəli şəkildə həyata keçirilməsi, dərslik və təlim material-
larının yaradılmasına yeni yanaşmaların formalaşdırlması ciddi vəzifələrdən
hesab olunur. Bu istiqamətdə görülən işlər vasitəsilə aşağıdakıların reallaş-
dırılması nəzərdə tutulur:ölkədə kurrikulum hazırlanması və qiymətləndirmə
fəaliyyətini bir-birilə əlaqələndirən tam milli sistemin yaradılması;qiymət-
ləndirmədə təlim və tədris ehtiyaclarını ödəmək üçün istifadə edilməsi;
təhsilin keyfiyyəti haqqında obyektiv məlumatları əldə etmək məqsədi ilə
səmərəli idarəetmə üçün məktəbdaxili və milli qiymətləndirmə sisteminin
yaradılması, ölkənin beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakının
təmin edilməsi. Şagird nailiyyətlərinin qiymətləndirilməsi davamlı, dinamik
prosesdir. Qiymətləndirmə prosesi şagirdləri fənni öyrənməyə həvəsləndirir
və kommunikativ bacarıqları əldə etməyə zəmin yaradır. Yeni kurrikulum
konsepsiyasına görə, təhsil sistemində şagird nailiyyətinin qiymətləndiril-
msəi təhsil məqsədlərinə uyğun (vahid) etibarlı, obyektiv qiymətləndirmə
vasitələrindən istifadə etməklə monitorinqin keçirilməsidir, başqa sözlə,
təhsilin keyfiyyətini və nəticələrini müəyyənləşdirmək üçün şagirdlərin cari
biliklərinə, bu biliklərə yiyələnmə tərzinə və onlardan istifadə etmək
bacarığına aid məlumatların əldə edilməsi prosesidir. Şagird nailiyyətlərinin
qiymətləndirilməsində aşağıdakı məsələlərə xüsusi diqqət yetirilməlidir:-
Təlim nəticələrinin nümayiş etdirilməsinin (müəyyənləşdirlməsinin) aşkar-
lığı. Hər bir şagird nəyin qiymətləndirildiyini, onun fəaliyyətinə dair necə
mühakimə yürüdüldüyünü, bu zaman hansı dəlillərə istinad edildiyini
bilməsidir. Müxtəlif stanadartlara nailolma həddinin müəyyənliyi. Bunun
üçün müxtəlif yeni qiymətləndirmə üsullarından və qeydiyyat vasitələrindən
Filologiya məsələləri, №4, 2017
19
istifadə edilməlidir. Faktın (dəlilin) vahid olması. Düzgün qiymətləndirmə-
nin vacib cəhətlərindən biri həqiqətə uyğun qərar qəbul etməkdə müəllimə
kömək etməsidir (vahidlik).Qiymətləndirmənin etibarlılğı fərqli vaxtda və
şəraitdə eyni bir şagird və ya sinif üçün oxşar nəticənin alınması ilə müəyyən
edilir. Bu zaman aşağı, orta və yüksək bilik səviyyəsinə malik olanların
aşkar fərqləndirilməsi də etibarlılıq göstəricisidir. Hazırda Respublikamızda
şagird nailiyyətinin qiymətləndirilməsinin 3 növü tətbiq edilir:1. Beynəlxalq
qiymətləndirmə (iştirakçı ölkələr miqyasında, ölkə üzrə müxtəlif məktəblərin
təsadüfi qaydada seçilməsi yolu ilə, PİSA proqramı).2. Milli qiymətləndirmə
(ölkə miqyasında, müxtlif səviyyəli məktəblərin müvafiq təmsilçiliyini təmin
edən seçmə yolu ilə) 3. Məktəbdaxili qiymətləndirmə.Hazırda həyata keçiri-
lən təhsil islahatının məramına görə, məktəbdaxili qiymətləndirmə məktəbdə
tədris edilən fənnə aid, qəbul olunmuş standartların tələblərinə uyğun olaraq
şagirdlərin bilik bacarıq və nailiyyətlərini ölçmək, onların inkişaf
dinamikasını izləmək və bu inkişafı təmin etmək məqsədi ilə həyata keçirilən
prosesdir. Şagird nailiyyətinin qiymətləndirilməsi tədris-təlim prosesinin
ayrılmaz tərkib hissəsi olmalıdır.Qiymətləndirmə hər hansı bir inkişafın
əsasını təşkil edir. İnkişafı qiymətləndirmə olmadan təsəvvür etmək qeyri-
mümkündür. Təhsil sahəsində hal-hazırda həyata keçirilən inkişafyönümlü
bacarıq və vərdişlərə əsaslanan islahatlar qiymətləndirmə prosesini, nəhayət
ki, formal xarakterli olmaqdan çıxarıb, müasir dövrün ehtiyaclarına cavab
verməyə sövq edir. Qiymətləndirmə təhsil prosesinin ən vacib şərtlərindən
biridir. Bu, sadəcə əldə edilmiş biliklərin yoxlanılmasında deyil, həm də
tədris prosesinin təyin edilməsi zamanı öhdəsinə verilə biləcək yeganə təhsil
prosesidir. Onun əsas xüsusiyyəti isə hər bir şagirdin ayrılıqda yeni şəxsi
keyfiyyətlərini üzə çıxarmasıdır.Ümumtəhsil məktəblərində şagird nailiy-
yətlərinin qiymətləndirilməsi praktikasının təhlili göstərir ki, eyni zamanda
bir sinifdə təhsil alan şagirdlərin fəaliyyətinin müxtəlif müəllimlər tərəfindən
ölçülməsi və nailiyyətlərə veriən qiymətlər bir-birindən xeyli fərqlənir, yəin
subyektivlik qaçılmaz bir problem olaraq qalır. Nailiyyətlərin qiymət-
ləndirilməsində subyektivliyin əsas səbəblərini aşağıdakı kimi ümumiləşdir-
mək olar: Şagirdlərin bilik, bacarıq və qabiliyyətlərinin müəyyənləşdirilmə-
sində şərtilik və qeyri-dəqiqliyin olması; təlim fəaliyyətini birbaşa ölçməyə
imkan verən yeni metodların elmi əsasların tam işlənilməsi nəticəsində
şagirdlərin təlim fəaliyyətinə onların cavablarına, yerinə yetirdikləri işlərə
görə ölçmələrin birbaşa müəllim tərəfindən aparılması və qiymətləndiril-
məsi.Qiymətləndirmənin aşağıdakı ümumi prinsipləri vardır: qiymətləndirmə
təlim prosesinin mühüm tərkib hissəsidir və bütün təlim prosesi ərzində apar-
ımalıdır. Qiymətləndirmə prosesində şəraitdən və şagirdlərin inkişaf səviy-
yəsindən asılı olaraq, müxtəlif metodlardan istifadə edilməlidir;Qiymət-
ləndirmə təlimin keyfiyyətini korrektə edən proses olmalı, şagirdlərdə öz