Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə9/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   5   6   7   8   9   10   11   12   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

23



sosial bacarıqlara yiyələnməlidir.Qloballaşma prosesinin labüdlüyünü və bu 

prosesə inteqrasiyanın qaçılmaz olduğunu nəzərə alaraq, müxtəlif sahələrin 

bu  proseslərə  adaptasiyasına  nail  olmaq  üçün  bir  sıra  islahatların  həyata 

keçirilməsi  zəruridir.  İlk  öncə  ona  görə  ki,  məhz  bu  sahələrdə  təkcə  yeni 

bilik  və  texnologiyalar  deyil,  həm  də,  insan  fəaliyyətinin  bu  və  ya  digər 

formalarının yeni mexanizm və üsulları da gənc nəslə ötürülür. Qloballaşma 

barədə danışarkən qeyd etdiyimiz kimi, qloballaşmanın əsas məğzi də məhz 

bundan ibarətdir: hər bir şəxs bütün dünyanın vətəndaşı olmalı, ümumbəşəri 

anlamda  faydalı  işlər  görməlidir,  hüquqlarını  bilməlidir.Lakin,  təbii  ki,  bu 

cür qarşılıqlı fəaliyyət öz özünə formalaşa və ya göydən düşə bilməz. Onu 

məqsədyönlü  şəkildə  həyata  keçirmək  lazımdır.Bəşər  övladları  arasında 

qarşılıqlı  fəaliyyətin  əsasını  təkcə  müxtəlif  sahələrdə  əməkdaşlığa  dair 

beynəlxalq  müqavilələr  və  sazişlər  deyil,  həm  də  müasir  dünyada  baş 

verməkdə  olan  müxtəlif  proseslərə  dair  fundamental  biliklər  də  təşkil 

etməlidir.Həmin  biliklərin  ən  vacibləri  sırasına  müasir  qloballaşma  an-

layışını,  eləcə  də  keçid  cəmiyyətlərinin  və  dövrlərinin  xarakterik  xüsusiy-

yətlərini dərk etmək kimi zəruri amilləri şamil etmək olar.Bunsuz adaptasiya 

problemini  həll  etmək  mümkün  deyil.Bəs  görəsən,  həmin  xüsusiyyətlər 

hansılardır və sürətlə inkişaf etməkdə olan qloballaşma prosesləri bizi hara 

aparır.Tədqiq  edilən  problemi  nəzəri  və  praktiki  cəhətdən  əsaslandırmaq 

məqsədilə qloballaşma prosesi və onun tarixi, “qloballaşma”, “qlobal vətən-

daşlıq” və “qlobal təhsil” anlayışlarının mahiyyəti izah edilmiş və nəhayət, 

həmin anlayışların Azərbaycan reallıqları baxımından təhlili maraq doğurur. 

Daha  sonra  isə,  qloballaşan  dünyada  mütərəqqi  standartlara  inteqrasiya 

etməyin  zəruriliyi  və  bu  yolla  kardinal  müsbət  dəyişikliklərə  nail  olmağın 

mümkünlüyü  elmi  və  nəzəri  qənaətlərlə  əsaslandırılmışdır.  XXI  əsr  dünya 

sosial,  iqtisadi  və  demoqrafik  keçid  proseslərinin  müxtəlif  mərhələlərində 

qərar tutmalıdır. Hal-hazırda istər iqtisadi, istərsə də siyasi cəhətdən dünya 

daha  sürətlə  dəyişməkdədir.  Belə  ki,  mövcud  qlobal  iqtisadiyyat  həm 

rəqabət, ham də qarşılıqlı asılılıqla müşayət olunur . Bu isə dünyanın əksər 

guşələrində  müasir  kommunikasiya  vasitələri  və  istehsal  texnologiyalarına 

olan  təlabatın  artması  ilə  nəticələnmişdir.Qeyd  etməliyik  ki,  hüquq  ən 

mühüm  ictimai  hadisələrdəndir.Hüquq  anlayışının  öyrənilməsi,  onun 

mahiyyətinin  izahının  verilməsi  əsrlərdən  bəri  davam  edir.  Bu  da  təbii  və 

başa düşüləndir. Hüquqa baxışlarda insanların cəmiyyət , onun meyarları və 

mənəvi  dəyərləri  barədə  təsəvvürləri  əks  olunur.  İnsan  cəmiyyəti  inkişaf 

etdikcə  ,onun  idealları  və  təsəvvürləri  ,  adamların  həyat  tərzi  dəyişdikcə 

hüquqa  baxışlar  da  dəyişəcək.  Sivilizasiya  tarixi  boyu  hüquq  haqqında 

onlarca  ,  yüzlərcə  hüquqi  təlim  yaranıb.  Bəşər  övladının  müdrikləri  əsrlər 

boyu hüquq fenomeninin öyrənilməsi , onun mahiyyətinin açılması üzərində 

işləyiblər. Keçmişin hüquqi nəzəriyyələri elmi fikrin insan münasibətlərinin 



Filologiya məsələləri, №4, 2017 

 

24



lap  dərin  qatlarına  nüfuz  etmişdir.  XXI  əsrdən  başlayaraq  qloballaşma 

prosesinin Azərbaycan Respublikasına təsirinin güclənməsi bir çox sahələrdə 

olduğu kimi təhsil, elm, elmi-tədqiqat sahəsində də özünü büruzə verir. Bu 

da  qeyd  olunan  sahələr  qarşısında  müəyyən  vəzifələr  və  tələblər  qoyur. 

Məhz  bu  baxımdan  ölkəmizdə  mütəxəssis  hazırlığına  münasibətlər  də 

dəyişir.  Hüquq  haqqında  təlimlər  hüquq  anlayışının  mahiyyətinin  izahında 

çox müxtəlif yanaşmaları , mövqeləri ,baxışları əks etdirir. Buna baxmayaraq 

qeyd  etmək  olar  ki,  hüquq  haqqında  bütün  baxışlar  bir  ümumi  əsasa 

söykənir.  İnsanlar  üçün  hüquq  həmişə  cəmiyyətdə  müəyyən  qayda,  nizam 

kimi çıxış edib. Bu ümumi əsasdan sonra fikir ayrılıqları başlayıb. Bu fikir 

ayrılıqları  ilk  növbədə  hüququn  məzmunu  və  onun  formaları  ilə  bağlıdır. 

Burada  biz  hüquq  deyəndə  onun  sosial  keyfiyyətini  ,  cəmiyyətin  bu  və  ya 

digər  təbəqələrinə  xidmət  etdiyini  nəzərdə  tuturuq.Hüququn  yaranması  ilə 

bağlı  müxtəlif  fikirlər  ,  nəzəriyyələr  var  .Hüququn  mahiyyəti  barədə 

danışarkən  mühüm  bir  məqamı  da  nəzərdən  qaçırmaq  olmaz.Hüquqa  ən 

geniş  yayılmış  baxış  ondan  ibarətdir  ki  ,  o  azadlıq  normasını  özündə  əks 

etdirir.  Yəni  insan  öz  hüquqları  çərçivəsində  azaddır.Müasir  dövrdə  insan 

azadlığı məhz onun hüquqlarının təmin edilməsi və dərk olunması kimi başa 

düşülür.  Yeri  gəlmişkən,  hüquqdan  danışarkən  məhkəmə  zalı  daxilində 

formalaşan  diskurs  maraq  doğurur.Belə  ki,  diskurs  ritorika,  məntiq, 

arqumentasiya  nəzəriyyəsi,  nitq  mədəniyyəti  və  texnikası,  psixologiya, 

sosial-psixologiya,  cinayət  prosesual  hüququn  müddəalarını  özündə 

birləşdirir. Bu elementlər tam şəkildə andlı iclasçılar məhkəməsində vəkilin 

müdafiəyə  ittiham  nitqində  təzahür  edir.Məzmun  və  forma  etibarıilə, 

müdafiə  nitqi  andlıların  inandırılmasına  yönəlmiş  verbal,  qeyri-verbal, 

uyğun  dəlillərlə  əsaslandırılmış  diskursdur.Müdafiə  nitqi  üç  əsas  prinsip 

üzərində qurulmalıdır.1) nə haqda demək, 2) nə demək, 3) necə demək.“Nə 

haqda demək” məhkəmə nitqinin predmetinin müəyyən edilməsinə yönəlib. 

“Nə  demək”  isə  nitqin  predmetinə  dair  məsələlərin  müdafiə  mövqeyinin 

məntiqi arqumentasiyasına yönəlmişdir. “Necə demək” sualı isə dil vasitələri 

, üslubu, ritorik vasitələrin köməyilə müdafiə nitqinin inandırıcı şəkildə ifadə 

olunmasına yönəlmişdir.Bu baxımdan  müdafiə diskursu aşağıdakı element-

ləri  özündə  ehtiva  edir:  işin  faktiki  tərəfinin  şərhi,  sübutların  təhlili  və 

qiymətləndirilməsi,  zərərçəkmiş  və  ya  ittiham  edilən  şəxsin  şəxsiyyətinin 

xarakterizəsi, cinayətə təhrikin səbəb və şərtlərinin təhlili. Vəkilin qarşısında 

bu  zaman,  iclasçıların  diqqətini  ələ  almaq,  nitqə  maraq  yaratmaq,  onlarla 

psixoloji  kontakt  yaratmaq,  onların  etibarını  qazanmaq,  özünə  rəğbət 

doğurmaq,  onlarda  məsuliyyət  hissini  formalaşdırmaq,  psixoloji  surətdə  öz 

mövqeyinin, sübut və dəlillərin təqdimatına hazırlamaq.Qeyd olunan məsə-

lələrin  həlli  üçün  vəkil  bura  baxılan  işin  ictimai,  mənəvi-etik  məqamlarını 

xüsusilə  diqqət  mərkəzinə  çəkir.  Diskursun  inandırıcılığı  təkcə  təqdim 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə