Filologiya məsələləri, № 7, 2017
54
səciyyəvi xüsusiyətləri vardır. Bu xüsusiyətlər də cümlədəki digər kons-
tituentlərdə müqayisədə daha aydın şəkildə müəyyənləşir. Müqayisə
etdiyimiz hər iki dildə cüttərkibli bütöv cümlələr yalnız baş üzvləri deyil,
eləcədə ikinci dərəcəli üzvləri əhatə edir. İkinci dərəcəli cümlə üzvlərinin
sadə cümlə daxilində yer tutması cümlədə ifadə olunan fikirdən, danışanın
məqsədindən, müzakirə olunan mövzudan danışanın koqnitiv hazırlığından
və.s asılıdır. Məs: We have read this book with great interest. (Biz bu kitabı
böyük maraqla oxuduq.) Bu cümlədə cümlənin nüvəsini təşkil edən baş
üzvlərdən başqa ikinci dərəcəli üzvlərdən də (tamamlıq, və tərzi-hərəkət
zərfliyi) istifadə olunmuşdur. İstər ingilis, istərssə də, Azərbaycan dilində
verilmiş bu cümlə qrammatik üzvlənməyə əsasən iki qupa (üzvə) baş və
ikinci dərəcəli üzvə bölünür. Mübtəda və xəbər cümlənin baş üzvləri.
Tamamlıq və tərzi-hərəkət zərfliyi isə ikinci dərəcəli üzvlərini təşkil edir.
İkinci dərəcəli üzvlər mübtəda və xəbər ətrafında birləşərək mübtəda və
xəbər qruplarını yaradır. Mübtəda qruplarının yaradılmasında ikinci dərəcəli
üzvlərdən yalnız təyin iştirak etdiyi halda, xəbər qrupunun əmələ gəlməsində
bütün ikinci dərəcəli üzvlər məqsəddən asılı olaraq iştirak edə bilir. “Əlaçı
şagird bu gün çətin suallara cavab verdi.” (Hardworking pupil asks to the
difficult questions.)
Cümlənin qrammatik üzvlənməsindən aydın olur ki, ifadə olunan
fikirdə “tələbə” (M) , “cavab verdi” (X) həlledici rol oynayır. Digər sözlər
isə həmin üzvlərlə ifadə olunan fikrin “şagird cavab verdi” tamamlanmasına
xidmət edir. Məsələn : “əlaçı” sifəti mübtədanın qarşısında işlənərək onu təyin
edir.Digər ikinci dərəcəli üzvlər isə xəbəri (cavab verir) təyin edir.Belə
Bir fikir linqvistik ədəbiyyatda da öz əksini tapmışdır.
Hər iki dildə baş üzvlər cümlədə ifadə olunan fikirin əsasını təşkil edir.
İkinci dərəcəli üzvlər (tamamlıq, təyin, zərflikdir) əsas fikrin tamamlanmasına
xidmət edən yardımçı üzvlərdir. Bu cür formalaşmış bölgü iyerarxiyası özünü
həm də linqvistik baxımdan doğruldur. (1,s.35)
Deməli hər iki dildə heçdə bütün cümlə üzvləri funsional baxımdan eyni
səviyyəli deyil. Elələri var ki, onlarsız cümlə nə qurulur, nə də kommunikativ
baxımdan tamamlanmış hesab olunur. Şübhəsiz ki, bunlar cümlənin baş
üzvləridir. İkinci ərəcəli üzvlərdən biri də zərflikdir. O cümlənin xəbərini izah
edir,onunla qrammatik və sintaktik cəhətdən əlaqədə olur. Zərfliklər cümlə
daxilində xəbəri müxtəlif cəhətdən izah edirlər. Elə bu səbəbdən də hər iki dildə
zərfliyin müxtəlif növləri fərqləndirilir. Azərbaycan dilində zərfliklər hərəkət və
ya hərəkətin icra və meydana çıxma tərzini, yerini, zamanını, sahələrini,
məqsədini, miqdarını, dərəcəsini, şərtini və.s bildirir.
Beləliklə Azərbaycan dilində zərfliyin 9 növü göstərilmişdir. (3,s.188)
Bunlar aşağıdakılardır ;
1.Tərzi – Hərəkət zərfliyi
Filologiya məsələləri, № 7, 2017
55
2. Yer zərfliyi
3. Zaman zərfliyi
4. Səbəb zərfliyi
5. Məqsəd zərfliyi
6. Kəmiyyət zərflyi
7. Dərəcə zərfliyi
8. Şərt zərfliyi
9. Qarşılıq güzəşt zərfliyi
İngilis dilində bəzi mənbələrdə zərfliyin 14 növü olduğunu (60,s.352,-
354) bəzilərində isə bu rəqəmin 12 olduğu göstərilmişdir;
1.Tərzi – Hərəkət zərfliyi
2.Yer zərfliyi
3.Zaman zərfliyi
3.Səbəb zərfliyi
4.Məqsəd zərfliyi
5. Nəticə zərfliyi
6.Dərəcə - ölçü zərfliyi
7.Şərt zərfliyi
8.Şərt zərfliyi
9. Hal- vəziyyət zərfliyi
10.Müqaisə zərfliyi
11. Təkrar –tezlik zərfliyi
12. Güzəşt zərfliyi
Deməli, ingilis dilində Azərbaycan dilindən fərqli olaraq zərfliyin 3
əlavə növü müəyyən edilmişdir. Biz burada zərfliyin bütün növlərindən de-
yil, yalnız tərzi-hərəkət zərfliklərindən bəhs edəcəyik. Cümlə strukturunda
zərfliklərtin yeri müxtəlifdir. İfadə olunan fikirdəki rolundan asılı olaraq ,
xəbər qrupunda zərfliklərin yeri fərqlidir.
Təhlil göstərir ki, zaman və yer zərflikləri ilə müqayisədə tərzi-hərəkət
zərfliyinin yeri sabitdir.
Məs: Mən yayda istirahət mərkəzidə yaxşı dincəldim.
(I had a good rest in a rest home in summer.)
Azərbaycan dilindəki variantda “yaxşı” sözü zərflikdir və yeri də sabitdir.
Qeyd etdiyimiz sintaktik vahidin strukturunda işlənən digər zərfliklərin (yayda,
istirahət mərkəzində) yerində variasiyanın mümkün olduğu halda “yaxşı” tərzi
hərəkət zərfliyi haqqında bunu demək qeyri mümkündür. Azərbaycan dilində
tərzi-hərəkət zərfliyinin xəbərdən əvvəl işlənməsi cümlə strukturunda
xəbərin son mövqe ilə bağlı olmasından irəli gəlmişdir. İngilis dilində isə bu
struktur əksinədir, yəni cümlədə tərzi hərəkət zərfliyi xəbərdən sağda durur.
Dillərin tədqiqi sahəsində cümlələrin mənəvi qrammatik üzvlənməsi ilə
Filologiya məsələləri, № 7, 2017
56
yanaşı, bu vahidlərin kommunikativ - aktual üzvlənməsinə də son dövrlər xüsusi
diqqət yetirilmişdir. Dilçilərin bu sahədə (N.Mateieus, K.Boost, N.Xomski,
K.Abdullayev, Ə.Abdullayev, F.Veysəlli, və s.) bununla bağlı yerinə yetirildik-
ləri tədqiqat işləri xüsusi maraq doğurur. Bu tədqiqat işində də sadə cümlələrin
aktual üvzlənməsi prosesində tərzi-hərəkət zərfliyinin yeri və onun funksional
xüsusiyyətləri məsələsindən bəhs olunmuşdur. Kommunikativ vahid kimi
işlədilən hər bir cümlənin aktual üzvlənməsi onun semantik strukturu ilə
bağlıdır. Bu üzvlənmə informasiyanın ötürülməsində danışanla dinləyən
arasında yaranan əlaqədə özünü göstərir. Bu üzvlənmənin qrammatik və
sintaqmatik üzvlənmələrindən fərqli cəhəti bir də ondan ibarətdir ki, burada
cümlənin sintaktik qatı ilə bərabər, onun məntiqi qatı da həlledici əhəmiyyətə
malikdir. [4, s. 90] Məhz bu səbəbdən də bu üzvlənmə məntiqi psixoloji,
funksional kommunikativ imkanları nəzərə alan məntiqi - sintaktik üzvlənmə,
yəni aktual üzvlənmədir. Dilçilikdə bu nəzəriyyə çex dilçisi V.Mateziusun adı
ilə bağlıdır. [ 2, s.444] Onun bu üzvlənməsinin qayəsi cümlənin iki qutbə - rema
və remaya ayrılması ilə bağlıdır. Buda o deməkdir ki, tələffüz edilən hər bir
cümlə özündə rema (yeni) və temanı (məlumu) cəmləşdirir.
Tema cümlədə çıxış nöqtəni, Rema isə ifadə olunan əsas mənanı bildirir
və cümlədə kommunikativ mərkəzi yaradır. Məs: (I have read this book with
great interest) Mən bu kitabı böyük maraqla oxudum. Bu cümlədə “mən bu
kitabı” tema hissəni, “böyük maraqla oxudum” isə remanı təmsil etmişdir.
Azərbaycan dilində bu cümlə başqa üzvlənmə formasında da ifadə olunma
imkanına malikdir. Mən böyük maraqla bu kitabı oxudum. Bu bölgüdə tema və
remanın ifadəsi birinci vəziyyətdəkindən fərqlənir, çünki ikinci halda rema hissə
“bu kitabı oxudum” -la əlaqəlidir. Birinci bölgüdə tərzi - hərəkət zərfliyi (böyük
maraqla) rema hissəsini təşkil etdiyi halda, ikinci halda bu funksiyanı tamamlıq
(bu kitabı) yerinə yetirmişdir. Bölgüdən asılı olaraq birincidən informativ
mərkəz “böyük maraqla oxudum” ifadəsi, ikincidə isə “böyük maraqla
oxudum” –la bağlıdır. Təhlilə əsasən onu deyə bilərik ki, aktual üzvlənmə
cümlənin informativliyə görə bölgüsünü əks etdirir.
İngilis dilindəki cümlədə rema hissəsini strukturda son mövqedə
qərarlaşmış tərzi - hərəkət zərfliyi təşkil etmişdir. Tərzi - hərəkət zərfliyinin
sadə cümlələrin aktual üzvlənməsində yeri məsələsinin müəyyənləşdirilməsi
predikat qrupunun cümlə strukturunda tutduğu mövqe ilə bağlıdır. İngilis və
Azərbaycan dillərindəki variantların müqayisəsindən aydın olur ki, ingilis
dilində tərzi-hərəkət zərfliyinin yeri Azərbaycan dilindən fərqli olaraq
sabitdir. Bu da cümlədə xəbərin cümlə strukturundakı yeri ilə bağlı
hadisədən irəli gəlir. Təhlildən çıxış edərək, belə bir fikir söyləmək olar ki,
hər iki dildə tərzi - hərəkət zərfliyi cümlədəki yerindən asılı olaraq, rema
hissəsini yaratmaqla informasiyanın ötürülməsindən nüvə funskiyasında
Dostları ilə paylaş: |