Mövzu 2
Texnogen xarakterli FH, onların baş vermə səbəbləri, istehsalat qəzaları və
fəlakətlər.
Texnogen xarakterli fövqəladə hallar dedikdə ümumlikdə, insanın sənaye və
təsərrüfat fəaliyyəti ilə əlaqədar olan qəza və fəlakətlər nəzərdə tutulur.
Elmi-texniki tərəqqi inkişaf etdikcə, onun nailiyyətləri artdıqca ortaya çıxan
texnogen mənşəli fəlakət və hadisələrin sayı da artmış olur.Təbiətdə baş verən
fəlakətlər, həmçinin sayca çoxalan texnogen mənşəli qəzalar insanları bu barədə
daha çox düşünməyə vadar edir. Son illərdə sayı bir neçə dəfə artan texnogen
mənşəli qəzalar nəticəsində çox sayda insan həyatını itirmiş və xəsarətlər almışdır.
Dünyada baş verən texnogen mənşəli fövqəladə hadisələrin 2/3 hissəsi
nəqliyyatda baş verən qəzalarla xarakterizə olunur.Yerdə qalan digər üçdə bir
hissəni sənaye və enerji obyektlərində baş verən ən iri həcmli yanğınlar və digər
texnogen fəlakətlər təşkil edir
Texnogen xarakterli fövqəladə hallara radiasiya, yanğınlar, partlayışlar bina və
qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə
ə
laqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal
sistemlərdə, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində,
magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.hadisələr daxildir.
Azərbaycan Respublikasının ərazisində yüksək dərəcədə texnogen təhlükələr
mövcuddur ki, bunlar da müxtəlif növ FH-ın başlıca mənbələridir.
Bunların əsas səbəbləri aşağıdakılardır:
-istehsalat sahələrihdə təhlükəsizliyin dövlət tərəfindən tənzimlənməsi
mexanizminin zəifləməsi; respublikada iqtisadiyyatın sturukturca yenidən
qurulması prosesinin uzanması nəticəsində istehsalatın bütün sahələrində əmək və
texnoloji intizamın, habelə istehsalatda qəzaya qarşı davamlılıq tədbirlərinin
zəifləməsi;
-bəzi sənaye sahələrində istehsalat vasitələrinin, xüsusən də texnoloji
avadanlıqların, nəqliyyat vasitələrinin, əsas istehsalat fondlarının yol verilməz
dərəcədə, bir sıra hallarda 90% və daha artıq aşınması;
-sənaye istehsalında təhlükəsizlik texnikasının, xammalın və hazırlanan məhsulun
keyfiyyətcə kəskin surətdə aşağı düşməsi;
-istehsalatda təhlükəli, zərərli amilləri aşkar və nəzarət edən cihazların, belə
amillərdən kollektiv və fərdi mühafizə vasitələrinin kifayət qədər hazırlanması və
onların keyfiyyətsiz olması;
-ölkədə həyat fəaliyyətinin təmin olunması sahələrində aparılan əsaslı və tətbiqi
tədqiqatların keyfiyyətinin aşağı olması;
-partlayış, yanğın, kimyəvi, radiasiya, bioloji təhlükəli maddələr və
texnologiyalardan istifadə edilməsinin miqyasca genişlənməsi;
-potensial təhlükəli istehsalat və obyektlərin vəziyyətinə nəzarət və müşahidənin
kifayət dərəcədə olmaması;
-qəza və fəlakətlərin aradan qaldırılması üçün lazımi həcmdə ehtiyatların
olmaması;
-FH-ın baş verməsi ehtimalı olunan zonalarda sosial problemlərin yaranması.
Iri istehsalat qəzalarınin yaranma səbəbləri.
İ
stehsalat qəzaları, o cümlədən də iri qəzalar-sənayenin, elmi texniki tərəqqinin
coşqun inkişafı, istehsalatda texnologiyaların durmadan dəyişməsi, nəhəng enerji
və yüksək sürətlərdən istifadə edilməsi ilə xarakterizə olunan, əsrimizə aid olan və
tez-tez baş verən hadisələrdəndir.
İ
stehsalat qəzalarının baş vermə səbəbləri öyrənilərkən məlum olur ki, ilk baxışda
bu səbəblərin çox müxtəlif görünməsinə baxmayaraq mahiyyətcə onları iki qrupa
bölmək mümkündür:
1 qrup –müəssisələri layihələşdirən bəzi mütəxəssislərin təhlükəsizlik texnikasının
tələblərinə kifayət dərəcədə məsuliyyətlə yanaşmaması, eləcə də bir sıra sex
rəhbərlərinin bu tələblərin yrinə yrtirilməsinə səhlənkar münasibəti, partlayış və
tezalışma təhlükəli sahələrə daimi nəzarətin olmaması;
2 qrup -səbəblər isə təbiətin bütün hadisələrinin tam sürətdə öyrənilməməsi ilə
şə
rtləşir. Məsələn,bəzən (hətta təhlükəsizlik texnikası qaydalarına əməl olunan
müəssisələrdə )məlum olur ki, müxtəlif kimyəvi maddələr müəyyən miqdarda və
şə
raitdə şiddətli reaksiyaya qoşularaq partlayış və ya özbaşına alışma törədib. Özü
də belə kimyəvi reaksiyaların mümkünlüyü barədə nəinki bu müəssisədə, hətta
nüfuzlu elmi müəssisələrdə belə, heç bir təsəvvür olmur. Nəticədə, elmi biliklərin
bu üsulla əldə edilməsinin arzuolunmazlığına baxmayaraq yeni, əvvəllər məlum
olmayan təbiət hadisəsi aşkar edilir.
Istehsalat qəzaları xarici təbii amillərin, o cümlədən təbii fəlakətlərin, qurğunun,
layihə -istehsalat qüsurlarının, istismarı qaydalarının və istehsalatda texnoloji
prosesin pozulması nəticəsində də baş verə bilər.
Sənaye müəssələrində partlayışların baş vermə səbəbləri.
Sənaye müəssisələrində partlayışlar, adətən qurğuların dağılması və
deformasiyaya uğraması, yanğınlar, enerji sisteminin sıradan çıxması, texnoloji
boru kəmərlərindən və tutumlardan zərərli maddələrin kənara sızması ilə müşayiət
olunur. Partlayışın törətdiyi istehsalat qəzalarının nəticələri, xaraktercə, müharibə
vaxtı baş verən dağıntılara oxşayır.
Qazanxanalarda qazanların partlayışına, kimya müəssisələrində- qazın,
cihazların, hazır məhsul yarımfabrikatların; neftayırma zavodlarında- benzin
buxarları və digər qarışıqların; dəyirmanlarda- unun; şəkər zavodlarında- şəkər
tozunun; ağac emalı kombinatlarında- mişar tozunun və lak-boyaq buxarlarının
partlayışları və s. daha çox müşahidə olunur.
Bir çox ölkələrdəki kömür və filiz mədənlərində kömür tozunun və qazların
partlayışı nəticəsində çox ağır yeraltı qəzalar olur. Belə partlayışlar adətən
yanğınlar, uçqunlar və s.törədir.
Məişətdə işlədilən qaz balonlarının partayışları daha tez-tez baş verir, nəticədə
yanğınlar törəyir, insanlar məhv olur.
İstehsalat qəzaları zamanı hər hansı partlayışın zərbə dalğası böyük insan
tələfatına və qurğu hissələrinin dağılmasına səbəb olur. Partlayışın gücü artdıqca
onların yaratdığı zədələnmə ocağının ölçüləri də artır. Zərbə dalğasının qurğuların
Dostları ilə paylaş: |