Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   2   3   4   5   6   7   8   9   ...   76

Mövzu 2
 
Texnogen xarakterli FH, onların baş vermə səbəbləri, istehsalat qəzaları və 
fəlakətlər. 
Texnogen  xarakterli  fövqəladə  hallar  dedikdə  ümumlikdə,  insanın  sənaye  və 
təsərrüfat fəaliyyəti ilə əlaqədar olan qəza və fəlakətlər nəzərdə tutulur.    
   Elmi-texniki  tərəqqi  inkişaf  etdikcə,  onun  nailiyyətləri  artdıqca  ortaya  çıxan 
texnogen  mənşəli  fəlakət  və  hadisələrin  sayı  da  artmış  olur.Təbiətdə  baş  verən 
fəlakətlər,  həmçinin  sayca  çoxalan  texnogen  mənşəli  qəzalar  insanları  bu  barədə 
daha  çox  düşünməyə  vadar  edir.  Son  illərdə  sayı  bir  neçə  dəfə  artan  texnogen 
mənşəli qəzalar nəticəsində çox sayda insan həyatını itirmiş və xəsarətlər almışdır. 
   Dünyada  baş  verən  texnogen  mənşəli  fövqəladə  hadisələrin  2/3  hissəsi 
nəqliyyatda  baş  verən  qəzalarla  xarakterizə  olunur.Yerdə  qalan  digər  üçdə  bir 
hissəni sənaye  və  enerji  obyektlərində baş  verən  ən  iri həcmli  yanğınlar  və  digər 
texnogen fəlakətlər təşkil edir  
   Texnogen  xarakterli  fövqəladə  hallara  radiasiya,  yanğınlar,  partlayışlar  bina  və 
qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə 
ə
laqədar  qəzalar,  elektroenergetika  sistemlərində,  həyat  təminatlı  kommunal 
sistemlərdə, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, 
magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.hadisələr daxildir.       
Azərbaycan  Respublikasının  ərazisində  yüksək  dərəcədə  texnogen  təhlükələr 
mövcuddur ki, bunlar da müxtəlif növ FH-ın başlıca mənbələridir. 
 Bunların əsas səbəbləri aşağıdakılardır: 
-istehsalat  sahələrihdə  təhlükəsizliyin  dövlət  tərəfindən  tənzimlənməsi 
mexanizminin    zəifləməsi;  respublikada  iqtisadiyyatın  sturukturca  yenidən 
qurulması prosesinin uzanması nəticəsində istehsalatın bütün sahələrində əmək və 
texnoloji  intizamın,  habelə  istehsalatda  qəzaya  qarşı  davamlılıq  tədbirlərinin 
zəifləməsi; 
-bəzi  sənaye  sahələrində  istehsalat  vasitələrinin,  xüsusən  də  texnoloji 
avadanlıqların,  nəqliyyat  vasitələrinin,  əsas  istehsalat  fondlarının  yol  verilməz 
dərəcədə, bir sıra hallarda 90% və daha artıq aşınması; 
-sənaye istehsalında təhlükəsizlik texnikasının, xammalın və hazırlanan məhsulun 
keyfiyyətcə kəskin surətdə aşağı düşməsi; 
-istehsalatda  təhlükəli,  zərərli  amilləri  aşkar  və  nəzarət  edən  cihazların,  belə 
amillərdən kollektiv və fərdi mühafizə vasitələrinin kifayət qədər hazırlanması və 
onların keyfiyyətsiz olması; 
-ölkədə  həyat  fəaliyyətinin  təmin  olunması  sahələrində  aparılan  əsaslı  və  tətbiqi 
tədqiqatların keyfiyyətinin aşağı olması; 
-partlayış,  yanğın,  kimyəvi,  radiasiya,  bioloji  təhlükəli  maddələr  və 
texnologiyalardan istifadə edilməsinin miqyasca genişlənməsi; 
-potensial  təhlükəli  istehsalat  və  obyektlərin  vəziyyətinə  nəzarət  və  müşahidənin 
kifayət dərəcədə olmaması; 
-qəza  və  fəlakətlərin  aradan  qaldırılması  üçün  lazımi  həcmdə  ehtiyatların 
olmaması; 
-FH-ın baş verməsi ehtimalı olunan zonalarda sosial problemlərin yaranması.   
 


 
Iri istehsalat qəzalarınin yaranma  səbəbləri. 
İ
stehsalat  qəzaları,  o  cümlədən  də  iri  qəzalar-sənayenin,  elmi  texniki  tərəqqinin 
coşqun  inkişafı,  istehsalatda  texnologiyaların  durmadan  dəyişməsi,  nəhəng  enerji 
və yüksək sürətlərdən istifadə edilməsi ilə xarakterizə olunan, əsrimizə aid olan və 
tez-tez baş verən hadisələrdəndir. 
İ
stehsalat qəzalarının baş vermə səbəbləri öyrənilərkən məlum olur ki, ilk baxışda 
bu səbəblərin çox müxtəlif  görünməsinə baxmayaraq mahiyyətcə onları iki qrupa     
bölmək mümkündür: 
1 qrup –müəssisələri layihələşdirən bəzi mütəxəssislərin təhlükəsizlik texnikasının 
tələblərinə  kifayət  dərəcədə  məsuliyyətlə  yanaşmaması,  eləcə  də  bir  sıra  sex 
rəhbərlərinin  bu  tələblərin  yrinə  yrtirilməsinə  səhlənkar  münasibəti,  partlayış  və 
tezalışma təhlükəli sahələrə daimi nəzarətin olmaması; 
2  qrup  -səbəblər  isə  təbiətin  bütün  hadisələrinin  tam  sürətdə  öyrənilməməsi  ilə 
şə
rtləşir.  Məsələn,bəzən  (hətta  təhlükəsizlik  texnikası  qaydalarına  əməl  olunan 
müəssisələrdə )məlum olur ki, müxtəlif kimyəvi maddələr müəyyən miqdarda  və 
şə
raitdə  şiddətli reaksiyaya qoşularaq partlayış və ya özbaşına alışma törədib. Özü 
də  belə  kimyəvi  reaksiyaların  mümkünlüyü  barədə  nəinki  bu  müəssisədə,  hətta 
nüfuzlu elmi müəssisələrdə belə, heç bir təsəvvür olmur. Nəticədə, elmi biliklərin 
bu  üsulla  əldə  edilməsinin  arzuolunmazlığına  baxmayaraq  yeni,  əvvəllər  məlum 
olmayan təbiət hadisəsi aşkar edilir.  
Istehsalat  qəzaları  xarici  təbii  amillərin,  o  cümlədən  təbii  fəlakətlərin,  qurğunun, 
layihə  -istehsalat  qüsurlarının,  istismarı  qaydalarının  və  istehsalatda  texnoloji 
prosesin pozulması nəticəsində də baş verə bilər.  
 
 
Sənaye müəssələrində partlayışların baş vermə  səbəbləri. 
      Sənaye  müəssisələrində  partlayışlar,  adətən  qurğuların  dağılması  və 
deformasiyaya  uğraması,  yanğınlar,  enerji  sisteminin  sıradan  çıxması,  texnoloji 
boru kəmərlərindən və tutumlardan zərərli maddələrin kənara sızması ilə müşayiət 
olunur.  Partlayışın  törətdiyi  istehsalat  qəzalarının  nəticələri,  xaraktercə,  müharibə 
vaxtı baş verən dağıntılara oxşayır. 
     Qazanxanalarda  qazanların  partlayışına,  kimya  müəssisələrində-  qazın, 
cihazların,  hazır  məhsul  yarımfabrikatların;  neftayırma  zavodlarında-  benzin 
buxarları  və  digər  qarışıqların;  dəyirmanlarda-  unun;  şəkər  zavodlarında-  şəkər 
tozunun;  ağac  emalı  kombinatlarında-  mişar  tozunun  və  lak-boyaq  buxarlarının 
partlayışları və s. daha çox müşahidə olunur. 
       Bir  çox  ölkələrdəki  kömür  və  filiz  mədənlərində  kömür  tozunun  və  qazların 
partlayışı  nəticəsində  çox  ağır  yeraltı  qəzalar  olur.  Belə  partlayışlar  adətən 
yanğınlar, uçqunlar və s.törədir. 
       Məişətdə işlədilən qaz balonlarının partayışları daha tez-tez baş verir, nəticədə 
yanğınlar törəyir, insanlar məhv olur. 
      İstehsalat  qəzaları  zamanı  hər  hansı  partlayışın  zərbə  dalğası  böyük  insan 
tələfatına  və  qurğu  hissələrinin  dağılmasına  səbəb  olur.  Partlayışın  gücü  artdıqca 
onların yaratdığı zədələnmə ocağının ölçüləri də artır. Zərbə dalğasının qurğuların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə