Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   10   11   12   13   14   15   16   17   ...   76

tənəffüs  yollarına  kəskin  qıcıqlandırıcı  təsir  göstərir,  yüksək  konsentrasiyalarda 
təsir  zamanı  dərhal  ağciyər  ödemi  (şiş)  inkişaf  edir. Xloru  neytrallaşdırmaq  üçün 
1/120 nisbətində sudan istifadə olunur. Xlorpikrin kənd təsərrüfatı zərərvericiləri 
ilə  mübarizə  və  dezinfeksiya  məqsədləri  üçün,  taxıl,  un  və  digər  ərzaq 
anbarlarının  təmizlənməsi,  habelə  əleyhqazların  sazlığının  yoxlanılması  üçün 
işlədilir.  Saf  xlorpikrin  kəskin  iyli,  rəngsiz,  yağlı  mayedir.  Xlorpikrin  buxarkları 
gözlərin  selikli  qişalarını,  ağciyərləri  güclü  surətdə,  yuxarı  nəfəs  yollarını  azacıq 
qıcıqlandırır. Ümumi zəhərlıyici təsirə də (xüsusən, kapillyar damarlara) malikdir. 
Sianid turşusu rəngsiz, şəffaf mayedir. Acı badam iyinə bənzər bihuşedici iyi 
var. Sianid turşusunun buxarları ilə nəfəs alarkən, o, dəri səthindən sorulmaqla və 
qida yolları ilə birbaşa daxilə keçərək zəhərlənmələrə səbəb olur. 
Fosgen  çürük  ot  iyi  verən  rəngsiz  qazdır.  Fosgen  torpağı,  texnikanı, 
avadanlığı zəhərləyə bilmir. Fosgen buxarları ilə nəfəs alarkən ağciyərlərin spesifik 
zəhərlənməsi  baş  verir.  Bundan  başqa  o,  gözlərə  və  selikli  qişalara  zəif 
qıcıqlandırıcı təsir göstərir, dəriyə təsir etmir. 
Kimyəvi  silah  tətbiq  olunan  və  GTZM  dağılan  ərazilərdə  kimyəvi 
zəhərlənmə  ocağı  yaranır.  Kimyəvi  zəhərlənmə  ocağı  o  əraziyə  deyilir  ki,  orada 
ZM  və  ya  GTZM  –in  təsiri  nəticəsində  əhalinin,  heyvanların  və  bitkilərin 
zədələnməsi  baş  verir.  Kimyəvi  zəhərlənmə  ocağının  ölçüləri  zəhərləyici 
maddələrin  işlədilməsi  miqyasında,  onların  növündən,  tətbiq  edilmə  üsulundan, 
meteroloji şəraitdən və yerin relyefindən asılı olur. Kimyəvi zəhərlənmə ocağı iki 
zonaya-ZM ilə bilavasitə zəhırlının əsas zonaya və ZM –in buxar və ya aerozolları 
yayılan ikinci zonaya ayrılır. 
GTZM-dən  mühafizə  olunmaq  üçün  sənaye  əlehqazlarından  və  xüsusi 
respiratorlardan istifadə olunur. 
 
 
Bakterioloji (bioloji) silah. 
 
Bakterioloji  silah  (BS)  kütləvi  qırğın  silahlarının  bir  növüdür.  BS  bakterial 
vasitələrə  və  onları  tətbiq  etmək  üçün  işlədilən  döyüş  sursatına,  cihaz  və 


tərtibatlara  deyilir. Bakterioloji  silahın  (BS)  əsasını  xəstəlik  törədən  mikroblar  və 
onlardan alınan zəhər-toksinlər təşkil edir. 
Bakterioloji  vasitələrin  insanlara  və  bitkilərə  zədələyici  təsiri  bir  sıra  fərdi 
xüsusiyyətlərlə  xarakterizə  edilir.  Onların  hətta  çox  kiçik  dozaları  belə,  yolxucu 
xəstəlik  törədir,  yaxud  insanları  və  heyvanları  zəhərləyə  bilir.  Bir  çox  xəstəliklər 
xəstə  adamdan  sağlam  adama  keçir,  insanlar  və  heyvanlar  arasında  tez  yayılır. 
Xəstəliktörədən  mikroblar  və  toksinlər  müəyyən  müddət  xarici  mühitdə  və  ya 
yoluxmuş  həşəratlarda,  gənələrdə,  gəmiricilərdə  qala  bilər.  Bakterioloji 
vasitələrin  zədələyici  xassələrindən  biri  də  onlarda  inkubasiya  və  ya  gizli  inkişaf 
dövrünün olmasıdır. 
Düşmən  bakterioloji  vasitələri  təyyarə  bombaları,  top  güllələri,  raketlər, 
habelə  içərisinə  maye,  yaxud  quru  halda  mikrob  və  zəhər  qatışığı  (reseptur) 
doldurulmuş xüsusi konteyner və cihazlarda ata bilər. 
Belə  silahın  tətbiqi  nəticəsində,  şübhəsiz  ki,  şəhərlər  və  başqa  yaşayış 
məntəqələri,  dəmiryol  qovşaqları,  limanlar,  su  təchizatı  mənbələri,  həmçinin 
kənd  təsərrüfatı  bitkiləri,  əkin  tarlaları  bakterioloji  vasitələrlə  zədələnə  bilər. 
Xəstəliyin  yayılmasının  ən  sadə  və  təsirli  üsullarından  biri  havanın  yoluxmasıdır. 
İçərisində bakterioloji vasitələr olan hərbi sursat havada duman və ya tüstüşəkilli 
aerozol  buludu  yaradır.  Onun  zədələyici  təsiri  tətbiq  edilən  xəstəliktörədicidən, 
ərazinin relyefindəən meteroloji şəraitindən və s. aslıdır. 
İnsanlar  və  heyvanlar  təkcə  bakterioloji  vasitələrin  tətbiq  edildiyi  zaman 
deyil,  buluddan  ayrılmış  aerozol  hissəciklərinin  öz  zədələyici  xüsusiyyətlərini 
saxlaya bildiyi vaxtdan asılı olaraq, bir neçə saat, gün, həftə, hətta ay müddətində 
də  zədələnə  bilər.  Ona  görə  üzərinə  həmin  hissəciklər  düşmüş  əşyalara 
toxunduqda  və  ya  yoluxmuş  yeyinti  məhsullarından,  yaxud  sudan  istifadə 
edildikdə zədələnmək olar. 
Bakterioloji silahın tətbiqi nəticəsində bioloji zədələnmə ocağı yarana bilər. 
Bioloji  zədələnmə  ocağı  o  əraziyə  deyilir  ki,  orada  bioloji  silahın  tətbiqi 
nəticəsində insan, heyvan və bitki tələfatı olsun. Bioloji zədələnmə ocağı yaranan 
yerdə karantin və observasiya rejimləri tıtbiq olunur. 
Yolxucu  xəstəlik  yayan  həşaratlar  bir  yerdən  başqa  yerə  keçdikləri  üçün 
bakterioloji  yoluxmanın  ilk  sərhədləri  də  genişlənir  və  deməli,  yolxucu 
xəstəliklərin yayılma təhlükəsi artır. 


Proflaktika aparmaq və lazimi mühafizə tədbirləri görmək üçün bakterioloji 
vasitələrin  vaxtında  aşkar  edilməsinin  çox  böyük  əhəmiyyəti  var.  Düşmənin 
bakterioloji silahdan istifadə etdiyini zahiri əlamətlərə, bu vasitənin hansı yolxucu 
xəstəlik  törədəcəyini  isə  laboratoriyada  aparılmış  tədqiqatlara  görə  müəyyən 
etmək olar. 
Bakterioloji  hərbi  sursat  partladıqda  boğuq  səs  eşidilir,  ətrafı  iri  qəlpələr 
yayılaraq,  torpaq  və  bitki  üzərində  damcılar  və  tozşəkilli  maddələr  çökür.  Bəzən 
təyyarələrdən 
müxtəlif 
yüklərin-konteynerlərin, 
torbaların, 
kisələrin, 
bağlamaların atıldığını da müşahidə etmək olar. Yolxucu xəstəlik yayan həşəratlar 
tətbiq edildikdə, hərbi sursatın partladığı yerdə əvvəllər təsadüf edilməyən xeyli 
miqdarda  həşərat  və  gənə  müşahidə  edilə  bilər.  Düşmənin  bakterioloji  vasitələr 
tətbiq  etdiyi  rayonlarda  insanlar  arasında  epidemiya,  həmçinin  mal-qaranın 
qırılması halları baş verə bilər. 
Bunun  qarşısını  almaq  üçün  observasiya  və  karantin  təyin  edilir. 
Observasiya  epidemiya  ocağında  yolxucu  xəstəliklərin  yayılmasının  qarşısını   
almaq  məqsədilə  həyata  keçirilən  təcridetmə-məhdudlaşdırma  və  müalicə 
profilaktika tədbirləri sistemi deyilir. 
Tibb  bölmələri  və  idarələri  təcili  proflaktika  və  müalicə  tədbirləri  görür. 
Əgər  bütün  əhali  təhlükəli  yolxucu  xəstəliklə  mübarizə  aparsa,  bu  tədbirlərin 
effektli nəticəsi olar. 
Həkimin və ya başqa tibb işçisinin göstərişi ilə yaşayış yerini, ictimai istifadə 
yerlərini,  yeyinti  məhsullarını,  suyu,  qab-qacağı,  paltarları,  ayaqqabını,  yorğan-
döşəyi,  mebeli  və  s.  dezinfeksiya  etmək  lazımdır.  Xəstəliyin  qarşısını  alan 
proflaktika peyvəndlərindən və dərman qəbulundan imtina etməyin.  
Düşmənin  bakterioloji  silahının  təsirinə  məruz  qalmış  rayonda  hakimiyyət 
orqanları xüsusi rejim karantin yaradırlar və həmin rayona gediş – gəliş qadağan 
edilir.  Karantin  dövründə  əhalinin  vəzifəsi  qoyulmuş  qaydaya  ciddi  riayət 
etməkdir.Yadda  saxlamaq  lazımdır  ki,  bütün  tədbirlər  adamların  həyatını  və 
sağlamlığını mühafizə etmək üçün görülür. 
Karantin bakterial yoluxma ocağını təcrid etmək, xəstəliklərin yayılmasınım 
qarşısını  almaq  və  yoluxmanı  aradan  qaldırmaq  məqsədilə  yerinə  yetirilən 
epidemiya əleyhinə rejimli profilaktia tədbirləri sistemidir. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə