Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   18   19   20   21   22   23   24   25   ...   76

        -fəaliyyət  göstərəcək  qüvvə  və  vasitələri  hazır  vəziyyətə  gətirir  və  onların 
vəzifələrini konkretləşdirir, əhalinin mühafizəsi üzrə tədbirləri dəqiqləşdirirlər.  
        Üçüncü fövqəladə rejim – sistem bu rejimə fövqəladə hallar baş verərkən və 
onların  nəticələri  aradan  qaldırılarkən  FHN  –  nin  müvafiq  orqanları  və  daimi 
komissiyanın qərarı ilə keçirilir. Bu zaman: 
       -əıalinin mühafizəsi təşkil edilir;  
       -işlərə bilavasitə rəhbərlik etmək üçün daimi komissiyaların operativ qrupları 
fəlakət yerlərinə göndərilir; 
      -qüvvə və vəsaitlər fəlakət yerinə gətirilir və xilasetmə işlərinə cəlb edilir; 
      -baş vermiş fəlakətin nəticələri aradan qaldırılır; 
      -ətraf mühitdə şəraitin dəyişməsinə daimi və ciddi nəzarət qoyulur. 
     Fövqəladə  halların  nəticələrinin  aradan  qaldırılması  üzrə  xilasetmə  işlərinə 
bilavasitə rəhbərlik aşağıdakı orqanlar tərəfindən həyata keçirilir: 
      -  nəticəsi  ancaq  bir  istehsalat  binasını  əhatə  edən  qismən  fövqəladə  hallar 
zamanı – obyekt fövqəladə hallar komissiyası; 
      -  nəticəsi  ancaq  bir  obyektin  ərazisini  əhatə  edən  obyekt  miqyaslı  fövqəladə 
hallar  zamanı  lazımi  hallarda  rayon  (şəhər)və  sahə    fövqəladə  komissiyaların 
operativ qrupları da iştirak etməklə, obyekt fövqəladə hallar komissiyası; 
      -  nəticəsi  rayonun  (şəhərin)  ərazisini  əhatə  edən  yerli  FH  zamanı  –  şəhər 
(rayon) hakimiyyət orqanlarının fövqəladə hallar komissiyası; 
      -  respublikanın  bütün  ərazisini  əhatə  edən  bölgə  miqyaslı  FH  zamanı  – 
Respublika Fövqəladə Hallar Nazirliyi. 
      Fövqəladə  halların  nəticələrinin  aradan  qaldırılması  işləri  adətən  aşağıdakı 
ardıcıllıqla təşkil edilir: 
     -istehsalatdakı  işçilərin  və  təhlükə  yaranan  sahələrdə  əhalinin  xəbərdarlıq 
edilməsi və mühafizə olunması; 
     -qəzanın məhdudlaşdırılması və ən təcili xilasetmə işlərinin görülməsi; 
     -fəlakətin  miqyasını,  onun  törətdiyi  təhlükənin  xarakterini  və  s.  təyin  etmək 
üçün kəşfiyyatın təşkili; 
     -xilasetmə  işlərinə  cəlb  ediləcək  qüvvə  və  vasitələrin  müəyyənləşdirilməsi, 
onların hazır vəziyyətə gətirilməsi; 
     -xilasetmə işləri aparmaq üçün qərar qəbul edilməsi və işlərin təşkili; 
     -obyektin  istehsalat  fəaliyyətinin  (əhalinin  normal  həyat  fəaliyyətinin)  bərpa 
olması. 
        İstehsalat  qəzaları  və  təbii  fəlakətlərin  nəticələrini  aradan  qaldırarkən 
xilasetmə işlərinin aparılması qaydaları digər müvafiq hallarda olduğu kimidir. 
        İnsanların  təhlükəsizliyinin  təminatı  son  illərdə  kəskin  hal  almışdır.  Bu  ona 
görədir  ki,  elm  və  texnikanın  sürətlə  inkişaf  etdiyi  son  dövrlərdə  sənayedə, 
nəqliyyatda  və  digər  sənaye  kompleksində  qəzaların,  təbii  fəlakətlərin  sayı  xeyli 
artmışdır.  Bu  məsələ  indiki  iqtisadi  münasibətlərin  keçid  dövründə  daha  böyük 
ə
həmiyyət kəsb edir. 
        Azərbaycan  Respublikasının  Prezidenti  1992-ci  il    iyulun    31-  də  “ 
Azərbaycan  Respublikasının  Mülki  müdafiəsi    haqqında  Əsasnamə”nin    təsdiq 
edilməsi barədə 73 saylı və 1998- ci il aprelin 18- də “Mülki müdafiə haqqında” 
Azərbaycan Respublikası Qanununun ( 30 dekabr 1997- ci il, № 420- İQ ) tətbiq 


edilməsi barədə 700 saylı fərmanı imzalamışdır. 30 aprel 1992-ci il tarixli FH –in 
qarşısının  alınması  və  belə  hallarda    fəaliyyət  üzrə  “Azərbaycan  Respublikasında 
Dövlət  siyasəti  haqqında”  Nazirlər  Kabinetinin  339  nömrəli,  “Əhalinin 
mühafizəsinin əsas prinsipləri haqqında” 29 dekabr 1992 –ci il tarixli 700 nömrəli 
qərarı.      Azərbaycan  Respublikası  FHN-nin  Mülki  müdafiə  Qoşunları  haqqında 
ə
sasnamə  (29  dekabr  2006-ci  il  №  511  )  qəpul  edilmişdir.  Yeni  Əsasnamə  və 
Qanunda    Azərbaycan  Respublikasında  Mülki  müdafiənin  əsas  məqsəd  və 
vəzifələrini  habelə  dövlət  hakimiyyəti  və  idarəetmə  orqanlarının,  ictimai 
təşkilatların, eləcə də məsul şəxslərin və bütün vətəndaşların mülki müdafiə  üzrə 
vəzifələri müəyyən edilmişdir. 
        Azərbaycan Respublikasının Mülki müdafiəsi – sülh və müharibə dövrlərində 
respublikanın ərazisində əhali və təsərrüfat obyektlərini təbii fəlakətlərin, həmçinin 
güclü  qəzaların  nəticələrindən,  habelə  müasir  qırğın  vasitələrinin  təsirindən 
mühafizə  məqsədilə  dövlət,  təsərrüfat,  hərbi  idarəetmə  orqanları  tərəfindən  bütün 
vətəndaşların iştirakı ilə həyata keçirilən sosial və müdafiə tədbirləri sistemidir. 
      Mülki müdafiə ilk dəfə Fransanın Paris şəhərində 1931-ci ildə general Sant Pol 
tərəfindən,  bir  qurum  kimi  yaradilmışdı.  3  noyabr  1993-cü  il  tarixindən 
Azərbaycan Respublikası bu təşkilatın üzvidir.  
     Mülki  müdafiə  üzrə  dövlət  funksiyalarını  Azərbaycan  Respublikasının 
Fövqəladə  Hallar  Nazirliyinin  orqanları  yerinə  yetirir.  Buraya  bütün  idarəetmə 
orqanları, müxtəlif mülkiyyət formalarına aid olan birliklər, müəssisələr, idarələr, 
təşkilarlar  və  digər  obyektlər,  onların  qüvvə  və  vasitələri  daxildir.  Onlar  sülh  və 
fövqəladə  hallarda  respublikanın  bütün  ərazisində  mülki  müdafiə  tədbirlərinin 
yerinə yetirilməsini təşkil edirlər.  
-fövqəladə  halların  nəticələrindən  əhalinin  və  təsərrüfat  obyektlərinin  mühafizə 
edilməsi; 
-sülh və müharibə dövrlərində admların həyatı, sağlamlığı üçün təhlükə yarandığı 
barədə  və  belə  şəraitdə  davranış  qaydaları  haqqında  əhalinin  vaxtında  xəbərdar 
edilməsi  və  belə  şəraitdə  davranış  qaydaları  haqqında  əhalinin  vaxtında  xəbərdar 
edilməsi; 
-fövqəladə  halların  nəticələri  aradan  qaldırılarkən  qəza-xilasetmə  və  digər 
təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi; 
-FHN-nin  orqanlarının  rəhbər  heyətinin,  idarəetmə  orqanları  və  qüvvələrinin 
fövqəladə  hallarda  mühafizəyə  və  fəaliyyət  üsullarının  əhaliyə  öyrədilməsinin 
təşkili; 
-sülh  və  müharibə  dövrlərindəki  fövqəladə  hallarda  təsərrüfat  sahələrinin, 
müəssisələrinin,  idarə  və  təşkilatların  sabit  fəaliyyətinin  təmin  olunmasına 
yönəldilmiş tədbirlərin, xüsusən də mülki müdafiənin mühəndis -texniki  və digər 
tədbirlərin hazırlanmasında, həyata keçirilməsində iştirak etməkdir. 
       Sadalanmış vəzifələrin hamısı vacibdir və kompleks həll edilməlidir. 
       Mülki  müdafiə  ərazi-istehsalat  prinsipi  üzrə  təşkil  edilir.  Bu,  o  deməkdir  ki, 
mülki  müdafiənin  bütün  tədbirləri  həm  icra  hakimiyyəti  xətti  üzrə,  həm  də 
istehsalat  və  digər  təsərrüfat  fəaliyyətinə  rəhbərlik  edən  nazirlik  və  idarələr  xətti 
üzrə planlaşdırılır və yerinə yetirilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə