Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   14   15   16   17   18   19   20   21   ...   76

 
Havanın  şaquli  dayanıqlılıq  səviyyəsi    aşağıdakı  qrafik  vasitəsilə  hava 
məlumatına əsasən müəyyən edilə bilər: 
Küləyin 
sürəti, m/s 
 
Gecə 
 
Gündüz 
 
Aydın 
 
Tutqun 
 
Yağmurlu 
 
Aydın 
 
Tutqun 
 
Yağmurlu 
 
0.5 
 
İnversiya 
 
 
Konveksiya 
 
 
0.6  -   2 
 
 
 
 
 
 
 
2.1  -   4 
 
 
 
 
 
 
 
4 və çox 
 
İzotermiya 
 
İzotermiya 
 
 
 
GTZM-ə malik obyektlərdə kimyəvi şəraitin aydınlaşdırılması və 
qiymətləndirilməsi. 
 
GTZM-ə  malik  obyektlərdə  kimyəvi  şəraitin  aydınlaşdırılması  və 
qiymətləndirilməsinin  əsas  məqsədi  kimyəvi  zədələnmə  ocaqlarında  ola  bilən 
insanların müdafiəsini təşkil etməkdir. 
Proqnozlaşdırma  metodu  ilə  kimyəvi  şəraitin  qiymətləndirilməsi  zamanı 
bütün  GTZM  ehtiyatının  dağılmasını,  yayılmaq  üçün  uyğun  meteoşəraitin 
(inversiya, küləyin sürəti 1 m/s) olması qəbul edilməlidir.  
Qəza  zamanı  qiymətləndirmə  baş  vermiş  şəraitə  uyğun  aparılır,  yəni,  real 
dağılmış zəhərli maddənin qədəri və real hava şəraiti götürülməlidir.  
GTZM-ə  malik  obyektlərdə  kimyəvi  şəraitin  qiymətləndirilməsində    qəza 
zamanı  kimyəvi  yoluxma  zonasına  düşən  insanların  sayına  müvafiq  olaraq 
təhlükəsizlik səviyyəsi müəyyən olunmalıdır. 
 
Obyektin kimyəvi 
təhlükəsizliyinin səviyyəsi 
Qəza zamanı kimyəvi yoluxma zonasına 
düşən insanların sayı,  min nəfər 
I  
 75 və daha çox  


II  
40-dan 75-ə dək  
III  
40-dan az  
IV  
Saya düşmür  
 
 
Kimyəvi silahın tətbiqi zamanı kimyəvi şəraitin aydınlaşdırılması və 
qiymətləndirilməsi. 
 
Kimyəvi  silahın  tətbiqi  zamanı  kimyəvi  şəraitin    aydınlaşdırılması  və 
qiymətləndirilməsi kimyəvi yoluxma zonalarını və hücuma məruz qalmış əraziləri, 
yoluxmuş  havanın  yayılma  dərinliyi,  digər  ərazilərə  yaxınlaşma  müddətini, 
ərazidəki  zəhərləyici  maddənin  dayanıqlılığını,  insanların  FMV-lərdə  qalmasını, 
işçilər, əhali, MM-in qüvvələrinin şəxsi heyəti arasında mümkün itkilərin müəyyən 
edilməsidir.  
Düşmən  tərəfindən  zəhərləyici  maddənin  tətbiqi  sahəsinin  müəyyən 
edilməsi kəşfiyyat qüvvələri və ya MM qərargahının məlumatlarına əsasən həyata 
keçirilir.  
Yoluxmuş  havanın    yayılma  dərinliyi  kimyəvi  silahın  tətbiqi  rayonunun 
küləkli  sərhədlərindən  zəhərli  hava  buludunun  yayılmasının  sərhədlərinə  qədər 
olan məsafə ilə ölçülür.   
Kimyəvi  yoluxmanın  miqyası  zəhərli  hava  buludunun  sahəsi  və  kimyəvi 
yoluxma ərazisi ilə müəyyən edilir.  
Kimyəvi  yoluxmanın  müddəti    kimyəvi  silahın  tətbiqinin  miqyasından, 
zəhərli maddənin növündən,  meteoroloji şərait və ərazidən asılıdır.  
Kimyəvi  yoluxmanın    təhlükəsi    kimyəvi  yoluxmuş  ərazi  və  burada  olan 
mümkün insan itkiləri ilə ölçülür  
 
Bakterioloji şəraitin qiymətləndirilməsi. 
 
Bioloji şərait bakterioloji (bioloji) silahın tətbiqindən sonra yaranan bir şəraitdir. Bakterioloji şəraiti 
adamların, heyvanların, ərazinin, təsərrüfat obyektlərinin bakterioloji zəhərlənməsi miqyasını və 
dərəcəsini aydınalaşdırmaq, bakterioloji vasitələrin mülki müdafiə dəstələrinin xilasetmə və digər 
təxirəsalınmaz işlərin, həmçinin əhalinin kənd təsərrüfatı işlərinin aparılmasmda göstərdiyi fəaliyyətinə 
təsiri müəyyən etmək üçün qiymətləndirirlər. Bakterioloji şərait adamların, heyvanların, bitkilərin və 
sairənin mühafizəsini vaxtında təşkil edən tədbirləri həyata keçirmək üçün də qiymətləndirilir.  


Qeyd etmək lazımdır ki, bakterioloji zəhərlənmə ocağını şəhər, rayon, respublika miqyasında ləğv 
edirlər. Lakin kənd təsərrüfatı rəhbərləri, qərərgahlar, dəstələr bakterioloji zəhərlənmə ocağının ləğvində 
bilavasitə iştirak edir.  
Bakterioloji şəraitin qiymətləndirilməsinə aşağıdakılar aiddir: 
−  bakterioloji zəhərlənmə rayonunun sərhədini təyin etmək; 
−  torpaqdan  istifadəetma  planına  və  ya  ümumi  vəziyyət  sxeminə  zəhərlənmə  rayonunu 
köçürmək; 
−  karantin rejimini dəqiqləşdirmək; 
−  xüsusi təmizliyin aparılması üçün kənd təsərrüfatı istehsalı obyektlərini təyin etmək; 
−  həmçinin  müalicə-profilaktika  tədbirləri  qaydalarını  və  həcmini  müəyyənləşdirmək. 
Zəhərlənmə  ocağının  sərhədlərini  tibb  və  baytar  kəşfiyyatlarını  təyin  edir,  onları  ərazidə  nişanlayır  va 
lazımi məlumatları plana və ya xəritəyə köçürürlər.  
Karantin  şəhər, rayon (respublika) mülki müdafiə rəisinin qərarı ilə qoyulur, obyektin rəhbəri 
ərazisində yaranmış bakterioloji ocağı ləğv etmə işlərini təşkil edir. Burada zəhərlənmə ocağını ayırmaq 
üçün aparılan rejim tədbirlərinə və lazımi sanitar-gigiyena, epidemiya əleyhinə tədbirlərin keyfiyyətli 
aparılması üçün kənd təsərrüfatı işlərinin təşkilinə xüsusi diqqət yetirilməlidir. Kənd təsərrüfatı 
istehsalının obyektlərini xüsusi təmizliyin aparılması üçün kəşfiyyat məlumatları  və laboratoriya nəzarəti 
əsasında ayırırlar. Xüsusi təmizliyi birinci növbədə adamlar, heyvanlar, tövlələr və bitkilər keçirlər. Bu iş 
üçün dəstələr ayrılır, işin yerinə yetirilməsi qaydaları qoyulur, həmçinin maşın və xüsusi dezinfeksiya 
vasitələri ayrılır.  
Müalicə-profilaktik tədbirlərin aparılması lazım gələrsə aşağıdakılara xüsusi diqqət yetirilir:  
−  əhalidə  tibbi  müşahidələrin  fasiləsiz  aparılmasını  və  kənd  təsərrüfatı  heyvanlarında  baytar 
müşahidələri təşkil etmək; 
−  yoluxucu  xəstələri  və  şübhəliləri  tapmaq,  onları  ayırmaq,  hospitala  qoymaq  va  müalicə 
etmək; əhalinin va heyvanların təcili profilaktikasını  (antibiotiklərlə va başqa xüsusi dərmanlarla) təşkil 
etmək; 
qoruyucu peyvəndlər vurmaq. 
Bioloji şəraitin əsas xarakteristikası sanitar itkilərin sayıdır. Sanitar itkilərə öz 
döyüş qabiliyyətlərini itirən və yaralanma, zədə, kontuziya, xəstəlik nəticəsində bir 
gün  və  daha  az  tibb  məntəqələrinə  yerləşdirilən  hərbi  qulluqçular  aiddir.  Bioloji 
şərait  düşmən  tərəfindən  tətbiq  edilən  hücumun  miqyasından  asılıdır.  Şəraitin 
qiymətləndirilməsində əsasən aşağıdakılar nəzərə alınır: 
  Yoluxma ərazisi 
  Əhalinin orta yaşayış sıxlığı 
  Yoluxma rayonunda  əhalinin müdafiə olunmasının səviyyəsi 
 
Əməliyyat  hesablamaları  üzrə  fövqəladə  hallar  zonasında  insan  itkilərinin 
aşağıdakı qayda üzrə müəyyən etmək olar: 
 
S = K · I · (1 – H) · (1 – P) · E 
 
Burada, S – Əhalinin sanitar itkiləri (nəf.) 
K – Yoluxmuş  və bir-birilə əlaqədə olan əhalinin sayı 
I – Kontaqioz indeksi 
H – Qeyri spesifik müdafiə əmsalı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə