Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   13   14   15   16   17   18   19   20   ...   76

 
 
 
 
 
Partlayış rayonundakı radiaktiv çirklənmənin əsas mənbəyi Nüvə reaksiyası 
nəticəsində  yaranan  və  yer  səthinin  üzərindəki  aktivləşdirilmiş  elementlər  olan  ( 
Alüminium-28, 
Manqan-56, 
Natrium-24, 
Dəmir-59) 
 
radionuklidlərdir. 
Radionuklidlər partlayış zonasından çıxan neytronların təsiri nəticəsində yaranır. 
Düzən ərazidə istiqamətini və sürətini dəyişməyən külək zamanı, həmçinin  
radiaktiv  çirklənmə  zonasını  proqnozlaşdırarkən  radiaktiv  buludun  izi  ellips 
formasında olur. Çirklənmə zonası 4 ərazi üzrə bölünür:  
•  Orta yoluxma zonası; 
•  Güclü yoluxma zonası;  
•  Təhlükəli yoluxma zonası; 
•  Çox təhükəli yoluxma zonası. 
 
 
 
 


 
 
Çirklənmə zonası 
 
Şərti  işarə 
 
Udulan doza,  Qr 
 
Zonanın xarici 
sərhədi üzrə 
 
Zonanın 
mərkəzində 
 
Zonanın daxili 
sərhədi üzrə 
 
Orta yoluxma 
 

 
0.4 
 
1.25 
 

 
Güclü yoluxma 
 

 

 

 
12 
 
Təhlükəli yoluxma 
 
V
 
12 
 
22 
 
40 
 
Çox təhükəli 
yoluxma 
 
Q
 
40 
 
70 
 
100 və daha çox 
 
 
 


Kimyəvi şəraitin aydınlaşdırılması və qiymətləndirilməsi. 
 
Kimyəvi  şərait  güclü  təsirli  zəhərləyici  və  ya  kimyəvi  maddələrin  axması 
(tullanması) və ya kimyəvi silahların tətbiqi nəticəsində yaranır. 
Düşmənin zəhərləyici maddələr tətbiq etməsi nəticəsində yaranan vəziyyətə kimyəvi şərait deyilir. 
Kimyəvi şəraitin qiymətləndirilməsinin mahiyyəti adamlara, heyvanlara, torpağa, bitkilərə və su 
mənbələrinə və sairəyə təsir nəticəsinin dərəcəsini təyin etməkda, həmçinin dəstələrin və əhalinin 
kimyəvi zəhərlənmə şəraitində xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasmda ən məqsədəuyğun 
fəaliyyətlərinin seçilməsindədir. Kimyavi şəraitin qiymatləndirilməsində obyektlərin, bütün qərargahların 
rəisləri və dəstə komandirləri obyektlərin mühafizəsini vaxtında təşkil etmək üçün iştirak edir, həmçinin 
dəstələrin fəaliyyəti haqqında va düşmənin kimyəvi silahı tətbiq etməsinin nəticəsini və onların 
qalıqlarını aradan qaldırmaq qərarlarını dəqiqləşdirirlər.  
Kimyəvi şərait kimyəvi kəşfiyyatın məlumatları əsasında, lakin bəzi hallarda qabaqcadan öyrənilir. 
Belə öyrənməyə aşağıdakılar aiddir:  
• dəstələrin şəxsi heyətinin və əhalinin zəhərləyici maddələrdən mühafizə dərəcəsini təyin etmək;  
• kimyəvi silahın basqınına məruz qalmış obyektləri öyrənmək;  
• zəhərləyici maddələrin növünü və təxmini sıxlığını, vaxtını, onların tətbiq vəsitələrini və üsullarını 
təyin etmək;  
• ərazinin xarakterini va hava şəraitini öyrənmək.  
 
Dəstələrin fəaliyyət xarakterini kimyəvi şəraitin qiymətləndirilməsi nəticəsində dəqiqləşdirirlər.  
Zəhərləyici maddələrin tətbiq edilmə rayonu (obyekti), növü, üsulları, miqyası, adətən, adi görmə 
müşahidəsi ilə təyin edilir, sonra kimyəvi kəşfiyyatın məlumatları ilə dəqiqləşdirilir. Zəhərləyci 
maddələrin növünü kimyəvi kəşfiyyat cihazları, həmçinin onun tətbiq üsulları ilə təyin edirlər. Əgər 
düşmən təyyarələri səpən təyyarə cihazlarından (STC) istifadə edərsə, deməli, zəhərləyici maddələr V 
tipli qaz və iprit növlərinə aiddir. Küləyin sürəti və istiqaməti, yerə yaxın təbəqədə havanın istiliyi 
haqqında məlumatları obyektin mülki müdafiə qərargahlarına rayonunun MM qərargahı göndərir.  
Dəstələrin fəaliyyət göstərəcəyi yeni rayonların ərazilərin xarakterini xəritələr, sxemler üzrə və 
bilavasitə baxmaqla öyrənirlər.  
Kimyəvi şəraiti qiymətləndirdikdə, zəhərlənmə rayonunda zəhərli havanın yayılma dərinliyi və 
istiqamətinin, zəhərləyici maddələrin ərazidə davamlılığının, həmçinin obyektlərin zəhərlənmə xarakteri 
və miqyasının öyrənilməsina xüsusi diqqət yetirilir. Zəhərli havanın yayılmasının təhlükəli məsafəsi 
zəhərləyici maddələrin tətbiq edildiyi rayonun hüdudundan, küləyin istiqamətilə, dəstələrin şəxsi 
heyətinin və əhalinin mühafizə vasitələri olmadan təhlükəsiz məntəqəyə qədər olan yola deyilir. 
Buludun yayılmasının təhlükəli məsafəsinə aşağıdakılar aiddir:  
• kimyəvi silahın tətbiq olunduğu rayonunu böyüklüyü; 
• buxar və duman (aerozolu yaradan) halına keçən zəhərləyici maddələrin miqdarı va onların 
zəhərliliyi;  
• havanın şaquli dayanıqlıq dərəcəsi;  
• yerin relyefi və bitkilərin xarakteri.  
 
Zəhərli hava buludu iki yerə bölüniür: birinci və ikinci. Birinci bulud kimyəvi sursatın partlayışı 
zamanı əmələ gəlir. Miihafizə olunmayan adamlara, heyvanlara və başqa obyektlərə təsir fəaliyyəti az 
olur. İkinci bulud isə yerdən və əşyalardan zəhərləyici maddələrin damcılarının buxarlanması nəticəsində 
əmələ gəlir. Bu da küləyin istiqamətilə yayılır və zəhərləyici maddələrin buxarlanma müddətində 
zədələnmə verir.  
Bütün bunları kimyəvi şəraitin qiymətləndirilməsində nəzərə almaq lazımdır. Qiymətləndirmə 
qaydaları kimyəvi silahın tətbiqi şəraitindən  asılı olaraq müxtəlif ola bilər. Lakin bunu çox vaxt aşağıldakı 
ardıcıllıqla aparırlar:  
• maddənin novünü, təxmini vasitələrini, onun tətbiqi üsullarını və miqyasını təyin edirlər;  


• ərazi, külək əsən tərəfdən kimyəvi silahın tətbiq olunması rayonundan proqnoz metodu ilə 
zəhərli hava buludunun təhlükəli yayılma sahəsi və vaxtı, həmçinin onun qalma rayonunu öyrənirlər.  
 
Bu proqnoz məlumatlarından hərbiləşməmiş dəstələrin şəxsi heyətini və əhalini xəbərdar etmek 
üçün istifadə edirlər.  
Düşmən  basqınından  sonra  kəşfiyyatçı1ar  xüsusi  cihazların  köməyilə 
zəhərləyici  maddələrin  növünü  öyrənir  və  zəhərlənmə  rayonun  sərhədlərini 
nişanlayırlar.  Bundan  sonra  dəstələri  hərbi  hazır  vəziyyətə  gətirmək,  onlara  tibbi 
yardım göstərmək və xüsusi təmizlik aparmaq üçün bütün tədbirlər görülür. 
Kimyəvi şəraitin qiymətləndirilməsinə daxilidir: 
1.
  Kimyəvi  yoluxmanın  miqyasının  və  xarakterinin  müəyyən  edilməsi; 
obyektlərin, MM qüvvələrinin və əhalinin fəaliyyətinə təsirinin analizi; 
2.
  İnsanların mühfizəsi üçün ən məqsədəuyğun qərarların qəbulu.  
 
Kimyəvi  şəraitin  qiymətləndirilməsi  zamanı  əsas  diqqət  yetirilməli  olan 
məqamlar: 
1)
  Kimyəvi maddənin növü və miqdarı, kimyəvi silahın tətbiqi vasitəsi və onun 
tipi; 
2)
  Zəhərli  maddələrin  axmasının  (tullanmasının),  kimyəvi  silahların  tətbiqinin 
yeri və vaxtı; Əhalinin təhlükəsizliyinin səviyyəsi; 
3)
  Ərazinin  topoqrafik  şəraiti  və  yoluxmuş  havanın  yayılmasının  qarşısında 
duran tikililərin xarakteri; 
4)
 Meteoşərait  (küləyin  istiqaməti  və  sürəti,  yerin  və  havanın  temperaturu, 
havanın şaquli dayanıqlılığının səviyyəsi)  
 
Havanın  3  şaquli  dayanıqlılıq  səviyyəsi  vardır:  inversiya,  izotermiya, 
konveksiya. 
İnverisya adətən axşam saatlarda, təxminən günəş batmazdan 1 saat öncə 
yaranır,  günəş  çıxandan  1  saat  sonra  itir.  İnversiya  zamanı  havanın  aşağı  qatları 
yuxarı  qatlara  nisbətən  soyuq  olur.  Bu  da  öz  növbəsində  onun  hündürlüyə 
yayılmasının  qarşısını  alır  və  yoluxmuş  havanın  yüksək  konsentrasiyalı  qalmasına 
şərait yaradır.  
İzotermiya    havanın  stabil  tarazlılığı  ilə  xarakterizə  olunur,  daha  çox 
yağmurlu  hava  zamanı  xarakterikdir,  həmçinin  səhər  və  axşam  vaxtlarda, 
inversiyadan konveksiyaya (səhərlər) və əksinə (gecələr) keçid vəziyyətində yarana 
bilər. 
Konveksiya  əsasən  günəş  çıxmazdan  2  saat  öncə  yaranır  və  batmazdan 
təxminən  2  -  2.5  saat  qabaq  dağılır.  O,  adətən  aydın  yay  günlərində  təsadüf 
olunur. Konveksiya zamanı havanın aşağı qatları  yuxarı qatlarından daha çox isti 
olur. Bu da yoluxmuş havanın yayılmasına və təsirinin azalmasına şərait yaradır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə