Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   11   12   13   14   15   16   17   18   ...   76

 
Radioaktiv, kimyəvi zəhərlənmə zonalarında,  
bakterial zəhərlənmə ocaqlarında əhalinin  
davranış və fəaliyyət qaydaları. 
 
Radioaktiv  maddələrlə  zəhərlənmiş  ərazidə  əhalinin  mühafizə  və  davranış 
rejimləri  radiasiyasının  səviyyəsindən  asılı  olaraq  mülki  müdafiə  tərəfindən 
müəyyən  edilib  elan  olunur.  Məqsəd  adamların  təhlükəsiz  dozadan  artıq 
şüalanmaya məruz qalmalarının qarşısını almaqdır. Radiasiyadan mühafizə rejimi-
zəhərli  sahədə  adamların  ardıcıl  olaraq  əvvəlcə  radiasiya  daldanacağından, 
bundan  sonra  isə  adi  binalarda  qalması  və  mühafizə  vasitələri  işlətməsi 
müddətlərini təyin edir. 
Zəhərlənmiş  sahələrdə  qalmağa  məcbur  olan  hallarda  adamlar  hökmən 
fərdi mühafizə vasitələrini işlətməli, 2 saylı radiasiyadan mühafizə dərmanını (Aİ-2 
apteçkasından) içməlidirlər. Təhlükəsizlik vasitələrini çıxarmaq, açıq əllə ətrafdakı 
əşyalara  toxunmaq,  yerdə  oturmaq  və  ya  uzanmmaq,  hərəkət  və  iş  vaxtı  toz 
qaldırmaq,  açıq  yerlərdə  yemək  yemək,  su  içmək,  paltarı,  ayaqqabları  çöldə 
təmizləmədən  yaşayış  binalarına  girmək,  ehtiyac  olmadan  binalardan  kənara 
çıxmaq olmaz. 
Kimyəvi  zəhərlənmə  ocağında  davranış  qaydaları  belədir.  Mülki  Müdafiə 
qərargahının  xüsusi  göstərişi  olmadan  sığınacaqdan  çıxmaq,  sığınacağın  kipliyi 
pozulan hallarda fərdi aptekçədən antidot dərman qəbul edəndən sonra əleyhqaz 
taxmaq, dərini qoruyan paltar geymək və ancaq mülki müdafiə işçilərinin göstərişi 
üzrə  mühafizə  qurğusunu  tərk  etmək,  açıq  yerlərdə  (qurğudan  kənarda)  qalan 
hallarda  dərhal  əleyhqaz  taxmaq,  xüsusi  qoruyucu  paltarlar  geymək  və 
zəhərlənmə  ocağından  çıxmaq,  xüsusi  qoruyucu  paltarlar  olmadıqda  dərhal 
köynəyin  və  pencəyin  ətəklələrinin  şalvarın  içinə  salmaq,  şalvarın  balaqlarını 
topuqda,  köynəyin  qollarını  biləkdə  qaytanla  bağlayıb  kipləşdirmək,  üstdən 
sintetik və ya rezinli parçadan plaş geyinmək, zəhərli sahələrdən çıxandan sonra 
tibbi müayinədən və tam sanitariya təmizlənməsindən keçmək lazımdır. 
Yoluxucu  infeksion  xəstəliklər  aşkar  edilərkən  pəncərə  və  qapı  yerlərini 
yaxşı  kipləşdirmək  lazımdır.  Yalnız  su  kəmərindən  və  şübhə  törətməyən  su 


mənbələrindən istifadə edilməlidir. Qab qacaq yuyulandan sonra qaynadılmalıdır. 
Hər bir şəxsin ayrıca qab-qacaqdan, məişət və tualet əşyalarından istifadə etməsi 
məsləhət görülür. 
Adamların  bir-biri  ilə  təmasda  olması  məhdudlaşdırılmalıdır.  Yoluxucu 
xəstəliyin  əlamətləri  aşkara  çıxan  kimi  (hərarətin  yüksəlməsi,  ürək  bulanması, 
qusma,  mədə  pozğunluğu)  bu  barədə  dərhal  tibb  müəssisəsinə  xəbər  verilməli, 
xəstə  ayrıca  otaqda  və  ya  otağın  ayrıca  hissəsində  yerləşdirilməli,  yataq 
ləvazimatı, qab-qacağı, mebeli dezinfeksiyadan keçirilməlidir. 
Xəstə  ilə  təmasda  olan  bütün  şəxslər  tam  sanitariya  təmizlənməsindən 
keçməlidirlər. 


Mövzu 4 
 
FH ZAMANI YARANMIŞ ŞƏRAİTİN AYDINLAŞDIRILMASI VƏ 
QİYMƏTLƏNDİRİLMƏSİ 
 
 
Fövqəladə hallar şəraitinin qiymətləndirilməsi və proqnozlaşdırılmasının məqsədi baş vermiş FH-
ın ərazisinin miqyasını, bina və tikililərin dağılma səviyyəsini, obyektin işçi heyəti və əhali arasında 
itkilərin müəyyən edilməsidir. 
Bir qayda olaraq, bu işlər 3 mərhələdə həyata keçirilir. 
Birinci mərhələdə baş verə biləcək təbii və texnogen fövqəladə halların proqnozlaşdırılması 
həyata keçirilir. Bu zaman orta statisik şərait (orta illik meteoşərait, əhalinin evlərdə, küçələrdə, 
nəqliyyatda, işdə və s. orta statistik yerləşdirilməsi, əhalinin orta sıxlığı) götürülür. Bu mərhələdəki işlər  
fövqəladə hallar baş verməyənədək həyata keçirilir. 
İkinci mərhələdə nəticələrin proqnozlaşdırılması və şəraitin qiymətləndirilməsi fövqəladə hallar 
mənbəyinin yaranmasından dərhal sonra həyata keçirilir. 
Üçüncü mərhələdə qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi üçün lazım 
olan proqnozlaşdırmanın və faktiki şərait nəticələri kəşfiyyat məlumatlarına əsasən dəqiqləşdirilir. 
Fövqəladə halın mənbəyindən asılı olmayaraq, insanlara, canlılara, ətraf mühitə, tikililərə və d. 
təsir edən 6 əsas faktor vardır: 
  Təzyiq  təsiri  (partlayıcı  maddələrin,  qaz  buludlarının,  adi  və  kütləvi 
qırğın vasitələrinin partlayışı və s.);  
  Termiki təsir (texnogen və təbii yanğınlar zamanı istilik şüalanması; nüvə 
partlayışı və s.); 
  Toksikoloji  təsir  (təhlükəli  kimyəvi  istehsalatda  texnogen  qəzalar, 
kimyəvi silahın tətbiqi, vulkan püskürməsi zamanı zəhərli qazların ayrılması və s.);  
  Radiaktiv  təsir  (radiaktiv-təhlükəli  obyektlərdə  texnogen  qəzalar,  nüvə 
partlayışları və s.);  
  Mexaniki təsir (qəlpələr, binaların dağılması, sel, sürüşmə və s.);  
  Bioloji təsir (epidemiya, bakterioloji silah və s.).  
 
 
FH-ın növü 
Təsir faktorları 
Parametləri 
Partlayışlar 
Zərbə dalğası 
Zərbə dalğasının  izafi 
təzyiq 
Yanğınlar 
İstilik şüalanması 
İstilik selinin sıxlığı 
Kimyəvi qəzalar 
(hücumlar) 
Zəhərlənmə, zədələnmə 
Zəhərlənmə, zədələnmə 
səviyyəsi (toksidoza) 
Radiasiya qəzaları 
Radiaktiv çirklənmə, 
şüalanma 
Şüalanma dozası 


Zəlzələ 
Bina və tikililərin dağıntıları 
Zəlzələnin intensivliyi 
Epidemiya 
Virus, bakteriyalar 
Xəstəliklərin dərəcəsi 
 
 
 
Radiasiya şəraitinin proqnozlaşdırılması və qiymətləndirilməsi. 
 
Radiasiya şəraiti – nüvə silahı tətbiq edildikə və nüvə-yanacaq istehsalı obyektində qəza baş 
verdikdə yaranır, insanların və digər canlıların, müxtəlif obyektlərin radiaktiv maddələrlə zəhərlənməsi, 
ətrafın radiaktiv çirklənməsi ilə nəticələnir.  
Radiasiya şəraitini qiymətləndirilməsi ərazinin, müəssisənin radiaktiv zəhərlənməsinin miqyası və 
dərəcəsi, həmçinin zəhərlənmənin dəstə və əhalinin fəliyyətinə təsiri təyin edilməsidir.  
Radiasiya şəraitinin qiymətləndirilməsinə, adətən, aşağıdakılar aiddir: radiaktiv zəhərlənmə 
zonalarının sərhədlərini va onlarda radiasiya səviyyəsinin bölünməsini təyin etmək; zəhərlənmə 
zonalarının müəssisələri torpaqdan istifadə planına və ya sxeminə köçürülməsi; dəstələrin şəxsi 
heyətinin, əhalinin, heyvanların radiaktiv şüalanma dozasının va onların arasında baş verə biləcək 
itkilərin təyin edilməsi; zəhərlənmş ərazidə dəstələrin, həmçinin əhalinin təsərrüfat işlərinin 
aparılmasında ən məqsədəuyğun fəaliyyətinin müəyyən edilməsi.  
Radioaktiv zəhərlənmə zonalarının sərhədlərini orada radiasiyanın səviyyəsini məlumat verməklə 
və ya radiasiya kəşfiyyatı ilə təyin edirlər. 
Müəssisələrin mülki müdafiə dəstələri və qərargahları öz rayonlarında ərazinin radiaktiv 
zəhərlənməsi haqqında məlumatı, adətən rayonunun mülki müdafiə qərargahından alır va radiasiya 
kəşfiyyatı ilə dəqiqləşdirir.  
Lazım gələrsə, müəssisənin mülki müdafiə qərərgahlarında ərazinin, adamların, heyvanların və 
başqa obyektlərin zəhərlənmə dərəcəsi təxminən qabaqcadan müəyyən edile bilər. Qabaqcadan təyin 
edilmənin əsasını partlayış rayonunda və radiaktiv buludun izində radiaktiv zəhərlənməsinin dərəcəsi, 
gözlənilən ölçüləri, hesabat proqnoz metodları vasitəsiə hesablama təşkil edir. Qabaqcadan təyin edilmə 
üçün ilk məlumatlar əsasən aşağıdakılardır: partlayışın (qəzanın) gücü, növü və mərkəzin koordinatları, 
orta küləyin sürəti, istiqaməti. Müəssisənin MM qərargahı bu məlumatları rayonun qəragahından alır və 
ya özü təyin edir.  
Əgər küləyin orta sürəti (v) və istiqaməti, partlayış mərkəzindən müəssisəyə qədər olan məsafə (R) 
məlumdursa, onda partlayışdan müəssisənin ərazisinə radiaktiv maddələrin çökməsi vaxtını aşağıdakı 
düsturla təyin edirlər:  
 
t = R / v  
 
İnsanlar 2 yolla şüalanmaya məruz qalırlar: 
•  Daxil; 
•  Xarici. 
Xarici şüalanma zamanı radiaktiv maddələr orqanizmdən kənar olur və onu 
kənardan şüalandırır. Daxili şüalanma zamanı radiaktiv maddələr orqanizmə hava, 
su, qida, açıq yara vasitəsilə daxil olur və onu daxildən şüalandırır. İnsanın daxili və 
xarici şüalanması ionlaşdırıcı şüalanmanın təbii və süni mənbələrdən baş verir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə