Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   16   17   18   19   20   21   22   23   ...   76

növbədən sonra dincəlməsi üçün burada hökmən üstüörtülü səngər düzəldilir. Postun heyəti onun 
rəisindən və iki müşahidəçidən ibarətdir. Onlar müşahidəni vizual üsulla, habelə radiasiya və xəbərdarlıq 
vasitələri, kompas, saat, səmt göstərən və bucaq ölçən xüsusi limb, müşahidə jurnalı, habelə öz 
vəzifələrini yerinə yetirmək üçün lazım olan digər avadanlıqla təchiz olunurlar. 
Kəşfiyyat qrupu manqası isə təbii fəlakət, qəza nəticəsində bilavasitə obyektdə, digər fəaliyyət 
rayonunda, habelə düşmən basqınından sonra zədələnmə ocağında, hərəkət marşrutlarında yaranmış 
vəziyyəti öyrənmək məqsədi ilə göndərilir. Kəşfiyyat qrupu, onun komandirindən və hərəsi 3 nəfərlik bir 
rabitə və bir neçə kəşfiyyat manqalarından ibarət olur. Hər manqa bir-birindən 500 m aralı 3 mühafizə 
qurğusuda, yaxud 800 m dək zolaqda (şəhərin 2-3 məhəlləsindən ibarət sahədə) kəşfiyyat aparmaq üçün 
nəzərdə tutulur. Qrup fərdi mühafizə vasitələri, radiasiya və kimya kəşfiyyatı cihazları, hədd nişanları 
dəsti, fərdi dozimetrlər ilə təchiz edilir, habelə hərəkət marşrutunun sxemi, obyektdə kəşfiyyat 
apardıqda isə    kəşfiyyat sxemi verilir. 
Zəhərlənmə rayonlarında kəşfiyyat aparılarkən, radiasiya səviyyələri 0,5 rentgen-saat olan, yaxud 
kimyəvi zəhərlənmə aşkar edilən zonanın hüdudları hədd nişanları vasitəsilə nişanlanır. 
Zəhərlənməni ölçdükdən sonra kəşfiyyatçı hədd nişanı qoyur və nişanda zəhərlənmənin növünü, 
səviyyəsini və ölçülmə vaxtını qeyd edir. Hədd nişanı yolunu kənarında yaxşı görünən yerdə qoyulmalıdır. 
Nişanı elə qoyurlar ki, onun üz tərəfi yerdə zəhərlənmə olmayan və ya az olan sahəyə tərəf dursun. 
Qrupun komandiri hərəkəti davam etdirərək marşurutun sxemində hər dəfə zəhərlənmə ölçülən yeri, 
zəhərlənmənin (növünü) və ölçülmə vaxtını kəşfiyyat jurnalında qeyd  edir və bu barədə rabitə vasitəsilə 
obyektin MM qərargahına məlumat verir. 
Obyektin ərazisində kəşfiyyatçılar müxtəlif sexlərdə, qurğularda, xüsusən də xilasetmə işləri 
aparılacaq sahələrdə zəhərlənmənin növünü, səviyyəsini (dərəcəsini) təyin edir, vəziyyətin dəyişməsinə 
nəzarət edirlər. Kəşfiyyata başlamaq üçün çıxış məntəqəsinin yeri obtektin yaxınlığında müəyyən edilir. 
Burada qrupun komandiri vəziyyətlə tanış olub obyektdə kəşfiyyat aparmaq üçün manqalara tapşırıq 
verir. Kəşfiyyatçılar obyektin sexlərində, sığınacaqlarında, xilasetmə aparılacaq yerlərdə yaranmış 
vəziyyəti (dağıntıların, yanğınların xarakterini, adamlar qalmış yerləri və s.) öyrənir, zəhərlənmənin 
səviyyələrini ölçürlər. Belə yerlər, adətən əvvəlcədən müəyyən edilir və yuxarıda deyildiyi kimi obyektin 
kəşfiyyat sxemində (planında) göstərilir. 
Kəşfiyyat qurtarandan sonra kəşfiyyat qrupu (manqası) toplanış məntəqəsinə gəlir, komandir 
qərargaha  vəzifələrin yerinə yetirilməsi haqqında məlumat verir və kəşfiyyat sxemini təqdim edir. 
Bundan sonra o, lazımi hallarda avtomobilin, şəxsi heyətin zəhərlənmə dərəcəsini yoxlayır, buna ehtiyac 
varsa xüsusi təmizləmə işlərini təşkil edir, dozimetrlərin göstəriciləri əsasında şəxsi heyətin məruz qaldığı 
şüalanma dozalarını hesablayır və qrupu yeni vəzifələrin icrası üçün işə hazırlayır. Müxtəlif təbii 
fəlakətlər və qəzalar zamanı aparılan kəşfiyyatın xüsusiyyətləri əsasən onun konkret vəzifələrində 
təzahür edir. 
Qəza yerlərini diqqətlə müayinə etməklə adamlar toplanan yerlərə, anbarlara su mənbələrinə 
xüsusən diqqət yetirməklə, havadan və torpaqdan nümunələr götürüb analizə göndərməklə bu 
vəzifələrin öhdəsindən gəlmək mümkündür. 
Güclü zəlzələdən sonra aparılan kəşfiyyatın əsas vəzifələri isə bina və tikililərin nə dərəcədə 
dağıldığını, uçqunlar altında adamlar qalan yerləri və onların vəziyyətini, ikinci zədələnmə ocaqlarının 
(yanğın, daşqın, kimyəvi zəhərlənmə) yaranıb-yaranmadığını öyrənmək, qaz, su, elektrik şəbəkələrində 
qəzaların yerini, dərəcəsini, xilasetmə işlərinin növünü , həcmini və s. müəyyən etməkdən ibarətdir. 


Daşqın və sel vaxtı kəşfiyyat bölmələri fəlakətli sahələrin hüdudlarını, yardıma ehtiyac olan 
adamlar, habelə kənd təsərrüfatı heyvanları qalmış sahələri müəyyənləşdirir, daşqın zonasından 
çıxarmalı maddi sərvətləri aşkar edir, üzgüçülük vasitələrindən istifadə edilməsi üçün marşrutlar axtarır 
və s. 
Sülh və müharibə dövründə ətraf mühitin sağlamlığı üzrə kəşfiyyat işlərinin bir qismi də 
respublikanın müşahidə və laboratoriya nəzarəti şəbəkəsi tərəfindən yerinə yetirilir. Bu şəbəkənin 
vəzifələri, tərkibi və fəaliyyət qaydası xüsusən əsasnamə ilə müəyyən və təsdiq edilmişdir. 
Müşahidə və laboratoriya nəzarəti şəbəkəsi (MLNŞ) ətraf mühitin radiaktiv, kimyəvi, güclü 
təsirli və bakterial maddələrlə zəhərlənməsinə müşahidə və laboratoriya nəzarəti etməkdən, mühafizə 
tədbirləri görülməsi üçün müvafiq dövlət orqanlarına məlumat verməkdən ötrü nəzərdə tutulmuşdur. 
MLNŞ–a, əsasən bu təşkilatlar cəlb edilir: Səhiyyə nazirliyinin sanitar-epidemiologiya mərkəzləri 
və stansiyaları, Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyaları, baytar nəzarət postları və bitki mühafizə 
stansiyaları, dövlət hidrometrologiya komitəsinin radiometriya laboratoriyası və qrupları, Daxili İşlər 
Nazirliyi şəhər və rayon polis şöbələrini struktur bölmələri, Müdafiə Nazirliyinin xüsusi bölmələri, 
Respublika MM qərargahının kimyəvi-radiometriya laboratoriyası, nazirliklərin, icra hakimiyyəti və 
obyektlərin radiasiya və kimya müşahidəsi postları, habelə bir sıra digər respublika təşkilatlarının sahə 
laboratoriyaları. 
Müşahidə və laboratoriya nəzarəti şəbəkəsi üçün konkret şəraitdən asılı olaraq üç iş rejimi 
müəyyən edilmişdir, gündəlik, yüksək hazırlıq və fövqəladə iş rejimi. 
Gündəlik iş rejimi həm ekoloji, həm texnogen, həm də epidemik cəhətdən normal adi iş şəraitini 
əhatə edir. Bu rejimdə respublikanın Müdafiə, Səhiyyə, Kənd Təsərrüfatı, Daxili İşlər Nazirliklərinin, 
dövlət hidrometkomun və MM idarəsi struktur bölmələrinin qüvvələri ilə ətraf mühitdə kimya, radiasiya, 
epidemiya, epizootiya, epifitotiya müşahidəsi və laboratoriya nəzarəti aparılır. 
Yüksək hazırlıq rejimində texnogen, epidemik şərait kəskin surətdə pisləşdikdə, həmçinin 
fövqəladə hallar ehtimalı yarandıqda təbii mühitdə və təhlükə potensiallı obyektlərdə müşahidə və 
nəzarət gücləndirilir, şəbəkənin xüsusi (fövqəladə) iş rejiminə keçirilməsinə hazırlıq görülür. 
Fövqəladə rejimdə isə gündəlik rejimdə fəaliyyət göstərən qüvvələrdən əlavə həmçinin, 
müşahidə və laboratoriya nəzarəti şəbəkəsinə daxil olan nazirlik, komitə, şirkət, Elmlər Akademiyası və s. 
idarələrin müvafiq qüvvələri ilə həm müşahidə, həm də laboratoriya  nəzarəti aparılır. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə