Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   15   16   17   18   19   20   21   22   ...   76

P – Spesifik müdafiə əmsalı  
E – Təcili profilaktika əmsalı  
K  –nın  qiyməti  bakterioloji  yoluxmuş  ərazinin  sahəsiinn  qiyməti  ilə  həmin 
ərazidəki əhalinin sıxlığının qiymətinin hasilinə bərabərdir. 
 
Kontaqioz  indeksi    I  –  yoluxmuş  xəstə  ilə  əlaqədə  olduqdan  sonra  insanın 
xəstələnmə ehtimalının səviyyəsidir. 
Qeyri  spesifik  müdafiə  əmsalı  H  sanitar-gigiyenik  və  epidemiyaya  qarşı 
tətbirlərin  lazımi  vaxtda  həyata  keçirilməsindən,  içməli  suyun  və  yeyinti 
məhsullarının  yoluxmaya  qarşı  mühafizəsindən,  havadan  yoluxma  baş  verərkən 
əhalinin  qruplara  ayrılmasından,  həşaratlara  qarşı  fərdi  mühafizə  vasitələrindən 
asılıdır. 
Spesifik  müdafiə  əmsalı  P  infeksion  xəstəliklərin  profilaktikasında  istifadəsi 
uyğun sayılan müxtəlif növ dərmanların effektivliyini nəzərə alır. 
Təcili  profilaktika  əmsalı  E  müvafiq  xəstəliklərə  qarşı  antibiotiklərlə 
müdafiəyə uyğundur. 
Mülki Müdafiə kəşfiyyatı 
 
Kəşfiyyat - MM qüvvələrinin fəaliyyətini təmin etmək üçün görülən əsas tədbirlərdən biridir. 
MM sistemində aparılan kəşfiyyatda məqsəd - güclü istehsalat qəzasından, təbii fəlakətdən və ya 
düşmən basqınından sonra yaranmış və ya yarana biləcək vəziyyət barədə dəqiq məlumatlar 
toplamaqdır. Bunlar MM rəhbərlərinə əhalinin mühafizəsini və xilasetmə işlərini təşkil etmək barədə 
düzgün qərar qəbul etmək üçün lazımdır. 
MM kəşfiyyatının əsas vəzifələri sülh dövründə: 
•  Ətraf  mühitdə  havanın,  suyun,  torpağın,  maldarlıq  və  bitkiçilik  məhsullarının  radiaktiv, 
kimyəvi, bakterial maddələrlə çirklənməsinə vaxtaşırı müşahidə və laboratoriya nəzarəti aparmaq; 
•  Yoluxucu  xəstəlik  ehtimallı  rayonlarda  epidemik  və  epizotik  vəziyyətə  müntəzəm  nəzarət 
etmək; 
•  Güclü  istehsalat  qəzası  və  ya  təbii  fəlakət  baş  vermiş  rayonlarda  yaranan  vəziyyətləri  aşkar 
etməkdir. 
Müharibə dövründə düşmən basqınından sonra isə kəşfiyyatın  vəzifələri aşağıdakılar barədə  
məlumatlar əldə etməkdir: 
−  işlədilmiş    silahın  növü,  zərbənin  nə  vaxt  və  haraya  endirildiyi,  nüvə  partlayışının  gücü  və 
koordinatları; 
−  radiasiyanın  səviyyələri,  zəhərləyici  maddənin  konsentrasiyası,  zəhərli  hava  buludunun 
yayılma istiqaməti; 
−  zədələnmə ocağının hüdudları; 
−  xilasetmə və digər işlər aparılan rayonlarda zədələnmə şəraitinin necə dəyişdiyi; 
−  mühafizə qurğularının, oradakı  adamların vəziyyəti, onlara yardım göstərmənin yolları; 


−  kommunal  enerji  şəbəkələrinin,  rabitə  xətlərinin,  habelə  MM  dəstələri,  köçürülən  əhali 
hərəkət edəcək marşrutların vəziyyəti; 
−  yanğın yerləri, onların yayılma istiqaməti; 
−  hidrotexniki qurğuların nə dərəcədə zədələndiyi, fəlakətli subasma və daşqın zonaları yaranıb 
- yaranmadığı və s.  
Kəşfiyyat fəal, fasiləsiz, vaxtında və məqsədyönlü aparılmalı, başlıcası isə topladığı məlumatlar 
dəqiq olmalıdır. Bu tələblərin yerinə yetirilməsinə nail  olmaqdan ötrü kəşfiyyat qüvvələrini (kəşfiyyat 
qrupları, manqaları, müşahidə postları, nəzarət laboratoriyaları və s.) əvvəlcədən komplektləşdirib işə 
hazırlamaq, onların fəaliyyətini planlaşdırıb düzgün təşkil etmək, həmçinin kəşfiyyatın müxtəlif  
növlərindən, üsullarından, qüvvə və vasitələrdən istifadə etmək lazımdır. 
Hansı qüvvə və vasitələrlə aparılmasından asılı olaraq yerüstü kəşfiyyat, havadan kəşfiyyat və 
dənizdən (çaydan) kəşfiyyat növləri müəyyən edilmişdir. 
Yerüstü kəşfiyyat - ən dəqiq, daha dolğun kəşfiyyat növü sayılır və bütün MM qərargahları 
tərəfindən təşkil edilir. 
 
 
 
 
Havadan kəşfiyyat - zədələnmə ocaqlarında, təbii fəlakət və qəza rayonlarında ümumi vəziyyəti 
tez aşkar etmək üçün təyyarələr və helikopterlərdən aparılır. Belə kəşfiyyatı adətən respublika MM 
qərargahı təşkil edir. 


 
 
 
 
Dənizdən (çaydan) kəşfiyyat- sahillərdə, limanlarda, buradakı qurğularda vəziyyəti öyrənmək 
məqsədi güdür, yüksək sürətli gəmilər və katerlər vasitəsilə icra edilir. 
 
 
Yerinə yetirdiyi vəzifələrin xarakterinə görə, ümumi kəşfiyyat fövqəladə hallar baş vermiş 
sahələrdə yaranan vəziyyət barədə dərhal ilkin məlumatlar əldə etmək üçündür. Belə qoşun MM qoşun 
hissələrinin, hərbiləşdirilməmiş dəstələrin, habelə rayonların, obyektlərin kəşfiyyat qrupları, manqaları, 
müşahidə və laboratoriya nəzarət şəbəkəsi cəlb olunur.  


Xüsusi kəşfiyyat adətən MM xidmətləri təşkil edir, radiasiya və kimya müşahidə postları, 
mühəndis və epidemioloji kəşfiyyat qrupları, baytar və fitopatoloji manqalar və s. qüvvələr yerinə 
yetirirlər. Bu zaman kəşfiyyat yerlərindəki konkret vəziyyət mütəxəssislər tərəfindən təfsilatı ilə 
dəqiqləşdirilir, ümumiləşdirilir və MM qərargahına çatdırılır. 
 
 
Fövqəladə hallarda MM kəşfiyyatının təşkili və 
aparılması qaydaları.
 
 
Kəşfiyyatı təşkil etmək bütün MM rəhbərlərinin, qərargahlarının və komandirlərinin vacib 
vəzifələrindən biridir. 
Kəşfiyyatın konkret məqsədlərini, ilk növbədə hansı məlumatların toplanmasını və müddətlərini, 
bunun üçün istifadə ediləcək qüvvələri mülki müdafiə rəhbəri müəyyənləşdirir. 
Kəşfiyyatın dəqiq təşkil edilməsi üçün MM qərargahının rəisi tam məsuliyyət daşıyır, bu işin 
bilavasitə təşkiltçısı isə MM qərargahı rəisinin müavinidir. O, MM rəhbərinin qərarına və qərargah 
rəisinin konkret göstərişlərinə uyğun olaraq kəşfiyyat tədbirlərini planlaşdırır, qrupları və manqaları 
fəaliyyətə hazırlayır, kəşfiyyata göndərir, onlardan alınan kəşfiyyat məlumatlarını toplayır, təhlil edir və 
ümumiləşdirir. Fəlakət rayonlarında yaxud zədələnmə ocaqlarında vəziyyət barədəki bu məlumatlar 
dərhal  MM rəhbərlərinə və yuxarı qərargaha təqdim edilir, həmçinin tabelikdəki qərargahlara, dəstə 
komandirlərinə çatdırılır. 
Kəşfiyyatı təşkil etmək üçün əsas sənəd - kəşfiyyat planıdır. Plan müvafiq MM qərargahında 
əvvəlcədən tərtib edilir, yuxarı qərargahla razılaşdırılır və MM rəhbəri tərəfindən təsdiqlənir. 
Plana obyektin sxemi (rayonun xəritəsi) əlavə edilir, burada idarəetmə məntəqələrinin, mühafizə 
qurğularının, kəşfiyyat bölmələrinin yerləri, bu bölmələrdə konkret fəaliyyət marşrutları, vəzifələrini 
yerinə yetirdikdən sonra toplanış məntəqələri şərti işarələrlə göstərilir. MM qərargahının rəisi bölmə 
komandirlərinə kəşfiyyat aparmaq barədə şifahi sərəncamı məhz bu sxem əsasında verir. Sərəncamda 
yaranmış vəziyyət barədə qısa məlumat verilir, kəşfiyyatın nə münasibətlə aparıldığı, onun konkret 
vəzifələri və icra müddəti, marşrutlarda fəaliyyət vaxtı rabitə yaratmaq və kəşfiyyatın nəticələri barədə 
məlumat vermək qaydaları dəqiq göstərilir. Kəşfiyyat bölmələri radioaktiv zəhərlənmə ocaqlarına 
göndərilən hallarda isə, həmçinin şəxsi heyətin yolverilən şüalanma dozası da müəyyən edilir. Şəhərdə, 
rayonda və obyektlərdə kəşfiyyat işlərinə radiasiya və kimya müşahidəsi postları, MM kəşfiyyat qrupları, 
xidmətlərin və dəstələrin kəşfiyyat manqaları (bölmələri), habelə müşahidə və laboratoriya nəzarəti 
şəbəkəsinin (MLNŞ) müəssisələri cəlb edirlirlər. 
Radiasiya və kimya müşahidəsi postları (RKMP) - bütün obyektlərdə yaradılır və təhlükə 
yaranarkən bilavasitə fəaliyyətə başlayırlar. Onların əsas vəzifələri radioaktiv və kimyəvi zəhərlənmələri 
vaxtında aşkar etmək, müşahidə sahəsində vəziyyətin dəyişməsinə fasiləsiz göz qoymaq və qərargaha 
müntəzəm surətdə məlumat verməkdir. Təbii fəlakət və istehsalat qəzaları vaxtı ona digər vəzifələri də 
tapşırıla bilər. Post elə yerdə qoyulmalıdır ki, oradan hər tərəfi müşahidə etmək mümkün olsun və 
postun özü MM idarəetmə məntəqəsinin yaxınlığında yerləşsin. Müşahidəçilərin daldalanması və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə