Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   17   18   19   20   21   22   23   24   ...   76

Mövzu 5 
 
Respublikamızda sülh mənşəli Fövqəladə Hallarda fəaliyyət göstərən Dövlət 
sistemi. 
 
          Fövqəladə  hallarda  əhalinin  təhlükəsizliyini  təmin  etmək,  maddi  zərəri 
azaltmaq  və  belə  halların  nəticələrinin  aradan  qaldırılması  işlərinin  təşkili 
məqsədilə  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  1992-  ci  il  30  aprel 
tarixli  239  nömrəli  qərarı  ilə  “  Fövqəladə  halların  qarşısının  alınması  və  belə 
hallarda  fəaliyyət  üzrə  Azərbaycan  Dövlət  Sistemi”  yaradılmış,  onun  tərkibini, 
vəzifələrini,  fəaliyyət  qaydalarını  müəyyən  edən  Əsasnamə  və  digər  normativ 
sənədlər təsdiq edilmişdir. 
          Bu  sistem  ərazi  üzrə  respublikanın  bütün  şəhər,  rayon  və  digər  yaşayış 
məntəqələrini;  təsərrüfat  sahələri  üzrə  isə  bütün  nazirlikləri,  dövlət  komitələrini, 
baş idarələri və hər cür iqtisadiyyat obyektlərini əhatə edir. 
                                                       
 
 
 
                                                                 
Fövqəladə halların 
qarşısının alınması 
Fövqəladə hallarda 
fəaliyyətə başlamaq 
VƏSİLƏLƏR 
(bölmələr) 
                         
                                                                
Fövqəladə halların 
aradan qaldırılması 
 
 
 
 
 
Naxçıvan MR 
 
Şə
hərlər 
 
Rayonlar 
  Nazirliklər(idarələr, şirkətlər) 
 
TƏSƏRRÜFAT OBYEKTLƏRİ 
Dölət sisteminin (DS) 
fəaliyyət rejimləri 
 
Dövlət 
sistemi 
Dövlət sisteminin 
(DS) fəaliyyət mərhələləri 
Yüksək 
hazırlıq 
 
Gündəlik 
fəaliyyət 
Fövqəladə hal 
İ
stehsal sahəsi üzrə 
Ə
razi üzrə  


 Azərbaycan Respublikası FH-da fəaliyyət göstərən Dövlət sistemi 
             
Sistemin hər bir vəsiləsi üçün rəhbər orqanlar; gündəlik idarəetmə orqanları; 
ə
traf  mühitə,  təhlükə  potensiallı  obyektlərə  nəzarət  və  müşahidə  edən  qüvvə  və 
vasitələr;  fövqəladə  halların  nəticələrini  aradan  qaldıran  qüvvələr;  rabitə  və 
xəbərdarlıq  sistemi  müəyyən  edilmiş,  lazımi  maddi-  texniki  vəsait  ehtiyatları 
yaradılmişdır. 
        Sistemin rəhbər orqanları bunlardır: 
       -bütün  respublika  üzrrə:  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar 
Nazirliyi(FHN)- rəhbəri FHN-nin naziri; 
       -muxtar respublika üzrə: Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 
fövqəladə  hallar  Komissiyası  rəhbəri  Naxçıvan  MR  baş  Nazirinin  müavini 
olmaqla; 
       -şəhər və rayonlar üzrə: rayon (şəhər) icra hakimiyyəti orqanlarının fövqəladə 
hallar  komissiyası  (RFHK)-  rəhbəri  icra  hakimiyyəti  başçısının  birinci  müavini 
olmaqla; 
       -təsərrüfat  obyektlərində:  obyekt  fövqəladə  hallar  komissiyası  (OFHK)- 
rəhbəri obyektin baş mühəndisi olmaqla (bu komissiyalar onlara ehtiyac və maddi- 
texniki baza olduqda yaradılır); 
       -Nazirliklərdə  (dövlət  komitələrində,  baş  idarələrdə):  sahə  fövqəladə  hallar 
komissiyası (SFHK)- rəhbəri nazirin (komitə sədrinin) müavini olmaqla. 
       Sistemin  gündəlik  idarəetmə  orqanları  isə  bütün  səviyyədən  olan  ərazi 
fövqəladə hallar komissiyalarının növbətçi xidmətləri; 
-nazirliklərin  (dövlət  komitələrinin,  baş  idarələri),  təhlükə  potensiallı  təsərrüfat 
obyektlərinin  növbətçi-  dispetçer  xidmətləri  və  bütün  səviyyələrdən  olan  mülki 
müdafiə qərargahlarından ibarətdir. 
        Müxtəlif  səviyyəli  fövqəladə  komissiyaların  vəzifələri  ancaq  miqyasca 
fərqlənir.  Öz  səviyyələrində  və  səlahiyyət  dairələrində  bu  komissiyaların  əsas 
vəzifələri bunlardır: 
       -ətraf  mühitə  və  təhlükə  potensiallı  obyektlərə  daimi  müşahidə  və  nəzarəti 
təşkil etmək; 
       -belə hallarda yarana biləcək vəziyyəti proqnozlaşdırmaq və qiymətləndirmək; 
       -fövqəladə  halların  qarşısını  almaq  və  nəticələrini  zəiflətmək  məqsədilə 
profilaktiki tədbirləri görmək, xilasetmə işləri aparmaq üçün qüvvələr hazırlamaq, 
zərər  çəkmiş  əhaliyə  yrdım  üçün  lazımi  maddi  –  texniki  vəsait  ehtiyatları 
yaratmaq; 
       -fövqəladə  hallar  barədə  xəbər  və  məlumatların  bütün  əhaliyə  (təşkilatlara, 
fəhlə və qulluqçulara) vaxtında çatdırılmasını təmin etmək; 
       -fövqəladə  halların  aradan  qaldırılması  işlərini  təşkil  etmək  və  ona  rəhbərlik 
etmək. 
       Qeyd  etmək  lazımdır  ki,  fövqəladə  komissiyalar  daimi  fəaliyyət  göstərən 
komissiyalardır. Onlar həmişə hazır olmalı, lazım gəldikdə dərhal fəaliyyəti təşkil 
etməlidirlər. 
       Fövqəladə  komissiyalar  öz  vəzifələrini  yerinə  yetirə  bilsin  deyə,  onların 
heyətinə  nazirliklər,  dövlət  komitələri,  baş  idarələr,  şirkətlər,  birliklər  və  s. 


təşkilatlar  cəlb  olunmuş,  onların  konkret  vəzifələri  müəyyən  edilmişdir. 
Azərbaycan Respublikasının FHN MM üzrə əsas vəzifələri: 
       -əhalinin  fövqəladə  hallarda  mühafizəyə  və  düzgün  fəaliyyətə  hazırlanmasını 
təşkil etmək və ona nəzarət etmək; 
       -təhkükə  barədə  əhali  üçün  xəbərdarlıq  sisteminin  daimi  hazırlığını  təmin 
etmək  və  onlara  davranəş  qaydaları  haqqında  göstəriş  və  məlumatları  vaxtında 
çatdırmaq; 
       -fövqəladə hallarda  fəaliyyət  üçün  nəzərdə  tutulan  qüvvələrin  hazırlanmasına 
nəzarət  etmək,  onların  işini  planlaşdırmaq,  xilasetmə  işləri  zamanı  idarə 
olunmasını təşkil etmək; 
       -  fövqəladə  hallarda  əhalinin  həyat  fəaliyyətini  təşkil  etmək  və  s.  həvalə 
olunmuşdur. 
        Yerli(şəhərlərin,  habelə  nazirlik  və  obyektlərin)  daimi  komissiyaları  da 
özlərinin fəaliyyətini təşkil etmək məqsədilə belə vəzifə bölgüsü aparmalı, bu işə 
cəlb  edilən  hər  bir  təşkilatın  və  məsul  şəxsin  səlahiyyətini  və  məsuliyyətini 
müəyyən etməlidirlər. 
        Fövqəladə  halların  nəticələrini  aradan  qaldırmaq  üçün  həm  mövcud  olan 
qüvvə və vəsaitlərdən: nazirliklərin və idarələrin qəza - xilasetmə, qəza – bərpa və 
çevik  yanğınsöndürən  dəstələrindən;  səhiyyə  nazirliyinin  təcili  yardım  xidməti 
qüvvələrindən, FHN – nin qoşun hissələrindən və ixtisaslaşdırılmış dəstələrindən; 
müdafiə nazirliyinin kimyəvi  və  mühəndis  qoşun hissələrindən;  dəmir  yolu,  hava 
yolları,  Xəzər  donanması  idarələrinin  müvafiq  qəza  –  xilasetmə  qüvvələrindən 
istifadə  etmək,  həm  də  bir  sıra  tikinti,  ixtisaslaşdırılmış  quraşdırma  idarələrində 
xüsusi çevik qəza – bərpa dəstələrinin yaradılması nəzərdə tutulur. 
         Yaranan  vəziyyətdən  asılı  olaraq,  bütünlüklə  Dövlət  fövqəladə  fəaliyyət 
sistemi  müvafiq  daimi  Fövqəladə  Hallar  Nazirinin  qərarı  əsasında  üç  müxtəlif 
rejimdə işləyə bilər: 
          Birinci rejim – gündəlik fəaliyyət respublikanın ərazisində, o cümlədən də 
rayonda  (obyektdə)  sənaye  –  istehsalat  fəaliyyəti,  radiasiya  –  kimyəvi  şərait, 
həmçinin seysmik, hidrometroloji, sanitar – epidemik vəziyyət normal olan halda 
işləyə  bilər.  Bu  zaman  rayonlarda,  obyektlərdə  planlı  surətdə  ətraf  mühitə, 
potensiallı  obyektlərdə  daimi  müşahidə  aparılır,  ehtimal  edilə  bilən  fövqəladə 
halların qarşısını almaq, təsirini azaltmaq, nəticələrini aradan qaldırmaq məqsədilə 
ə
vvəlcədən  planlı  tədbirlər  hazırlanır  və  yerinə  yetirilir.  Qüvvə  və  vasitələrin 
ehtiyatları  yaradılır,  əhaliyə  müvafiq  proqramlar  əsasında  mühafizə,  davranış, 
fəaliyyət qaydaları öyrədilir və müvafiq təsərrüfat planları əsasında digər hazırlıq 
işləri görülür.   
          İkinci  rejim  –  yüksək  hazırlıq  rejimidir.  Bu  rejimə  fövqəladə  hallar  baş 
verəcəyi  barədə  proqnoz  alınarkən,  normal  istehsal  fəaliyyəti,  radiasiya,  kimyəvi 
şə
rait,  epidemik  və  s.  pisləşərkən  keçilir.  Belə  hallarda  müvafiq  fövqəladə  hallar 
komissiyaları aşağıdakı işləri görürlər: 
         -vəziyyətin pisləşməsi səbəbini aşkar etmək üçün operativ qruplar yaradır; 
        -növbətçi – dispetçer xidmətlərinin fəaliyyətini gücləndirir; 
        -müşahidə və nəzarəti artırır; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə