Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   20   21   22   23   24   25   26   27   ...   76

olunmasını  təmin  etmək;  kəşfiyyatı  təşkil  etmək  və  ona  müntəzəm  rəhbərlik 
göstərmək və s. 
       Rayonun  (şəhərin)  MM  xidmətləri.    MM  tədbirlərini,  dəstələrin  hazırlığını 
və zədələnmiş (zəhərlənmiş) yerlərdə iş görərkən onların düzgün idarə olunmasını 
nəzərə  alaraq,  rayon  (şəhər)  icra  Hakimiyyətinin  qərarı  ilə  rayon  xidmətləri 
yaradılır. 
       Rabitə xidməti. Rayon (şəhər) rabitə kntorunun bazası əsasında təşkil olunur. 
Rabitə  xidmətinin  işçiləri:  İcra  Hakimiyyətinin  nümayəndəsinə,  idarələrin, 
müssisələrin  vəzifəli  şəxslərinə  və  rayonun  bütün  əhalisinə  fövqəladə  hadisələr 
təhlükəsi  barədə  vaxtında  xəbər  verir;  MM  siqnallarının  verilməsini  təşkil  edir, 
rayonun  bütün  obyektləri  ilə  rabitə  yaradır  və  daim  fəaliyyətə  hazır  saxlayır; 
rayonun  ərazisində  fəaliyyət  göstərən  mülki  müdafiə  qüvvə  və  vasitələrin  idarə 
olunmasını təmin edirlər. 
     Tibb  xidməti.  Tibb  müəssisələrinin  bazası  əsasında  yaradılır  (xidmət  rəisi- 
rayonun  baş  həkimidir).  Xidmət:  müalicə-  profilaktika,  epidemiya  əleyhinə  və 
sanitariya – gigiyena tədbirlərini həyata keçirir; tibb dəstələrinin ixtisas hazırlığını 
təmin edir; zərər çəkmiş, zədələnmə ocağından çıxarılan adamların qəbul edilməsi, 
yerləşdirilməsi və müalicəsi üçün binaları hazırlayır. 
      İctimai  asayişi  mühafizə  xidməti.  Rayon  polis  şöbəsinin  bazası  əsasında 
təşkil  olunur  (xidmət  rəisi-  rayon  polis  şöbəsinin  rəisidir).  Xidmətə:  dövlət 
hakimiyyətini və ictimai mülkiyyəti, habelə vətəndaşların şəxsi əmlakını qorumaq; 
çaxnaşmanın  qarşısını  almaq;  nəqliyyatın  hərəkətini  təmin  etmək;  əhalinin 
müəyyən edilmiş davranış qaydalarının yerinə yetirilməsinə nəzarət etmək həvalə 
olunur.  Xidmət  köçürülmə  işlərinə,  MM  siqnalları  üzrə  əhalinin  daldalanmasına 
yardım  göstərir,  zədələnmə  ocağına  buraxılma  rejiminin  və  bakterioloji  yoluxma 
ocağında karantin tədbirlərinin yerinə yetirilməsini təmin edir. 
      Yanğından  mühafizə  xidməti.  Yanğından  mühafizə  təşkilatlarının  bazası 
ə
sasında  yaradılır  (xidmətin  rəisi-  rayonun  yanğın  müfəttişidir).  Bu  xidmətin 
vəzifələri:  yanğınsöndürən  dəstələr  hazırlamaqdan,  yanğına  qarşı  profilaktika 
tədbirlərini  həyata  keçirməkdən,  müəssisə,  idarə  və  qəsəbələrin  ərazisində  su 
hovuzları  tikilməsini  təşkil  etməkdən  ibarətdir.  Yanğınlar  baş  verdikdə  onların 
məhdudlaşdırılması və söndürülməsi üçün xidmət hər cür tədbir görür. 
      Ərzaq  və  paltarla  təchizat  xidməti.  Rayon  istehlak  cəmiyyəti  və  ticarət 
bazası əsasında yaradılır (xidmətin rəisi rayon istehlak cəmiyyətinin sədridir). Bu 
xidmət:  anbarlarda,  ictimai  iaşə  və  ticarət  müəssisələrində  saxlanan  malların 
zəhərləyici,  radioaktiv  maddələrdən  və  bakterioloji  vasitələrdən  mühafizəsi 
məsələləri  ilə  məşğul  olur;  köçürülən  və  zərər  çəkmiş  əhalini  və  MM  dəstələrini  
yeməklə təmin edir, onları ən lazımi əşyalarla təzhiz edir;  
      Heyvanları  və  bitkiləri  mühafizə  xidməti.    Baytarlıq  və  aqronomiya 
idarələrinin  bazası  əsasında  təşkil  olunur.  Xidmət  baytarlıq  tədbirlərini  və 
heyvanların,  kənd  təsərrüfatı  bitkilərinin,  meyvə  ağaclarının  və  meşələrin  kütləvi 
zədələnmə vasitələrindən qorunması üçün tədbirlər həyata keçirir. Kənd təsərrüfatı 
bitkilərinin,  meyvə  ağaclarının  və  meşələrin  kütləvi  zədələnmə  vastlərindən 
qorunması  üçün  tədbirlər  həyata  keçirir.  Kənd  təsərrüfatı  məhsulları  emal  edən 
müəssisələrdə  bu  xidmət  həmçinin  su  mənbələrinin,  taxıl,  alaf  və  başqa  kənd 


təsərrüfatı  məhsullarının  mühafizəsi  üzrə  tədbirlər  görür.  Heyvanları  və  bitkiləri 
mühafizə  xidməti  heyvandarlıq  məhsullarının  baytarlıq-  sanitariya  ekspertzasını 
təşkil edir, kənd təsrrüfatı müəssisələrində su məhbələrinin və ərzaq ehtiyatlarının 
vəziyyətinə  nəzarət  edir.  Tibb  xidməti,  ərzaq  və  paltarla  təchizat  xidməti  ilə 
birlikdə zəhərlənmiş məhsullardan istifadə olunması qaydalarını müəyyənləşdirir. 
       Lazım gəldikdə rayon (respublika) rəhbərliyinin razılığı ilə rayonda yuxarıda 
göstərilənlərdən əlavə başqa xidmətlər də yaradıla bilər. 
      Əgər  xidmət  bir  neçə  idarənin  bazası  əsasında  yaradılırsa,  bu  zaman  həmin 
idarələrin  rəhbərlərindən  biri  xidmətin  rəisi,  qalanları  isə  onun  müavinləri  təyin 
edilir.   
      Obyekt  dəstələrinin  hazırlığına  gündəlik  rəhbərliyi  təmin  etmək  və  mülki 
müdafiə tədbirlərini planlaşdırmaq üçün obyektlərdə 3-5 nəfərdən ibarət qərargah 
(qərargahın heyətinə daxik edilən işçiləri öz əsas vəzifələrindən ayırmamaq şərtilə) 
yaradılır. 
      Rayonun  MM  dəstələri.    Rayonun  müəssisələrində,  şəhərlərində  və 
qəsəbələrində  bubdəstələr  yaradılır:  xilasedici  dəstələr  (komandalar),  kəşfiyyat 
qrupları  (manqaları),  ətraf  mühitin  radioaktivliyini  müşahidə  postları,  rabitə 
qrupları,  sanitar  drujinası  dəstələri  və  sanitar  drujinaları,  yanğınsönsürən 
komandalar  (bölmələr),  ictimai  asayişi  mühafizə  dəstələri  (komandaları), 
zərərsizləşdirici  komandalar(qruplar),  kənd  təsərrüfatı  heyvanlarını  və  bitkiləri 
mühafizə komandaları (qrupları). 
    Dəstələri istehsalat prinsipi əsasında komplektləşdirir və təlimə cəlb edirlər. 
    Xilasedici  dəstə  2-4  komandadan  ibarət  olub,  obyektin  əsas  mülki  müdafiə 
dəstəsi sayılır. Xilasedici dəstə zədələnmiş adamları axtarmaq, uçqunlar altından , 
dağılmış  sığınacaq  və  binalardan  çıxarmaq,  həkiməqədər  ilk  tibbi  yardım 
göstərmək, habelə onları zədələnmə ocağından aparmaq üçün nəzərdə tutulur. 
     Xilasedici dəstə bir iş növbəsi (8-10 saat) ərzində aşağıdakı işlərdən birini görə 
bilər: zədələnmiş 600 – 1200 nəfər adamı zədələnmə ocağından çıxarıb 250- 350 m 
məsafəyə  daşımaq;  zədələnmiş  120-  240  nəfəri  uçqun  altından,  qismən  uçulmuş 
binalardan çıxarıb 250- 350 m məsafəyə aparmaq; qismən dağılmış xəndək və ya 
qazma  tipli  60  –  120  daldalanacağın  üstünü  açıb  sökmək.  Həmin  işləri  yerinə 
yetirmək  üçün  dəstə,  adətən,  mühəndis  texnikası  və  kənd  təsərrüfatı  texnikası  ilə 
təmin olunur, habelə xüsusi məqsədli dəstələr ilə gücləndirilir. 
      Kəşfiyyat  qrupu  3-  5  manqadan  ibarət  olur.  Bu  qrupun  əsas  fəzifəsi  – 
zədələnmə ocağının hüdudlarını, dağıntıların xarakterini və miqdarını, radiasiyanın 
səviyyəsini,  zəhərləyici  maddələrin  və  bakterioloji  vasitələrin  növünü  müəyyən 
etməkdir.  Kəşfiyyat  bölmələri  yanğınların  yerini  və  ölçülərini,  dağılmış  və 
zədələnmiş 
binaların, 
sığınacaqların 
və 
daldalanacaqların 
vəziyyətini 
müəyyənləşdirir,  texnika  və  nəqliyyatın  hərəkəti  üçün  yararlı  marşrutlar  tapır. 
Yaralılar olduğu barədə məlumat toplayır və başqa işləriicra edir. 
     Zərərsizləşdirici  komanda  2-  4  qrupdan  ibarət  olub  ərazini,  tikintiləri  və 
texnikanı zərərsizləşdirmək üçün nəzərdə tutulur. Bir iş növbəsində 350-600 min m
2
 
sahəni v ya 80- 120 min m
2
  tikintini deqazasiya edə bilər. 
      Sanitar  drujinaları  dəstəsi  4  –  5  sanitar  drujinasından  ibarətdir  və  kütləvi 
zədələnmə ocağında zərər çəkmiş adamlara ilk tibbi yardım göstərmək üçün nəzərdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə