Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   28   29   30   31   32   33   34   35   ...   76

•  ölçmə  və  ya  qeyd  etmə  cihazları  (cihazın  ölçəcəyi  fiziki  kəmiyyət 
vahidlərinə bilavasitə dərəcələndirilmiş şkalalar). 
 
 
Cihazın  ümumiləşdirilmiş  birtipli  
blok-sxemi şəkildəki kimidir verilmişdir. 
 


 
İ
onlaşdırıcı şüalanmaların aşkar edilməsi və ölçülməsi üsulları 
 
İ
onlaşdırıcı  şüalanmaları  aşkar  etmək,  onların  enerjisini  və  digər  xassələrini 
ölçmək  üçün  istifadə  edilən  cihazlara  detektor  deyilir.  Detektor  tədqiq  edilən 
ş
üalanmaları  ölçmək  üçün  istifadə  olunan  cihazların  əksəriyyətinin,  habelə 
mürəkkəb qurğuların vacib hissəsidir. 
Detektorun  iş  prinsipi  xeyli  dərəcədə.  Şüalanma  ilə  detektor  maddəsinin 
qarşılıqlı təsiri zamanı meydana çıxan halın (effektin) xarakteri ilə müəyyən edilir, 
cihazın işi (şüalanmanı qeyd etməsi) ilə bu effektin aşkar edilməsi və ölçülməsi ilə 
ə
laqədardır. 
Məlum olduğu kimi, ionlaşdırıcı şüaların maddələrə keçməsi – elektronlar və 
atomun  nüvələri  ilə  qarşılıqlı  təsirin  müxtəlif  proseslərində  onların  enerjisinin 
itirilməsi  ilə  müşayiət  olunur.  Detektor  özündə  udulan  şüalanma  enerjisini  qeyd 
etmək  üçün  daha  münasib  olan  digər  bir  enerji  növünə  çevirir.  Adətən  elə 
detektorlar tətbiq olunur ki, onlarda ionlaşdırıcı şüalanma enerjisi elektrik siqnalına 
çevrilir. 
Detektorların  əksəriyyətinin  işi  ionlaşdırıcı  şüalanmadan  maddənin 
ş
üalanması,  ya  da  onun  atomlarının  və  ya  molekullarının  təsirlənməsi 
(həyəcanlanması)  effektinin  aşkar  olunmasına  əsaslanır.  Qazlarda  ionlaşma 
effektinin  aşkar  olunması  əsasında  işləyən  detektorlara  ionlaşma  kameraları  və 
qazboşalma sayğacları aid edilir. 
İ
onlaşma  kamerasında  şüalanmanın  yaratdığı  elektronlar  və  müsbət  ionlar 
elektrik  sahəsi  qüvvəsinin  təsiri  altında  müvafiq  elektrodlara  tərəf  hərəkət  edir, 
nəticədə  xarici  dövrədə  cərəyanın  kəmiyyətinə  görə  ionlaşma  effektini  ölçmək 
mümkün olur. 
 
Şə
kil: İonlaşma kamerasının dövrəyə qoşulması sxemi 


 
105
 
Qazboşalma sayğacında, ionlaşma kamerasından fərqli olaraq, ikinci ionlaşma 
hesabına  qaz  güclənməsi  effektindən  istifadə  olunur  ki,  belə  halda  müvafiq 
elektrodlara  çatan  elektronların və  müsbət  ionların  sayı  ionlaşma  zamanı  yaranan 
ionların sayından bir neçə dəfə artıq olur. 
İ
onlaşdırıcı şüalanmalar bəzi maddələrdən keçərkən təsirlənmiş atomların və 
ya molekulların öz normal halına qayıtması nəticəsində flüoressensiya (işıqlanma) 
baş  verir.  İşıq  pırıltıları  fotoelektron  gücləndiricisi  vasitəsilə  elektrik  siqnalına 
çevrilir.  Flüoressensiya  hadisəsindən  istifadə  olunan  detektorlar  ssintilyasiya 
sayğacları (işıqlanma sayğacları) adlanır. 
Qoşun dozimetrik cihazlarında yuxarıda sayılan metodlar (əsasən ionlaşdırıcı 
metod) geniş tətbiq edilir. Digər metodlar isə xüsusi hallarda istifadə edilir. 
 
Ş
üalanma dozası 
İ
onlaşdırıcı  şüalanmanın  təsiri  zamanı  bioloji  obyektlərdə  (canlı 
orqanizmlərdə) baş verən şüa zədələnmələrinin dərəcəsi, dərinliyi və forması – ilk 
növbədə  bu  obyektdə  udulan  şüalanma  enerjisinin  kəmiyyətindən  asılı  olur.  Bu 
göstəricini  xarakterizə  etmək  üçün  udulan  doza  anlayışından  istifadə  olunur. 
Udulan dozanın vahidi olaraq hər kiloqrama düşən Coul (C/kq) qəbul edilmişdir. 
Radiobiologiyada udulan dozanın sistemdən kənar ölçü vahidi olaraq rad daha 
geniş işlədilir. 
Havadan  törətdiyi  ionlaşmanın  effektivliyinə  görə  dozanı  xarakterizə  etmək 
üçün rentgen və γ- şüalanmaların ekspozisiya adlanan dozadan, yəni rentgen və γ- 
ş
üalanmaların  kəmiyyət  xarakteristikalarından  istifadə  edilir  ki,  bu  da  onların 
ionlaşdırıcı  təsirinə  əsaslanır  və  elektron  müvazinəti  şəraitində  havanın  vahid 
həcmində  yaranan  eyni  işarəli  ionların  elektrik  yükünün  cəmi  ilə  ifadə  olunur. 
Rentgen və γ- şüalanmaların ekspozisiya dozası vahidi olaraq bir kiloqrama düşən 
kulon-kiloqram (Kl/kq) qəbul edilmişdir. 
 
Doza gücünü ölçən cihaz (İMD-21) 
İ
MD-21  doza  gücünü  ölçən  cihaz  γ-  şüalarının  ekspozisiya  dozalarının 
gücünü  ölçmək  və  bu  dozaların  gücü  müəyyən  edilmiş  həddin  kəmiyyətindən 
artdıqda işıq siqnalı vermək üçündür. 
Cihaz  stasionar  (İMD-21  S)  və  ya  səyyar  (İMD-21  B)  obyektlərdə  tətbiq 
edilir. O, ətraf mühitdə temperatur - 10ºS-dən +50ºS-dək və 35º temperaturda nisbi 
rütubət  98%-dək olarkən normal işləyir. 
İ
MD-21  ölçmə  cihazı  80  keV-dən  2,6  MeV-dək  enerji  diapazonunda  1-dən 
1000  R/saatadək  olan  qamma  şüalanmanın  ekspozisiya  dozalarının  gücünü  ölçür 
və ölçmənin nəticələrini idarəetmə pultuna verə bilir. 


 
106
Cihaz qamma-şüalanma üzrə ekspozisiya dozasının gücü müəyyən edilmiş 1; 
5;  10;  50;  100  R/saat  hədlərinin  kəmiyyətlərindən  artıq  olduğu  barədə  siqnal 
verilməsini və məlumatın idarəetmə pultuna ötürülməsini təmin edir. 
Ölçmə və siqnalın işə düşməsi müddəti 10 saniyədən artıq olmur. Cihazın iş 
rejimini müəyyən edən vaxt dəqiqədir. 
Cihaz  gərginliyi  220  V  və  tezliyi  50  hs  olan  birfazalı  dəyişən  cərəyan 
şə
bəkəsindən qidalandırılır. 
Cihaz özünün detektrləmə blokunun , ölçmə kanallarının və siqnal sisteminin 
iş qabiliyyətini idarəetmə pultundan əllə yoxlamağa imkan verir. 
Bu  cihaz  fasiləsiz  surətdə  gecə-gündüz  işləyə  bilir  və  detektrləmə  blokuna 
birləşdirilmiş  200  m  uzunluqlu  kabellə  birlikdə  işlədilmək  üçün  nəzərdə 
tutulmuşdur. 
Ölçmə  cihazının  komplektinə    (şəkilə  bax)  detektrləmə  bloku,  orta  tezliyin 
ölçülməsi bloku və qidalandırma bloku daxildir. 
 
Şə
kil : doza gücünü ölçən cihaz komplekti. 
1.Detektor;           2.Pult;             3.Qidalandırma bloku. 
 
DP-64 indikator-siqnalizatoru 
DP-64  indikator-siqnalizatoru  fasiləsiz  olaraq  radiasiya  müşahidəsi  aparmaq 
və  ərazinin  radioaktiv  zəhərlənməsi  barədə  xəbər  vermək  üçündür.  Cihaz  nəzarət 
rejimində işləyir və ərazidə şüalanma dozasının gücü 0,2 R/s-a çatanda bu barədə 
səs və işıq siqnalları verilməsini təmin edir. Siqnalın işə qoşulması müddəti 3 san-
dən artıq olmur (şəkil). 
Cihaz  127/220  V  gərginlikli  dəyişən  cərəyan  şəbəkəsindən  və  ya  6  V 
gərginlikli  akkumlyatordan  qidalanır,  -40ºS-dən  +50ºS-dək  temperaturda  və 
ə
trafdakı  havanın  nisbi  rütubəti  98%-dək  olarkən  işləyə  bilər.  Cihaz  şəbəkəyə 
qoşulandan 30 saniyə sonra işə hazır olur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə